confessions

ugur humbetov

1. Nəsil Yazar - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 17
  2. İzləyici 2
  3. Xal 257

meditasiya nədir

ugur humbetov

foto
Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər. Meditasiya əslində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub. Müsəlmanlarda isə buna aid sufizm var. Təsəvvüf ,və ya sufizm İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi - dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Sufilər və müsəlman müəlliflərinin əksəriyyətinə görə, təsəvvüfün qaynağı Quran və Məhəmməd peyğəmbərin hədisləridir. Təsəvvüfün tək bir şəkli olduğu deyilə bilməz. Quran və şəriətə sıx bağlı bir şəkildə, tamamilə şəriətə uyğun təsəvvüf anlayışı ilə yanaşı, şəriət xaricində əsaslara dayanan batini-ifratçı sufi anlayışları da İslam dünyaslnda çox geniş yayılmışdır. Bunların bir çoxunda isə başqa din və fəlsəfi cərəyanların təsirini görmək mümkündür.
1

microsoft'un qurucusu bill gates'in qızı jennifer'

ugur humbetov
Bill Gates'in qızı Jennifer Gates, çətin tələbəlik həyatı ilə eyni zamanda çapar'lıqla məşğuldur. Ən böyük rəqibi isə Steve Jobs'un qızı Eve Jobs'dur. Atalarının texnalogiya dünyasındakı rəqabəti günümüzdə qızları arasındada yaşanılır.

foto
Bill və Melinda Gates'in qızı Jeniffer 26 aprel 1996 da dünyaya gəlmişdir.

foto
Hər nə qədər atası Microsoft'un qurucusu olsada düşünülənin əksinə Jennifer'in 14 yaşına qədər hətta şəxsi mobil telefonu belə yox idi.

foto
Jennifer təhsilini atasının təhsil aldığı orta məktəb olan Seattle'daki Lakeside High School'da aldıqdan sonra təhsilinə Stanford'da davam etməyə başlayır. Jeniffer Gates hal hazırda Biyalogiya bölümündə təhsilini davam etdirir. Tək diqqəti elmi fəailiyyətləri deyildir. Altı yaşından bu günə çaparlıqla məşğuldur. Jennifer'in atının adı isə Alex'dir

foto
Qeyd edək'ki Bill Gates övladlarına sərvətindən çox az bir qismini miras qoyacağını deyir və övladlarının öz ayaqları üstündə durmaqlarını istədiyinidə bildirib.
foto


zərafət və sosial davranış qayadaları

ugur humbetov
Sosial davranış qayadaları, əsasən, nizam-intizam, xeyirxahlıq, yumor, hörmət kimi şəxsi münasibətlərdə izlənilməsi gözlənilən yazılmamış prinsiplər və qaydalardır.
Əsas qayadalar isə
•hörmət və nəzakət
•ləyaqət və prestij'i qorumaqdır

Cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən davranışları alçaldan və qəsdən uyğun olmayan davranışlar sərgiləyən şəxslər cəmiyyətdən xaric edilməyə məhkumdur.

Davranış və nəzakət qayadaları sadəcə uyğun olacağı düşünülən mühitdə deyil gündəlik həyatta tətbiq olunarsa təbii davranışlar olaraq mənimsəniləbilər

bədən dili

ugur humbetov
ikinci sırada ise şexsin ellerinin bağlı olduğunu düşünek

foto
qarşınızıdakı insanın bele bir veziyyetde oturuşu size men sıxılıram menim sıxıntım var ve men çox yoğun bir stres altındayam mesajını veirir.

bədən dili

ugur humbetov
Salam dostlar bu gün sizlerle menimde bildiyim ve her hansı bir şexsle diyalogumda ve ya ilk tanışlığımda qarşıdakı şexsi analiz etmek üçün istifade etdiyim bezi beden dili texnikalarını paylaşacağam.
İlk olaraq ellerden başlamaq isteyirem

foto fotoda gördüyünüz şexsin ellerinin açıq olması qarşı terefe men ünsiyyete açığam ve men dürüstem men sizi aldatmaram mesajını verir

şamanizm

ugur humbetov
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat.

"Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu,istismara məruz qaldı və təhrifə uğradı.

Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. https://az.m.wikipedia.org/wiki/%C5%9Eamanizm
foto

kimdir bu nostradamus

ugur humbetov
Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində, xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub.

Klas ədəbiyyatı, münəccimliyi və ilk tibbi bilikləri evdə öyrənib. Avinyon üniversiteti-ndə fəlsəfə, qrammatika və oratorluğu öyrənib. Şöhrətini XVI əsrdə Avropada tüğyan edən Qara ölümün (taun epidemiyasının) həllində əldə etdiyi uğurlara görə qazanıb.

