confessions

nazrinmalikova

1. nəsil Yazar - Təzə Yazar -

  1. toplam entry 4
  2. takipçi 1
  3. xal 90

motsart haqqında maraqlı faktlar

nazrinmalikova
Musiqi tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Wolfgang Amadeus Motsartı, yəqin ki çoxumuz tanıyırıq. Gəlin, onunla bağlı bir neçə maraqlı fakta nəzər yetirək:
1. Dinlədiyi musiqini ilk cəhddə səhvsiz ifa edə bilirdi.
2. İkinci adı olan Theophilus yunan dilində "Allahın sevimli qulu" mənasını verir. Motsart eyni mənanı verən latınca "Amadeus" adını da seçmişdir.
3. 36 illik ömrünün 14 ilini evindən ayrı, səyahətlərdə keçirmişdir.
4. Atası Leopold Motsart oğlu dünyaya gələndə Allahın möcüzəsi hesab etmişdir. Buna səbəb Motsartın çox kiçik və sağ qalmaq üçün zəif olması idi.
5. Motsart öldükdə həyat yoldaşı musiqi əsərlərinin qaralamalarını məhv etmişdir.
6. Ən son simfoniyasını - 41-ci simfoniyanı 1788-ci ildə yazıb. Bu simfoniyanın digər məşhur adı "Yupiter Simfoniyası" dır. Onu da qeyd edək ki, Motsartın neçə simfoniyasının olduğu hələ də mübahisəlidir.
7. Motsart eyni zamanda tenor səsli idi.
8. Vəfat edəndə Vyanadakı adət- ənənələrə uyğun olaraq orta təbəqədən olan insanların dəfn olunduğu St.Marx qəbiristanlığında dəfn olunmuşdur. Bu səbəbdən özünə aid məzar daşı yoxdur.

foto

sirli dandera işığı

nazrinmalikova
Elektrik texnologiyasının qədim zamanlarda mövcud olduğunu göstərən digər bir amil Dandera işığıdır. Qədim Misirdə Dandera adlanan ərazidə Hathor məbədinin fərqli hissələrində bəzi ənənəvi dini-mif termini ilə izah edə bilmədikləri qəribə divar rəsmləri var. İlk baxışdan elmi fantastika zarafatı kimi təsir bağışlayan heroqliflər və rəsmlər lampaların qədim Misirdə istifadə edildiyinin açıq şəkildə sübutudur. İsveçli mühəndis Henri Kjellson "Forvunen Tech / Lost Technology" kitabında bu nişanları ətraflı araşdırıb. Kjellsonun sözlərinə görə, heroqlifdə çəkilən obyekt elektrik işığı ilə işıqlandırmanı təmin edən bir lampadır. O deyir ki, Dandera işığı müasir lampaların əcdadıdır. Əslində, Dandera işığı Misir piramidalarının qurulması ilə bağlı bir sirri də ortaya qoyur. Piramida tədqiqatçıları üçün ən böyük sual budur; Piramidaların içərisindəki tunellər quruluş bitdikdən sonra düzəldilmiş və bəzədilmişdir. Bu işləri yalnız süni işıq mənbəyi ilə etmək mümkündür. Bir məşəldən istifadə intihara bərabərdir, çünki odun yaratdığı tüstü ilə mübarizə aparmaq mümkün deyil. Bu vəziyyət tədqiqatçılar tərəfindən sınaqdan keçirildi və bu işin məşəllə görülmədiyi aşkara çıxarıldı. Kerosin lampaları deyirsinizsə, ilk nümunəsi 9-cu əsrdə görünən kerosin lampaları qədim Misirdə heç istifadə edilməmişdir. İstifadə olunduğuna dair heç bir dəlil yoxdur.
Lotus çiçəyi və ilan qədim Misirdə Dandera işığını simvolizə etmişdir; "Səmərəlilik" mənasında işlənib. Bir çox elm adamı Dandera işığını qədim Misir cadusu olaraq təyin etmək istəsə də, Dandera işığının təsviri texnoloji bir model olaraq görülmüşdür. Edison və Tesla'nın sümükləri sızıldayarmı bilmərik, amma qədim Misir elektrik işığına göz qırpan ilk mədəniyyət oldu desək, tam yerinə düşər.

foto

tarixin sirli rəssamı leonardo da vinçi

nazrinmalikova
Leonardo da Vinçinin maraqlı və sirli həyatı hər zaman diqqəti cəlb edib və fərqli cəhətlərdən araşdırma mövzusu olub. Onu məşhur 'Mona Lisa' rəsm əsəriylə, yəni rəssam şəxsiyyəti ilə tanıyırıq. Bəs bilirsinizmi ki, da Vinçi rəsmindən başqa bir filosof, astronom, memar, mühəndis, riyaziyyatçı, heykəltaraş, musiqiçi, kartoqraf və yazıçıdır. Gəlin, da Vinçiylə bağlı az bilinən məlumatlarla tanış olaq.

