yiyəlik hal

admin
Yiyəlik hal sahiblik bildirir və iki cür olur.Müəyyən və qeyri-müəyyən yiyəlik hal.Müəyyən yiyəlik ın(in, un, ün) şəkilçisi ilə düzəlir, kimin?, nəyin? haranın? suallarına cavab verir .Qeyri-müəyyənin isə şəkilçisi yoxdur.Nə? sualına cavab verir və adlıq hala bənzəyir.
In şəkilçili müəyyən yiyəlik halın şəkilçisi 2ci şəxsin təki mənsubiyyət şəkilçisi ilə omonimdir.Bəs bunu necə ayırd edək.Abituriyentlərin ən çox problem yaşadığı mövzudur.Yolları belədir:
a)istər müəyyən, istərsə də qeyri-müəyyən yiyəlik hal özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir.Demək, əgər "ın"şəkilçili sözdən sonra mənsubiyyət şəkilçili söz gəlsə, ın şəkilçili söz yiyəlik haldadır, yox əgər gəlməsə demək mənsubiyyət şəkilçilidir.Bəzən olur ki, "Sənin kitabın" birləşməsində hər iki söz "ın" şəkilçilidir.Bu zaman birinci gələn yiyəlik, ikinci gələn isə mənsubiyyətdir.
2. "ın" şəkilçili sözə "Sənin"(hər hansı yiyəlik hal şəkilçili başqa bir söz də artıra bilərsiz, bu zaman yiyəlik hallı söz özündən sonrakı "ın" şəkilçisini mənsubiyyət olsa götürəcək, əgər yiyəlik hal olsa cümləyə uyğun gəlməyəcək.məsələn. Kitabın məndədir- cümləsinə "sənin" ifadəsini artırdıqda qəbul edir.Demək "kitabın" sözü yiyəlik hal deyil, mənsubiyyətdir. Qeyri-müəyyən yiyəlik halda bu hal da özündən sonra mənsubiyyət şəkilçili söz istəyir. "Kitab üzü"birləşməsində kitab sözündən sonra "üzü" sözü mənsubiyyət şəkiıçilidi.Demək yiyəlik hal istər müəyyən, istərsə də qeyri-müəyyən olmasından aslı olmayaraq özündən sonra mənsubiyyət şəkilçili söz istəyir.
Qeyd:
Qeyri-müəyyən yiyəlik halları müəyyənə çevirmək olur, amma hamısını yox.Kitab üzü, məktəb direktoru birləşmələrini çevirdiyimiz halda, Azadlıq prospekti, Gənclik metrosu ifadələrini çevirmək olmur.Yiyəlik hal söz birləşməsi şəklində istənilən cümlə üzvü ola bilər.Lakin müstəqil şəkildə yalnız müəyyən yiyəlik hal cümlənin xəbəri ola bilir.Məsələn: Bu kitab Asifindir.Cümləsində "Asifindir" sözü xəbərdir və yiyəlik haldadır.

Hörmətlə: Elvin Abdullayev
(yazar:abdullayev)