Nostradamusun toxdağı təzə hava, təmiz su və C vitamini idi. Bu toxdaqla onlarca insan ölümdən qurtardılar ancaq Nostr Adamus öz qadını ilə iki uşağını qurtara bilmədi. Onlar 1537-ci ildə öldülər və Nostr Adamus o zaman yaşadığı Axen şəhərini tərk edib altı il sürəcək səfillikdə yaşamağa baş qoydu. Təxminən bu zamanlarda özündə gələcəyi görmə duyğularının oyanışını hiss etdi. 1547-ci ildə Nostradamus Salon şəhərində qalarğı yaşayışı başlıyıb yenidən evlənib altı uşaq – üç oğlan, üç qız- sahibi oldu. O, Salondaki evinin yuxarı qatını laboratoriya eliyib oranı əcaib aynalar, usturlablar, manqal və Delfi`də Apolon hirəmindəki (piramidindəki) müqəddəs üçdirəklisinə bənzəyən üçdirəkli ilə doldurdu.

1550-ci ildə Nostradamus uzun uzadı fikirləşəndən sonra iyirmi dörd öngörücü rubaidən ibarət (şamil olan) bir təqvim yaydı.

Nostr Adamusun bu təqvimini xoş qarşılamaları onun öz öngördüklərindən belə çox idi və yaşamının sonunadək ildə bu təqvimlərdən birini yaymaq yetərdi. O, Avropanın gələcəkdə yaşayacaq tarixini göstərən "Senturilər" (yüzilliklər) әsәrini yazmağa 1554-cü ildə başladı. Bir il sonra hər bölümdə yüz dördlüyü (rubaisi) olan ilk dörd bölümlü kitabı yayıldı. Senturlərin sonuncu olaraq onuncu bölümü 1558-də buraxıldı.

Sonralar bilginin oğulları senturilərə təkmilə olaraq "Oraqul" (Oracul) adında bir kitab çıxardılar."Senturilər" latincə izafəlerlə yanaşı qədim fransızca yazılmışdırlar. Bu kitabın önsözündə Nostradamus "öngörülərin" "Ruhülqudus`un ağzından" olmasını vurğulamaqdadır (tə`kid etməkdədir). Nostradamus İnkizisyon biləsinə qondarmış xəbərçilərin sorğulamasından qorxaraq simbollar dili, tutuşdurma (müqayisə), adlar və tarixləri rəmzlə yazmaqdan yararlanaraq kitabı rəmzi formada yazmışdır.

"Senturilər" araşdıranların verdiklərinə görə Nostradamus dördlüklərin ilk hərflərində olacaq olayların tarixini say rəmzlərində gizlətmişdir. Belə ki rubailərin hər misrə`i özəl bir say verir. İlk hərflərdə olan hərflərin say toplamı, birinci, ikinci, ya da üçüncü misrə`in sayı ilə birdir. (demək bu hansı minilliyi işarə etməkdədir). Obiri (digər) missrə`lərin say toplamı da özəl bir olayın qalan tarixini görsətməkdədir. Hərdən rubailərdə bu qaydanı pozan qəsdi yanlışlar buraxılmışdır. Bütünlüyü 970 ruba`ini içərən "Senturilər" sanki yazarın gələcəyə getdiyi yolculuğun günlüğü kimidirlər. (2300-cü ildən sonranın olaylarını öngörən dördlüklər kökdən yox olub da əlimizə yetişməmişdir.)

Müəmmalı öngörülərin ilk basımının görünməmiş başarısından sonra şe`r sayağı müəmmalar üzərinə dərin etki buraxan Fransanın kraliçası (mələkəsi) Qatrina Mediçi, Mişel de Nostradamus`u Paris`də qəsrinə çağırdı.

Bu 1556-nci ilin iyulundan avqustunadək sürən bir aylıq yolçuluq çox uğurlu oldu. Nostradamus Enn Monmoransi və başqa zadəganlar tərəfindən məhəbbət və hədiyyələrlə qarşılandı.

1564-də şah II Henri`nin bir şövaliyelik (atçılıq) təmrinində ölüb Nostradamus öncədən işarələdiği kimi onun varisi olan II Fransis də ansızın (birdən, nagəhan) öləndən sonra Fransanın qralı IX Karl Nostradamus`u öz şəxsi həkimi, münəccimi olaraq mənsub etdi. Tarixdə məşhur olan olay Nostradamus`un Fransalı gənc keşiş Feliçe Piyereti`nin önündə diz çöküb onun gələcək Roma katolik kilsəsi papası olacağını öngördü. Gənc keşiş bunu inanmayıb da bu sözə güldü amma 19 il sonra VI Sikst adı ilə Roma papası oldu.

