confessions

zuleyxa

1. Nəsil Yazar - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 15
  2. İzləyici 3
  3. Xal 337

atlantidanın sirləri

zuleyxa
Atlantidanın sirləri. Yoxa çıxmış materik

Yoxa çıxmış materik məhv olmuş Atlantida artıq 2500 ildir ki, bəşəriyyətin şüurunu narahat etməkdədir. Müasir texniki vasitələrə və elmi proqresə baxmayaraq, Atlantidanın harada yerləşdiyi, hətta onun mövcud olub-olmadığı belə hələ də dəqiqləşdirilməmişdir. Qeyd etmək lazımdır ki, Atlantida sivilizasiyasının özünəməxsus sirləri olub. Alimlər və tədqiqatçılar bu sivilizasiyaya məxsus sirlərin bəzilərini açmağa müvəffəq olmuşlar.
Atlantida haqqinda çoxları eşidiblər. Amma Atlantida mədəniyyəti haqqında yəqin ki, çox az adamın məlumatı var.
Yoxa çıxmış materikin ilk dəfə xatırlanması...
Atlantida haqda ilk dəfə qədim yunan filosofu və tarixçisi Platonun “Dialoqlar” yazısında məlumat verilmişdir. Bu yazıda Atlantida materikinin harada yerləşdiyi xatırlanır. Bu yazıda Atlantidanın Qibraltar boğazında yerləşdiyi qeyd olunur. Bu yazıda atlantların həyat və mədəniyyəti haqqında məlumatlar da verilmişdir. Platonun Atlantida haqqında bu cür dəqiqliklə məlumat verməsi adamı təəccübləndirməyə bilməz. Platonun qeyd etdiklərinə görə, Atlantida sivilizasiyası bütün sahələrdə inkişaf edərək, ən yüksək mərhələyə çatıbmış. Platonun sözlərinə görə, atlantlar – Paseydonun törəmələridirlər və ali irqə mənsub olublar. Atlantidanın var-dövləti və inkişafı adamı valeh edirmiş.
Maraqlı olan əsas məqamlardan biri də odur ki, belə dəqiqliyi ilə olan bütün bu məlumatları Platon necə və haradan əldə etmişdir?
Sübut olunmuşdur ki, Platon Atlantida və atlantlar haqqında olan bütün bu məlumatları dayısı Solondan əldə etmişdir. Dayısı Solon isə bu məlumatları Misirdə olarkən, bir Misir kahinindən eşitmişdir. Məbəddə işləyən bu kahin Solona məbəddə olan bir yazı göstərmişdir. Bu Atlantida materikinin mövcudluğunu sübut edən bir yazı idi. Bu yazılara əsasən, atlantların, hətta öz vətənləri Atlantidanın nə vaxt məhv olacağı haqda məlumatları varmış. Onlar insan genofondunun qorunub saxlanılması üçün əllərindən gələni etmişlər!!! Atlantların irsi.
Dənizə qərq olmuş materikin harada yerləşməsi haqqında danışmazdan əvvəl atlantların bütün sahələrdə əldə etdikləri nailiyyətlərdən də danışmaq yerinə düşərdi. Qədim yazılardan əldə olunan məlumatlara əsasən, yüksək elmi-texniki nailiyyətlərə malik olan atlantlar malik olduqları elmi-texniki nailiyyətlərini gələcək nəsillər üçün qoruyub saxlamağa çalışmışlar. Nəinki, elmi-texniki nailiyyətlərini, hətta özlərini belə gələcək nəsil üçün saxlamışlar. Əldə olunan məlumatlara görə, materiki suya qərq edən katastrofik faciə baş verməzdən bir az əvvəl ali irqə məxsus nümayəndələr (atlantlar) Misirə, Yunanıstan və Tibetə yollanmışlar. Tanınmış Britaniya ezoteriki Labsanq Rampın çox maraqlı olan qeydlərində təsdiq etməyə çalışır ki, Tibetdə Potalı məbədinin altında gizli bir zirzəmi vardır. Bu zirzəmidə tibet monarxları 3 atlantı indiyədək qoruyub saxlayırlar. Atlantlar “somatı” vəziyyətindədirlər. Bu cür vəziyyət Şərq dinlərinin hamısında öz təsdiqini tapır. Digər bir maraq doğuran şey odur ki, Labsanq təsdiq etməyə çalışır ki, Atlantida sakinləri unikal qabiliyyətlərə malik olublar. Yüksək elmə və texnikaya malik olmalarına baxmayaraq, onlar “üçüncü göz” vasitəsilə hər hansı bir ağır əşyanı hərəkətə gətirə bilirmişlər. Labsanqın bütün bu dediklərini akkultist rus qadını – Yelena Blavatskaya da öz yazılarında təsdiqləmişdir. Y. Blavatskayanın dediklərinə görə, Misirdəki nəhəng ehramların tikintisində atlantlar bir-başa iştirak etmişlər və xüsusi magiyanın köməyilə nəhəng daşları yerindən tərpədirlərmiş. Y.Blavatskayanın sözlərinə görə, Misir ehramları elə atlantların bilik xəzinələridir. Onun bu sözlərini müasir tədqiqatçılarda təsdiqləmişlər. Belə ki, Misir ehramlarını tədqiq edən alimlər, ehramların özüllərində gizli otaqlar aşkarlamışlar. Bu otaqlarin yaşı e.ə. XII minilliyə gedib çıxır.
Atlantida hara yoxa çıxmışdır?
Hələlik ezoterikanı bir kənara qoyub, diqqətimizi maddi reallıqlara yönəldək. Hal-hazırda Atlantidanın harada yerləşdiyini dəqiqliyi ilə bilsəydik bizim üçün daha maraqlı olardı. Suya qərq olmuş materikin harada yerləşdiyini dəqiqləşdirmək üçün tədqiqatçı - alimlər Yer kürəsinin hər yerini tədqiq etmişlər və hər dəfə də belə qənaətə gəlirlər ki: - “Bəşər tarixinə yenə də təzədən nəzər salmaq gərəkdir”.Atlantida haqqında mülahizələr yalnız onun məhv olması ilə bağlı məlumatlarla məhdudlaşmır. Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. Uilyam Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın "100 qapı" adlı paytaxtında reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Ümumiyyətlə, Atlantida sivilizasiyasının yüksək inkişaf səviyyəsi ilə bağlı konsepsiyanın tərəfdarları od saçan və səs-küylə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə çoxsaylı məlumatlara istinad edirlər. Belə məlumatlara, adətən, yunanların, germanların, slavyanların, çinlilərin, hinduların və digər xalqların qədim mifoloji rəvayətlərində rast gəlinir. Konsepsiyaya görə, bütün bunlar Atlantidanın reaktiv gəmiləri haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Bu təsəvvürlər hava hücumu taktikası tətbiq edən atlantların cəza ekspedisiyaları barədə xəbər verir. Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir. Onların qənaətinə görə, ali təbəqənin təmsilçiləri (krallar, kahinlər və s.), əsasən, Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə - Venera və Marsa pənah aparıblar. Ancaq reaktiv gəmilər məhdud saylı səlahiyyətli və qüdrətli təbəqənin nəzarətində olduğundan onlar vasitəsilə fəlakətdən canını qurtaranlar o qədər də çox olmayıb. Xilas olub, Amerika və Afrikaya üz tutanlarsa, yeni vətənlərində vaxtilə Atlantidada sahib olduqları qüdrətlərini itiriblər.
2009-cu ildə İsveçrə alimləri atlantların Mars planetinə uçması və Qədim Misirə səyahəti barədə fərziyyənin doğru olduğunu bildirərək, bu hadisələrin həqiqətən də baş verdiyi qeyd edilər.[101] Bu barədə isveçrəli həkim Stefan Vayz (alm. Dr. Stephan Weisz‎) "Mars sivilizasiyası ya öz-özünü məhv etmiş, ya da nəhəng meteorit tərəfindən məhv edilmişdir" ifadəsi ilə İsveçrənin paytaxtı Bern şəhərində jurnalistlərə verdiyi müsahibəsində çıxış etmişdir.
"Misirin ehramları, tibb sahəsində yeniliklər, yüksək texnologiyalar, uçan aparatlar və s. Yer planetində deyil, Marsda yaranmışdır. Fərziyyəmizə görə Mars planetinin atlantları qızıl əvəzində misirlilərə öz texnologiyalarını öyrətmişlər".
— Stefan Vayz
Stefan Vayz və kolleqalarından biri olan misir tarixçisi Konrad Veytç atlantların Mars planetində olduğu barədə Misirin papiruslarında qeyd olunduğunu qeyd edirlər. Onlar, həmçinin, qədim misirlildə uçan aparatın olması və bu sxemin Tutanhamonun qəbrində tapıldığını qeyd edirlər. Lakin isveçrə alimlərinin fərziyyələrini təkzib edən bir sıra alimlər vardır. Onların sırasında olan qədim misirin tarixi lə maraqlanan alman alimi həkim Set Rauş (alm. Dr. Seth Rausch‎) aşağıdakı ifadələri qeyd etmişdir:
Misirlilərin yadplanetlilərlə əlaqəsini təkzib etmirəm. Lakin biz hələ də faktiki olaraq Marsda olan xarabalıqları yaxşı nəzərdən keçirə bilməmişik və Atlantidanın qalıqlarının orada mövcud olub-olmaması haqqında etibarlı dəlilimiz yoxdur. Mənim fikrimcə, əgər Atlantida mövcud olsaydı, onda Yerdə mövcud olardı".
— Set Rauş
Mekada yayılmış bir əfsanəyə görə əsrlər əvvəl dənizin o biri tərəfindən ağ saqqallı tanrılar gəlib. Yerli əhalinin dediyinə görə bu tanrılar atlantlar olublar. Onlar Mayya mədəniyyətinin yaranmasına öz töhfələrini veriblər. Atlantidanın Qəraib dənizi tərəfdə olduğunu iddia edənlərdən biri də Corc Eriksondur. Erikson "Endris" və "Mimini" yolunun Atlantida ilə bağlılığını vurğulayır. Bundan başqa Erikson bildirir ki, Baham adaları Platonun Atlantidanın dağıldığını iddia etdiyi dövrdə su səviyyəsindən yuxarıda olub. Erikson atlantlarla Mayya mədəniyyəti arasında oxşarlıqlar da tapıb. Belə ki, Mayya mədəniyyətinin nümunəsi olan heykəllərdə, o cümlədən, Günəş tanrısının təsvir olunduğu heykəldə mayyalara məxsus olmayan üz quruluşu var. Qalın qaşlar, uzun sifət, iri gözlər, uzun burun, qalın bığlar mayyalara məxsus sifət quruluşu deyil. Bu ancaq atlantlara məxsus ola bilər. Erikson, israr edir ki, mayyalıların üzləri tüklü olmayıb və sifətləri isə yumru olub.Eriksonun Günəş tanrısının simasında atlantların tərənnüm olması iddiası bəzi alimlər tərəfindən inkar olunur. Belə ki, mayalıların sifətlərində tük olması faktı öz sübutunu tapıb və Eriksonun "bığ" dediyi şey əslində ya ilan, ya da ağızdan çıxan tüstü. Eriksonun fikrincə, Yukatan yarımadasında məskunlaşan ilk insanlar Sibirdən Alyaskaya keçənlər deyil, məhz dənizdən gələn atlantlar olublar. Onun dediklərinə və elmin təsdiqlədiyi fakta görə Buz dövründən sonrakı dövrdə Yukatan yarımadası, Kuba və Baham adaları daha böyük quru sahələri olublar.

mu qitəsi

zuleyxa
Əcdadlarımızın itmiş sivilaziyası- Mu qitəsi
Mu qitəsi bir zamanlar Sakit okeanda mövcud olmuş, 12-14 min il əvvəl yeraltı təkanlar nəticəsində okeanın dərinliklərində qeybə çəkilən sivilizasiyanın adıdır. Elmi fərziyyələrə görə, Mu qitəsi Avstraliya materikindən iki dəfə böyük olub. Bu qitədə 50-70 min il əvvəl sivilizasiya ən yüksək həddə çatıb. 20-ci yüzilliyin əvvəllərinə qədər Mu qitəsi ilə bağlı bütün bilgilər folklor müstəvisində idi və bu qitə haqqında bütün deyilənlər mif və əfsanə hesab olunurdu. İlk dəfə ingilis alimi Ceyms Çyorvard bu qitə haqqında elmi araşdırmalara başladı və 50 illik araşdırma sonucunda itmiş qitə və onun qeyb olmuş mədəniyyəti haqqında elmi dəlillərlə çıxış etdi. Çeyms Çyorvardın 50 illik araşdırmalarından sonra Mu mövzusu ciddi elmi araşdırmaların obyektinə çevrildi. Mu qitəsinin ilk elmi araşdırmaçısı Ceyms Çyorvard 1868-ci ildə Hindistana gəlir. O, buraya araşdırma üçün gəlməmişdi, Hindistanda meydana çıxan qıtlıqla əlaqədar ingilis dövləti tərəfindən yardım etmək məqsədi ilə göndərilmişdi. O, burada Riçi adlı bir baş rahiblə tanış olur. Baş rahib Riçi əski mədəniyyətlər üzrə çox bilgili olmaqla bərabər, əski mədəniyyətlərə aid zəngin yazılı arxivə sahib idi. Axşamların birində baş rahib tərəfindən qonaq çağırılan Ceyms Çyorvard, otaqda əski əlyazmaların olduğunu görür. Baş kahindən bunların nə ilə bağlı olduğunu soruşduqda, Riçi onların min illər əvvəl mövcud olmuş Mu qitəsinin tarixi olduğunu deyir. Yazılar haqqında bir neçə sual verdikdən sonra bu mövzu Ceyms Çyorvarda olduqca maraqlı gəlir. Bundan sonra o, bu yazıları oxumağı və Mu mədəniyyətini öyrənmək üçün 12 il baş rahib Riçinin yanında qalır. Ondan Mu dilini və əlifbasını öyrənir. Bundan sonra monastrda mövcud olan minlərlə yazılı əski sənədləri oxumağa, dünya mədəniyyətinin ilkin qaynağını öyrənməyə başlayır. O, Hindistanda mövcud olan əski yazılı xəzinəni öyrənməklə yetinməyib, Altay ərazisində, Uralda, Orta Asiyada və digər yerlərdə araşdırmalar aparır. Bu müddətdə mayyalıların dilini, sanskrit dilini və digər bir neçə əski dilləri və əlifbaları öyrənir. Mekada Mayyalılara aid minlərlə sənədi, bişmiş lövhələr üzərində yazılmış, minillərlə yaşı olan mətnləri gözdən keçirir, Misirdə əski qaynaqlarla tanış olur. Bütün bu inadlı və ardıcıl çalışmalar isə 50 il davam edir. 1930-cu illərdə Ceyms Çyorvard 50 illik araşdırmaların sonucu olaraq qeyb olmuş Mu qitəsi və Mu mədəniyyəti ilə bağlı 4 cildlik əsər yazıb çap etdirir. Bunlar dünya xalqlarının ilkin mədəniyyət beşiyi olan Mu qitəsi ilə bağlı ilk elmi araşdırmalar idi:

