confessions

parabuzen

1. Nəsil Yazar - Səyifəyə üzv olan

  1. Paylaşımların cəmi 14
  2. İzləyici 0
  3. Xal 342

qəhrəman leytenantımız

parabuzen
°Qəhrəman Leytenatımız°
Heydərov Vasif Nazim oğlu 1997-ci il yanvar ayının 5 -də Tovuz rayonu Aran Yanıqlı kəndində anadan olmuşdur.
2003-2012 -ci ildə Tovuz rayonu Yanıqlı kənd 2 N° tam orta məktəbində təhsil almışdır.
2012 -ci ildən 2015-ci ilə qədər təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir.
2015 -ci ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi Məktəbinə daxil olmuş və 2019 -cu ildə həmin məktəbi motoatıcı taqım komandiri ixtisası üzrə bitirmiş və ona "leytenant" hərbi rütbəsi verilmişdir.
2019-cu ilin iyul ayında X nömrəli hərbi hissənin həmlə taborunda xidmətini davam etdirmişdir.
O , 27 sentyabr 2020 -ci ildə ordumuz düşmən mövqelərinə qarşı başlayan əks hücum əməliyyatlarında fəal iştirak etmişdir.
Qəhrəmanımız Füzuli istiqamətində gedən döyüşlərdə yaralansa belə döyüşə davam etmiş, yaralı zabiti bmp - dən çıxarıb həyatını xilas etmişdir. Və sonra "Bura qədər vuruşub gəlmişik geriyə qayıtmaq olmaz" deyərək hücumu davam etdirmək əmri vermiş, müdafiə olunan düşmənin 2-ci müdafiə xəttini yarmışdır. Atıcı silahlarla Vasifin dəstəsini məhv edə bilməyən düşmən ağır artilleriyadan istifadə etmiş və nəticəsində Vasif ağır yaralanaraq şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimiz 1 il idi ki ailə həyatı qurmuşdur. Vətənə 1 oğul övladı əmanət etmişdir.
Ruhun şad olsun Qəhrəman🥀
Allah rəhmət etsin 🤲

məktəbimizin fəxri

parabuzen
_Məktəbimizin fəxri_
Snaperçi Feyzizadə Toğrul 15 aprel 2002 -ci ildə Bakıda şəhərində anadan olmuşdur. O üç uşaqlı ailənin ilk uşağıdır.
2008-ci ildə Culfa rayonunda 2 nömrəli məktəbin birinci sinifinə gedib. 2009-cu ildə Laçın rayon şəhid Pənah Məmmədov adına 46 saylı tam orta məktəbində təhsilini davam etdirir. Tərbiyəsi ədəb-ərkanı ilə müəllimlərin və sinif yoldaşların sevimlisinə çevrilir .
Şəhidimiz 10 cu sinifdə həm işləyir, həm də oxuyur, ailəsinə maddi cəhətdən kömək edir.
11 illik təhsilini bitirəndən sonra şadlıq evində ofisiant işləməyə başlayır .
2019-cu il sentyabrın 15- i Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinə qəbul olur. Bu zaman yenə həm işləyir, həm də məktəbində təhsilini davam etdirir.
2020 -ci il mayın 8 -i hərbi xidmətə yollanır. Ağçabədi rayonu N saylı hərbi hissədə xidmət edir. Noyabrın 1-i gecə saat 01:30 ifadələrində ailəsi və sevdiyi ilə son dəfə danışır. Gecə Xocavənd rayonuna yola düşürlər. Güclü snaperçi olan Feyzizade ikinci Qarabağ Vətən müharibəsində ön cəbhədə şücarətlə vuruşur. Noyabrın 6-sı minamiot adlanan odlu silahla yara alır. Diz qabağından ayağı çıxır qan itirmə nəticəsində Feyzizadə şəhidlik zirvəsinə ucalır. 7 noyabr Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində dəfn olunmuşdur.
Allah rəhmət etsin🤲
Şəhidimiz canımızdır, heç zaman unudulmayacaq 46 saylı tam orta məktəbin fəxri😞

