"Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem
ABŞ – ın Kanzas əyalətinin Elkhart kəndində çox yoxsul bir ailənin uşaqları olan iki qardaş eyni məktəbdə oxuyurdular. Hər səhər siniflərindəki sobanı yandırmaq onların vəzifəsi idi. Soyuq bir günün səhəri qardaşlar sobanı təmizlədilər və odunla doldurdular. Qardaşlardan biri bir şüşə ağ nefti odunların üstünə tökdü və yandırdı. Bu anda elə böyük bir partlayış oldu ki, köhnə bina yelləndi. Partlama anında böyük qardaş öldü və digərinin ayaqları dəhşətli şəkildə yandı. Daha sonra şüşəyə yanlışlıqla benzin doldurulduğu ortaya çıxdı. Yaralanan uşağı müalicə edən həkimlər, uşağın ayaqlarını kəsməkdən başqa çarə olmadığını söylədilər. Ata və ana bu xəbəri eşidincə dünya başlarına yıxıldı. Bir övladları ölmüşdü və digər oğulları isə ayağını itirəcəkdi...
Valideynlər uşağın ayağının kəsilməsinə razı olmadılar. Həkimlərdən amputasiya prosesini bir az ertələmələrini xahiş etdilər. Həkimlər isə uşağın ayaqlarının tamamən yandığını və kəsilməzsə uşağın ölmə ehtimalının böyük olduğunu söyləyirdilər. Həkimlər təkid etdikcə ailə ertələyirdi. Lakin ata və ana inanclarını itirməmişdi. Uşağın ayağının yaxşılaşması üçün hər gecə Tanrıya dua edirdilər. Hətta uşağın anasının etdiyi dualar bəzən səhər saatlarına qədər uzanırdı. Gecələr dua edən ana – ata gündüzlər həkimlərə yalvarıb kəsmə prosesini bir gün də ertələməyi istəyir, həkimlərlə mübahisə edirdilər.
Belə vəziyyət düz iki ay davam etdi. Uşağın ayaqları kəsilmədi, amma iki ay sonra sarğılar açılarkən sağ ayağın sol ayaqdan 6 sm qısa olduğu ortaya çıxdı. Sol ayağındakı barmaqlar isə demək olar ki, heç yox idi. Ancaq ailə yenə də qərarlı idi. Ata və ana uşağın ağrılardan qovrulmasına baxmayaraq hər gün yatağında idman hərəkətləri edir və onu yeriyəcəyinə inandırmağa çalışırdılar. Aylarca davam edən idman hərəkətləri nəhayət uğurlu oldu və uşaq bir – iki addım atmağı bacardı. Bu oğlan gənclik yaşına çatdığında əl dəyənəklərindən də qurtuldu və yeriməyə başladı. Möcüzə gerçəkləşmişdi və gənc artıq heç bir kömək olmadan yeriyə bilirdi.
Yeridi, yeridi, yeridi...
Daha sonra qaçmağa başladı...
Qaçdı, qaçdı, qaçdı...
Heç durmadan qaçdı...
1934 – cü ildə təşkil olunan atletizm yarışlarında 1 mil məsafəni 4:06:07 saniyəyə qaçdı və marafonda dünya rekordu qırdı. Bu gənc Qlen Kaningem idi. 1936 – cı ildə X olimpiya oyunlarında 23 yaşlı bu oğlan 1500 metrlik məsafəyə qaçış üzrə IV yeri tutdu. II Dünya müharibəsi ərəfələrində 1940 – cı il olimpiya oyunları keçirilmədiyinə görə Qlen idmandan getməli oldu. Onun rekordları neçə - neçə atlet tərəfindən təzələndi. Kanzas universitetində isə qaçış yarışları qaliblərinə "Glen Cunningham” mükafatı verilir. Madison Sguare Garden'da "Yüz İlin İdmançısı” seçilən Qlen Kanningem daha sonra "Dünyanın Ən Sürətli İnsanı” adını da qazandı.
Mənası “Sülh vadisi” olan “Vadi-üs-Salam” dünyanın ən böyük qəbiristanlığıdır. Burada 5 milyondan çox insan dəfn edilib. “Vadi-üs-Salam” İraqın Nəcəf şəhərində yerləşir.
Qəbiristanlığın ərazisi 917 hektardan böyükdür və bura ümumi şəhərin 13%-i təşkil edir. “Vadi-üs-Salam”da əsasən şiələr dəfn edilib. Hər il milyonlarla insan buranı ziyarət edir. 5 milyondan çox insanın dəfn edildiyi yeri ziyarət etmək qəribə hiss olar…
Bu qəbiristanlığın ən az 1400 yaşı var və “Vadi-üs-Salam” UNESCO-nun ümumdünya irsinə daxil edilib.
Mənbə: UNESCO, Reuters, Aljazeera

