Yerdən tapılan qəpiyə bənzər insanlar var.

gulu1096
```Yerdən tapılan qəpiyə bənzər insanlar var.
Tez bir zamanda ya kibritə, ya da saqqıza çevrilirlər.
Kibrit - yanır, itir.
Saqqız - çeynənir, bitir.

Kibrit - düşür suyun üstə
bənzəyir yanan qayığa.
Saqqız - gəzir hər küçəni
o ayaqdan bu ayağa.

Kibrit - yaxın buraxılmır
nə kitaba, nə kağıza.
Saqqız - söz tək düşüb keçmir
o ağızdan bu ağıza.

Kibrit olan insanlarla
yanır məktub,
yanır şəkil,
yanır ümid,
yanır tütün.
Bu ağrıyla, bu acıyla
yanır insan,
yanır bütün.

Saqqız olan insanların
önlərinə həya gətir!
Saqqız insan tək fanidir.
Saqqız - çeynənir
və bitir.```