1. “Mu qitəsinin övladları”

2. “Qeyb olmuş Mu qitəsi”

3. “Mu qitəsinin müqəddəs əsərləri”

4. “Mu qitəsinin kosmik gücləri”

Ceyms Çyorvardın araşdırmalarına görə Mu qitəsi Sakit okeanın böyük hissəsini əhatə edirdi. Qitənin doğudan batıya uzunluğu 8 min kilometr, quzeydən güneyə doğru eni isə 5 min kilometr olmuşdur.
Mu qitəsində inanc sistemi də günümüz üçün çox maraqlıdır. Muda yaşayan insanlar Tanrının tək olduğu inancındaydı və onlar Günəşi Tanrının simvolu olaraq görürdülər. Maraqlı olan məqam da budur ki, onların dilində Tanrının adı Ra idi. Günəşi Tanrının simvolu olaraq gördükləri üçün Mu qitəsinə Günəş İmperatorluğu da deyilməkdədi. Ra adının Günəş tanrısı olaraq əski mədəniyyətlərdə sıx-sıx göründüyünü bilirik.
Mu qitəsi ilə bağlı elmi araşdırmalar ingilis alimi ilə başladı, lakin onunla bitmədi. Bu yöndə axtarış bəzi araşdırmaçılar tərəfindən davam etdirildi. Onların qeyb olmuş bu qitə ilə bağlı fərqli araşdırmaları və mövqeyi olsa da bütün araşdırmaçıları birləşdirən ortaq sonuclar var.

Mu qitəsi araşdırmaçıların ortaq qənaətləri əsasən bunlardır:

-Yer üzündə ilk sivilizasiya Mu qitəsində meydana gəlib.

-Mu qitəsi indiki Avstraliya qitəsindən, təxminən, 2 dəfə böyük olub.

-Qitə yeraltı qaz partlayışları nəticəsində 12-14 min il əvvəl okeanın dərinliklərində qeyb olmuşdur. Bu qeybolma sonucunda 60 milyondan artıq insan okeanın dərinliklərində qərq olub.

-Mu qitəsində 70 min il öncə tək tanrılı din mövcud olub.

-Qitədə dörd ayrı irq yaşayıb. Bu dörd irqin hər birinin ayrı əlifbası olub, lakin qitənin əhalisi eyni dildə danışıb.

-Mu qitəsində yaşayan insanlar çağdaş dövrümüzün insanlarından daha üstün yetənəklərə sahib olublar.

-“Ra” sözü Günəş anlamında işlənirdi və günəşin simvolu dairə idi. Bu dairə həm də “O” dedikləri Tanrını ifadə edirdi. Mu qitəsinin imperatoru “Munun Günəşi” anlamını verən “Ra Mu” adlanırdı. Ra sözü sonralar digər qitələrə, eləcə də Misirə keçib.

-Mu qitəsində 200 min il mədəniyyət mövcud olub və bu mədəniyyət 50-70 min il öncə ən yüksək səviyyəyə çatıb.
Mu qitəsi barədə məlumatlar Mustafa Kamal Atatürkün də diqqətini çəkmiş və bu sahədə araşdırma aparmaq üçün xüsusi tarixçi-alim qrupu müəyyənləşdirmişdi. Bundan başqa, o Mu sivilizasiyası mövzusuyla məşğul olan amerikalı Ceyms Çörçvardın əsərini Nyu-Yorkdan gətirdərək qısa müddətdə tərcümə etdirmişdi. Təhsin Mayatəpək 1935-ci ildə Atatürk tərəfindən Mekaya səfir olaraq göndərilir. Məqsəd, Mayya mədəniyyətini və Mu sivilizasiyasını öyrənmək, türklərin əcdadlarının Mayyalılarla və Mu qitəsi ilə nə dərəcədə əlaqəsi olduğunu üzə çıxarmaq idi.
O, Mekada maraqlı faktlarla qarşılaşır. Burada on min illərlə yaşı olan lövhə üzərindəki yazılarla və işarələrlə tanış olur. Mayyalıların ay-ulduz simvolundan istifadə etdiklərini, kültürlərində Şamanizm kültürünün izlərinin olduğunu görür və çox təəccüblənir. Mekada çalışdığı 3 illik zaman (1935-1938) ərzində Təhsin Mayatəpək gördüklərini və araşdırmalarını müntəzəm olaraq raport şəklində həm Atatürkə, həm də Türk Dil və Tarix Qurumuna göndərir. Onun göndərdiyi raportlar 3 cildlik kitab halında toplanmışdı. Təhsin Mayatəpəkin göndərdiyi 3 cildlik əlyazmanın 3-cü cildinin də taleyi Mu qitəsinin taleyi kimi itkin olur. 1970-ci illərdə əlyazmanın 3-cü cildi Türk Dil Qurumunun arxivindən yoxa çıxır. Bu cilddə əski Mayya inacları, ibadət və tapınaqları ilə türk inanclarının oxşarlığından bəhs olunurdu. Amerikalı geoloq Vilyam Niven 1920-ci illərdən başlayaraq Mükada axtarış aparmağa başlamışdı. Lakin uzun illər keçməsinə baxmayaraq lövhələrin üzərinə yazılanların sirrini çözə bilməmişdi. Əski mədəniyyətin sirlərini özündə gizləyən lövhələrin bəzilərinin 12 min il yaşı vardı. Bu lövhələri ilk dəfə oxuyan Ceyms Çyorvard oldu. O, bu lövhələrə dayanaq kəsinliklə söyləyirdi ki, əski dünyada bizdən daha üstün insanlar və daha yüksək mədəniyyət mövcud olmuşdur. Bu lövhələr əslində bizim bildiyimiz əski Hind, Babil, Şumer, Misir, Mayya və türk mədəniyyətlərinin Mu mədəniyyətinin zəif qalıqları olduğunu bəlli edir. Bu tapıntılar Mu mədəniyyətinin bütün mədəniyyətlərin anası, ilk beşiyi olduğunu təsdiq edirdi. Bu məqamda Təhsin Mayatəpəkin qarşısında duran sual bu idi: Ən əski mədəniyyətin – Mu mədəniyyətinin əski türk mədəniyyəti ilə nə kimi bağları var? O, Türkiyəyə göndərdiyi raportların birində yazırdı: “70 min il öncə, ərzin üçüncü dövrəsində Mudan çıxan yüksək elm sahibi olan insanlar üç ayrı-ayrı yol seçdilər. Onlar Asiya, Avropa və Afrika qitələrinə yayıldılar və yüksək mədəniyyəti özləri ilə getdikləri yerlərə apardılar. Birinci qol Mu qitəsindən Mayya adıyla çıxaraq, Asiyanın şərqində Uyğur adı alan Mu övladları idi”. Ceyms Çööçvad da Mayyalıların və Uyğurların köklərinin Mu qitəsindən gəldiyinin və dünyaya mədəniyyətin ilk dəfə onlar tərəfindən yayılması fikrinin tərəfdarıdır.
Təhsin Mayatəpək raportuna davam edərək yazırdı: “Uyğurlar Asiyanın şərq ucqarlarına gəmilərlə çıxaraq, oradan Orta Asiyaya, balkanlara və nəhayət, Britaniyanın, İspanıyanın quzeyinə qədər yayılmışlar. Beləcə, Asiyadan Avropanın qərb ucqarlarına qədər Mu mədəniyyətini, başqa deyimlə, əski türk mədəniyyətini yaymışlar”. Təhsin Mayatəpək öz raportlarında təkcə Ceyms Çyorvardın araşdırmalarına əsaslanmırdı. O Mayya dilini incələyir və bu dillə türk dili arasında oxşar və ya eyni olan yüzlərlə sözü örnək olaraq göstərirdi.
Təhsin Mayatəpək Ceyms Çyorvardın araşdırmalarına, yazdıqlarına və arxeoloji axtarışlar zamanı üzə çıxan lövhələrin verdiyi bilgilərə əsaslanaraq raportunda yazırdı: “Əski türklərin ilk vətəni və kökəni indiyə qədər bildiyimizin əksinə olaraq Orta Asiya deyildir. Sakit okeanda 200 min il öz mövcudluğunu qoruyub-saxlamış və sonra okeanda batmış Mu qitəsi olmuşdur. Onlar Mu qitəsindən Orta Asiyaya, Mesopotamiyaya, Misirə gəlmiş və burada Mu qitəsinin yüksək mədəniyyətini, inkişaf etmiş dilini və inanclarnı yaymışlar”. Bir qədər sonra isə belə davam edir: “...Bu insanların bir qismi Hindistanın qərbindən gəmilərlə Bəsrə körfəzinin şimalında, Fərat çayının deltasına girərək, sonralar bu yerlərdə Akkad və bir qədər şimalda isə Şumer adıyla tanınmışdılar”.