Bu gün Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə erməni generalını və polkovnikini öldürərək Polad Həşimovun qisasını alan şəhidimiz Cəbrayıl Dövlətzadə'nin doğum günüdür. Ruhu şad olsun qəhrəmanımızın.
foto

foto
*BU GÜN GÜNLƏRDƏN*
1642 — İngilis parlamenti teatrı qadağan edir.
1781 — Los-Anceles şəhərinin əsası qoyulur.
1922 — Ford zavodlarında işə sərxoş gəlmək qadağan edilir.
1958 — Çində ilk televiziya.
1965 — İnternetin əcdadı olan Arpanet meydana çıxır.
1985 — Fransız ekspedisiyası “Titanik”in qalıqlarını aşkar edir.
1991 — Separatçı Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan edir.
*DOĞULANLAR*
1243 – Hilbert de Klar, Hertfordun 7-ci Qrafı, İngilis siyasətçi (ö. 1295)
1548 – Vincenzo Skamozzi, İtaliya memarı (ö. 1616)
1661 – Georg Böhım, Alman orqan çalan (ö. 1733)
1675 – Vilyam Somervil, İngilis şair (ö. 1742)
1753 – Fransanın kraliçası Savoylu Meri Cozefin Luiza (ö. 1810)
1778 – Lui Bonapart, Hollandiya Kralı (ö. 1846)
1805 – Esteban Exeveria, Argentina yazıçısı (ö. 1851)
1810 – Vilyam Seymur Tayler, Amerikan pedaqoqu və tarixçi (ö. 1897)
1830 – Vilyam P. Fri, Amerikan siyasətçisi (ö. 1911)
1838 – Havay Kraliçası Liliuokalani (ö. 1917)
1847 – Rocer Volkott, Massaçusets ştatının 39-cu Qubernatoru (ö. 1900)
1850 – Albert Spaldinq, beysbol oyunçusu və idman malları istehsalçısı (ö. 1915)
1850 – Voldemar Voit, Alman fiziki (ö. 1919)
1852 – Pol Burjet, Fransız roman yazanı və tənqidçi (ö. 1935)
1853 – Vilhelm Osvald, Alman kimyaçısı, Nobel laureatı (ö. 1932)
1854 – Hans Yəger, Norveç yazıçı və siyasi aktivist (ö. 1910)
1862 – Franjo Krejma, Xorvat skripkaçısı (ö. 1881)
1870 – Avstriyanın ers-hersoqiniyası Toskananın Şahzadəsi Luiza, (ö. 1947)
1877 – Frederik Çimli, Britaniyalı kimyaçı, Nobel laureatı (ö. 1956)
1878 – Verner von Blomberq, Alman marşalı (ö. 1946)
1883 – Avstriyanın ers-hersoqiniyası Elizabet Meri, "Qırmızı Ers-hersoqiniyası" (ö. 1963)
1884 – Doktor Frank C. Laubax, Xristian missioneri (ö. 1970)
1894 – Cozef Rot, Avstriya roman yazanı (ö. 1939)
1901 – Andreas Embirikos, Yunan sürrealist şairi (ö. 1975)
1901 – Adolf Rupp, Amerikan kollec basketbolu məşqçisi (ö. 1977)
1911 – Romare Bierden, Afro-amerikan rəssam (ö. 1988)
1913 – Bill Şankli, İngilis Futbol Menecer (ö. 1981)
1914 – Tom Qlazer, Amerikan xalq musiqisi ifaçısı və nəğməkar şair (ö. 2003)
1915 – Bencamin Aaron, Amerikan işçi qüvvəsi qanuni eksperti (ö. 2007)
1917 – Klivlend Amori, Amerikan müəllifi (ö. 1998)
1917 – Laurindo Almeida, Braziliya gitara çalanı (ö. 1995)
1923 – Rene Tom, Fransız riyaziyyatçısı (ö. 2002)
1924 – Daniel arap Moi, Keniyanın Prezidenti
1925 – Hüqo Monteneqro, Amerikan bəstəkarı və caz-orkestrin rəhbəri (ö. 1981)
1928 – Horas Silver, Amerikan caz pianoçusu və bəstəkar
1987 – Spenser Smit, Amerikan musiqiçisi (Panic! at the Disco)
1988 – Işant Şarma, Hindistan Kriket oyunçusu
1989 – Aleksandr Pato, Braziliya futbolçusu
1990 – Markus Erikson, İsveç avto idmançı
*ÖLÜMLƏR*
1997 – Viktor Frankl, Avstriya nevropatoloqu və psixiatr (d. 1905)
1998 – Cekki Blençflauer, İrland futbolçusu (d. 1933)
1998 – Alen Dröri, Amerikan müəllifi (d. 1918)
2000 – Elvera Sançes, Puerto Rikolu rəqqasə (d. 1905)
2000 – Kört Siodmak, Alman əsilli müəllif (d. 1907)
2001 – Kristian Barnard, Cənubi Afrika ürək cərrahı (d. 1922)
2001 – Troya Donahyu, Amerikan aktyoru (d. 1936)
2004 – Xoan Oro, Katalon alim (d. 1923)
2004 – Eleni Zafeiriou, Yunan aktrisası (d. 1916)
2005 – Bob Denver, Amerikan aktyoru (d. 1935)
2006 – Bob Matyas, Amerikan atleti və konqressmen (d. 1930)
2006 – Villi Ninja, rəqqas və baletmeyster (d. 1961)
2007 – Maks MakNab, Milli Xokkey Liqası rəhbəri (d. 1924)
2007 – Franz-Benno Delonc, Alman oyun layihəçisi (d. 1957)
2007 – Racae Belmli, Mərakəş müğənnisi (d. 1962)
2016 – İslam Kərimov, Özbəkistan prezidenti