şəhidimiz

parabuzen
Şəhidimiz
Tankçı Gizir Ağayev Cəlal (1985-2020)
Lerik rayonu , Kornadi kəndi də anadan olmuşdur. İki uşaq atasıdir.
Aprel döyüşlərin iştirakçısı olmuşdur.
İkinci vətən müharibəsi ilk həftəsində Talış kəndi (Tərtər) və Suqovuşan ( Madagiz) istiqamətində gedən amansız döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş və itkin düşmüşdür. Şəhidin nəşi döyüş meydanından ən az 30 gündən sonra goturulmusdur.
Allah rəhmət etsin🤲
Hər zaman qəlbimizdəsən, qəlbimizdə yaşayacaqsan komandir💪🇦🇿

özünütəhsil kompetensiyaları

parabuzen
Özünütəhsil kompetensiyaları
Cəmiyyətimiz gündən-günə inkişaf edir. Cəmiyyətimizin bir parçası olan uşaqlarda daim inkişafdadır. Onların inkişafına düzgün yön vermək biz müəllimlərdən asılıdır. Müəllim cəmiyyətə uyğunlaşmalı , özünü inkişaf etdirməlidir.
Müəllim bir çox müsbət keyfiyyətlərə malik olmalıdır ( Bura onun mənəviyyatının zəngin olması aiddir). Pedaqoji biliklərlə yanaşı , onun texnoloji bilikləridə olmalıdır. Çünki, müasir dövrümüzdə sadəcə onun pedaqoji biliklər bilmək bəs etmir. Onları uşaqlara müxtəlif üsullarla öyrətməyi bacaran müəllimlər gərəklidir.
Müəllimin özünütəhlil məşğul olması, onun fərdi inkişafı kimi başa düşülə bilər.
Müəllim fərdi inkişafı üçün aşağıdakılar etməlidir:
1) Bildiyi bilikləri tam bilməlidir. Bunun üçündə öyrəndiyi biliklər barədə araşdırmalar etməlidir. Tədqiqatçılıq insanı daha çox bilməsinə kömək edir;
2) Universitetdə öyrəndiyi biliklərlə kifayətlənməməlidir. Dəyişən cəmiyyətə uyğun biliklər bilməlidir.
Hər gün cəmiyyətimiz inkişaf edir, Dəyişir, yenilənir. Bu dəyişənlik həyatımıza müxtəlif cür təsir etdiyi kimi uşaqlarında həyatına təsiri olur . Baş verən dəyişiklər barədə məlumatlı olmaq müəllim üçün vacibdir. O cəmiyyətə uyğunlaşır. Uşaqlara biliklər bacarıq vərdişlər öyrənməsinə kömək edir.
3) Təlimlər , seminarlar, konfranslara qoşulmalıdır.
Bir çox təlimlər , vebinarlar , seminar universitetdə öyrədilən biliklərin təkrar edə bilər . Bu cür görüşlər yenilikləri müəllimlərə öyrədilməsi, əvvəlki bilikləri möhkəmləndirilməsi kömək edir;
4) Hər tip uşaqlarla işləməyin yolların axtarmalıdır. Psixologiyası fərqli olan uşaqlar vardır( temperament tiplərinə görə , xarakterə görə);
Uşaqlar müxtəlifdir. Onların xarakterləri, temperamentləri və digər xüsusiyyətləridə fərqlidir. Uşaqlardan biri sanqvink , digəri xolerik, fleqmatik , melanxonik ola bilər.
5) Bədii kitablar oxumalıdır. Elə kitablar vardır ki, onlar həm nitqimizə, həm dünyagörüşümüzə, həm də biliklərimizə kömək edir.
Kitabları ucadan oxumaq insanların nitqinə müsbət təsir edir. Oradakı fikirlərə fikir bildirmək daha faydalıdır.