bill qeyts

zuleyxa
Bill Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub.Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orada məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir.Qeyts qrammatika, vətəndaşşünaslıq və digər elmlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvəzökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.Artıq 1 il sonra Bill ilk kompüter proqramını yaradır. O, kollecdə Traf-O-Data şirkətini yaradır. Orda gələcək maqnatın sinif yoldaşları işləyirdilər. Onlar yerli hakimiyyət üçün kompüter proqramları hazırlayır, şəhər nəqliyyatının hərəkət qrafiklərini hesablayırdılar. Bill küçə hərəkətinin nizamlanması üçün proqram yazanda onun 15 yaşı var idi və o, bu layihədə 20000 dollar qazanır. 17 yaşında isə o, Bonnevil bəndinin enerji bölgüsü üzrə proqram paketinin yazılması təklifini alır.1973-cü ildə ailə ənənəsinə sadiq qalaraq Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard universitetinin birinci kursuna daxil olur. Lakin o, həminki kimi qapalı və ünsiyyətsiz idi, bu isə seçilmiş peşə üçün qətiyyən yaramırdı. Bill Harvardda Stiv Balmerlə (Steve Ballmer) bir mərtəbədə yaşayırdı, sonradan onlar dost olurlar və hal-hazırda Stiv Balmer Microsoft korporasiyasına rəhbərlik edir.1974-cü ilin dekabr ayında Bill Qeyts 397 dollara satılan kompüter görür. Dostu Pol Allenin sözlərinə görə, onu istənilən şəxs yığa bilərdi. Maşında çatışmayan yeganə şey proqram təminatı idi. Bill Qeyts və Pol Allen M.I.T.S firmasının nümayəndələri ilə əlaqə saxlayaraq, onlara Altair 8800 kompüteri üçün proqram təminatını (BASIC versiyasını) təklif edirlər. Bu variant menecerləri razı salır və onlar bu cavan oğlanlara proqramlaşdırma dilləri üzərində işləməyi təklif edirlər. Onlar Yeni-Mexikoya gedirlər və beləcə Micro-soft (tireni onlar sonralar götürüblər) tarixi başlanır.Fərdi kompüterin hər bir iş yerində və hər evdə əvəzedilməz olacağına qəti əmin olan Bill və Pol fərdi kompüterlər üçün proqram təminatı hazırlamağa başlayırlar. Bill Qeytsin fərdi kompüter inkişafının gələcəyini görmək qabiliyyəti Microsoft-un və proqram təminatı sənayesinin müvəffəqiyyətinin əsas amili olub (1986-cı ildə Microsoft açıq tipli səhmdar cəmiyyətinə çevrilir və həmin il Bill Qeyts milyarder olur. Qeyd edim ki, o zaman onun 31 yaş var idi).Microsoft-un ilk 5 sifarişçisi müflis olur, lakin gənclər ümidini itirmirlər və 1979-cu ildə Sietlə qayıdırlar. Həmin il Bill Qeyts dərslərdəki müvəffəqiyyətsizliyə görə universitetdən çıxarılır. Lakin bu, tələbəni elə də məyus etmir, belə ki Billə IBM-dən dünyada ilk fərdi kompüter üçün əməliyyat sistemi yaratmaq təklifi edilmişdi.Bill Qeyts 50.000 dollara QDOS (Quick and Dirty Operating System) sistemini əldə edir, adını MS-DOS-a dəyişir və IBM şirkətinə lisenziyasını satır. Qazanılmış pullar Microsoft-a bir neçə il ərzində işləməyə imkan yaradır. Microsoft-un proqram təminatı ilə IBM-in yeni kompüterinin təqdimatı bazarda əsl sensasiya yaradır. Bir çox çox şirkətlər lisenziya üçün Microsoft-a müraciət etməyə başlayırlar.Microsoft Word və Microsoft Excel proqram təminatlarını çıxararaq şirkət bazarda mövqeyini daha da möhkəmlədir. Microsoft korporasiyasına daxil olan Corbis şirkəti sayəsində Bill Qeyts Bettman və digər fotoqrafların böyük foto-kartotekasını əldə edir. Şəkillər elektron formada göndərilmə üçün istifadə olunur.Növbəti ilə Microsoft bazarda Windows əməliyyat sisteminin ilk versiyasını təqdim edir. Artıq 1993-cü ildə ay ərzində Windows satışlarının ümumi sayl 1 milyonu ötür. 1995-ci ildə Windows 95 əməliyyat sistemi çıxır və 2 həftə ərzində 7 milyon surət satılır.Microsoft-un proqram təminatı o qədər geniş istifadə edilməyə başladı ki, şirkət amerika antiinhisar komitəsinin nəzər nöqtəsinə tuş gəlir.1999-cu ildə dairə məhkəməsi Microsoft Corporation-ı inhisarçı kimi təsdiq etdikdə onun ABŞ-ın antiinhisar komitəsi ilə yenidən problemləri yaranır. 2000-ci ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi Microsoft-u 2 ayrı korporasiyaya bölməyi təklif edir: korporasiyalardan biri Microsoft Office və Internet Explorer, digəri isə yalnız Windows ilə məşğul olacaq. Bill Qeytsin etirazları ona əsaslanır ki, Windows əməliyyat sistemini texniki olaraq Microsoft-un digər proqramlarından ayırmaq mümkün deyil.1995-ci ildə Bill Qeyts «Gələcəyə olan yol» (ing. «The Road Ahead») kitabını yazır. O, kitabda cəmiyyətin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar hansı istiqamətdə hərəkət etməsi haqqında öz baxışlarını ifadə edir. 1996-cı ildə, Microsoft korporasiyası internet texnologiyalara doğru istiqamətləndikdə Qeyts kitaba əhəmiyyətli düzəlişlər edir. Kitab Microsoft-un vitse-prezidenti Natan Mirvold (Nathan Myhrvold) və jurnalist Piter Raynarson (Peter Rinearson) ilə şərikli müəlliflikdə yazılıb.1994-cü il yanvar ayının 1-də Bill Qeyts Microsoft-un meneceri Melinda Frenç ilə ailə həyatı qurur. Onların 3 uşağı var: 1996-cı ildə Cennifer Katarin, 1999-da Rori Con və Fibi Adel doğulublar.Ailə qurduqdan sonra Bill Qeyts xeyriyyəçiliyə daha çox diqqət ayırmağa başlayır. 1 milyard dollar təqaüdə qoyulub, hansı ki Microsoft istedadlı, lakin təmin edilməmiş tələbələrə (Gates Millennium Scholarship Program) verir, Bill Qeyts 750000 dollar vaksinləmənin (Global Alliance for Vaccines and Immunization) inkişafı proqramına qoyub. 1994-cü ildə Qeyts Codex Leicester — Leonarda da Vinçinin işlərinin toplusunu əldə edib. O, 2003-cü ildən Sietlin İncəsənət Muzeyində nümayiş etdirilir.Bill və Melinda Qeyts xeyriyyəçilik fondunun əsasını qoyublar, fonda səhiyyə və təhsil sahəsində filantrop (xeyriyyəçilik) təşəbbüslərin dəstəklənməsi üçün 17 milyarddan çox dollar əlavə ediblər. Hal-hazırda Bill və Melinda Qeytsin (Bill and Melinda Gates Foundation) fondu səhiyyə sahəsində işləyən təşkilatlara 300 milyondan çox dollar, maarifləndirici prosesin təkmilləşdirilməsinə, həmçinin kitabxana işi (Gates Library Initiative) sahəsində təşəbbüslərin inkişafına (ABŞ və Kanada əhalisinə kiçik gəlirlə ictimai kitabxanalarda fərdi kompüterlər və internetlə işləməyə imkan yaradacaq) 300 milyondan çox dollar verib. 54 milyondan çox dollar Sakit okeanın şimal-qərb sahili ölkələrində ictimai layihələrə və illik xeyriyyə kampaniyaları çərçivəsində 29 milyondan çox dollar digər xüsusi layihələrə qoyulub.2005-ci il mart ayının 2-də Böyük Britaniyanın xarici işlər kabineti elan edib ki, Qeyts Böyük Britaniya müəssisələrinə töhfəsi və dünyada yoxsulluğun azaldılması üzrə səylərinə görə Britaniya İmperiyası Ordeninin Cəngavər-Komandor titulunu alacaq. 2005-ci ilin nəticəsinə görə Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeyts amerikanın "Taym" jurnalı tərəfindən ilin adamları adlandırılıblar. 2007-ci ilin iyun ayının 7-dən Bill Qeyts Harvard universitetinin məzunu hesab edilməyə başlayıb. Qeytsə diplomu vermək qərarını universitet administrasiyası qəbul edib.1998-ci ildə Qeyts Microsoft korporasiyasının prezidenti vəzifəsindən istefa edib, 2000-ci ildə əsas icraçı direktor vəzifəsini tərk edib. Hər iki vəzifəni Stiv Balmer icra edir. 2008-ci il iyun ayının 15-də Bill Qeyts 2008-ci ilin iyul ayında Microsoft korporasiyasının Direktorlar şurasının sədri vəzifəsindən getmək niyyəti haqqında bildirib. Öz postundan gedişindən sonra o, özünü tamamilə Bill & Melinda Gates Foundation xeyriyyəçilik fondunu idarə edilməsinə həsr etmək niyyətindədir.2008-ci il iyun ayının 27-i tarixi Bill Qeytsin Microsoft rəhbəri kimi son günü olub. Buna baxmayaraq, o, şirkətlə əlaqələrini həmişəlik kəsmir və direktorlar şurasının sədri olaraq alır (lakin icraçı səlahiyyətləri yoxdur).Bill Qeyts çox oxuyur, həmçinin qolf və bric (İngiltərə və Amerikada geniş yayılmış qumar oyunu) oynamağı sevir.2009-cu ildə “Forbes” jurnalında dünyanın ən varlı şəxslərinin siyahısında birinci yeri tutmuş Qeyts 2008-ci ildə “Microsoft” şirkətini tərk etmiş və bundan sonrakı həyatını xeyriyyəçiliyə həsr edəcəyini bildirmişdir. Hazırda Qeyts xanımı ilə birgə açdığı “Bill and Melinda Gates” xeyriyyə fonduna rəhbərlik edir. 2020-ci ilin 14 martında isə “Microsoft”un idarə heyətinin üzvlüyündən ayrıldı.

qızılbaşlar

zuleyxa
Qızılbaşlar kimdir?
XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türkdilli tayfaların tarixində yeni bir səhifə açdı.Dini baxımdan Qızılbaşlıq İslamda inqilab yaratdı. Tam anlamı ilə demək olar ki,Qızılbaşlıq hərəkatı İslamda Reformasiya hərəkatı idi.Bu təriqətin mənsubları şiəliyi sufiliyin müxtəlif cərəyanları ilə zənginləşdirərək şiəliyə dayanan böyük bir Qızılbaş dövləti qurdular.Bu dövləti qurmuş olan Şah İsmayılın amalı ədalətli bir dövlət qurmaq, burada yaşayan türkdilli tayfaları uzun illər məruz qalmış olduqları yadelli basqınlardan və tayfalar arası çəkişmələrdən qurtarmaq və onlar üçün gözəl güzəran təmin etmək olmuşdur. Amma tarixi şərait belə gətirdi ki, bu dövlət qərbdən Orta əsrlərin ən qüdrətli dövləti olmuş Osmanlı imperiyasının, şərqdən isə Özbəklərin Şeybanilər dövlətinin ardı-arası kəsilməyən hücumlarına məruz qalıb mövcudluğunu qorumaq naminə müharibələr aparmış oldu. Tarixin qismət etmiş olduğu qonşu dövlətlərin sünni ruhanilərinin fanatizmi, dini düşmənçilik siyasəti yeritməsi, öz dövlətlərini müharibələrə sövq etməsi tarixin axarını dəyişdirmiş oldu. XVI əsr bu üç türk dövlətinin bitməyən müharibələr əsri oldu. Əslində Osmanlıların Səfəvilərlə müharibəsini bir növ Reformasiya uğrunda müharibə kimi də qəbul etmək olar hansı ki,burada Osmanlı dövləti anti-reformator qismində çıxış edir.Qızılbaşlıq haqqında bir çox əsərlərin olmasına baxmayaraq yazımızda məqsəd bu hərəkatın mənşəyinə, yaranmasına, günümüzdəki mövcudluğuna müasir şərait baxımından qısa bir nəzər salmaqdır.Səfəvi-Qızılbaş ideologiyasının və qızılbaş hərəkatının mahiyyətinin nə olduğunu dəqiq anlamaq üçün ilk öncə bu hərəkatın yarandığı dövrə,həmin dövrdə Azərbaycanın və bütövlükdə Yaxın və Orta Şərqin sosial-iqtisadi vəziyyətinə,həmçinin Qızılbaşlığın bilavasitə bağlı olduğu sufilik və hürufilik dünya görüşlərinə baxmaq lazımdır.XIII əsrdə monqolların,XIV əsrin sonunda isə Teymurun dağıdıcı yürüşləri nəticəsində Azərbaycan bir sıra qırğınlar və dağıntılarla üz üzə qaldı.XIII-XIV əsr boyu davam edən Hülakü-Qızıl Ordu müharibələri,Teymurun yürüşləri, minlərlə sənətkar ailəsinin Azərbaycandan uzaq diyarlara aparılması,feodal ara müharibələri-bütün bunların əziyyətini xalq çəkir və sosial narazılıqları artırırdı.Üstəlik bu dövrdə xurafatın dində hakim olması,istənilən yenilikçiliyə qarşı çıxmaları,din adı ilə öz şəxsi maraqlarını güdmələri Ortodoksal Sünni məzhəbinə xalqın nifrətini artırırdı.Bütün bunlardan əlavə bəhs olunan dövrdə ölkədə siyasi birliyin vahidliyin olmaması,mərkəzləşdirilmiş dövlətin yoxluğu yadelli işğalçılara qarşı xalqın mübarizə əzmini zəiflədirdi.Təbii ki,siyasi birliyin yox olduğu bir şəraitdə xalqı öz ətrafında birləşdirə biləcək bir qüvvə,özü də bəhs etdiyimiz orta çağda ancaq din amili ola bilərdi.Beləliklə XIV əsrdən etibarən əvvəlki sakit,sülhsevər təbiətli sufi görüşlərinin içərisindən xalqı zalıma və zülmə qarşı mübarizəyə səsləyən bir sıra təriqətlər meydana çıxmağa başladı ki onlardan da biri Səfəviyyə təriqəti idi.Bu təriqətin banisi Pir-i Türkan Şeyx Səfiəddin İshaq Ərdəbili idi.Mənbələrdə onun Şeyx Zahid Gilaninin müridi olduğu və onun qızı Bibi Xanımla evləndiyi bəhs olunur. İ.P.Petruşevski Həmdüllah Qəzvininin məlumatına əsaslanaraq bildirir ki,Şeyx Səfiəddin özü Şafe-i məzhəbli sünni olmuşdur.Lakin o özü öz mühakiməsini öz qeydində şübhə altına alaraq deyir ki,ola bilər ki,Şeyx Səfiəddin özü gizlində şiə idi və şiəliyin təhkiyyə ehkamına əsaslanaraq öz dini inancını gizlədirmiş.Çünkü Şeyx Sədrəddinin müridlərindən biri olan Şah Qasim Ənvar(1357-1434) özü şiə idi.Şeyxin varisi olan Sədrəddinin dövründə artıq Ərdəbil dərviş ordeninin inancı şiə inancı olmuşdur. Həmin dövrdə Şeyx Səfiəddinin müridləri sırasında dövrünün bir sıra görkəmli şəxsiyyətlərinin olması və ona vəqf kimi bağışlanan hədiyyələr də Şeyx Səfinin nə dərəcədə nüfuzlu bir şəxsiyyət olduğunu sübut edir.Fəzlullah Rəşidəddinin Şeyxə yazmış olduğu məktubda ona vəqf kimi verilən torpaqlar və əşyaların adları çəkilir.Təxminən Şeyx Səfiəddin və onun mürşidi Şeyx Zahidlə eyni çağda digər irfani şəxsiyyət Pir Hacı Bektaş-i Vəli Xorasani də Anadoluda fəaliyyət göstərirdi.Onun XIII əsrdə əsasını qoymuş olduğu təriqət də elə onun öz adıyla adlandırılmışdır.Mənbələrin diqqətli analizi həm Səfiəddinin həm də Bektaşi Vəlinin əslində ikisinin də eyni yerdən-Xorasandan gəldiklərini ortaya qoymaqdadır. Belə ki,Şeyx Səfiəddinin uzaq əcdadları XI əsrdə Xorasandan İrana və Azərbaycana köç etmiş oğuz türkləri olmuşlar.Məhz gələcəkdə Şeyx Səfi ocağının Anadolu türkmən boylarının tabe olduğu dərgah halına gəlməsində mühüm rol oyanayan amillərdən olmuşdur.Bektaşilik XIII-XIV əsrlərdə bütün Anadoluda ən geniş yayılmış bir təriqətə çevrildi.Bu təriqətin Səfəviliklə və Hurufiliklə ideya yaxınlığı çox qısa zaman sonra onları bir birinə birləşdirdi. Şeyx Xacə Əlinin (1392-1429) dövründə ilk dəfə Rum türkmənlərinin(Rumlular)bir qismi Səfəvilərin müridlərinə çevrilmiş və Ərdəbildə yerləşdirilmişdir . Lakin daha sıx əlaqələr məhz Şeyx İbrahimin dövründə qurulmuşdur.Bir sıra rəvayətlərə görə Şeyx İbrahim bir neçə dəfə Anadoluya səfərlər etmiş və Malatyada Merzinlidə Səfəvi ocağı olan Şeyx İbrahim Vəli dərgahını yaratmışdır.Tezliklə Anadolu türkmənlərinin bir qismini müridliyə qəbul edən Şeyx İbrahim Vəli buraya Anadolu ələvilərinin inancının,təriqətin əsaslarını göstərən “Şeyx Səfi buyruğu” adlı sənədləri göndərməyə başlamışdır.Anadolu ələviləri ilə Səfəvilərin arasında ilk geniş əlaqə məhz indi də Ələvilər arasında Şah İbrahim Vəli adı ilə tanınan Səfəvi Şeyxi İbrahim Şeyxşah(1429-1447) tərəfindən qoyulmuş və Anadoluda yaşayan ələvi-bəktaşilər müridliyə qəbul olunmuşdur.İbrahimin oğlu Şeyx Cüneydin dövründə isə bu əlaqələr daha da sıxlaşmışdır.Əmisi Cəfər və Qaraqoyunlu Cahanşah tərəfindən Ərdəbildən sıxışdırılan Şeyx Cüneyd Anadoluya gələrək burada özünə daha çox mürid toplamış və artıq sülhsevər sufi və dini mövqeyindən hakimiyyət uğrunda mübarizə aparan döyüşkən mövqeyə keçid etmişdir.Onun oğlu Şeyx Heydərin dövründə isə bir sıra tədqiqatçıların fikrincə 12 dilimli çalma qızılbaşların baş geyimi olmuş və məhz elə buna uyğun olaraq da qızılbaş adı yaranmışdır.