_Aqrofobiya_ bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu hal ən çox hündür yerə və yüksəkliyə çıxan zamanlarda özünü biruzə verir. Bu zaman aqrofobiyası olan adamın ürək döyüntülərinin sayı artır, təngnəfəslik, həyəcan meydana çıxır və panika əlamətləri baş verir.
Hesablamalara görə: Yer kürəsi əhalisinin 0,6%-nin aqrofobiyadan əziyyət çəkir. Bu insanların isə 10-20%-i aqrofobiya pristupu keçirir.. Əlamətlər 20 yaşdan sonra başlayır. Pristup başlayan zaman xəstədə həyəcan, tərləmə, panika başlayır və 10-15 dəqəqə davam edir. Bu zaman insan fikirlərini cəmləyə bilmir, nə deyəcəyini bilmir və özünə nəzarəti itirir. Bu zaman onun qanında adrealinin miqdarı artır və ölüm qorxusu baş verir.
Aqrofobiyanın dərman vasitəsilə müalicəsi yoxdur, amma psixoterapiya vasitəsilə uzun müddət seanslar apararaq fobiya əlamətlərindən xilas olmaq mümkündür.

Cazibə qanunu (Çekim Yasası)
Müsbət və ya mənfi düşüncələrin insanın həyatına müsbət və ya mənfi təcrübələr gətirdiyinə inamdır. İnanc, insanların və düşüncələrinin "saf enerjidən" meydana gəldiyinə və bu üsulla insanın sağlamlığını, sərvətini və şəxsi münasibətlərini yaxşılaşdıra biləcəyinə həmçinin cazibədar bir enerji prosesinin olduğuna inanır. Cazibə qanununu dəstəkləyən heç bir empirik, elmi dəlil olmadığına görə geniş yalançı elm hesab olunur. Bu gün bir qanun olaraq da adlandırılır, ancaq bir fərziyyə/ prinsip heç bir şübhə olmadan təsdiq edilmədiyi və hər kəs tərəfindən qəbul edilmədiyi üçün qanun deyil, yalançı elmdir..

İsveçdə insanlar hansı lyukun üstünə çıxdıqlarına diqqət yetirirlər. Üzərində A hərfi olan lyukun üzərinə çıxmaq sevgi və xoşbəxtlik, K hərfi olan lyukun üzərinə çıxmaq isə qırılan ürək və sevgidə uğursuzluğa işarədir.
*Soxulcan dəliyi nəzəriyyəsi*
1935-ci ildə fiziklər Albert Eynşteyn və Nathan Rosen, Ümumi Nisbilik Nəzəriyyəsindən istifadə edərək fəza-zaman içərisində körpülərin var olması fikrini irəli sürüblər.
Fəza-zamanda iki fərqli nöqtəni bir-birinə bağlayan və nəzəri olaraq qısa keçidlər meydana gətirərək məsafəni və səyahət müddətini azalda bilən bu qısa yollar Eynşteyn-Rosen körpüsü və ya soxulcan dəlikləri adlanır. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir.
Bəzi alimlər düşünürlər ki, əgər soxulcan dəliyinin bir ağzının yerini dəyişə bilsək onda zamanda səyahət etmək mümkün olar.
Lakin ingilis kosmoloq Stephen Hawking bunun mümkün olmadığını düşünüb. Hətta NASA-dan Eric Christian belə deyir: “Soxulcan dəliyi zamanda keçmişə getmək üçün deyil, bu yalnız çox uzağı yaxına gətirən bir qısa yoldur”.
Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi riyazi olaraq soxulcan dəliklərinin var olduğunu təxmin edir, lakin bu günə qədər heç bir soxulcan dəliyi kəşf edilməmişdir.

İtalyan astrofotoqraf Marcella Giulia Pace 10 il boyunca müxtəlif fəsillərdə, müxtəlif saatlarda çəkdiyi Ayın fərqli rənglərdə düşən fotolarını bu formada bir fotoda toplayıb.
Ortaya maraqlı rənglər və gö
fotorüntülər çıxıb.
Ortaya maraqlı rənglər və gö