Daxili intizami artırmaq üçün kitablar əvəz edilməzdir. (Brain Tracy “daxili intizam gücü” ). Şəxsi inkişaf aid kitablar vardır.( Mömin Selman” hər şey səninlə başlar”). Beyin düzgün idarə etmənin yolu (NLP: Təhtəlşüura və davranışa gizli təsirin qızıl sirrləri).
Müəllimin bədii ədəbiyyata marağı onun öyrəndiyi uşaqlarda rahat aşılaya bilər. Onlar üçün düzgün kitab tövsiyələrini verə bilərlər.
6) Müəllim 5 ildən bir ixtisasartırma iştirak etməlidir.
İxtisasartırma təhsilinin məqsədi və formaları
İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür.
İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqti¬sadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
Bildiyimiz kimi, Təhsil müxtəlif yollarla — təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilə bilər. Təhsil almağın əsas vasitəsi təlimdir.
Bir insanın özünətəhsil keçmək üçün onu daxili intizamı güclü olmalıdır. Özünü idarə edən bilən insan özünün təhsillə rahat məşğul ola bilər.
Bir çox qurumlar müəllimlərin fərdi inkişaf üçün kurslar, təlimlər, seminarlar, forumlar keçirilir. Kursların nitqin inkişafı, psixologiya, dil kursu, psixoloji-pedaqoji təcrübə proqramı, xarici pedaqoqların dəvəti və.s. vardır. Müəllimlərə psixoloji -pedaqoji kömək göstərilir. (Nirvana education and training center , Akberli group, Jugendkraft, Green start academy və digərləri).
Təhsil müəssisələrində isə müəllimlərin ixtisasartırma 5 ildən bir göndərilir. İkinci təhsil üçün müraciət etmə hüquqları vardır.
Uzun sözün qısası öyrənmək üçün hər zaman şərait vardır.
Müəllimlər əlavə təhsil almaq hüquqlarındanda istifadə edə bilərlər.
Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.
Azər¬baycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazır¬lanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.
Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq struktur-larda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil müvafiq proqramlar əsasında bu Qayda ilə müəyyən edilən bütün növ (dövlət, bələdiyyə və özəl) müəssisə, təşkilat və qurumlar tərəfindən həyata keçirilir.
Əlavə təhsil müəssisələrinə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) aiddir.
Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.
İxtisasartırma kurslarını bitirmiş şəxslər üçün mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirilir. İxtisasartırma təhsilini keçmiş kadrın vəzifədə irəli çəkilməsində, əməyinin maddi və mənəvi qiymətləndirilməsində və ya təltifə təqdim edilməsində cari dövr üçün ixtisasartırma təhsili üzrə topladığı kreditlər nəzərə alınır.
Təhsil müəssisələrinin rəhbər, inzibati-təsərrüfat və pedaqoji heyəti üçün informasiya və kommunikasiya texnologiyaları proqramları üzrə təşkil olunan treninqlər dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində həyata keçirilir.