pablo eskobar

zuleyxa
Pablo Eskobar (isp. Pablo Emilio Escobar Gaviria; 1 dekabr 1949 Rionegro, Antokiya – 2 dekabr 1993, Medellin, Antokiya) - kolumbiyalı narkotik qaçaqçısı. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir. Eskobarın gənclik dövrü Kolumbiyanın Medellin şəhərində keçmişdir. Medellin 1970 - 1980-cı illərdə ən təhlükəli şəhərlərdən biri idi. Kolumbiya narko kartellərinin hər biri bu şəhərdə cəmləşmişdi. Eskobar da ilk cinayətkar fəaliyyətinə bu şəhərdə maşın oğurluğu edərək başlamışdır. Şəhər məzarlığından baş daşlarının oğurlayıb, Antiogada yerləşən kəndlərdə satması haqqında olan iddialar öz təsdiqini tapmamışdır. Xırda oğruluğun təhlükəli və az qazanclı olması səbəbindən Eskobar 1970-ci illərdə narkotik biznesinə başladı. Narkotikdən əldə edilən gəlirlər hesabına qısa zamanda varlanan Eskobar 1975-ci ildə Medellin şəhərində bütün narko kartellərinin tabe olduğu və baş narkobaron kimi tanınan Fabio Restreponu öldürmək göstərişi vermişdir. Fabio Restreponu ölümündən sonra Kolumbiyada olan bütün narkotik transferi Eskobarın nəzarətinə keçmişdir. 1976-cı ildə ABŞ-da satılan narkotikin 80% gəliri Eskobarın hesabına yazılırdı.
1980-cı illərin əvvələrində Eskobar özünün böyük narkotik imperiyasını yaratmışdı. ABŞ, Meka, Puerto-Riko, Pakistan və Tayland kimi ölkələrə narkotik satışı ilə Eskobarın karteli məşğul olurdu. Pablo Eskobarın vardatı durmadan artırıdı. Gün ərzində 20 - 40 kiloqram narkotik satışı ilə məşğul olan Eskobarın karteli, narkotikin qramını ən ucuz halda 150 dollara satırdı. Bu şəkildə gün ərzində milyonlar qazanırdı. 1983-cü ildə öz biznesini daha təhlükəsiz idarə etmək məqsədi ilə millət vəkili seçilmək istədi. Həmin keçirilən parlamet seçiklərində parlamentə deputat kimi daxil oldu. Pablo Eskobarın deputat seçilməsi yerli qəzetlərdə qanunun Eskobar tərəfindən satın alınması kimi təqdim olundu. Yüksək vəzifəli dövlət məmurları ilə yaxşı münsibətdə olan Eskobar öz biznesini durmadan genişləndirirdi.
Pablo Eskobarın adamları 200-ə yaxın müstəntiqin və 1000 yaxın polisin öldürülməsində günahlandırıldı. 1989-cu ildə bir jurnalist əlində Eskobarı həbs edəcək qədər dəlil olduğunu açıqladı. Həmin şəxs dəlilləri polisə gətirmək ücün təyyarəyə minən zaman Eskobarın adamları tərəfindən təyyarə havada partladılmışdır. Hadisə nəticəsində jurnalist də daxil olmaqla 110 nəfər həlak olmuşdu. 1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirmişdir. 1992-ci ildə onun haqqında axtarış verilmişdir. Eskobarın həbs olunmasını ən çox yerli polislər istəyirdi. Hər bir polisin öldürülməsinə görə 3 min dollar vəd edən Eskobar polislərdən nifrət etdiyini hər zaman dilə gətirmişdir. Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970 - 1980-cı illərdə 400 nəfər polisin ölümünə səbəb olmuşdur. 1993-cü ildən etibarən Eskobar gizlənməyə başladı. Medellin polisi Eskobarın bu şəhərdə gizlənməsi haqqında ətraflı məlumata sahib idi. Onun yerinin müəyyən edilməsi ücün aparılmış əməliyyat prosesi 6 ay çəkmişdir. Eskobarın ələ keçməsində oğlu Juan Pablo ilə saatlarla telefonla danışması səbəb olmuşdur. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxmışdır. Polisin çardağa atəş açması nəticəsində ağır yaralanan Pablo Eskobar hündürlükdən yıxılaraq ölmüşdür.
Futbola böyük marağı olan Eskobar həbsdə olduğu müddət ərzində, Kolumbiya milli futbol komandası ilə həbsxanada yoldaşlıq oyunu təşkil etmişdir. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməmişdir. Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir. Övladlarının çoxlu pul xərləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırmışdır. Bu səbəbdən əksər Medellinlilər onu müsbət şəxs kimi xarakterizə edirdilər.

çernobil faciəsi

zuleyxa
Çernobıl qəzası adı verilən hadisə 1986-cı il aprelin 26-da gecə yarısı Ukraynanın şimalında, Belarus sərhədi yaxınlığında Pripyat şəhəri ətrafında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verib. AES-in 4 saylı nüvə reaktorunda qəza baş verib.

Sonradan məlum olduğuna görə, qəza, sınaq zamanı baş verib. Daha əvvəl AES-də üç oxşar sınaq keçirilib, dördüncü sınaq isə partlayışa səbəb olub. Müstəqil mütəxəssis rəylərinə görə, qəza mühəndis səhvi və texniki sistemdəki əkliklər səbəbindən baş vermişdi. Dəhşətli partlayış və ardınca başlayan yanğın doqquz gün davam edib. Bu dövrdə kəskin radioaktiv şüalanma baş verib və bu, Qərbi Avropanın bəzi ölkələrində, həmçinin Türkiyədə hiss olunub. Çernobıl AES partlayışı o günə qədər nüvə sahəsində ən dəhşətli partlayış hesab olunur və təsirinə görə Xerosima və Naqasakiyə atılan nüvə bombalarından daha dəhşətli idi. Bu səbəbdən də Çernobıl qəzası “7-ci səviyyə qəza” elan olunub. Buna bənzər yeganə qəza 2011-ci ildə Yaponiyanın Fukuşima AES-də sunami nəticəsində qeydə alınıb.

Ancaq bu məlumatlar çox sonralar üzə çıxıb. SSRİ rəhbərliyi ilk günlərdə hadisəni gizlədib. Hətta Çernobılda partlayış deyil, “nüvə sızıntısı” baş verdiyi elan olunub.

Qəzanın nəticələrini aradan qaldırmaq, yanğını söndürmək, əhalini evakuasiya etmək üçün SSRİ rəhbərliyi 600 mindən çox insanı cəlb edib. Qəza 18 milyard rubla başa gəldi. Və təbii ki, nəticəsi hesablanmayacaq ağır fəsadlara, radiasiya, xəstəliklər, şikəst doğumlar və sairi də özü ilə gətirdi. Partlayış bölgəsindən 30 kilometr radiusda ərazi kəskin radioaktiv zəhərlənməyə məruz qalıb. Bölgədə yaşayan 115 min insan evakuasiya olunub. Ümumilikdə isə Ukrayna, Belarus ərazilərində radiasiya təhlükəsi ilə əlaqədar olaraq 300 min insan köçürülüb.

Ümumiyyətlə, Çernobılla bağlı rəqəmlər çox fərqlidir. Məsələn, ilkin dövrün rəqəmləri ilə sonradan açıqlanan və ya “Greenpeace” təşkilatının rəqəmləri bir-birindən kəskin şəkildə fərqlənir. Bu səbəbdən də dəqiq rəqəm demək xeyli çətindir.

2017-ci ildə 4 nömrəli reaktor beynəlxalq bir komanda tərəfindən bağlanıb. Bu şüalanmanın qarşısını daha çox alır. Lakin buna baxmayaraq Çernobıl ərazisində hələ də yüksək dərəcədə şüalanma var. Bu bölgəyə səfər edən turistlər partlayış ocağına yaxın buraxılmasa da, Pripyat şəhərinin xarabalıqlarında belə şüalanma riski ilə üzləşir. Yeri gəlmişkən, bu yaxınlarda Ukraynanın şimal hissəsində Pripyat rayonunda baş verən yanğınlar ərazidə radiasiya miqdarının daha da yüksəlməsinə səbəb olmuşdu. Yanğının AES xarabalıqlarına yaxınlaşması daha böyük faciəyə səbəb ola bilərdi. Lakin xoşbəxtlikdən yağan güclü yağışlar yanğınsöndürmə işini sürətləndirdi və nəticədə təhlükə sovuşdu.

1986-cı il Çernobıl AES qəzası SSRİ-nin nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olma iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerji sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Eyni zamanda, dünya ictimaiyyəti SSRİ-nin bu cür vəziyyətlərdə daha şəffaf olmağı və nüvə sahəsindəki fəaliyyətlərdə aşkarlıq tələb etməyə başladı.

Bütün bunlarla yanaşı, qəzanın səbəb olduğu maddi zərər, dağıntı, psixoloji sarsıntı SSRİ-yə olan inamı zədələdi və bir sıra mütəxəssislərə görə Çernobıl AES qəzası Əfqanıstan müdaxiləsi kimi SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri idi.

Azərbaycandan da səkkiz minə yaxın insan Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması prosesində iştirak edib və burada zərər çəkib. 1993-cü ildə Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul olunub. Bu qanun Çernobıl hadisələrində iştriak etmiş vətəndaşların sosial müdafiəsini, müalicəsini və digər hüquqları tanıyır. Hazırda ölkəmizdə beş min nəfərdən bir qədər çox Çernobıl əlili var.

Çernobıl hadisəsi barədə sovet vətəndaşları məhdud məlumat aldığı, qəza barədə informasiya blokadası olması səbəbindən həm o zaman, həm də sonrakı illərdə çoxlu sayda miflər ortaya çıxıb.

Bunlardan ən məşhuru qəza zonasında radiasiya nəticəsində heyvanlarda mutasiya baş verməsi və nəticədə güclü və öldürücü qüdrətə malik heyvanların yaranması barədədir. Hətta Hollivud filmlərində Çernobıl ərazisində heyvanların daha da böyüdüyünü göstərən kadrlar verilib. Ancaq bu iddiaları təsdiq edən mənbə olmayıb.

Daha bir şayiə isə radiasiyanın təhlükəsiz olması və buna sübut olaraq Çernobıl ərazisində vəhşi heyvanların sayının artması barədədir. Çünki bu ərazidə çox sayda canavar, ceyran, porsuq, qaban və sair heyvanlar yaşayır. Lakin elm sübut edib ki, bu çoxalma ərazinin mühafizə olunması, insan ayağının dəyməməsi ilə bağlıdır.

tarixin ən dağıdıcı yanğınları

zuleyxa
Tarix boyu yanğınlar təkcə əmlakı deyil, insan həyatını məhv etməklə, eləcə də iqtisadiyyata böyük zərər vurmaqla dəfələrlə fəlakətlərə səbəb olublar.

Romada yanğın

Bu, barəsində günümüzə qədər məlumat gəlib çatan ilk yanğınlardan biridir. Hadisə 64-cü ildə Romada baş verib. Alov bütün şəhəri bürümüşdü və demək olar, yeddi gün tüğyan etmişdi. Yanğın nəticəsində xeyli insan həlak olmuşdu. Sağ qalanlar isə evsiz qalmışdılar.

Böyük London yanğını

Böyük London yanğını 1666-cı ildə baş vermiş və dörd gün davam etmişdi. O zaman şəhərdə əksər evlərin damı samandan idi, buna görə də yanğın böyük sürətlə yayılmışdı. Bundan başqa, güclü külək də yanğının yayılmasına səbəb olmuşdu. Hadisə nəticəsində 13 500 ev, 87 kilsə məhv edilmiş, həmçinin administrasiyanın bütün binaları yanmışdı. Çoxlu insan həlak olmuşdu. Yanğın şəhərin iqtisadiyyatına böyük zərbə vurmuşdu, bərpa işləri təxminən 50 il davam etmişdi.

Lissabonda yanğın

1755-ci ildə Lissabonda əsl fəlakət baş vermişdi. Hər şey böyük zəlzələnin baş verməsi və nəticədə şəhərin üzərinə sunami çökməsi ilə başlamışdı. Bundan sonra Lissabonda yanğın başlamış və nəticədə çox sayda binalar məhv olmuşdu. Faktiki olaraq şəhər yarıya qədər dağılmışdı, 40 min insan həlak olmuşdu. Ümumilikdə, 100-dən çox kilsə, eləcə də kral sarayı daxil olmaqla, çoxlu sayda saray yanmışdı.