fotorüntülər çıxıb.
Cameron Mott
Cameron Mott adlı qızda dörd yaşında ağır tutmalar başladı. Həmlələr çox aqressiv idi: Cameron özünü qəflətən yerə artırdı və tələb edirdi ki, başına şlem keçirsinlər. Ona qısa zamanda "Rasmussen ensefaliti" adlanan nadir və çox yorucu bir xəstəlik diaqnozu qoyuldu. Həkimlər bildirdilər ki, epilepsiya bir növü olan bu xəstəlik iflicə və son nəticədə ölümə gətirib çıxarır. Ona görə də riskli bir cərrahi müdaxilə təklif etdilər. 2007-ci ildə 12 saat davam edən bir əməliyyat nəticəsində cərrahlar qızın beyninin, demək olar, yarısını götürdülər.
Beyninin yarısını çıxarmağın uzunmüddətli nəticələri nədir? Təəccüblü də olsa, onlar əhəmiyyətsiz idilər. Cameronun bədəninin yarısı digər yarısına görə zəifdir, amma qalan məsələlərdə qız sinif yoldaşlarından qətiyyən fərqlənmir. Onun danışıq, musiqi, riyaziyyat və ədəbiyyatı başa düşməkdə heç bir problemi yoxdur; dərslərini yaxşı oxuyur, üstəlik, idmanla da məşğul olur.
Bu, həqiqətən, mümkündür? Belə çıxır ki, Cemeronun beyninin yarısı, sadəcə, artıq imiş: beyninin ikinci yarısı operativ şəkildə yenidən quruldu və itirilmiş funksiyaları öz üzərinə götürdü. Bununla da bütün fəaliyyət beyninin yarısına cəmləndi. Cameronun sağalması beyinin bu heyrətamiz qabiliyyətini vurğulayır: özünü yenidən qurur.

Göy qurşağı körpüsü
Körpünün hər iki tərəfində yerləşdirilən fontanlar ona əsrarəngiz gözəllik qatır. Məhz bu işıqlar adi bir körpünü qısa zamanda həm Seulun, həm də Cənubi Koreyanın əsas turistik məkanlarından birinə çevirib. Körpünün ətrafında 1.5 kilometrlik məsafədə yerləşən 380 boru yerləşdirilib. Gün ərzində isə 60 tona yaxın su istifadə olunur.

🗼Eyfel qülləsi haqqında
Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789-cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.
1889-cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900-ü ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925-ci ildə isə maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunmuşdur. Sitroen özü bu reklamı "Alovlar içərisində Eyfel qülləsi" adlandırmışdır. Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934-cü ilədək davam etdi. 2000-ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.

Allah bitkilərdə heyrətamiz xüsusiyyətlər və qüsursuz nizam yaratmışdır. Özünəməxsus faydalara və bənzərsiz sistemlərə sahib olan bitkilərin bu günə qədər yalnız 10000 növü tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində də hər bir bitkinin möhtəşəm yaradılış xüsusiyyətləri aşkar olunmuşdur. Allahı tanımaq, Onun isimlərinin təcəllisini görmək və Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta bircə bitki yarpağındakı yaradılış möcüzələrinə baxmaq, onların ehtişamlı dünyalarını daha yaxından öyrənmək çox faydalı olacaq. Bunun sayəsində də əvvəllər yalnız elm adamlarının bildiyi bu həqiqətləri səmimi və diqqətcil insanlar da öyrənə biləcək. İnsanı heyrətə salan və təsəvvür edə bilməyəcəyi qədər uzun ömür sürən ağaclar da Allahın möhtəşəm yaratmasının nümunələrində biridir.
Dünyanın ən yaşlı ağacları
Bitkilər tənəffüs etdiyimiz təmiz havanın, ehtiyacımız olan qidaların və sərf etdiyimiz enerjinin əsas mənbəyidir. Heyrətamiz mənzərələrin, bihuşedici qoxuların və gözoxşayan rənglərin mənbəyi də bitkilərdir. Beş yüz mindən çox növü olan bitkilər insan həyatında mühüm yer tutur. Bunlar Allahın insana bəxş etdiyi saysız-hesabsız nemətlərdən biridir. İnsanlara min illərdir fayda verən bəzi ağaclar aşağıdakılardır:
Qılçıqlı şam
Kaliforniyada bitən və 4800 il yaşı olan Qılçıqlı şam ağacı dünyanın ən yaşlı ağaclarından biridir. Yavaş böyüyən bu ağacın əsas xüsusiyyəti qətranının çox qatı olmasıdır. Allahın yaratdığı bu müdafiə mexanizmi ağacın uzunömürlü olmasına böyük təsir göstərir. Çünki ağaç bunun sayəsində həşərat və göbələklərdən qorunur.
Əbərkuh sidri
İranın Əbərkuh şəhərində bitən Əbərkuh sidrinin təqribən 4000 il yaşı var. Sidr növündən olan bu ağacın uzunluğu 82 metr, eni isə 59 metrdir.
Allah bu bitkilərin uzunömürlü olmasında bir çox hikmətlər yaratmışdır. Bu hikmətlərdən biri də insanı düşünməyə sövq etməsidir. Ağacları min illərlə yaşadan Rəbbimiz insana təqribən 70-80 illik ömür bəxş edir. Bu, insanın əsil həyatının dünya deyil, axirət olduğunu xatırladır.
Qaraçöhrə
35 milyon ildir mövcud olan bu bitki növü təkamülün olmadığını sübut edir. Bu növün məlum olan ən yaşlı nümayəndəsinin isə 3600 il yaşı var. Şimali Uelsdə bitən bu ağacın gövdəsinin eni 10,75 m-dir. Qaraçöhrənin materialı çox bahalıdır və dam örtüyü üçün istifadə edilir.
Ağaclar Allahın üstün ağlını göstərən dəlillərdən yalnızca biridir. Ağacları da, onları uzunömürlü edən sistemləri də yaradan uca Allahdır.
İnsan bütün yaradılış möcüzələrini görmək üçün səy göstərməlidir. Çünki bunun sayəsində Allahı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və ucalığını lazımınca təqdir edəcəkdir.
Alerse ağacı
1993-cü ildə And dağlarının ətəyində aşkar edilən bu nəhəng ağacın hündürlüyü 45 metrə çatır. Diametri 3 metrdən çox olan bitkinin gövdəsi hər il cəmi bir millimetr genişlənir. Yarpaqlarını tökməyən bu nəhəng ağacın yaşı 3500 ildir.
Senator
Floridada yerləşən tropik “Big Tree” parkında palmalarla birlikdə həcmi 5100 kub metr olan nəhəng bataqlıq sərvi yetişir. Bu ağac Amerikadakı ən böyük bataqlıq sərvidir. 37 metr hündürlüyü olan ağacın yaşı 3200 ildir.
“Patriarca de Floresta” ağacı (Braziliya ağacı)
3000 il yaşı olan bu ağac 1997-ci ildə baş verən fırtına nəticəsində aşıb.
“Alishan sacred” ağacı
Siciliyadakı Etna vulkanının ətrafında bitən bu ağacın 2 və ya 4 min il yaşı olduğu hesab edilir.
“General Şerman” ağacı
Uzunluğu 82 metr olan bu sekvoya ağacı təxminən 27 mərtəbəli bina boydadır. Gövdəsinin diametri isə 30 metrdən çoxdur. Kaliforniyadakı Sekvoya Milli Parkında olan bu ağacın 2300-2700 il yaşı var. Ağacın odunundan 5 milyard kibrit hazırlamaq mümkündür. Yarpaqları göyümtül-yaşıl rəngdədir. Qızılı-qəhvəyi rəngdə olan qabığının bəzi hissələri 61 sm qalınlığındadır. Ağacın ağırlığı isə 2030 tondur.
“Jomon Sugi” ağacı
Yaponiyada Yakuşima adasının ən yüksək dağının şimal ətəyində bitən bu yapon sidrinin uzunluğu 24 metr, diametri isə 6 metrdir. Ağac halqalarının üzərində aparılan müşahidələr onun 7000 il yaşı olduğunu söyləməyə əsas verir.