ön cəbhədə siz arxa cəbhədə biz igidlər

parabuzen
Ön cəbhədə siz, arxa cəbhədə biz, igidlər!
Hər şey Tovuza atılan mərmilərlə başladı. Zəif olan tərəf özünü güclü sanıb, qarşı dururdu bizim ölkəyə. Tovuz döyüşləri adlandırıldı iyulda olan qansız müharibə. Bunun üçün könüllü gedənlər kim, "ya Qarabağ ya ölüm" deyənlər kim. Mən sizə qarşı cəbhədə döyüşən əsgərlərimizdən danışmayacam. Mən sizə arxa cəbhədən danışacam. Yəni bizdən. Hansı ki, biz öz millətimiz üçün gecə-gündüz tweet paylaşıb, məlum vəziyyət halında, internet məhdudiyyəti olduğu halda cəbhədəki əsgərlərimizə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Və edirdik də. Əslində əsgərlərimizin istədiyi nə tweet, nə də onlar üçün təzəruat etməyimiz deyildi. Onlar bizdən güclü olmaları üçün dua istəyirdilər. Sırf bunun üçün də bütün Azərbaycan xalqının ağlında bir düşüncə var idi. O düşüncə də, "bu müharibə, biz tamam olana qədər davam" idi. Və biz arzumuza çatdıq. Qarabağı aldıq. Azərbaycanın bütöv ərazi birliyini qoruduq. Və cəbhədə bəlkə də bir çoxumuzun etdiyi dua ilə bir çox əsgər qurtulmuşdu. Bir çox şəhidimiz oldu. Bunu da qəbul edirik. Amma ölənimiz heç olmadı. Bir dövlət düşünün ki, Şuşa azad olunan da ilk bayrağını öpüb, sonra bütün şəhidlərin analarının ayaqları altını öpən milləti var. Qarabağ azad olan kimi, gecənin saat neçəsi olarsa olsun, komendat saatını fikirləşmədən, küçələrə axın edib, sevincini bir-bir ilə bölüşüb, tanımadıqları insanları qucaqlayıb. Bir millət düşünün ki, Tovuzun qaçqını olmasın, məcburi köçkünü olmasın deyə öz canından keçib. Bir millət düşünün ki, bir də eyni acıları çəkməsin deyə əbədi dünyaya gözünü yuman igidlər yetişdirmişdir. Elə bu yazımın adı da, "Ön cəbhədə siz, arxa cəbhədə biz" olsun. Çünki onlar soyuqda, qarda, qışda vuruşanda biz burda isti evimizdə, qarşımızda müəyyən qədər isti olan çayımızla onların bizə gətirdiyi şad xəbərləri oxuyub sevinirdik. Əslində sevinməklə də qalmırdıq. Daha da artıq olması üçün dualar esirdik. Pullar yığıb, əsgərlərə pay aparırdıq. Anaların əlindən yeməklər aparırdıq. Ana əlinin ləzzətini öz damaqlarında hiss etsinlər deyə. Ona görə də sizə tək deyə biləcəyim: Başımızda Allah, yanımızda igid dostlarımız, arxamızda ömür boyu canımızı borclu olduğumuz qardaşlarımız olduğu müddətcə bizim Azərbaycanımızın əsla kürəyi yerə gəlməz, e*rməni...!

danış türk oğlu

parabuzen

foto~Danış Türk oğlu~
Bu başlıq altında ilk dəfə yazıram. Nə yazacam, nələr ağlımdan keçir bunu heç özüm də dəqiq bilmirəm. Tək bildiyim, bu aralarda Türk oğlu çox gözəl danışır. Amma belə bir atalar sözü var axı "insanlar danışa-danışa anlaşar." Biz insan olsaq da qarşımızdakılar insan deyillər. Sadəcə özlərini böyük biri kimi bilib özlərinin sözdə olan dövlətini yavaş-yavaş itirirlər. Bir çox kəndlərimiz və rayonlarımız bu yaxınlarda alındı. Danışıqla yox. Silahla. Biz bunu istəyirdik mi? Xeyr. Biz hər şeyi danışıqla həll etməyə çalışırdıq. Sadəcə qarşı tərəfə danışaraq başa sala bilmirdik. Ona görə də sözün əsl mənasında Türk oğlu danışdı. Biz millət olaraq döyüş, dava sevən millət deyilik. Amma söhbət bizim torpaqlarımızdan, bu torpaqlar uğrunda can verənlərdən, və vulqarcasına qovulmuş ailələrdən gedirsə onda döyüşərik və bizim olanı geri alarıq. Qısacası bir millət düşünün: Müharibənin çıxmasından deyil, müharibənin bitməsindən qorxur... Ona görə də sıra bizdədi. Danış Türk oğlu!!!