Moskvada yanğın

Moskvada yanğın 1812-ci ildə şəhər fransızlar tərəfindən ələ keçirildikdə başlamışdı. Güclü külək nəticəsində, yanğın ildırım sürəti ilə yayılmışdı. Hadisə nəticəsində 9151 yaşayış evinin 6496-sı, 329 məbədin 122-si məhv olmuşdu. 2000-ə qədər yaralı Rusiya əsgəri alovda həlak olmuşdu. Teatrlar, kitabxanalar və digər mühüm binalar məhv olmuşdu.
Çikaqoda böyük yanğın
Çikaqoda yanğın 1871-ci ildə baş verib və təxminən üç gün davam edib. Hər şey bir binanın yanması ilə başlayıb, lakin yanğın dərhal qonşu binalara keçib və tezliklə bütün şəhəri bürümüşdü. Yanğının qurbanlarının dəqiq sayı indiyə qədər də bilinmir, lakin məlumdur ki, onların sayı 300-dən çoxdur. 90 min nəfər isə evsiz qalmışdı.

Bostonda yanğın

Bu, ABŞ-da ən bahalı yanğın hesab olunur. O, 1872-ci ildə baş vermiş və çoxlu sayda binaların, yaşayış evlərinin, bazarın dağılmasına gətirib çıxarmışdı. Şəhərin iqtisadiyyatına çox böyük ziyan dəymişdi. Minlərlə insan evsiz qalmışdı.

Kalimantan adasında meşə yanğını

Bu yanğın 1982-ci ildə baş verib və adanın xeyli hissəsini əhatə edib. Yanğın təxminən 10 ay sürmüşdü və nəticədə 800 min hektar meşə ərazisi yanmışdı. Hadisə nəticəsində bir neçə nadir heyvan və bitki növünün nəsli kəsilmişdi.

Avstraliyada yanğın

Avstraliyada 2009-cu ildə meşə yanğınları baş vermişdi, nəticədə Merisvill şəhərində 181 nəfər həlak olmuş. 750 bina tamamilə məhv olmuşdu. Şəhərin təxminən 80%-i yanğın nəticəsində məhv olmuşdu.

Lakin Avstraliyadakı yanğınlar 2019-cu ildə təkrarlanmışdı. Nəticədə 6,3 milyon hektardan çox meşə ərazisi yanmışdı. Hadisə nəticəsində 7 000-ə yaxın bina dağılmışdı. Yanğın zamanı xeyli sayda heyvan həlak olmuşdu. Bu, tarixin ən böyük meşə yanğını hesab olunur.

ağ ev

zuleyxa
Ağ Ev (ing. The White House) - Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib.
1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb. 1814-cü ildə Britaniya qoşunlarının Birləşmiş Ştatlara hücumu zamanı Ağ ev tamamilə yandırılsa da, tezliklə bina təmir olunub. Sonralar da Ağ evdə vaxtaşırı təmir işləri aparılıb, amma onun arxitekturasında ciddi dəyişiklik edilməyib. Yalnız texniki nailiyyətlərlə əlaqədar binanın içərisində yeniliklər tətbiq olunub - elektrik və telefon xətləri çəkilib. 1948-ci ildə - prezident Harri Trumenin vaxtında Ağ ev yenidən tamamilə təmir olunub. Binanın içərisində təmir işləri 4 il davam etsə də, xarici görünüşünə toxunulmayıb. Hazırda Ağ ev 7 hektardan çox ərazini tutur. 6 mərtəbəli binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkən var. Ağ evin bir hissəsi prezident ailəsinin yaşayış otaqlarından ibarətdir. Deyilənə görə, hər il Ağ evdə 215 mindən çox rəsmi nümayəndə heyəti, 18-20 mindən çox qonaq olur. Ağ evdə bir neçə dəfə Şükran bayramı da qeyd edilib. Adətə görə, ABŞ-da "Şükriyyə günü" bayram masasını mütləq hind toyuqları bəzəməlidir. Həmin bayramda hind toyuqlarının əfv mərasimi də keçirilir. Əfv olunan hind toyuqları ömürlərinin axırına qədər fermada yaşayırlar. ABŞ-ın 43-cü prezidenti Corc Buş da bu bayramı 6 dəfə Ağ evdə keçirib. Bayram masası üçün nəzərdə tutulan hind toyuqlarının əfvi ənənə halını alıb. İlk dəfə bunu ABŞ prezidenti Avraam Linkoln edib. Amerikalılar 1621-ci ildən bəri bu bayramı qeyd edir. Bu günə qədər Ağ evə rəhbərlik edən prezidentlərdən bir çoxu heyvan saxlamağı xoşlayıblar. Məsələn, 43-cü prezident Corc Buşun şotland teryeri cinsindən olan iki iti var, prezident iqamətgahında o, itlərdən əlavə, Hindistandan gətirilən qara pişik də saxlayıb. Bill Klinton Ağ evdə "Soks" adlı pişik və labrador cinsindən olan "Baddi" adlı it saxlayıb. Heyvanlar bir-biri ilə amansız müharibə apardığı üçün, Klinton prezidentliyinin son illərində pişiyini saxlamaq üçün köməkçisinə verib.
Prezident Kalvin Kulic isə Ağ evi əsl zooparka çeviribmiş. Onun altı iti, qazı, eşşəyi, pişiyi, antilopu, kenqurusu və hətta kiçik begemotu olub. Con Adams isə Ağ evdə timsah saxlayıb, deyilənlərə görə, qonaqları onunla qorxutmağı xoşlayırmış. Vudro Vilsonun isə sevimli qoyunu olub. ABŞ-ın qaradərili prezidenti Barak Obamanın həyat yoldaşı, Amerikanın hazırki birinci xanımı Mişel Obama isə Ağ evin həyətində tərəvəz əkməklə diqqət çəkib. Mişelin bu addımı böyük marağa səbəb olmuşdu. Yetişdirilən tərəvəzlər Ağ evə gələn qonaqlar üçün hazırlanan yeməklərdə də istifadə olunur.
Qeyd edək ki, Barak Obama Ağ evdə siqaret çəkməməklə bağlı qaydaya əməl etməli olur. Onun siqaret çəkmək vərdişi var və prezidentlik kampaniyası zamanı o, dəfələrlə "nikotin saqqızı" çeynəyəndə kameraların hədəfinə tuş gəlib. Ağ evdə siqaret çəkmək qadağandır. Bu qadağanı sabiq birinci xanımı və dövlət katibi olan Hillari Klinton tətbiq edib. ABŞ-ın davamlı olaraq siqaret çəkən son prezidenti 1974-77-ci illərdə ölkəni idarə edən Herald Ford olub.
2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ ev turistlərin üzünə açıq olub və hər gün bu binaya orta hesabla 6 minə qədər turist gəlib. 11 sentyabrdan sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Ağ Evdə heç yaşamayıb. Vəzifə müddətinin sonuna qədər Filadelfiyada kirayə yaşayıb. Ağ Evdə yaşayan prezidentlər Ağ Evin bütün xərclərini ödəməlidirlər. Prezident yemək,alış-veriş və digər vəsaitlərin pulunu verməyə məcburdur. Ağ Evdə oturan prezident il ərzində 450-500 min dollar maaş alır. Demək olarki bu maaşın hamısı məişət xərclərinə ödənir. Ağ Evdəki şərait 5 ulduzlu oteldəki kimi olduğundan, oranın məsrəfidə bir o qədər bahadır. Prezident ailəsi xaric olmaqla xarici səfərlərə apardığı hər adam üçün pul ödəməlidir. Ağ Evdəki oval masa 120 milyon dollar qiymətindədir. Ağ Evdə siqaret çəkmək olmaz. Ağ Evdə təxminən 456 işçi var və ilik 37 milyon dollar xərcləmələr edir, buraya prezident və köməkçilərin pulları daxil deyil. Vətəndaşlar Ağ Evdə icazə ilə şənlik keçirdə bilərlər və bu tam azaddır. Binanın əmlak satış dəyəri 287 milyon dollardır.