Musa Yaqub – Niyə gəlmisən?
Soldurub bağını, töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub o çıraq yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən?
Sən adlı o xanım-xatını mənə,
Vermədin öz şahlıq taxtını mənə.
Qıymadın gül-çiçək vaxtını mənə,
Qış olub üstümə niyə gəlmisən?..
Məni həsrət qoyan ilk bəhərinə
İndi gəlib məni yada salıbmı?!
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənə qalıbmı?
Qış olub üstümə niyə gəlmisən?
Gözəllik - neylədin o bəxşişini,
Gəlmisən, bəs kimə bəxş etdin onu?
Nə bildin taleyin göndərişini
Qaytara bilmirəm, nə bildin bunu?
Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxşında mütiyəm, lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçin keçilmiş yolam.
Qış olub üstümə niyə gəlmisən?..
Ağlayan hirsimi soyutmağamı,
İncik ürəyimi uyutmağamı?..
Təkəbbürlü xanım, a nazlı xanım,
Yox, yox, yalvarışı saxla sən allah.
Bu yazıq baxışı saxla sən allah.
Di yaxşı, bu dili, bu fəndi saxla,
Dilinin altında o qəndi saxla.
Gücün var - keçəni qaytar, soraqla,
Qış olub üstümə niyə gəlmisən?..
Nə dedin?.. Ah, bu nə yanıqlı sözdü!
Bir dayan, gözündə bu nə torandı…
Ah, mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə vurandı! -
Bacara bilmədim, özümlə, heyf!
Qış olub üstümə niyə gəlmisən…
Soldurub bağını, töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub o çıraq yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən?
Sən adlı o xanım-xatını mənə,
Vermədin öz şahlıq taxtını mənə.
Qıymadın gül-çiçək vaxtını mənə,
Qış olub üstümə niyə gəlmisən?..
Məni həsrət qoyan ilk bəhərinə
İndi gəlib məni yada salıbmı?!
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənə qalıbmı?
Qış olub üstümə niyə gəlmisən?
Gözəllik - neylədin o bəxşişini,
Gəlmisən, bəs kimə bəxş etdin onu?
Nə bildin taleyin göndərişini
Qaytara bilmirəm, nə bildin bunu?
Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxşında mütiyəm, lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçin keçilmiş yolam.
Qış olub üstümə niyə gəlmisən?..
Ağlayan hirsimi soyutmağamı,
İncik ürəyimi uyutmağamı?..
Təkəbbürlü xanım, a nazlı xanım,
Yox, yox, yalvarışı saxla sən allah.
Bu yazıq baxışı saxla sən allah.
Di yaxşı, bu dili, bu fəndi saxla,
Dilinin altında o qəndi saxla.
Gücün var - keçəni qaytar, soraqla,
Qış olub üstümə niyə gəlmisən?..
Nə dedin?.. Ah, bu nə yanıqlı sözdü!
Bir dayan, gözündə bu nə torandı…
Ah, mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə vurandı! -
Bacara bilmədim, özümlə, heyf!
Qış olub üstümə niyə gəlmisən…
ABŞ və Almaniya alimləri müəyyən ediblər ki, buzlaqların əriməsi və planetin kütləsinin paylanmasında baş vermiş dəyişikliklər Yerin oxunun vəziyyətini də dəyişib.
Yeni araşdırma nəticəsində məlum olub ki, 1990-cı illərdən bəri Yerin qütblərinin hərəkətində baş vermiş dəyişiklik qlobal istiləşmə və onunla bağlı buzlaqların əriməsinin nəticəsidir. Yerin şimal və cənub qütblərinin yerləşdiyi nöqtə statik və dəyişməz kəmiyyət deyil. Yer kürəsinin oxu və planetin kütləsinin tarazlığı planetdə baş verən proseslərdən asılıdır. Məsələn, yerin səthində suyun necə paylanması belə dəyişikliklərə gətirən səbəblərdən biridir.
Çin Elmlər Akademiyasının əməkdaşı Şanşan Den deyib: "1990-cı illərdə qütb dreyfinin istiqamətinin dəyişməsinin ehtimal edilən səbəbi qlobal istiləşmə və buzların sürətlə əriməsi olub" Sürix Universitetinin iqlim üzrə mütəxəssisi Vinsent Hamfrinin fikrincə, planetin kütləsinin paylanması dəyişəndə fırlanma oxunun təpə nöqtəsi meyil edir. Yerin kütləsi bir sahədən digərinə tərəf meyil edir.