Deyilənlərə görə Nostradamus öz ölümünün dəqiq tarixini də bilirmiş. 1566-cı il iyulun birinci günü axşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək ona "məni sabah diri görməyəcəksiniz" demişdi. O günün sabahı onu labratuarının yerində cansız tapırlar. Nostradamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmsın deyə ayaqüstə mumyalanmasını istəmişdi.

Onun məzar daşının üstündə "burda fanilərin biri, ulduzların yerkürənin üzündə olacaq olayların üzərin buraxan etkilərini anlamaq və tanrısal qələmi ilə yazmaq vergisinə sahib olan Nostradamus`un sümükləri mumyalanmışdır" yazılmışdır.

Onun şöhrətinə həsudluq (hisadət) edənlər müccimin sadə bir Alkolpərəst olduğunu və dördlüklərini alköl dəliliklərində yaratdığını yazırdılar.Fransua Rable onun haqqında məsxərə ilə "tanrısal şüşələr mö`cüzələri" adı verərək danışır.

1781-də Roma papası Nostradamus`un öngörülərini təkfir edib onların yayılmasını yasaqladı. On il sonra inqilabçı Yaqobinlər onun məzarını söküb sümüklərini çıxarıb açıb sonra dağıtdılar.

Tərəfdarları onun yadigarlarını saxlıyıb Salondaki Sən Loran kilsəsinə daşıdılar (bu şeylər bu günə dək kilsədə qalır).

Senturilərdə Fransada əsrin yenilənməsini tapan inqilabçı Robespiyerin əmri ilə hörmətsizlik edənləri cəzalandırırıar.

Bəzi tarixçilərin dediklərinə görə Nostradamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonraki Napoleona Bəstəboy demişdir.Sonraki 300 ilin zalımı isə Hister adını verdiyi Hitler olmuşdur.

Inqilab toplumu hələ Nostradamusun məzarı üstünə "inqilabı öngörən" lövhəsi qoymaq qərarına da gəlir. Anadan olduğu şəhər Sən Remidə də heykəli qurulur.

Bu günədək rubailərin tapmacalarını çözmək için çox çalışmalar olub çoxlu say çevirmələr və çözüm kitabları yayılmışdır. Bəzi araşdıranlara görə Nostradamusun öngördüklərinin doğruya çıxdığının faizi çox yuxarıdır.https://az.m.wikipedia.org/wiki/Nostradamus

rolf dobelli

ugur humbetov

Rolf Dobelli-QARŞILIQLILIQ İllər əvvəl hippi mədəniyyəti qızıl dövrlərini yaşadığı kimi - qatar stansiyalarında və hava limanlarında çəhrayı paltarda gəzən Krişna kultunun şagirdləri ilə görüşərdik. Hər keçdikde bir çiçək verirdilər. Müridlər çox danışmazdı; bir təbrik, bir təbəssüm, hamısı bu idi. Bir iş adamı kiçik bir çiçəkdə çox qazanc görməsə də, yenə də çiçəyi satın alacaqdı, axırda biri kobud olmaq istəməz. Hədiyyəni rədd edərkən, yumşaq bir "eşit, bu sənə bizim hədiyyəmizdir" ifadəsini eşidirsən. Hədiyyəni növbəti küçənin küncündəki zibil qutusuna atmaq istəyənlər bu çiçəklərin daha çoxunun zibil içərisində olduğunu görürdülər. Amma mövzu orada qapanmazdı. Vicdan əzabı çəkəndə müridlərdən biri gəlir və hədiyyə istəyərdi. Bu cəhd çox vaxt uğurlu olardı. Bu cür maliyyə yığımı o qədər bərəkətli olub ki, bir çox hava limanları izləyicilərin girişinə qadağa qoyub. Elm adamı Robert Cialdini bu qarşılıqlılıq fenomenini ətraflı araşdırdı və insanların kiməsə borcunu çətinliklə daşıya biləcəyini kəşf etdi. Bir neçə il əvvəl həyat yoldaşım və mən bir cütlük tərəfindən yeməyə dəvət edildik. Biz bu insanları çoxdan tanıyırdıq, gözəl insanlardı, amma maraqlı deyildilər. Bir bəhanə düşünmədik, dəvəti qəbul etdik. Gözlənilirdi: onların evində keçirdiyimiz axşam darıxdırıcı idi. Ancaq bir neçə aydan sonra onları eyni şəkildə evimizə dəvət etmək məcburiyyətində olduq. Zülm təzyiqi iki darıxdırıcı gecəni başa vurdu. Ancaq digər cütlük belə hiss etmədi, bir həftə sonra daha bir dəvət gəldi. Hələ də təsəvvür edə bilmirəm ki, insanlar illərlə müəyyən fasilələrlə, qarşılıqlı münasibətə görə illərlə təkrar görüşmüşlər, baxmayaraq ki, bu pis dairədən çıxmağı üstün tuturlar.