xəyal mı gərçək mı

parabuzen
Xəyal mı? Gerçək mi?
Niyə xəyal qurarıq ki? Gerçəklər o qədər mi üzür bizi? Ya heç düşünmürük mü ki, bu xəyallar da qırılır axı?! Bir şeyi çox istəyib xəyal qurmaqdansa o istəyimiz üçün çabalamaq ən gözəli deyil mi? Bəzən deyil deyərik. Ən sadə məsəllə başlamaq istəyərəm şəxsən. Mən, bu günə qədər həmişə gerçəklərə inanmışam, uşaqlıq etməyib, böyümüşəm. Çünki xəyallarım qırılıb. Çox sevmişəm; hər kəsi, hər şeyi. Sonrasında həmişə sevdiyim yerdən qırılmışam. Xəyallar qurmuşam; bu gün sevdiyim birinin sabah gedəcəyindən xəbərsiz halda. Əgər sevirsə getməz düşüncəsi ilə. Və həmişə düşüncəm məni yanıldıb. Beynim qəlbimə qalib gəlib. Və mən həmişə ruhən uduzmuşam. Xəyallarım bəlkə də hər kəsin maraqla dinlədiyi gözəl yuxu, xülya(artıq kim nə deyərsə)idi. Sadəcə adı üzərində yuxudu. Hər kəs bir gün oyanır. Və mən yuxuya dalərkən buludların üzərində idim. Oyananda yerə çaxılmış, qəlbi qırılmış bir şəkildə idim. Və o gün xəyal qurmaq yerinə gerçəklərə inanmağı seçdim...
#parabüzən🐞

xoşbəxtlik nədir

parabuzen
Xoşbəxtlik nədir? Və biz həqiqətən xoşbəxtik mi?
Mənə görə bir neçə il əvvələ kimi, hətta indi də xoşbəxtlik azad olmaqdı. "Bəs əvvəllə indi arasında olan zaman dilimində niyə xoşbəxt olmadığını düşündün?" deyə soruşanlar da var əlbətdə. Mən xoşbəxt olmadığımı düşünmürdüm, xoşbəxtliyin azadlıq olduğunu düşünmürdüm. Çünki insan istər-istəməz birinə vurulanda azad olmur, amma xoşbəxt olur. Sanki digər yarısını tapmış kimi olur və həqiqətən ətrafa xoşbəxtlik yayaraq xoşbəxt olur. Yəni bir neçə il deyək insan azad olmadan da xoşbəxt ola bilirmiş... Bəs sonra nə olur? Niyə xoşbəxt olmuruq? Çünki xəyal qururuq. Xoşbəxt olan andan bəri xəyallar qurmağa başlayırıq. Və bu xəyallarımız bəzən qırılır və biz özümüzü xoşbəxt hiss etmirik. Belə bir söz var "xəyalları gerçəyə çevirmək bizim əllərimizdədir, amma biz onları sadəcə xülya olaraq sevirik." Xoşbəxt olmanın neçə yolu var bilmirəm. Amma mənim üçün xoşbəxtlik bəzən bir uşağın mənim sayəmdə üzündə yaranan gülümsəmə, bəzənsə sevdiyim bir kitabın müəllifinin o kitabı xoş cümlələrlə bitirməsi, ya da mənə motivasiya verən bir çox şey... Xoşbəxtliyin tam bir tərifi yoxdu. Ya da var biz hələ xoşbəxt deyilik. Çünki xoşbəxtlik azadlıqdır. Və biz azad deyilik. Ruhlarımız ətdən robotlara məhkumdur, və bu ətdən robotların düşüncələri belə bizə aid deyil...
#parabüzən🐞

nümunəvi azərbaycan gənci nərmin davidova

parabuzen

foto*Nümunəvi Azərbaycan Gənci _ Nərmin Davidova*
Nümunəvi insan olmaq üçün maddi cəhətdən yaxşı olmaq əsas deyil. Əgər mənəvi cəhətdən yaxşı deyilsənsə bunun mənası yoxdur. Əsas uğur insani keyfiyyətlərə sahib olmaqla başlar. Belə keyfiyyətlərə sahib olan Nərmin Davidova:

05.04.1997 –ci ildə Ağdam rayonunda anadan olub.

2003-2014-cü illər də Yevlax rayonu 2 saylı orta məktəb də təhsil almışdır.

2006-2013-cü illər də isə 3 saylı musiqi məktəbini əlaçı olaraq bitirmişdir.

2014 –cü ildə Bakı Slavyan Universitetinə daxil olmuşdur ancaq universitetdən qeydiyyatın ləğv edərək yenidən 2015 –ci ildə Qafqaz Universiteti ''İngilis dili və Ədəbiyyatı'' məllimliyi fakultəsinə (Bakı Mühəndislik Universiteti) daxil olmuşdur.

