confessions

trkn

1. nəsil yazar - deney faresi -

  1. toplam entry 7
  2. takipçi 1
  3. xal 122

nyuton qanunları. nyutonun birinci qanunu

trkn
Klas mexanika dinamika və kinematika kimi iki bölməyə ayrılır. Kinematika bəhsində hərəkətin növləri, hər hərəkət növünün qanunauyğunluqlarını və onların kinematik hərəkət tənliklərini öyrənirik,lakin hərəkin səbəbi öyrənilmir. Yəni hərəkətin niyə əyrixətli, niyə dəyişənsürətli və s. olması məsələrinə toxunulmur. Dinamika isə hərəkəti onu dəyişdirən səbəblə birlikdə öyrənir. Dinamikanın əsasını Nyutonun üç qanunu təşkil edir. Nyutonun birinci qanunu aşağıdakı kimi ifadə olunur.
Cismə başqa cisimlər təsir etmirsə, və ya ona edilən təsirlər bir-birini tarazlaşdırırsa o sükunət və yaxud düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Nyutonun birinci qanununun ödəndiyi hesablama sistemləri ətalət (inersial) hesablama sistemləri adlanır.
Yerə nəzərən sükunətdə olan və ya düzxətli bərabərsürətli hərəkət edən cisimlə bağlı sistemi ətalət hesablama sistemi hesab etmək olar.
Cismə başqa cisimlərin təsiri olmadıqda sürətini saxlaması hadisəsinə ətalət deyilir. Ətalət hərəkət sabəbi deyil, cismin öz xassəsidir.

çevrə üzrə bərabərsürətli hərəkət

trkn
Əyrixətli hərəkətin ən sadə növü çevrə üzrə bərabərsürətli hərəkətdir. Əgər cisim çevrə boyunca bərabər zaman fasilələrində bərabər qövslər cızırsa, belə cismin hərəkətinə çevrə üzrə bərabərsürətli hərəkət deyilir. Çevrə üzrə bərabərsürətli hərəkəti xarakterizə edən əsas kəmiyyətlər aşağıdakılardır :
1. Dövretmə periodu cismin çevrə üzrə tam bir dövrünə sərf olunan zaman müddətdir. T - hərfi ilə işarə olunur, vahidi saniyədir: T= t/N (burda N-dövrlərin sayıdır), [T] =1 san.
Məsələn saatın saat əqrəbinin dövretmə periodu 12 saatdır.
2. Dövretmə tezliyi-vahid zamandakı dövrlərin sayına deyilir:
n= N/t, vahidi [n] =1/san.
Dövretmə tezliyi ilə period arasında əlaqə T= 1/n şəklindədir.
3. Dönmə bucağı cismin çevrə üzrə hərəkəti zamanı cızdığı qövsün uzunluğunun çevrənin radiusuna nisbətidir:
φ= l/r , vahidi radiandir(qısa şəkildə 'rad'), skalyar kəmiyyətdir.
4. Bucaq sürəti-radiusu dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbətidir. ω-hərfi ilə işarə olunur:
ω =φ/t , vahidi [ω] =1rad/san
ω= φ/t = 2π/T = 2πn
5. Xətti sürət-cismin çevrə üzrə hərəkət sürətidir:
v = l/t, v =2πrn, v = ωr

