confessions

samirasahib

1. nəsil Yazar - Təzə Yazar -

  1. toplam entry 11
  2. takipçi 1
  3. xal 234

bəyin oğurlanması

samirasahib



Bəyin oğurlanması tammetrajlı bədii filmi rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.


foto

Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. Filmdə əsas rolları Həsənağa Turabov , Səyavuş Aslan,  Hacı İsmayılov, Nəsibə Zeynalova,  Yaşar Nuri, Natəvan Məmmədova,  Tamara Şakirova  və Şamil Süleymanov ifa edirlər.


foto

azəri ifadəsi haqqında.

samirasahib
"Azəri" yoxsa "Azərbaycan türkü" ? Cavabı olduqca sadə olan bu sual zaman-zaman müzakirələrə səbəb olur. Əslində hamı bir nəfər kimi çox yaxşı bilməlidir ki, "Azəri" kəliməsi qardaşı qardaşdan ayırmaq üçün işlədilmişdir. Türklərin "Azəri" adında boyu yoxdur. Bizlər-Azərbaycan Türkləri Oğuz soyunun nümayəndələriyik. Gəlin hər birimiz şərəfli türk adını qəbul edək və şanlı tariximizi öyrənək.
Məsələ haqqında danışır Türkiyənin tanınmış professoru, tarixçi İlber Ortaylı.

ölsəm bağışla

samirasahib



Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.

Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız Gülya onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.


foto

Filmin sonunda qəhrəman ölür. Onun qəlbi hər cür natəmiz fikirlərdən uzaq olduğu üçün qara qüvvələrlə sona qədər mübarizə apara bilmir.
Filmin Rejissoru Rasim Ocaqov, ssenari müəllifi Rüstəm İbrahimbəyov, bəstəkarı Emin Sabitoğludur. Baş rollarda çıxış edir Fəxrəddin Manafov və Gülzar Qurbanova..



foto

məhəmmədhüseyn şəhriyar

samirasahib

foto

Bir gecədə yaranmış məhəbbət dastanı... On dörd beytdə yaşayan əfsanə.. Yəqin ki, Məhəmmədhüseyn Şəhriyar nə həmin gecəni yaşamaq, nə də bu qəzəli yazmaq istərdi. Çünki şeir, müəllifin gəncliyinin ən kədərli gününün yadigarıdır. Belə ki, İran şahının əmisi oğlu Çıraqəli xan Pəhləvi onun sevgilisini zor gücünə alır və şairi Tehrandan sürgün edir. Qızın anası Şəhriyarın uzunmüddətli yalvarışlarından sonra onları Tehranın Behcətabad parkında görüşdürməyə söz verir. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma taleyi bu dəfə də onun üzünə gülmür və nəticədə ürəkləri riqətə gətirən gözəl bir əsər meydana gəlir....


23 nisan

samirasahib
Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi bayramlarından biridir. Türkiyə və KKTC yanaşı Kosovo Respublikasında da "23 Aprel Kosova Türkləri Milli bayramı" olaraq qeyd olunur. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən dünya uşaqlarına hədiyyə edilmişdir...


foto

23 Aprelin Türkiyədə milli bayram olaraq qəbul edilməsinin səbəbi, 1920-ci ildə o gün Türkiyə Böyük Millət Məclisinin açılmış olmasıdır. Deputatların təyin edilməsi və Ankaraya gəlməsi çox qısa bir müddətdə baş verdi. Parlament seçkiləri Atatürkün 19 Mart 1920-ci ildə Ankarada bir məclisin niyə yığılacağını və niyə çağırılmasının lazım olduğunu izah etməsi ilə başladı. Parlamentin açılış tarixi 21 aprel Atatürk dairəsi ilə elan edildi və deputatlardan Ankaraya gəlmələri istənildi. 23 Aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisi açılmışdır. Əvvəllər təyin olunmuş 337 deputatdan yalnız 115-i həmin günün ilk iclasına qatıldı...