1.Leonardo da Vinci səmanın niyə mavi olduğunu izah edən ilk şəxsdir.
2.Leonardo da Vinçi eyni vaxtda bir əli ilə yazarkən bir əl ilə də rəngləmə qabiliyyətinə sahib idi.
3.Kontakt linza ideyası ilk dəfə 1508-ci ildə Leonardo da Vinci tərəfindən irəli sürülmüşdür.
4.Bill Gates 1994-cü ildə Leonardo da Vinçinin "Codex Leicester" kitabını 30 milyon dollara alıb və kitabın bəzi səhifələrini Windows 95-də ekran qoruyucusu kimi istifadə edib.
5.Da Vinçinin son sözləri "Allahı və insanlığı incitdim. İşlərim lazım olan keyfiyyətə çatmadı." olmuşdur.
6.Da Vinçinin həm də çox zarafatcıl bir insan olduğu bilinir: bəzən kərtənkələlərə saxta qanad və buynuz taxaraq Vatikan insanlarını qorxudurdu.
7.Üz tanıma proqramı ilə aparılan tədqiqat nəticəsində Mona Lizanın 83% xoşbəxt, 9% yorğun, 6% qorxaq və 2% hirsli olduğu məlum olub.
8.Tarixin ən məşhur rəssamlarından biri olmasına baxmayaraq Leonardo da Vinçinin tanınan cəmi 15 rəsm əsəri var.
9.Mona Lisa 1911-ci ildə Luvr Muzeyindən oğurlandıqdan sonra dünyanın ən məşhur rəsm əsərinə çevrilmişdir.
10.Da Vinci bəzən azad buraxmaq üçün qəfəs heyvanları alırdı.

foto

müasir qlobal problemimiz-mütaliə

nazrinmalikova
Qlobal problem dedikdə ağlımıza ilk nə gəlir? Ətraf mühitin çirklənməsi,qlobal istiləşmələr,yoxsa zərərli maddələrin ozon qatına ciddi təsiri? Əlbəttə,bunların hər biri mühüm əhəmiyyət kəsb edən problemlərdir.Fəqət bu məqamda diqqətinizi dövrümüz üçün daha aktual olan bir problemə yönəltmək istəyirəm-mütaliə.Sözsüz ki,kitab oxuyub oxumamaq hər kəsin öz individual düşüncəsidir.Mütaliəsiz yaşam kütləvi hal aldıqda bizə görə təhlükəyə çevrilmiş olur.
İnsanlardan soruşanda ki,nəyə görə mütaliədən qaçırsınız,ya bunu inkar edirlər,ya da vaxt azlığından şikayət edirlər.Yaxşı,əgər inkar edirlərsə,metro qatarlarında gördüyümüz yüzlərlə qulaqcıqlı insanlar kimlərdir? Digər iki şikayətlənmə bəhanədən başqa bir şey deyil,təbii ki.Bu problemləri aradan qaldırmaq üçün,əvvəla,kitab oxumanın üstünlüklərindən bəhs etmək istəyirəm:
1) Ətrafınızdakılar monoton həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirirsiniz,yüzlərlə insanın beynində gəzişirsiniz.
2) Hər bir vəziyyəti izah edəcək doğru ifadəni tez tapırsınız.Söz ehtiyyatınız kifayət qədərdir.
3) Kitabda qarşılaşdığınız insanlar sizin üçün bir növ terapiyadır.
4) Əldə etdiyiniz zəngin bilgilər sayəsində saysız hesabsız söhbət mövzuları aça bilirsiniz.
5) Hər bir situasiya üçün misal gətirə biləcəyiniz dəyərli kəlamlara maliksiniz.

Hələ də mütaliə barədə eyni fikirlərə sahibsiniz mi? Unutmayın ki,kitab oxumaq bir peşədir.Bəlkə də,yazmaq qədər çətin bir peşə.Çünki oxuduğunuz hər bir cümləni incəliklərinə qədər dərk etməlisiniz.Əgər bunu bacarmasanız,kitabın sonunda böyük bir 'heç' əldə etmiş olarsınız.Kitab seçərkən bəzi insanlar üz qapağına əsasən qərar verirlər.Lakin o kitabın səhifələri arasındakı maraqlı səyahətdən heç birinin xəbəri olmur.Tövsiyə edirəm bu hərəkətə uymayasınız.Yaxşı kitab oxuyanda bizə elə gəlir ki,yeni dost qazanmışıq.Həmin kitabı təkrar oxumaq yüz illərin ən yaxşı insanları ilə söhbət etmək,köhnə dostu yenidən görmək kimidir.Həyatınız boyu ən yaxşı dostları seçib,ən gözəl söhbətləri etməniz diləyi ilə.Xoş mütaliələr!

foto