zurna

admin
zurna
foto

Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın (sur) adına “Kitabi-Dədə-Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.