kitabi dədə qorqud

zuleyxa
“Kitabi-Dədə Qorqud” milli abidə kimi

Dastan yaradıcılığı dünya ədəbiyyatında ayrı-ayrı xalqların müxtəlif tarixi dövlətlərdə ədəbi-bədii, ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən, Türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan “Kitabi-Dədə Qorqud” xüsusi maraq doğurur. Elə buna görə də alman şərqşünası Fridrix Fon Dits tərəfindən 1815-ci ildə alman dilinə tərcüməsi və nəşrindən bu günə qədər dastana olan maraq azalmamış, dünyanın çox məşhur alimləri tərəfindən ona dəfələrlə müraciət edilmişdir.
“Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. Dastanın ilk mötəbər tədqiqatçılarından V.V.Bartold onun Qafqaz mühitində yarandığını qeyd edir. “Kitabi-Dədə Qorqud”un mükəmməl nəşrini çap etdirən böyük türk alimi O.Ş.Gökyay Drezden nüsxəsində açıq olaraq “Azərbaycan şivəsi özəllikləri gözə çarpmaqdadır” – deyir. Fuad Köprülü, Məhərrəm Ergin kimi nüfuzlu qorqudşünasların, habelə V.V.Bartold, V.M.Jirmunski, A.H.Kononov, A.Y.Yokubovski kimi rus türkoloqlarının, təbii ki, tanınmış Azərbaycan filoloqlarının dəfələrlə təsdiq etdikləri kimi “Kitabi-Dədə Qorqud” dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən Dövlət Komissiyasının iclasında demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. İkicildlik “Kitabi-Dədə Qorqud” enlopediyasının, onlarla kitab və monoqrafiyaların nəşri, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların keçirilməsi, dünyanın tanınmış qorqudşünas alimlərinin Azərbaycana gəlməsi və tədbirlərdə iştirak etmələri məhz 1300 illik yubileyin yüksək səviyyəsindən xəbər verirdi“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir hadisələrindəndir. Görkəmli türk ədəbiyyatşünası Fuad Köprülü “Dədə Qorqud” dastanlarının əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”. Bir sıra tədqiqatçıların fikrincə, dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmuşdur.
“Kitabi-Dədə Qorqud” dastanları ilk dəfə adı elmə məlum olmayan şəxs tərəfindən 1052-ci ildə qələmə alınmışdır. Dastan, təxminən, beş əsr şifahi təzahür (formalaşma, inkişaf) dövrü yaşamış, bundan sonra XI əsrdə yazıya alınmışdır. Əlyazmanın üzü dəfələrlə (XI əsrdən XVI əsrə qədər) köçürülmüşdür. Drezden nüsxəsi də orijinal deyil, köçürülən nüsxədir.
“Kitabi-Dədə Qorqud” dastanlarında bəhs olunan hadisələrin V-VII əsrlərdə, bəzi boyların ondan da xeyli əvvəl olmaları ehtimal edilir. Dastan Azərbaycan oğuzlarından bəhs edir. “Dədə Qorqud kitabı” salnamədir, ədəbi əsər olmaqdan başqa, Azərbaycan-Oğuz dövlətinin ərəb işğalından əvvəlki müəyyən dövrün və ərəb işğalı ərəfəsinin, Oğuz zamanının tarixidir. Amma bədii şəkildə yazılıb. Bu dastana yalnız ədəbi ölçülərlə dəyərləndiriləsi əsər kimi baxmaq olmaz. Kitab həm də tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə etibarlı və mötəbər bir qaynaqdır.
Oğuzlar Azərbaycanın, demək olar ki, bütün ərazisində və indiki Ermənistan, Gürcüstan ərazisinin müəyyən hissələrində yaşayırdılar. Bu, azərbaycanlıların tarixən və indi yaşadıqları yerlərə tam uyğun gəlir.
Həmid Araslıya görə, dastanların ilk variantı – orijinalı Azərbaycanda yazıya alınmışdır. M.Ergin belə bir fikrə gəlmişdir ki, “Dədə Qorqud” dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. “Dədə Qorqud kitabı”nın özü təsdiq edir ki, onun boyları Qafqazın cənub ətəkləri və bütövlükdə Azərbaycan ərazisilə bağlıdır, boylardakı əhvalatlar Kür-Araz düzənliyində, Şərur mahalında, Əlincəqala qoruqlarında, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və sair yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Zəngilanda, Göyçə mahalında, Ağcabədidə, Şəmkirdə, Şəkidə, Şirvanda, Abşeron torpağında bu gün belə mövcuddur.
“Qalın Oğuz” xaqanlığı “İç oğuz” və “Dış (Daş) oğuz” inzibati ərazilərinə bölünmüşdü. “İç oğuz” dedikdə Kür-Araz ovalığı (Aran) yerləşən torpaqlar nəzərdə tutulurdu. “Dış oğuz”a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxil idi. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi əraziləri əhatə edirdi.
“Kitabi-Dədə Qorqud”da Azərbaycanımızın ulu sələfi – oğuz eli təsvir olunur ki, bu eposda müasir mənada anladığımız dövlətçiliyin bütün əlamətləri var. Qədim dövlətçiliyimizdə ikihakimiyyətlilik olub: xaqan və şah hakimiyyəti. “Dədə Qorqud”da Bayandır xan xanlar xanıdır, Qazan xan bəylər bəyi. Qanunvericilik hakimiyyəti – hökm vermək, fərman vermək Bayandır xanın əlində, icra hakimiyyəti, habelə, ordu, iqtisadiyyat Qazan xanın əlində cəmləşib.
Dastanda ən nümunəvi cəhətlərdən biri də vahid dövlətçilik ideyasıdır. Bu məqsədlə oğuz bəyləri özlərində öz içərilərindən ağsaqqal seçmək, onun təklif və tapşırıqlarını sözsüz yerinə yetirmək amalı formalaşdırmışlar. Belə bəylərdən biri də Bayandır xan olmuşdur. Bayandır xan dastanda böyük bayraq götürən, oğuz igidlərinin vətəni qorumaq mübarizələrinə rəhbərlik edən bir dövlət başçısı kimi çıxış edir, dövlətçiliyi hər şeydən üstün tutur, dövlətə qarşı çıxanlara heç bir güzəştə getmir.
Dastanda oğuz elinin dövlətçiliyə, qanunların aliliyinə, ictimai ədalətin qorunmasına riayət və hörməti özünü qabarıq göstərir.
Dastanda belə bəylərdən biri də Salur Qazandır. Qazan xalqın ümidi, arxası, Qalın Oğuzun başçısı hesab edilir. O, bu etibarı və hörməti dövlət xidmətində qazanmışdır. Salur Qazan Oğuzun bütün dövlət işini aparır. O, dövlət qanunlarının pozulması hallarına yol vermir, Oğuza qarşı çıxan, onun birliyini pozub parçalamaq istəyən öz dayısı Aruzu belə öldürür və məmləkətin bütövlüyünü qoruyub saxlayır.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq, vətənpərvərlik haqqında dastandır. Burada oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə əlbir hərəkət edən qıpçaq türklərinə qarşı mübarizəsi daha geniş və daha parlaq əks olunmuşdur. Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olan “Kitabi-Dədə Qorqud” dastanları həm də xalqımızın zəngin oturaq mədəniyyətə malik olduğunu sübut edir. Dastanda Vətən anlamı – Dəmir qapı Dərbənddən tutmuş Göyçəyə, Əlincədən tutmuş Zəncana və Anadoluya qədərki əraziləri əhatə edir.
“Kitabi-Dədə Qorqud” həm də oğuzların əxlaq kitabıdır. Böyüyə hörmət, ata-anaya məhəbbət, ailəyə sədaqət – bu insani keyfiyyətlər oğuz övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur. Oğuz igidləri “ana haqqı tanrı haqqıdır” ifadəsini özləri üçün müqəddəs alın yazısı, həyat amalı seçmişlər.
“Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. Dastanda oğuz-türk anaları vətəni müdafiə edən oğullarına tərbiyə verərək deyirlər: “Oğul dağdan uçmasın, oğul suda axmasın. Oğul azğın düşmənə əsir düşməsin”.
Oğuzlarda geri dönmək, yoldaşı müdafiə etməyib qaçmaq çox ağır cəzalandırılmışdır. Qazan xan oğlunun döyüş meydanından qaçdığını zənn edib deyir: “Onu altı bölük edib, altı yolun ayırıcına tullayacam ki, kimsə döyüşdə yoldaşını qoyub qaçmasın”. Dastanda böyüməkdə olan nəslə Vətənə məhəbbət hissini aşılamaq, onlara vətəni tanıtmaq və sevdirmək üçün ardıcıl bilik və məlumatlar verilir. Bu məqsədlə dastanda vətənin dağları, çölləri, bulaqları, al-əlvan çəmənləri, əzəmətli qalaları, abidələri haqqında söhbətlər gedir. Məsələn, dastanda su haqqında deyilir: “Şırıl-şırıl qayalardan axan su, böyük-böyük ağacları yerindən oynadan su, bağ və bostanın zinəti su”. “Ağaclı dağlar, gözəl dağlar, gündoğan dağlar, qara dağlar, otlu-yaylaqlı uca dağlar”, – deyə onu vəsf edərkən mərd, qoçaq, qəhrəman, namus, qeyrət sahibi olan oğullar bu təmiz su və dağlarla müqayisə edilərək deyilir: “Dağın yüksəyi oğul”, “Suyun daşqını oğul”. Dastanın boylarında Azərbaycanın qədim yaşayış yerləri olan Dərbənd, Gəncə, Bərdə, Şərur, Dərələyəz, Göyçə mahalı, Borçalı, Əlincə qalası, Qaraçuq və sair yerlərin adı çəkilir ki, bu da Azərbaycanın hələ VII əsrdə nə qədər geniş ərazilərə malik olduğundan xəbər verir.
“Kitabi-Dədə Qorqud”da advermə mərasimi də qəhrəmanlıq, igidliklə bağlı olub böyük tərbiyəvi əhəmiyyət daşıyır. Oğuz adətinə görə, oğlan uşaqlarına doğularkən deyil, qəhrə¬manlıq göstərdikdən sonra ad verilmişdir. Bu cəhətdən oğuz elində yaxşı ad qazanmaq üçün yaxşı işlər görmək lazım idi. Dastanda Buğac, Basat, Bamsı Beyrək, Qazan belə adlar sırasındadır.
“Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsinin aliliyi, ailədə ər-arvad münasibətlərində sədaqət, anaya məhəbbət tərbiyəsi qanun səviyyəsindədir. Dastanda Salur Qazanın düşməninə söylədiyi sözlər anaya, qadına olan münasibət baxımından çox ibrətamiz və tərbiyəvidir: “Ay Şöklü Məlik! Evimi soyub, xəzinəmi gətirmisən, sənin olsun. Şahbaz atları gətirmisən, sənin olsun. Nə qədər var-dövlətimi gətirmisən, sənin olsun. Amma dünyada anadan əziz nə var? Anamı qaytar, arvadımı, oğlumu və bütün əsirləri ver, davasız-qırğınsız geri dönək”. Bir tərbiyəçi kimi Dədə Qorqud ağıllı və müdrikdir. O, adamlara düzgün yol göstərir, müdrik məsləhətlər verir. Onun söylədiyi aşağıdakı müdrik kəlamlar dərin əxlaqi-ibrətamiz mənaya malikdir: “Təkəbbürlülük eləyəni Tanrı sevməz. Özünü uca tutan lovğa adamda ağıl olmaz. Ata qıymayınca, yol gedilməz. İti qılıncı çapmayınca, düşmən basılmaz. Qız anadan görməyincə, öyüd almaz, oğul atadan görməyincə, süfrə açmaz. Bu dünyada vətəndən əziz, doğma eldən qiymətli nə var? Ata qədri bilməyən namərd oğul doğulmasa yaxşıdır. Qarı düşmən dost olmaz. Yalan söz dünyada olunca, olmasa yaxşıdır. Kişi malına qıymayınca, adı çıxmaz. Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır”.
Dədə Qorqudun təbliğ etdiyi müsbət mənəvi- əxlaqi keyfiyyətlər bu gün üçün də aktualdır: “Şəxsi mənafeyin güdülməməsi, hər şeyin xalq üçün edilməsi”, “Aca çörək, yalına ayaqqabı, pulsuza pul vermək”, “Qan tökməmək, qonşularla dinc yaşamaq”, “Mənəviyyatca təmiz, pak ürəkli olmaq”, “Qadına hörmət və ehtiram bəsləmək, anaya, ataya sonsuz hörmət və ehtiram göstərmək”, “Qadının ailə, ər namusunu ölümdən üstün tutması”, “Cəsarətli, çevik, qorxmaz, güclü olmaq”, “Gözəllikdən zövq almağı bacarmaq”, “Dosta rəğbət, düşmənə nifrət bəsləmək”, “Mərd olmaq, dosta sədaqət göstərmək, şərtə əməl etmək”, “Ağıllı, tədbirli olmaq, düşmənin hiyləsinə uymamaq”.
“Kitabi-Dədə Qorqud” dastanının həyatiliyi burasındadır ki, o, şəxsiyyət tərbiyəsində qaranlıq və işıqlı tərəfləri açıq-aydın göstərir: humanizmi və qəddarlığı, xeyirxahlığı və bədxahlığı, sadəliyi və lovğalığı, doğrunu və yalanı, əmin-amanlığı və savaşı, dostluğu və düşmənçiliyi qabarıq şəkildə əks etdirir və insanları ən yüksək mənəvi, əxlaqi keyfiyyətlərə səsləyir.
Dastanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən bəhs edən ulu öndərimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda demişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər sevəcəkdir”.

şirvanşahlar sarayı

zuleyxa
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.
Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.
1964-cü ildə saray kompleksi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edildi. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhər və Qız qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir. Sarayın binası Bakıdakı təpənin ən yuxarı hissəsində, Bakının “Qala” adlandırılan ən qədim hissəsində yerləşir. Hal-hazırda o, qədim şəhər divarları ilə əhatə edilib. Saray kompleksinin yerləşdiyi ərazi kiçikdir, təqribən bir hektar sahə tutur. Sarayın yanında yerləşən tikililər sarayla birbaşa əlaqədardır. Sarayla birlikdə bu tikililər bütöv bir kompleksi təşkil edir. Kompleksə daxil olan tikililər minarəsi ilə Şah məscidi, onun yanında Şirvanşahlar türbəsi, Divanxana (şimal tərəfdən saraya bitişikdir) və Seyid Yəhya Bakuvinin türbəsidir (“Dərviş türbəsi” kimi də tanınan bu türbə sarayın cənubunda yerləşir). Əvvəllər türbənin yaxınlığında qədim məscid var idi. İndi isə onun yalnız qalıqları qalıb. Saray kompleksi tikililəri yaxınlığında həmçinin saray hamamı və ovdan yerləşir. Onlar Şirvanşahlar türbəsinin qərbində yerləşir.
Kompleks təpənin yuxarı hissəsində olduğuna görə qədim şəhərdə üstün coğrafi mövqeyi var və uzaqdan nəzərə çarpır. Bakının orta əsrlərə aid binaları arasında o, memarlığın ağırlığına, tikilmə üsullarına və əzəmətinə görə fərqlənir. Keçmişdə saray bürcləri olan divarla əhatə edilmişdi və beləliklə, Bakı qalasının daxili istehkamı kimi istifadə edilirdi. Baxmayaraq ki, hal-hazırda bu divarın heç biri izi qalmayıb, ancaq XX əsrin 20-ci illərində sarayın şimal-şərq hissəsində bürcün təməllərini və divarın əlaqədar hissəsini görmək olurdu. 1192-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra Şirvanşah I Axsitan (1160-1197) öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. XV əsrdə Bakı şəhərinin iqtisadi və siyasi yüksəlişi ilə Şirvanşah I Xəlilullah (1417-1465) da eyni addımı atmışdır.[10] Sara Aşurbəylinin fikrincə Şirvanşahlar sarayının tikintisi I Xəlilullahın atası Şirvanşah I İbrahimin dövründə (1382-1417) başlamışdır.1412-ci ildə Qaraqoyunlular dövlətinin hökmdarı Qara Yusif (1410-1420) Çalağan döyüşündə I İbrahimi əsir aldıqdan sonra ondan sarayda saxlanılan qızıl və cavahiratı tələb etməsi haqqında məlumat mövcuddur. Şirvanşahlar sarayına daxil olan tikililərin bir hissəsi isə I Xəlilullahın dövründə tikilmişdir. Kompleks öz vaxtında əhəmiyyətli dərəcədə böyük ərazini əhatə edirdi. Bu ərazidə saray qulluqçuları və xidmət üçün evlər yerləşirdi. Qaraqoyunlular dövlətinin hökmdarı Qara İsgəndərin (1421-1435) Şirvana basqınları dövründə Bədr Şirvani də Bakıya köçərək Şirvanşahın sarayında yaşamışdır.
XIV əsrin sonlarında tikilmiş sarayın mərkəzi hissəsi və Keyqubad məscidi kompleksin erkən dövrdə tikilmiş binalarıdır. Şirvanşah I Keyqubad (1317-1348) böyük ehtimalla Bakıda yaşamış və Keyqubad məscidi də onun adı ilə adlandırılmışdır. Saray binasına aid heç bir kitabə dövrümüzə çatmamışdır. Ona görə də onun tikilmə ili saray kompleksinə daxil olan memarlıq abidələrindəki yazılarda olan tarixlərə uyğun olaraq təyin edilir. Belə iki yazı yalnız Şirvanşahlar türbəsində və Şah məscidinin minarəsində tamamilə qorunub saxlanılıb. Hər iki yazı tikililərin ucaldılmasını əmr edən I Xəlilullahın adını çəkir. Tikinti illəri olaraq da bunlar qeyd edilir: türbədə hicri ilə 839 (1435-1436) , Şah məscidinin minarəsində 845 (1441-1442). Türbə, saray və məscid eyni materialdan istifadə edilərək tikilib, yonulma və tikilmələri də eyni cürdür. V. N. Leviatov belə nəticəyə gəlir ki, saray binası və tikililər təqribən eyni vaxtda meydana gəlib və hətta saray onlardan bir az əvvəl, XV əsrin ilk onilliklərində qurulub. Daha sonra hamam və ovdan tikilib. XV əsrin ikinci yarısında Seyid Yəhya Bakuvinin türbəsi, Şirvanşah I Fərrux Yasarın dövründə (1501-ci ilə qədər) isə Divanxana və qərb fasadına bitişik əlavə bina tikilib. Saray binası haqqında 1501-ci ilə qədərki dövrə aid məlumat aşkar edilməyib. Fars salnamələrindən biri deyir ki, 1501-ci ildə I Xəlilullahın oğlu Şirvanşah I Fərrux Yasarın ordusu Səfəvilər sülaləsindən olan Şah I İsmayıl tərəfindən məğlubiyyətə uğradılır. Döyüşdə Şirvanşah Fərrux Yasar həlak olur; I İsmayılın ordusu Bakıya hərəkət edir, onu mühasirəyə alır və bir neçə hücumdan sonra şəhəri ələ keçirir. Sonra, salnaməyə görə, Şah İsmayılın əmri ilə Şirvanşahın hündür binası dağıdılır. Bu ifadənin Şirvanşahın sarayının dağıdılması mənasına gəldiyi fikirləşilir. Amma V.N. Leviatov qeyd edir ki, orta əsrlər salnamə ruhuna uyğun olaraq, bu ifadə Şirvanşahların hakimiyyətinin və ali hakimiyyət hüquqlarının məhv edildiyi mənasına gəlir. Mümkündür ki, Bakının Səfəvilər tərəfindən alındığı və Şah I İsmayılın ordusunun orada ağalıq etdiyi vaxtda saray qarət edilib və ehtimal ki, qismən dağıdılıb. Bakının alınmasından bir müddət sonra isə Bakı şəhərini və bütün ətrafını, həmçinin Şirvanı Səfəvilər dövlətinin təyin etdiyi canişinlər idarə edirdi. XVI əsrin ilk yarısında sarayda kimin yaşadığı və hansı şəkildə yaşadığı haqqında məlumat yoxdur. Şirvan canişini Hüseyn bəy Şamlının öz yerinə təyin etdiyi cilovdarı Şahgəldi ağa Şirvanşahlar sarayına çox yaxın məhəllələrdən birində yaşamışdır və həmin məhəllə indiki dövrə qədər Şahgəldi ağanın adı ilə adlandırılmışdır.
Rusiya hərbi nazirliyi sarayı qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu.
Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı.
Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.
Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Bu yenidən qurmalarla rus hərbi nazirliyi tarixi abidə kimi saraya böyük ziyan vurdu. Hərbi nazirlik sarayın şərq fasadına pilləkən əlavə etdi, cənub (və ya aşağı) həyəti isə mağzalları olan daş divarla əhatə edildi. Bu divar sarayı əhatə edən köhnə divardan qalan fundamentdən qurulmuşdu.
Saray kompleksi hal-hazırda isə XIX əsrin ilk yarısında tikilmiş qala divarları əhatə edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) memarlıq abidələrinin tədqiqi və qeydə alınması üçün bir çox tədbirlər həyata keçirildi. 1918-ci ilin sonlarında memar-texnik İsmayıl bəy Nəbioğlu tərəfindən Şirvanşahlar sarayının ölçmə çertyojları həyata keçirildi. M.Ə. Əliyevə görə bu çertyojlar yüksək keyfiyyətlidir, öz dövrünə görə yaxşı düzəldilib, hətta akademik A.M. Pavlinovun işindən daha yaxşıdır. 1920-ci ilin əvvəllərində Müsəlman Şərqinin tədqiqi cəmiyyətində İsmayıl bəy Nəbioğlu sarayın taleyi haqqında mühazirələr oxudu. Dövr mətbuatı məruzənin saray haqqında müxtəlif şəkillər və çertyojlar təsvir etdiyini qeyd edir. Məruzə və müzakirədən sonra cəmiyyətin rəyasət heyəti seçildi. Cəmiyyət rəyasət heyətinə yaxın gələcəkdə saraya ekskursiya təşkil etməyi həvalə etdi. M.Ə. Əliyev qeyd edir ki, bu faktiki olaraq, Azərbaycan xalqının öz tarixi-memarlıq irsinin tədqiqi üçün ilk ümumi müraciəti idi. 1924-cü ildə də bu işlər davam etdirilirdi. 1932-1934-cü illərdə Azərbaycan abidələrin qorunması mərkəzi idarəsi Moskva dövlət restavrasiya emalatxanaları ilə birlikdə Boris Zasipkinin layihəsi əsasında böyük təmir-restavrasiya işləri apardı. Daha sonra Şirvanşahların köhnə sarayı Azərbaycan Tarix Muzeyinə verildi. Gil döşəmələr davamsız olduğuna və saray binası muzey olaraq təşkil edilmək istənildiyinə görə təmir-restavrasiya işləri zamanı döşəmə parketlə örtülmüşdü. Həmçinin, bu iş zamanı pəncərə yerlərindən XIX əsrdə qoyulmuş daşlar götürüldü və saray əvvəlki vəziyyətinə qayıtdı. İkinci mərtəbənin ilkin planı bərpa edilmədi. Çünki orada muzey yerləşəcəkdi: indi orada iki zal var, ilk tikiləndə isə 8 otaq var idi. Birinci mərtəbənin planı tamamilə bərpa edildi. Burada həmçinin qədim tavan qorunub saxlandı. 1937-1938-ci illərdə arxeoloq V.N. Leviatovun rəhbərliyi ilə sarayda arxeoloji qazıntılar aparıldı və XII-XV əsrlərə aid bir çox nümunələr tapıldı. 1945-ci ildə saray ansamblının ərazisində V.N. Leviatov tərəfindən həyata keçirilən arxeoloji qazıntılar zamanı mövcud abidələrin binövrələrinin çox dərinində bir zamanlar sıx məskunlaşmanın olduğu yaşayış məskəni tapıldı. Keramika məmulatlarının fraqmentləri və kələr yaşayış məskəninin VIII-IX əsrlərə aid olduğunu göstərir
Müəyyən bir müddət ərzində saray Azərbaycan milli muzeyi və Din tarixi muzeyi binası kimi istifadə edildi. 1960-cı ildə saray memarlıq qoruğuna, 1964-cü ildə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinə çevrildi.