Hippokrat eramızdan əvvəl 460 – e.ə. 370-ci illər arasında Qədim Yunanıstanda yaşayıb. Onun məşhur andı hazırda müasir dövrə uyğunlaşdırılıb və bir qədər dəyişdirilib. Andın əsl versiyasında maraqlı məqamlar var.
Hippokrat andının original versiyasının tərcüməsi belədir:
“Loğman Apollona, Asklep, Higeya, Panakeya və bütün tanrı və tanrıçaların hüzurunda and içirəm ki, istedadım və gücüm çatdığı qədər bu anda sadiq qalacağam:
Bu sənətdə müəllimimi öz valideynimlə bərabər tutacaq, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam. Onun övladlarını öz qardaşlarım kimi görəcəm, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti ödəniş almadan öyrədəcəyəm. Təbabət biliklərini öz övladlarıma, müəllimimin övladlarına və ancaq həkimlik qaydalarına sadiq olan və həkim andı içmiş insanlara öyrədəcəm. Bunlardan başqa heç kimə öyrətməcəm.
Gücüm və istedadım çatdığı qədər xəstələrimə faydalı olacaq, onlara heç bir zərər verməyəcəm və ədalətsizlik etməyəcəm.
Məndən zəhər istəyənə onu verməyəcəm və həmin şəxsə bu barədə tövsiyə də bildirməyəcəm. Eyni qaydada hamilə qadına uşaq salması üçün dərman verməyəcəm.
Həyatımı və sənətimi təmiz və müqəddəs saxlayacam. Bıçağımı daxili orqanları yararaq daş çıxarmaq üçün istifadə etməyəcəm, bunu bu işi bilənlərə həvalə edəcəm.
Hansı evə daxil olaramsa, ancaq xəstələrə kömək edəcəm, onlara qəsdən edilən bütün zərərlərdən qaçacağam. İstər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəm.
İstər sənətimin icrası, istərsə də gündəlik həyatda insanlarla münasibətdə öyrəndiklərimi bir sirr olaraq saxlayacam və onları ifşa etməyəcəm.
Andıma sadiq olaramsa, həyatımı və sənətimi insanların hər birindən hər zaman rəğbət görərək xoşbəxtliklə davam etdirim, andıma sadiq olmasam, bunun əksi baş versin."