2016-cı ildən Qarabağ Tarix təşkilatının(800 üzv) təsisçisi və sədridir.

Bundan əlavə 10-dan çox təşkilatda idarə heyyətinin üzvü olmuşdur. ''YAP ''və'' TGT'' qurumlarının üzvüdür həmçinin .

Natiqlik Və Təlimçilik Kurslarının Tədrisçisi.

⭕ *Qafqaz Universiteti ''İngilis dili və Ədəbiyyatı'' məllimliyi fakultəsini bitirmişdir.* *🔴2016-cı ildən Qarabağ Tarix təşkilatının(800 üzvlük) təsisçisi və sədridir.* *🟠Nirvana Təlim-tədris mərkəzinin təsisçisi.* *⭕İCRA hakimliyində işləyir.* *🔴Düşüncə Gücü ''Gənclərin Fərdi İnkişafına Dəstək ''İctimai Birliyi-nin katibliyinin rəhbəri.* *🟠İTTİ international TEFL Training İnstitute beynəlxalq ingilis dili məllimliyi sertifikatının sahibi* *⭕Pozitiv psixologiya və tətbiqi sahəsi üzrə (Tayfun Doğandan dərs almışdır)* *🔴Pozitiv psixoterapi və terapidə hekayələrin işlədilməsi sahesi üzrə(Tuğba Sarıdan dərs almışdır)* *🟠Karyera planlaması və təşkili üzrə Işıl Keskin və Soner Şahandan dərs almışdır.* *🔴NLP üzrə isə Babək Bayramovdan dərs almışdır.* *⭕30 mart 2019-30 may 2019-cu il tarixində ASAN könüllülük Məktəbinin Master 1 pilləsi çərçivəsində "Sumqayıt regional ASAN xidmət'' mərkəzində fəaliyyətini 1 dərəcə ilə başa vurmuşdur.* *🟠''Development and assessment of executive functining and language skills in early childhood'' beynəlxalq layihəsin uğurla bitirmişdir.* *🔴''l Universitetlər arası Azərbaycan tarixi ''yarışmasının qalibi və kubokun sahibidir.* *⭕''ll Universitetlər arası tarixi''yarışmasında da 1 yerin qalibidir.* *🟠''Erkən Praktika'' məllimlik layihəsinin qalibi.* *🔴Natiqlik və bədən dili ilə bağlı dərslərin tədrisçisidir. Bundan əlavə bir çox bölmələr üzrə xeyli sayda təlimlər keçmişdir.* *⭕CPD -beynelxalq training of trainer akademiyasin bitirmişdir.* *🟠İBCT-beynəlxalq training of trainer academiyasın bitirmişdir.* *🔴Beynəlxalq dərəcəli təlimçidir (Dərəcəni Amerikadan qazanmışdır).* *⭕American Neuroscience Dr .Joe dispenza -'nın tələbəsi olmuşdur .-beyin dili proqramlaşdırılması üzrə.*
*Nərmin xanımın əsas uğuru onun mənəvi cəhətdən zəngin olmasıdır.*
#parabüzən 🐞
1

bəs böyük sevgilər harada başlayar

parabuzen

foto~ Bəs böyük sevgilər harada başlayar? ~
Hər kəsin işlətdiyi bir cümlə var: "Sevginin bağlanğıcı qəlbdir" və bu cümlə hələ də qüvvədə qalır. Əslində yalan məlumat olsa da biz buna inanırıq və hər zaman doğru olduğunu bildiririk. Bu səfər "elmi üslub"da başa salacam sizə sevgini. Əslində mən daxil bir çox sevən kəslərə görə "sevgi" qəlbimizin bizə oynadığı oyundur. Çünki biz birini görürük və onu gördüyümüz an əgər aşiq oluruqsa ürəyimizin döyüntüləri artır, bəzən olur tərləyirik, bəzən həmin adamın gözlərinə baxa bilmirik. Və bu kimi simptomlara əsasən deyirik ki, "sevginin başlanğıcı qəlbdir." Amma hisslərimiz bizi yanıldır. Sevgi qəlbin yox beyinin işidir. Hər şey beyində başlar və beyində bitər. Bizim qəlbimiz dayanıb öldükdən 7 dəqiqə sonra beynimiz iflas edir. Və bu da ona ən böyük sübutdur ki, biz ölü olarkən belə birini 7 dəqiqəlik sevə bilirik. Beynimizin bizə hazırladığı bu çətin missialı oyunda bəzən uduzur, bəzən uduruq. Amma heç bir zaman geri çəkilmirik. Çünki sevdiyimiz uğrunda mübarizə aparırıq. Və bunların hər birini beynimiz bizim daha da qüvvətli və sevgidə uğursuz olmamağımız üçün edir. Yəni qısacası Sevgi;qəlbimizin hissləri deyil, beyin hüceyrələrimizin bizə oynadığı oyundur...
#parabüzən🐞