foto

nazim hikmət

samirasahib


foto


Nazim Hikmətin "Ben bir ceviz ağacıyım." şeirinin yaranma tarixçəsi olduqca maraqlıdır...
Şair Gülhanə parkında sevgilisi ilə görüş təyin edimiş. Lakin polislər onu təqib edirlər. N.Hikmət ələ keçəcəyini görərək fürsət tapıb parkdakı Qoz ağacına çıxır. Sevgilisi gəlib onu elə yanında gözləsə də, heç nə deyə bilmir. Bundan sonra o məşhur şeirini yazır:
Ben bir ceviz ağacıyım Gülhane parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.
Ben bir ceviz ağacıyım, sen de bunu duymadın...

nəsibə zeynalova

samirasahib

foto

Bu gün Azərbyacanın xalq artisti, görkəmli aktyor, gülüş ustası Nəsibə Zeynalovanın doğum günüdür. 2004-cü il martın 10-da böyük sənətkar bu fani dünyaya əlvida deyib.

Azərbaycan teatrsevərləri arasında "Qaynana" kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə ildə Bakıda doğulub. Atası Kərbəlayi Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahagir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Nəsibə xanım unudulmaz aktyordur və uzun illər Azərbaycan səhnəsinin əvəzolunmaz aktrisası kimi onun bütün rolları tamaşaçılar tərəfindən maqarla izlənilib. Onun qəhrəmanları bu gün də xalq tərəfindən sevə-sevə yada salınır, film və tamaşalar populyarlığını saxlayır.

gün keçdi

samirasahib


Gün keçdi- film yazıçı Anarın ssenarisi əsasında 1971-ci ildə ekranlaşdırılmışdır. Dram məhəbbət janrında olan filmin rejissoru Anar Rzayev, musiqi bəstəkarı Emin Sabitoğludur. Baş rollarda çıxış etmişdir Leyla Şıxlinskaya ,Həsən Məmmədov..

foto
Filmin ən məşhur mahnısı olan "Bir axşam taksidən"in sözləri Vaqif Səmədoğlunun, musiqisi isə Emin Sabitoğlunundur...

foto
V.Səmədoğlu fəlsəfəsi ilə E.Sabitoğlu incəliyinin birləşməsindən ərsəyə gələn şedevr əsərin ifası isə Flora Kərimovaya məxsusdur..

foto

Vaqif Səmədoğlu

samirasahib
Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...
Bu misraları şair Vaqif Səmədoğlu 24 yaşı olarkən qələmə alır. Maraqlıdır ki, şeir yazılandan 50 il sonra, yəni V.Səmədoğlu dünyadan köçdüyü zaman xanım oxucularından biri o misralardan təsirlənərək şairin məzarı üzərinə bir cüt ayaqqabı qoyur. Həmin hadisə V.Səmədoğlunun ömür gün yoldaşı Nüşabə xanıma ilham mənbəyi olur. Nəticədə şairin məzarı şeirin misralarına uyğun düzəltdirilir. Fəxri Xiyabanda öz fərqliliyi ilə seçilən, Vaqif Səmədoğlu orijinallığının sübutu olan məzara bir də şairin "Mən burdayam, İlahi" kəlamı həkk olunur.
foto

Flora Kərimova - Bağışla

samirasahib


1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasında Azərbaycan kinostudiyasında "Onun bəlalı sevgisi " adlı film çəkilir. Filmin musiqisi Emin Sabitoğluna həvalə edilir. Rejissor Ziyafət Abbasov bəstəkarla görüşərək mahnı ideyası verir. Mahnı məhəbbət mövzusunda olmalı sevgililərin ləpədöyəndəki romantik səhnəsinə müşayiət etməli idi. Həmin mahnının motivləri film boyu əsas leytmotiv kimi səslənməli, həm də mahnıya uyğun mətn tapılmalı idi. Həmin dövrdə "Mozalan" kino jurnalının redaktoru olan Ziyafət Abbasovla eyni emalatxanada şair Ramiz Rövşən də çalışırdı. Elə mahnı mətni də Ramiz Rövşənə tapşırılır. Beləliklə "Bağışla" mahnısı ərsəyə gəlir. Nakam məhəbbət nəğməsi olan "Bağışla"nı Flora Kərimova ifa edir