*Melanin* — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır . Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır. Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazlığı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır.Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir. Bu rəngi təmin edən də piqmentlərdir. “Melanin” gözə rəng verən piqment maddələrdən biridir. Saçınıza və dərinizə rəngini verən maddə də melanindir. Ancaq melaninin vəzifəsi təkcə rəng vermək deyil. Tədqiqatçılar gözdə olan melanin maddəsinin həm gözün zərərli şüalardan qoruduğunu, həm də görmə qabiliyyətini gücləndirdiyini müəyyən ediblər. Təbiətdə işığın səbəb olduğu zərərli təsirlərə qarşı ən təbii qoruyucu olan melanin maddəsi, xüsusilə, yüksək enerjili işıqları zəif enerjili işıqdan daha güclü şəkildə udur. Yəni mavidən çox ultrabənövşəyi şüaları, yaşıldan çox mavini udur. Bu yolla melanin gözün linzasını zərərli bənövşəyi və ultrabənövşəyi şüalardan qoruyur. Retinanın toxumasına zərər verən rəngləri müəyyən nisbətlərdə süzgəcdən keçirərək retinanın ən ideal səviyyədə qorunmasını təmin edir. Beləcə, sarı nöqtə xəstəliyi riskini azaldır. Göz melanini az olan insanlarda bu xəstəlik daha sıx müşahidə olunur.
*Dünya ölkələri mədəniyyəti*
_*İtaliya*_
Valentino, Armani, Versace və Gucci kimi markalarıyla məhşur olan İtaliya "dəblə ayaqlaşmaq" və "üstün olmaq" baxımından ən çox bal alan ölkədir.
İtalyanların görünüşlərinə diqqət etdikləri məlumdur. Lakin xırdalıqlara diqqət xüsusiyyəti yalnız dəb sahəsində deyil, yeməkdən tutmuş mebelə qədər bir çox sahə üçün keçərlidir.
Yemək zamanı İtaliya təsirini tam hiss etmək üçün Romaya getməyi tövsiyyə edirlər. Restoranda yemək burada çox geniş yayıldığı üçün, həm ənənəvi mətbəxi, həm də müasir yemək növlərini orada tapmaq mümkündür.
_*Fransa*_
"Müasirlik", "nüfuz" və "dəb arxasınca getmək" baxımından yüksək bal alan Fransanın mədəni təsiri də dünya miqyasında hiss olunur. Məsələn, Parisdə yaşayan və Been Around the Globe adlı blog saytında səyahətləriylə bağlı yazılar yazan Roobens Fils bu mövzuda bunları söyləyir.
"Çox uzaqlarda yaşayan insanlar belə fransız mətbəxini, sənətini və dəbini bəyənirlər və ilham alırlar. İrana gedən zaman Molyeri sevdiyini söyləyən insanlarla qarşılaşmaq məni çox təəccübləndirdi. Yəni İranda Molyeri tanıyırlar!".
Fransız mədəniyyətini ilk əldən təcrübə edəcək ən yaxşı yer Paris olsa da, Bordeaux, Lyon və Toulouse da çox yaxşı və daha kiçik miqyaslı alternativ şəhərlər olaraq qəbul edilir.
Bordeaux yaxşı şərablarıyla məhşurdur. Bundan başqa Paris xaricində çox sayda tarixi binaya sahib olan bir şəhərdir. Fransanın ən izdihamlı şəhəri olan Lyon isə ənənəvi fransız mətbəxi və üç ulduzlu Michelin restoranları ilə tanınır.
*ABŞ*
ABŞ "müasirlik" və "əyləncə dünyasında təsir göstərmə" kateqoriyalarında tam xal qazanıb. Amerika filmləri, musiqiləri, televiziya proqramları dünya miqyasında seyr edilir. Ölkənin texnologiya sahəsi - Facebook, Twitter, Google, Amazon kimi şirkətləri ilə milyardlarla insanın həyatına daxil olmuş vəziyyətdədir.
Bu Amerika şəxsiyyəti hər şeyin mümkün ola biləcəyi üzərinə qurulan "Amerikan arzusuna" əsaslanır.
Ölkənin ən böyük şəhəri olan və "heç yatmayan şəhər" olaraq tanınan New York Amerika dəyərlərini ən yaxşı ifadə edən yerdir.
Frank Sinatra bir vaxtlar bu şəhər üçün "Burada nəsə bacara bilsəm, hər yerdə bacararam" demişdi. Ölkənin digər ucunda Los Angeles isə Hollywood əyləncə növləri ilə yanaşı bütün dünyanın mədəniyyətini canlandırır.
Ancaq bu iki qütb arasında dəyişik coğrafiyası və 300 milyon əhalisi ilə ABŞ fərqli mədəniyyətləri əks etdirir. Şəhərlərin də bir-birindən fərqli ruhları var. Məsələn, Miami Chicago kimi deyil.
*İspaniya*
Bir vaxtlar dünyanın ən böyük imperiyalarından biri olan İspaniya Cənubi Amerikadan tutmuş Cənub-Şərqi Asiyaya qədər bir çox ərazilərdə yadda qalan iz qoymuşdur. Çin dilindən sonra ispan dili dünyada ən çox danışılan ikinci dildir.
A World to Travel adlı saytda səyahət bloqları yazan Galiçyalı İnma Gregorio "getdiyim hər yerdə ispan dilindən dininə, mətbəxindən festivallarına qədər ölkəmə xas bir çox şey tapıram" deyir.
Yeməyə əhəmiyyət verilən İspaniyanın tapas(qəlyanaltı) mədəniyyəti də dünyaya yayılıb. Yemək sosiallaşmaq və paylaşmaq vasitəsi olaraq da qəbul edilir.Çoxları İspaniyada insanların yaşamaq üçün işlədiyini və həyata qarşı rahat bir mövqeyi olduğunu deyir.
_*Böyük Britaniya*_
"Nüfuz sahibi olmaq" kateqoriyasında Böyük Britaniya yuxarı sıralarda yer tutur. Britaniyada yaşayanlar güclü bir çalışma etikası, dəyişikliyə açıq olmaq və yeni ixtiralar etmək xüsusiyyətləri ilə fəxr edirlər. Dünyanın ən yaxşı universitetlərinin bir qismi Britaniyadadır.İngilis dili təsiri və yayılması ilə yanaşı digər dillərdən "borc almaq rahatlığı" ilə tanınır. Çox sayda insanlar kənardan gələrək bu ölkədə yeni bir həyat qura bilirlər. Lakin ingilislərin hər zaman söylədikləri şeyi nəzərdə tutmadıqlarını yadda saxlamaq, tam olaraq nə demək istədiklərini başa düşmək üçün dildəki nüansları bilmək və bədən dilini nəzərə almaq lazımdır.
Dünyanın əhəmiyyətli maliyyə və iş mərkəzlərindən biri olan Londona işləmək üçün digər ölkələrdən gələn çoxlu sayda insanlar var. Muzey, teatr və konsert salonlarının çoxluğu ilə mədəniyyət dünyasını çox yaxından izləmək, davamlı olaraq məşğul olmaq üçün birşey tapmaq mümkündür bu şəhərdə.Bundan başqa London mədəniyyət mərkəzi olaraq tək seçim də deyil. Edinburgh dünyanın ən böyük sənət festivalına ev sahibliyi edərkən Birmingham da mədəniyyət dünyasında əhəmiyyətli bir yerə getmək yolundadır.