novruz bayramı

zuleyxa
Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Qədim zamanlarda bir çox din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmışdılar. Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı etmişlər. Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlmiş Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur. Əslində, Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayramdır.Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur. Məsələn:
• İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
• İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
• Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
• Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.


Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.

sink və c vitamini

zuleyxa
Sink və C vitamini soyuqdəymə riskini azaltmağa necə kömək edir?

Bizim immun sistemimiz daim viruslar, bakteriyalar və digər mikroblar kimi təcavüzkarları uzaq saxlamaqla məşğul olur.Bu halda, immun sisteminin bizim tam dəstəyimizə ehtiyacı olur. Sink və C vitamininin immun sisteminin normal funksiyasını dəstəkləməyə necə kömək etdiyini öyrənin: 
 
Sink virus infeksiyası zamanı sizə bu cür kömək edir:
Sink virus infeksiyasına qarşı mübarizədə effektivdir, çünki o, burnun selikli qişasında viruslara sahib hüceyrələrin yapışmasının qarşısını alır – o, sadəcə onların yerləşmə bazasını zəbt etdiyinə görə onları qovur. Bundan əlavə, o, bu virusların böyüməsinə maneə törədir və reproduksiyasını dayandırır. Nəhayət, sink virus infeksiyasından qaynaqlanan mümkün iltihab reaksiyalarını yüngülləşdirməyə kömək edir, çünki histaminin buraxılmasının qarşısını alır və prostaqlandin mübadiləsini dayandırır. Beləliklə, burnun selikli qişası o qədər güclü şişmir və insanın daha rahat nəfəs almasına imkan verir.

C vitamini virus infeksiysı tutmaq şansını azaltmağa kömək edir
Balanslaşdırılmış C vitamini səviyyəsi (yəni yaxşı C vitamini ehtiyatı) immun sisteminin sağlam funksiyasına kömək edir. Viruslar bizim selikli qişamıza çatdıqdan sonra, C vitamini müxtəlif yerlərdə aktivləşir. O, ağ qan hüceyrələrinin formalaşmasını təşviq edir, sərbəst radikallara yapışır, onları neytrallaşdırır və orqanizmin öz antioksidanlarının daha çoxunu regenerasiya edir. Beləliklə, o, immun sistemimizi dəstəkləyir və oksidləşdirici stressi azaldır. Virus infeksiyası başlayanda, C vitamininin səviyyəsi bəzən sərfiyyatının artması səbəbindən kəskin şəkildə azalır. Əgər bu baş verərsə, diz çökməyənə qədər bədənimizin müdafiə sistemini dəstəkləmək üçün tez bir zamanda yüksək dozada C vitamini qəbul etmək məsləhətdir.

Sink və C vitamini ilə virus infeksiysın riskinin azaldılması
Virus infeksiyasına yoluxma riskini azaltmaq üçün yalnız qrip mövsümündə deyil, hər zaman C vitamini və sink balansına diqqət yetirmək məsləhətdir. Alman qida Cəmiyyəti sağlam yetkin insanlara cinsindən asılı olaraq normal tələbatı qarşılamaq üçün gündəlik ən azı 7 mq-dan 10 mq-a qədər sink və 95 mq-dan 110 mq-a qədər C vitamini qəbul etməyi tövsiyə edir. Sink və C vitamini bizə sağlam immun sisteminə sahib olmaq və xəstəlik riskini azaltmağa kömək edir.

nasa

zuleyxa
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi.
NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. NASA bu günə qədər bir çox insanlı insansız uçuş proqramları həyata keçirmişdi. İnsansız uçuş proqramlarının məqsədi Venera və Mars ilə başlayaraq Günəş sistemini kəşf etmək idi. İnsanlı uçuş proqramında ilk dəfə 1969-1972 illər arasında Apollon lahiyəsi əsasında Aya on iki astronavt göndərərək SSRİ ilə daxil olduğu “Kosmos mübarizə”sini qazandı. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi. Bunların köməyi ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer müəyyənləşdirilmişdi. Apollon proqramının dayandırılması müxtəlif səbəblərdən və müxtəlif vaxt kəsiyində meydana gəlmişdi. İlk dəfə olaraq Apollon missiyaları 1960-cı illərin əvvəlində Apollon 1 gəmisində baş vermiş və heyətin tələfatı ilə nəticələnmiş qəzanın baş verməsinə görə dayandırılmalı idi. Ancaq daha sonra NASAnın Apollon misiyalarının uğurla həyata keçirməyə başlaması və 20 iyul 1969-cu il tarixində Apollon 11 missiyasının Aya uğurla enməsi nəticəsində bundan imtina edildi. Apollon 11 missiyasından sonra Aya daha 9 missiya planlaşdırılırdı, amma 1972-ci ildə Apollon 17nin Aya son uçuşu oldu və müəyyən səbəblərdən sonra Apollon 18, 19 və 20 missiyaları təxirə salındı.
Merkuri Layihəsi — 1958-ci ildən 1963-cü ilə qədər Birləşmiş Ştatların ilk kosmik uçuş proqramı Merkuri olmuşdur. Space Yarışının erkən qeyd edildiyi müddətdə məqsədi bir insanı Yer üzünə qoymaq və Sovet İttifaqı qarşısında ideal bir şəkildə geri qaytarmaq idi. Yeni yaradılmış NASA kosmik agentliyi tərəfindən ABŞ Hava Qüvvələrindən götürülən, iyirmi bərabər inkişafsız uçuş (bəzi heyvanları istifadə edərək) və astronavtların müvəffəqiyyətli uçuşunu həyata keçirdi. Roma mitologiyasından adını alan proqram, inflyasiya üçün 2,2 milyard dollara başa gəldi. Astronavtlar kollektiv olaraq "Merkuri Seven" kimi tanındılar və hər bir kosmik gəmiyə "7" pspase Race, 1957-ci ildə Sovet peykinin Sputniknin 1-nin buraxılması ilə başladı. Bu, Amerika ictimaiyyətinə şok olaraq gəldi və mövcud ABŞ kosmik kəşfiyyat işlərini sürətləndirmək üçün NASA yaradılmasına gətirib çıxardı. Onların çoxunu vətəndaş nəzarəti altında yerləşdirdilər. 1958-ci ildə Exsplorer 1 peykinin müvəffəqiyyətli bir şəkildə başladıktan sonra ekipajlı kosmos uçuşu bir sonrakı hədəf oldu. Sovet İttifaqı ilk insan, kosmonavt Yuri Qaqarinini 12 aprel 1961-ci ildə,Vostok 1-də tək orbitə yerləşdirildi. Qısa bir müddət sonra, ABŞ, 5 mayda, ilk astronavt Alan Şepardı suborbital uçuşa buraxdı. Sovet German Titov 1961-ci ilin avqustunda bir gün davam edən orbital uçuşla təqib etdi. ABŞ, Con Qlen Yer ətrafında üç orbit qurduğunda, 1962-ci il fevralın 20-də öz orbit məqsədinə çatdı. Merkuri 1963-cü ilin mayında sona çatdıqdan sonra, hər iki ölkə kosmosa altı nəfər göndərdi, lakin Sovetlər kosmosda keçirilmiş ümumi vaxtda ABŞ rəhbərlik edirdi. Merkuri kosmik kapsulası Mak Donel Airkraft tərəfindən hazırlanmış və bir gün təzyiqli kabin içərisində su, qida və oksigen tədarükünü aparmışdır. Merkuri uçuşları, Floridadaki Kap Kanveral hava qüvvələri stansiyasından, Redstona və Atlas raketlərindən modifikasiya edilmiş vasitələrə buraxdı. Kapsül bir uğursuzluq halında başlatma vasitəsindən etibarlı şəkildə uzaqlaşdırmaq üçün bir başlanğıc qaçış raketiylə təchiz edilmişdir. Uçuş, Maned Spese Flayt Netvörk, izləmə və kommunikasiya stansiyaları sistemi vasitəsilə yerdən nəzarət ediləcək; Gəmidə arxa nəzarət vasitələri hazırlanıb. Kiçik retretoketlər kosmik aparatını orbitdən çıxarmaq üçün istifadə edildikdən sonra, ablativ istilik qoruması onu atmosfer qəfəsinin istiliyindən qorudu. Nəhayət, bir paraşüt bir su eniş üçün sənətkarlığı yavaşlatdı. Hər iki astronavt və kapsul ABŞ dəniz gəmisindən yerləşdirilən helikopterlər tərəfindən yerləşdirildi.Merkuri layihəsi populyarlıq qazandı və onun missiyalarını dünyada milyonlarla radio və televiziya izlədi. Onun müvəffəqiyyəti, hər bir kosmosda iki astronavt daşıyır və sonradan Apallon proqramında ilk dəfə çəkilmiş Merkuri uçuşundan bir neçə həftə sonra açıqlanan ay uçuşlarında lazımlı manevrlər üçün mükəmməl kosmik manevrlər aparan layihə İkizləri əsasısını qoydu.
Skylab (1965-79) — Skylab, ABŞ-ın ən mühum kosmos stansiyasıdır. Saturn İB roketinin üst tərəfinə əlavə olaraq 1965 ilində yaradıldı. Dünya'da inşa edilən 69,950 lb (77,088 kg) ağırlığındakı stansiya 14 may 1975-ci ildə Saturn V roketinin ən üst hissəsinə yerləşdirildi və 435 km yüksəklikdəki orbitə göndərildi. 1973 – 1974 cü illər arasında 171 gün ərzində üç qrup tərəfindən işlədildi. Çəkisizlik ve Günəşi izləmək üçün laboratoriyaları vardır.
Beynəlxalq Kosmik Stansiya (BKS) 1993-günümüz (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya , Belçika , Braziliya , Böyük Britaniya , Almaniya , Yunanıstan İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Danimarka ,İrlandiya və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. NASA'nın bütçəsi 1970-ci illərdən bəri Amerikan federal bütçəsinin %1'in alır. 1966'da Apollo Programı üçün bütçənin federal bütçədəki payı %4.41 yüksəlmişdir. NASA'nın bütçəsinin federal bütçədəki faizi1966-cı ildən bəri düzənli olaraq azalmaqdadır. 2012 ildə federal bütçədəki yeri %0.48'dir.