gələcəyin şəxsiyyəti

parabuzen
"Gələcəyin Şəxsiyyəti"
Bu gün uşaqdır deyib keçdiyimiz, sabah bizim gələcəyimizdir. Onların inkişafı, təlimi və tərbiyəsi bizlərdən asılıdır.
Uşaqlarımızı sağlam bir şəxsiyyət kimi formalaşdırmaq üçün bunları etməliyik.
1. Onların fiziki tərbiyəsilə məşğul olmaq; Uşaqları fiziki cəhətdən inkişaf etməsi üçün özünə lazimi olan işlərini özü etməlidir. Valideyn "sən uşaqsan" etmə deməsi gələcəyin tənbəl insanın yaranmasına gətirib çıxara bilər. Bunun üçün onun fiziki gücünün çatdığı işləri tapşırılmalıdır.
Gündəlik idman hərəkətləri etməsi vacibdir.
2. Uşaqların əqli (şüur) tərbiyəsilə məşğul olmaq; Uşaqlarımızın beyni inkişaf etdirmək istəyiriksə , onlara kiçik yaşlardan nağılların oxunması vacibdir. Nağıl oxuyarkən çalışın uşaqları düşündürün. ( Məs: nağılın yarısını saxlayın uşaqdan digər yarısı danışmağını tələb edə bilərsiniz. Amma uşaq danışmaq istəməsə məcbur etməyin.)
Oyunların uşaqların əqli inkişafında müstəsna rolu vardır.
3. Əxlaq tərbiyəsilə məşğul olmaq; Uşaqlara nəsihət deməklə onun əxlaq tərbiyəsini formalaşdırmaq olmur. Bu onlara sıxıcı gəlir. Uşaqlara bunu aşılamaq üçün yeni şəkildə göstərmək lazımdır. Uşaqlar bizim hərəkətlərimizi, davranışlarımızı dediyimiz her bir kəliməyə fikir verirlər. Sonra həmin hərəkətləri, davranışları , sözləri uşaqlarda görmək mümkündür. Ona görə də biz birinci özümüzü tərbiyə etməliyik.
Uşaqlara əxlaqi nağıllar danışmaqla onlarada əxlaqi keyfiyyətlər formalaşdırmaq olar.
4. Mənəvi tərbiyəsilə məşğul olmaq; Çoxları uşaqların xeyirxah, dostcanlı , düzgün və.s. mənəviyyatca zəngin olmasını istəyir. Bunun üçün biz nə edirik? Uşaqlara dönə-dönə demək əvəzinə , özümüzədə də bu xüsusiyyətlər var? Bunun üçün özümüzü düzgün bir valideyn kimi formalaşdırmalıyıq
( Bir dəfə yaxşı tərbiyə görmüş bir uşağın atasından soruşurlar sən uşağını necə tərbiyə etmisən ki, onun belə gözəl davranışları var. O isə cavabında :
-Heç nə , mən uşaqda görmək istədiyim xüsusiyyətləri özümdə formalaşdırdım.)
Bir çox nağıllarımız vardır ki, oradakı mənəvi xüsusiyyətlər uşaqlara aşılanması vacibdir . Uşaqlar onlardakı mənfi və müsbət xüsusiyyətləri özləri seçirlər.
5. Uşaqların əmək tərbiyəsilə məşğul olmaq; Onlara əmək bacarıqları öyrətmək üçün gündəlik etdiyiniz bir neçə işdə onlardan kömək istəyin . Uşaqlara böyüklərin etdiyi işlər maraqlı olur. Hər şeyin asan qazanılmadığını öyrədin .
6. İqtisadi tərbiyəsilə məşğul olmaq; Onlara balacalıqdan pulunu necə idarə etməyi cüzidə olsa öyrədilsə yaxşıdır.
Onlara verdiyiniz məbləğin özləri yığması sonunda öz istədiyi əşyanı almasına gəlib çıxdığını başa salmaq lazımdır
#parabüzən🐞