_İdman etməyin sağlamlığımız üçün olan faydalarından hamımız xəbərdarıq. Bəs rəqs etməyin şən idman növü olduğunu bilirdiniz? Qarşınızda rəqs etməyin 6 faydası…_
*1. Beyin sağlamlığını qoruyur.*
Alman alimlər tərəfindən aparılan araşdırmaya görə, rəqs etmək alzheimer kimi xəstəliklərə qarşı gəlir. Beynin inkişafını dəstəkləyir və yaddaşı gücləndirir.
*2. Ağrıları azaldır.*
Aparılan araşdırmalara görə rəqs etmək ehtiyacımız olan efort və sinxronizasiyanı təmin etdiyi üçün bədənimizdəki ağrıların da azalmasına yol açır.
*3. Elastiklik, enerji və xoşbəxtlik!*
Rəqs etmək şən bir fəaliyyətdir. Bədənimizin elastikləşməsinə və enerji toplamağımıza kömək olur. Rəqs etdiyimiz zaman xoşbəxt hiss edirik.
*4. Ruhi problemləri aradan qaldırır.*
Depressiya, anksiyete, yemək problemləri və narkotik asılılığı kimi bir çox sağlamlıq problemləriylə günümüzdə tez-tez qarşılaşılır. Lakin rəqs etmək bütün bu psixoloji narahatlıqları aradan qaldırmağa kömək edir.
*5. Çəki itirməyinizə kömək edir.*
Rəqs etməyin başqa bir avantajı da, hər gün edildiyi zaman çəki itirməyinizə səbəb olur. Aparılan araşdırmalara görə aerobika ən az velosipedə minmək və ya qaçmaq qədər effektivdir.
*6. Ürək sağlamlığınızı qoruyur.*
Rəqs etmək ürək-damar xəstəliyi riski olan insanlar üçün çox faydalı bir fəaliyyətdir. Aparılan araşdırmalara görə ürək çatışmazlığı olan insanlar idman olaraq rəqs edə bilərlər.

Çoxumuz ən sürətli heyvanın Hepard (Çita) olduğunu düşünürük. Quru üçün danışsaq,bu bir növ doğrudur,ancaq göydə uçan quş dostlarımızı da işin içinə daxil etdikdə hər şey bir az dəyişir. O zaman bu ünvanı elmi adı *"Falco Peregrinus"* olan bu,Şahin dostumuz alır.
Şahinlər, ümumiyyətlə özlərindən kiçik quşlarla bəslənsələr də, yüksək sürətləri sayəsində özlərindən daha böyük quşları da ovlaya bilirlər.
Ən təəccüblü xüsusiyyətləri, şübhəsiz ki, ovlarına tərəf eniş edərkən ki,sürətləridir. Şikarının üstünə eniş edərkən, qanadlarını daraldırlar və bədənlərini kiçiltirlər. Bu şəkildə çox böyük sürətlərə çatırlar. Eniş zamanı sürəti 390 km/saata çata bilər_
_Şikarına qarşı amansız bir silah olaraq istifadə etdiyi dimdiyi ilə şikarının gövdəsini deşir və şikarı aldığı dərin yara ilə qısa müddətdə ölür. Dünyanın ən sürətlisi olan Peregrinus Şahininə isə,sadəcə böyük iştahla ovunu yemək qalır.