confessions

ulker

1. Nəsil Təzə Üzv - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 4
  2. İzləyici 2
  3. Xal 86

article

ulker
Artikl yalniz isimlerin onunde islenir .2 nov artikl var :1.definite (the) 2.indefinite (a/an)
Tanidigimiz,adi cekilende deqiq ne oldugunu bildiyimiz isimler qarsisinda the artikli,tanimadigimiz ,qeyri-mueyyen isimler qarsisinda ise a/an islenir.
Tek countable isim saitle baslayrsa an,samitle baslayarsa a islenir .Ex:an actor,a book
●A/an islenme yeri:
Terif vererken meselen :a dog is an animal
Pese adlarinda mes:she is a doctor
Ismin adi ilk defe cekilende mes:i see an apple
Olcu vahidlerinde 1 menasinda mes:3 manats a kilo
Her hansi,istenilen menasinda mes:a cat has legs
Such/quite/rather+a/an+singular count mes:such an interesting book
Tesvir edende mes;he was a tall man
Dozen, hundred ,thousand ,million,billion sozleriyle 1 menasinda mes:they had a hundred dollars
There is +singular countable mes:there is a book on the shelf
An hour and a half ,be in a hurry,half an hour
●The artikl islenme yeri
Morning,evening ve s in sozonusu ile islendikde mes:in the evening
Country kend menasinda islendikde her zaman the artikli islenir
The only
School/college/university/hospital/church/mosque/home bina menasinda islendikde
Weather ,information,bread,hair,news,advice,furniture bu sozler ancaq the artikli ile islenir ve ya artiklsiz

quantifier

ulker
Quantifier miqdar bildirən sözlərdir :
Many (çox) plural countable ilə işlənir məsələn:many students ,books and etc.
Much(çox) sayılabilməyən isimlərlə .Məsələn:much tea ,milk and etc
A lof of ya da plenty of hər ikisi həm sayıla bilən cəm ilə , həm də sayıla bilməyən tək ilə işlənir.
A few(az) sayıla bilən cəm ilə işlənir məsələn: a few students
A little(az) sayıla bilməyən tək ilə işlənir məsələn:a little money
Enough(kifayət qədər) hər ikisi ilə işlənir
Several( bir neçə)ancaq sayıla bilən cəm ilə işlənir .
Note!!! Many ,much əvəzinə təsdiq cümlədə əsasən a lot of işlənir .3 forması var
1.a lot of +isim 2.a lot isimsiz 3.lots of+isim
Note!!!! Bununla yanaşı only a little ,only a few quantifier lər var .
Note!!!sifət (zərf)+enough+isim
Note!!! Təyin +isim+xəbər olanda xəbər isimlə kəmiyyətə görə uzlaşır Məsələn: a lot of wine is drink

possesive casegenetive case

ulker
Possesive Case ,Azərbaycan dilindən tərcümədə ismin yiyəlik halı deməkdir.Necə düzəlir?Əgər canlıdırsa və cəmdədirsə '(apastrof) ya da 's(apastrof es) qəbul edir.Daha aydın şəkildə desək əgər isim "s,es"artırmaqla cəmlənmişsə bu zaman ancaq apastrof ,başqa cür cəmlənmişsə "apastrof es"qəbul edir.Məsələn Cats' legs ,children's books.
Təkdə olan isimlərdə isə 's dən ya da of dan istifadə olunur.Canlılar üçün bu sadəcə 's cabsızlar üçün of dur Məsələn:cat's legs ,,,legs of table ...İkinci nümunədən göründüyü kimi table cansız isimdir ona görə də "of" ilə düzəlib.Və unutmaq olmazki yiyəlik haldan sonra mütləq isim gəlməlidir.İstisna
1.Sonra gələn söz house ,office,shop olarsa
2.Sonra gələn 1 dəfə deyilibsə məsələn:Anar's hair is longer than Murad's
3.butcher's ,dentist's, florist's , baker's, grocer's və s ...
Mürəkkəb isimlərin yiyəlik halda işlənməsi:
İsim+isim's məsələn:sister-in-law's
İsim and isim's (əgər 2-ci isim ortaqdırsa)Fatma and Leyla's brother
İsim's and isim's (əgər 2-ci isim ortaq deyilsə)Fatma's and Leyla's noses
Example : Choose the correct sentence with the possesive case başlıqlı test işləyərkən biz bu ardıcıllığa fikir verməliyik:
1.'s dən sonraki söz isim olmalıdır
2.'s dən sonra a/an/the işlənibsə bu yiyəlik hal deyil
3.'s dən sonra got(fel)gəlibsə bu yiyəlik olmur.Has got olur
4.The+Boyuk hərflə başlayan soyad+s(cəm)+' olmalıdır (The Mamedovs') düzgündür .(The Mamedov's ) səhvdir.