düzxətli dəyişənsürətli hərəkət

trkn
Cisim bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edirsə, belə hərəkətə dəyişənsürətli hərəkət deyilir. Məsələn:tormozlanan avtomobilin hərəkəti, şaquli aşağı və ya şaquli yuxarı atılmış cismin hərəkəti dəyişənsürətli hərəkətdir. Dəyişənşürətli hərəkətdə cismin sürəti daim dəyişdiyindən sürətin orta və ani qiymətindən istifadə olunur. Orta sürəti yola görə və yerdəyişməyə görə tapırlar. Yola görə orta sürət dedikdə gedilən ümumi yolun bu yola sərf olunan zamana nisbətini, yerdəyişməyə görə orta sürət dedikdə isə yerdəyişmənin bu yerdəyişməyə sərf olunan zamana nisbətini tapırıq. Məs:cisim 1-ci saniyədə 5m, 2-ci saniyədə 10m,3-cü saniyədə 15m yol gedib. Ümumi gedilən yol S=5+10+15=30m, sərf olunan zaman isə 3 san, orta sürət v(or)=10m/san.
Cismin zamanın verilmiş anında və ya trayektoriyanın verilmiş nöqtəsindəki sürətinə ani sürət deyilir. Məsələn, avtomobildə spidometrin göstərdiyi sürət ani sürətdir.
Ədədi qiymətcə sürətin vahid zamanda dəyişməsinə bərabər olan fiziki kəmiyyətə təcil deyilir. Təcil a hərfi ilə işarə olunur, vektorial kəmiyyətdir, vahidi m/san²-dır. Akselerometr adlanan cihazla ölçülür("acceleration" ingilis sözü olub təcil deməkdir).
a=(v-v(0)) /t ( v(0)–başlanğıc sürətdir).
Trayektoriyası düz xətt olub, istənilən bərabər zaman fasilələrində sürətini eyni qədər dəyişən cismin hərəkətinə düzxətli bərabərtəcilli hərəkət deyilir. Bərabərtəcilli hərəkətin iki növü var:bərabəryavaşıyan və bərabəryeyinləşən hərəkət.
Bərabəryeyinləşən hərkətdə cismin sürətinin zaman keçdikcə artır. Bu hərəkətdə təcil vektoru sürət vektoru istiqamətində yönəlir. Zamanın istənilən anındakı sürət başlanğıc sürətdən böyük olur: v=v(0)+a•t
Bərabəryavaşıyan hərəkətdə cismin sürətinin modulu zaman keçdikcə azalır və təcil vektoru sürət vektorunun əksinə yönəlir: v=v(0)-a•t

düzxətli bərabərsürətli hərəkət

trkn
Düzxətli bərabərsürətli hərəkət

İstənilən bərabər zaman fasilələrində bərabər yol gedən və bu zaman trayektoriyası düz xətt olan cismin hərəkətinə, düzxətli bərabərsürətli hərəkət deyilir.

Cismin yerdəyişməsinin bu yerdəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan vektorial fiziki kəmiyyətə, düzxətli bərabərsürətli hərəkətin sürəti deyilir:
v=S/t
Sürət – vektorial kəmiyyətdir,

ölçü vahidi: m/san,
ölçü cihazı spidometrdir.
Düzxətli bərabərsürətli hərəkətdə sürətin istiqaməti cismin hərəkət istiqaməti ilə üst-üstə düşür.

Düzxətli bərabərsürətli hərəkətdə sürət həm istiqamətcə, həm də ki qiymətcə sabit kəmiyyətdir:
Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsi sürətin zamana olan hasilinə bərabərdir:
S=vt
Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsinin proyeksiyası sürətin proyeksiyasının zamana olan hasilinə bərabərdir:
Sx = vx∙t.

Düzxətli bərabərsürətli hərəkət edən cismin sürəti, bu cismin koordinatının dəyişməsinin zamana olan nisbətinə bərabərdir.

Əgər cisim X oxu istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası müsbətdir: υx>0.

Əgər cisim X oxunun əksi istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası mənfidir: υx<0.



Fizika

trkn
Mexaniki hərəkəti iki əlamətinə görə sinifləndirmək olar. Bunlardan biri hərəkət zamanı sürətin dəyişmə xarakteri, digəri isə hərəkət trayektoriyasının formasıdır. Trayektoriya dedikdə hərəkət zamanı maddi nöqtənin izi başa düşülür. Yerdəyişmə isə maddi nöqtənin hərəkətə başladığı nöqtə ilə dayandığı son nöqtəni birləşdirən düz xətdir. Cismin yerdəyişməsi onun trayektoriyasından ya kiçik olur, ya da ona bərabər olur(yerdəyişmə trayektoriyadan böyük ola bilməz).
Sürətin dəyişmə xarakterinə görə hərəkət bərabərsürətli və dəyişənsürətli olur. Sürətin dəyişməsi müxtəlif xarakterli ola bilər:sürət müntəzəm arta bilər, müntəzəm azala bilər və ya heç bir qanunauyğunluğa tabe olmadan ixtiyari şəkildə dəyişə bilər. Bu səbəbdən, dəyişən hərəkət bərabəryeyinləşən, bərabəryavaşıyan və ixtiyari dəyişən olur.
Trayektoriyanın formasına görə hərəkət düzxətli və əyrixətli(xüsusi halda çevrə üzrə) olur. Yalnız bir düz xətt boyunca baş verən hərəkət birölçülü, başqa sözlə düzxətli hərəkət adlanır.