unesco

zuleyxa
UNESCO nədir və nə zaman yaranıb?
1942-ci ildə, ikinci dünya müharibəsinin ən qızğın dövründə, milliyyətçi Almaniya ilə döyüşən Avropa ölkələri hökumətləri və onların müttəfiqləri Böyük Britaniyada müttəfiq ölkələrin təhsil nazirlərinin konfransında toplaşırlar. Müharibənin bitməsinə uzun bir zaman qalmasına baxmayaraq, artıq ölkələri sülhün bərqərar olmasından sonra təhsil sisteminin bərpa olunması məsələsi düşündürür. Qısa bir müddət ərzində layihə ümumdünya miqyası alır. Yeni-yeni dövlətlər, həmçinin ABŞ layihədə iştirak etmək istəklərini bildirirlər.
1-16 noyabr 1945-ci il BMT-nin təhsil və mədəniyyət məsələləri üzrə təşkilatın yaranması ilə bağlı 40 dövlətin təmsilçilərinin iştirakı ilə konfrans keçirilir. Fransa və Birləşmiş Krallığın təklifi ilə, dünya mədəniyyətinin bərqərar olunmasına xidmət edən təşkilatın yaranması ilə bağlı qərar qəbul olunur. Yeni təşkilatın məqsədi - “Bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyinin” təmin olunmasına xidmət etmək və yeni dünya müharibəsinin başlanmasına yol verməmək idi.
16 noyabr 1945-ci ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə (UNESCO) təşkilatının nizamnaməsi 37 dövlət tərəfindən imzalanır və 4 noyabr 1946-cı ildə 20 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minir: Avstraliya, Braziliya, Yunanıstan, Danimarka, Dominikan Respublikası, Misir, Hindistan, Kanada, Çin, Livan, Meka, Yeni Zelandiya, Norveç, Səudiyyə Ərəbistan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Türkiyə, Fransa, Çexoslovakiya və Cənubi Afrika Respublikası.
Baş konfransın birinci sessiyası 19 noyabr-10 dekabr 1946-cı ildə Parisdə keçirilir. Orada səsvermədə iştirak etmək hüququ olan 30 hökumətin nümayəndələri iştirak edir. UNESCO da BMT kimi ikinci dünya müharibəsinin ağır sınaqları nəticəsində yaranmışdir və bunu yaradıcı dövlətlərin siyahısı əyani surətdə təsdiq edir. Yaponiya və Almaniya Federativ Respublikası 1951-ci ildə təşkilatın üzvü olmuşdular, İspaniya isə 1953-cü ildə. UNESCO-nun fəaliyyətinə soyuq müharibə və SSRİ-nin dağılması kimi mühüm tarixi hadisələr təsirsiz keçmədi. SSRİ 1954-cü ildə UNESCO-nun üzvü olmuş, 1992-ci ildə isə onun hüquqi varisi Rusiya Federasiyası olmuşdur. 1960-cı ildə təşkilatın tərkibinə 19 Afrika dövləti daxil oldu. SSRİ-nin dağılmasından sonra 1991 – 1993-cü illər ərzində 12 keçmiş Sovet İttifaqı Respublikası UNESCO-nun üzv dövlətləri oldular.
1971-ci ildən Çin Xalq Respublikası Çinin UNESCO-da yeganə təmsilçisidir. 1990-cı ildə Almaniya Federativ Respublikasının Almaniya Demokratik Respublikası ilə birləşməsi baş verdi, hansı ki 1972-ci ildən UNESCO-nun üzv dövləti idi.
Bəzi ölkələr siyasi düşüncələrdən UNESCO-nun sıralarını müəyyən dövrlərdə tərk etmələrinə baxmayaraq , bu gün yenə də UNESCO-nun sıralarındadırlar: Cənubi Afrika 1985-ci ildən 2003-cü ilədək , ABŞ 1985-ci ildən 2003-cü ilədək, Birləşmiş Krallıq və Şimali İrlandiya 1986-ci ildən 1997-ci ilədək və Sinqapur 1986-cı ildən 2007-ci ilədək UNESCO-da təmsil olunmayıblar.
UNESCO-nun əsas sələfləri olmuşlar:
• İntellektual əməkdaşlıq məsələləri üzrə Millətlər Liqasının Xüsusi Komitəsi, Cenevrə, 1922 – 1946-cı illər və onun icraedici müəssisəsi – Beynəlxalq intellektual əməkdaşlıq institutu, Paris, 1925 – 1946-cı illər;
• Beynəlxalq Maarif Bürosu, Cenevrə, 1925 – 1968-ci illər; BMB 1969-cu ildən öz nizamnaməsi olan UNESCO katibliyi strukturunun bir hissəsidir.
Üzv dövlətlərin nümayəndələrindən ibarət olan Ümumi Konfrans 1946-1953-cü illər arasında hər il, 1954-cü ildən bu günə qədər isə iki ildə bir çağırılır. Bu vaxta qədər 26 Ümumi Konfrans keçirilmişdir.
Ümumi Konfrans, Təşkilatın ən səlahiyyətli orqanı olaraq İcra Şurası üzvlərini və Baş Direktoru seçir, UNESCO-nun iş proqramlarını qəbul edir və büdcəni təsdiq edir. Azərbaycan Respublikası UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır.
Azərbaycan – UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron layihə hazırlanmışdır. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər layihədə UNESCO haqqında və Azərbaycan – UNESCO əlaqələrinə dair ətraflı məlumat alacaqlar. Layihə vasitəsilə istifadəçilərə bu mövzuda 100-dək kitabın elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir. Elektron layihəni Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi hazırlamışdır.


qorxu

zuleyxa
QORXU NƏDİR?

Qorxu — məlumatsızlıqdan yaranan duyğu. Məsələn qaranliqdan yaranan qorxu hissi qaranliğin qeyri müəyyənliyindən irəli gəlir.Qorxu həm də bir insanın yaşadığı ümidsizliklər və ya uğursuzluqlar nəticəsində yaranmış bir hissdir. Ən əsası qorxu bir ciddi psixoloji xəstəlikdir, müalicə olunmağı mütləqdir.Müasir dildə həmçinin fobiya termini də oxşar mənada istifadə edilir. Qorxunu aradan qaldırmaq üçün müxtəlif müalicə metodları mövcuddur.Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayaqsız və aciz hiss edir. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.Sanki insan üçün özünü rahat və təhlükəsiz hiss edə biləcək bir yer tapılmır ki, tapılmır. Bunun nəticəsi kimi yuxusuzluq, iştahsızlıq, mədə xəstəlikləri, təzyiq, digər nasazlıqlar baş qaldırır, insan özünü çox narahat hiss edir. Bizi əhatə edən təhlükələr haqda düşünməyə bilmədiyimiz halda, psixoloji cəhətdən çox yoruluruq, daim qorxu içərisində yaşamalı oluruq, qorxu-hürkülərdən universal xilas vasitələri, hər hansı düşə biləcəyimiz vəziyyətlərə dair dəyərli məsləhət axtarır, onları tapa bilmədikdə sanki qapalı bir dairəyə düşür, problemlərimizi dərinləşdiririk. Qorxular da müxtəlif olur: zərərli və xeyirli. Məsələn, xeyirli qorxular insanı düşünülməmiş addımlardan çəkindirir və belə olduqda onun sağ qalmasını təmin edir. Doğrudan da məhz qorxu bizə maşınların sürətlə şütüdüyü prospekti keçməkdən və ya hündür binadan paraşütsüz tullanmaqdan çəkindirir. Bunun əksi olaraq, zərərli qorxular bizim liftdən istifadə etməyimizə, kinoteatra getməyimizə və ya toyuq ətini iştahla yeməyimizə mane olur, çünki əsassız qorxularımız bizim real düşünmək qabiliyyətimizi iflic vəziyyətinə salaraq beynimizdə təsəvvür etdiyimiz dəhşətləri hər dəfə yenidən yaşamağa vadar edir. Əsassız qorxular canımıza o dərəcədə hopur ki, biz hətta baş verməyən hadisəni təsəvvürümüzdə belə canlandırmaqdan çəkinirik. Belə qorxularla hər birimiz mübarizə aparmalı, gücümüz çatdıqda, mütəxəssislərə müraciət etməliyik. Seçim hər bir insanın öz əlindədir. Bu artıq təhlükəsizlik psixologiyasına tərəf ilk addımdır. İkinci addım-müxtəlif təhlükələrlə görüşə hazırlıqdan ibarətdir. Baş verə biləcək bütün təhlükələri nə əvvəlcədən bilmək, nə də onlara hazır olmaq mümkün deyil. Elə də olur ki, biz həqiqətən bizə təhlükə yarada bilən amillərdən yox, digər şeylərdən qorxuruq. Adətən təyyarədə uçmaqdan qorxan insan bir də görürsən ki, maşınların gür hərəkəti olan yerdə təhlükəsizliyini düşünmədən yaxınlaşan avtobusa sarı qaçır və ya nəqliyyat vasitəsində təhlükəsizlik kəmərlərindən istifadə etmir. Halbuki avtomobil qəzalarında tələf olanların sayı təyyarə qəzalarında həlak olanlardan qat-qat çoxdur. Y.V. Şerbatıx bütün qorxuları aşağıdakı üç qrupa ayırmışdır: sosial, bioloji, ekzistensial.
Bioloji qrupa o birbaşa insan həyatı üçün təhlükə ilə bağlı olan qorxuları aid etmişdir. Sosial qorxular qrupuna isə o sosial status çərçivəsindəki qorxu və şübhələri daxil etmişdir. Ekzistensial qorxular qrupunu alim insan mahiyyəti ilə əlaqələndirmişdir, hansı ki bütün insanlarda qeyd olunur. Bütün sosial qorxuları, insanı cəmiyyət qarşısında nüfuzdan sala biləcək və onun özünə inam hissini azaldacaq situasiyalar yaradır. Onlara ictimaiyyət qarşısında çıxışlar qorxusu, məsuliyyət və sosial əlaqələr aiddir. Ekzistensial qorxuları insanın intellekti ilə əlaqələndirirlər və onlar refleksiya (həyat problemləri, ölüm və insanın bu dünyada mövcudluğu ilə bağlı məsələlər haqqında düşüncələr) nəticəsində yaranır. Məsələn, bu, zaman, ölüm və insan həyatının mənasızlığı və s. qarşısında olan qorxudur. Bu prinsipə əməl etsək: yanğın qorxusunu bioloji, səhnə qorxusunu – sosial, ölüm qorxusunu isə ekzistensial kateqoriyaya aid edə bilərik.Bundan başqa, qorxunun ara formaları da mövcuddur, hansı ki iki qrupun tam ortasında dayanır. Onlara xəstələnmək qorxusunu da aid edirlər. Bir tərəfdən xəstəlik iztirab, ağrı, zədə (bioloji amil) gətirir, digər tərəfdən isə sosial amil (cəmiyyət və kollektivdən ayrılma, adət olunmuş fəaliyyətin dayandırılması, gəlirlərin azalması, kasıbçılıq, işdən qovulma) daşıyır. Buna görə də, bu vəziyyəti bioloji və sosial qrupların sərhədinə, təbii və süni su hovuzlarında çimmək qorxusunu bioloji və ekzistensial qorxu qruplarının sərhədinə, yaxınları itirmək qorxusunu isə bioloji və ekzistensial qrupların sərhədinə aid edirlər. Qeyd etmək lazımdır ki, hər bir fobiyada hər üç komponent müşahidə olunur, lakin onlardan biri dominant rol oynayır.İnsanlara təhlükəli heyvanlardan, bəzi situasiyalardan və təbii hadisələrdən qorxmaq xasdır və bu normaldır. İnsanlarda bu səbəblərdən yaranan qorxular reflektor və irsi xarakter daşıyır. Birinci halda təhlükə neqativ təcrübəyə əsaslanır, ikincidə isə genetik səviyyədə həkk olunub. Hər iki hal ağılı və məntiqi idarə edir. Təxmin edilir ki, bu reaksiyalar öz faydalı əhəmiyyətini itiriblər və buna görə də, insana dolğun və xoşbəxt həyat yaşamağa kifayət qədər güclü maneəçilik törədirlər. Məsələn, ilanlara qarşı ehtiyatlı olmağın mənası var, lakin xırda hörümçəklərdən çəkinmək artıq axmaqlıqdır; şimşəkdən əsaslı olaraq qorxmaq olar, amma heç bir zərər verməyə qadir olmayan göy gurultusundan qorxmaq mənasızdır. Bu cür fobiyalar və narahatçılıqlar olduqda insanlar öz reflekslərini yenidən qurmalıdırlar.Həyat və sağlamlıq üçün təhlükəli olan vəziyyətlərdə əmələ gələn insan qorxuları qoruyucu funksiya daşıyırlar və buna görə də faydalıdırlar. İnsanların tibbi manipulyasiyalar qarşısında qorxuları isə sağlamlığa ziyan vura bilərlər, çünki xəstəliyi vaxtında aşkarlamağa və müalicəyə başlamağa mane ola bilərlər.İnsan qorxuları fəaliyyət sahələri kimi müxtəlifdirlər. Bu fobiya özünüqoruma instinktinə əsaslanır və təhlükə qarşısında müdafiə reaksiyası kimi çıxış edir. Xəstəlik özünü müxtəlif formalarda təzahür etdirir. Əgər mənfi emosiya özünü çox aşkar şəkildə büruzə vermirsə, o qarışıq, dumanlı hiss həyəcan kimi keçirilir. Daha güclü qorxu neqativ hisslərdə müşahidə olunur: vahimə, təlaş (panika).