noun

ulker
Noun-isim ,Azerbaycan dilində olduğu kimi ingilis dilində də əşyanın adını bildirir və kim ?,nə?suallarından birinə cavab verir.İsimlər tək və cəm ola bilər .Tək isimlərə singular nouns ,cəm isimlərə plural nouns deyilir.
1.Əgər ismin sonu "s, sh, ch, x" ilə bitərsə "es" artırılır Məs:fox--foxes,bench---benches
2.Qalanları "s" ilə Məs:Pen--pens ,apple---apples
3.samit+o məsələn.tomato-tomatoes, istisna(pianos,kilos,photos,zeros,dynomos,kimonos)
4.sait+o məsələn video---videos
5.samit+y məsələn city---cities artıq burada ies şəklində cəmlənir
6.sait+y məsələn day ---days
7.f ve fe ilə bitənlər məsələn wife---wives ,shelf---shelves istisna(chiefs ,beliefs,proofs,gulfs,roofs,briefs,handkerchiefs,safes,reefs)
8.ff meselen---cliff-cliffs
Və ingilis dilində bəzi topluluq bildirən isimlər var (police ,gentry ,poultry ,cattle ,personnel) bu isimlər cəm isimlərdir .Bununla yanaşı cəmlənmə zamanı kökdən dəyişən isimlərdə var.Bu isimlərə s yada başqa şəkilçi artırmaq olmaz.Bunlardır.Man --men,woman--women,mouse--mice,louse-lice ,goose-geese,tooth-teeth ,foot-feet ,ox--oxen ,child--children
Təki və cəmi eyni olan isimlər:deer,sheep,swine,fish.Yəni bu isimlər həm tək həm cəm ola bilər.Fərqləndirmək üçün cümləyə baxmaq lazımdır.Bununla yanaşı həmişə cəmdə olan isimlərdə var.Məsələn: trousers,pyjamas ,jeans,shoes,clothes,spectacles,glasses,stairs,riches,tongs,scales,goods,greens Və s.Bu isimləri təkdə işlətmək üçün "a pair of" ifadəsindən istifade etmək lazımdır məsələn a pair of trousers
Mürəkkəb isimlərdə cəm şəkilçisi əsas kökə artırılır yəni,mother -in-law sözünə cəm şəkilçisi artıran zaman onu mother sözünə aetırmaq lazımdır yənii ,mothers-in -law şəklində.(german ,norman , roman ) istisna
İsimlər sayıla bilən countable və sayıla bilməyən uncountable olurlar.Sayıla bilənlər many sayıla bilməyənlər much sualına cavab verir .Əksər isimlərin həç sayıla bilən həm sayıla bilməyən forması var.Məsələn room sözü otaq mənasında sayılır boş yer mənasında sayılmır .Paper sözü qəzet mənasında sayılır kağız mənasında sayılmır .Glass sözü stəkan mənasında sayılır ,şüşə mənasında sayılmır Time dəfə mənasında sayılır ,vaxt mənasında isə sayılmır .Countable isimlər cəmlənə bilir ancaq uncountablr isimlət cəmlənmir .Countable isimlərin təki cəmi olduğu halda uncountable isimlər ancaq təki olur .Countablr isimlər "a,an"artikli qəbul edir amma uncountable isimlər qəbul etmir.Uncountablr isimlərə nələr aiddir?.Maye məs:milk ,tea və s,Bərk cisimlər məs:mud, coal,ice ,Toz kimi:sugar,flour ,dust,mücərrəd:charity,experience ,hisslər :anger,trust,fame,Təbiət hadisəsi:fog,fire ,rain ,Oyunlar:chess ,dominoes .Bundan əlavə xəstəlik,material,oyun ,idman,elm adları hansı ki(ics suffixi ilə bitir) və fənn adları uncountable sayılır .
Bunlar COUNTABLE dir(cloud,impression,pear,pea,storm,idea,sound,job,lyric)
Uncountable isimləri saymaq üçün önünə numerativ sözlər artırılır .a/an +numerativ+of +uncountable noun.Məsələn:a slice of bread .Bread söze sayıla bilmir və biz numerativ söz əlavə etməklə saya bilirik birada numerativ söz slice dir.Başqa bir nümunə a bottle of oil.Burada bottle numerativ sözdür.İsimə s artıranda cəmlənir ,felə s artıranda təklənir. Am ,is,are,was,were,have,has feillerinden sonu "s" ile bitenler tekdedir.
Common və Proper nouns isə umumi və xususi isimlərdir.Məsələn Mary sözü insan adı olduğuna görə xüsusi yəni Proper noundur.İsimlər 3 cür olur simple ,derivative bə compound.Sadə düzəltmə mürəkkəb.Düzəltmə isimlər suffix və prefix lər ilə düzlər prefix ön şəkilçidir.Misal üçün:co, ex ,super,mono,hypo,di,self,bi ,macro və s məsələn.Co-operation ya da macroeconomy.Suffixlərə misal olaraq:dom ,ment,ness,ship,age,ion,ance,ess,ics ,ing ,th,al,ant və s məsələn:happy sözü sifətdir mənası xoşbəxt deməkdir."ness" əlavə etdikdə o isim olur yəni xoşbəxtlik.