foto

qadın ümiddir. onu itirmə

parabuzen

foto~ Qadın ümiddir. Onu itirmə! ~
Qadın 5 hərfdən ibarət 2 hecalı söz olsa belə özündə bir çox şüarı birləşdirir. Qadın qürurludur, qadın azaddır, qadın inadçıdır, istədiyini əldə edəndir. Nazlıdır, incədir, zərifdir. Gül kimidir. Tikanları olsa belə qoxusu gözəldir. Amma bəşəriyyətimizdə qadın var olduqca onun ölüm sayı da artır. Bəziləri talehinə görə ölür, bəziləri isə bir neçə "kişi"yə qurban gedir. Bir çoxlarının toxunmağa qıya bilmədiyi zərif, incə çiçəkləri "kişi"lər qoparıb, onların dirçəlməsinə icazə vermirlər. Və bir çoxumuzun da bildiyi kimi "bu dünyada qadın olaraq doğulmaq çox çətin, qadın olaraq ölmək çox asandır". Çünki heç kəs ona şiddət edərkən düşünməz; qadını öldürdüm-anamı öldürdüm, qadını öldürdüm-bacıma qıydım, qadını öldürdüm-yoldaşımı qətl etdim, qadını öldürdüm-övladımın uşaqlığını əlindən aldım demək olduğunu. Qadını iki yerə bölmək bir tərəfi ümid verən bir uşaq, digər tərəfi səni böyüdən anadır. Və heç kim əvvəldə saydığım şüarları saymaz. Onun əvəzinə; qadını öldürdüm-qısa geyinmişdi, qadını öldürdüm-gecə həyətə çıxmışdı, qadını öldürdüm-saçları açıq idi, qadını öldürdüm-başını bağlamamışdı şüarlarını səsləndirər. Hər kəs bir qadının geyiminə, bahalı maşınlarına, dəbdəbəli daş-qaşlarına baxar,amma heç kəs onun öz zəhməti olduğunu dilə gətirməz. Mən də qadınam, mən də bir oğlanın bacısıyam, mən də bir atanın qızıyam, mən də birinin yoldaşıyam, sevgilisiyəm, sevdiyiyəm. Amma mən bunlarla tanınmaq istəmirəm. Mən qadın olduğum üçün, özüm olduğum üçün tanınmaq istəyirəm. Mən ümid verdiyim üçün, inadçı olduğum üçün, daha gözəl bir gələcəyim olması üçün tanınmaq istəyirəm. Bir kişinin nəyisə olduğum üçün deyil, özüm olduğum üçün tanınmaq istəyirəm. 8 mart qadınlar bayramımız var. Qadınların hür və azad yaşamasını istədiyi üçün öz başındakı yaylığını çıxarıb yerə atan və "çörək və gül" şüarlarını səsləndirən Klara Setkin sırf biz qadınlar daha çox işləyə, öz pulumuzu qazana və bunu edərkən də yorulsaq belə həzz ala bilməmiz üçün etmişdi. Amma bir neçə ildir ki, qadınlar qətl edilir və bizim "8 mart-Beynəlxalq Qadınlar günü" adı ilə keçirdiyimiz hər bayram biz qadınlardan bir az-bir az əksildir. Qadınlar çiçəkdir-onları qoparmayın, Qadınlar ümiddir-onları itirməyin...
#parabüzən🐞
2