“Gill Med” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Birgə İnvest” MMC-nin dəstəyi ilə fəaliyyətə başlamışdır.
“Gill Med” MMC tibbi tekstil, steril cərrahi setlər və uniformaların istehsalı məqsədilə fəaliyyətə başlamış bu gün isə bazarda 80-dən çox məhsul çeşidi ilə tanınır. Burada gündəlik olaraq 800-1000 ədəd tibbi heyət və xəstələr üçün üst geyim və uniformalar, 200-250 ədəd steril cərrahi və stomatoloji dəstlər, 7000-ə yaxın tibbi maska, 150-200 min arası baxil o cümlədən, tibbi xalatlar, papaqlar, pasiyent geyimləri, həkim formaları, birdəfəlik kombinezonlar və bir sıra digər tibbi tekstil məhsulları istehsal edilir.
Müəssisənin ən müasir avadanlıqlar ilə təchiz edilməsi yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsal olunmasını təmin edir.
“Gill Med” istehsal müəssisəsində bir neçə bölmə qurulub:
Dərzi və kəsim bölməsi
Sterilizə setlərin istehsalı bölməsi
Baxil istehsalı bölməsi
Qablaşdırma bölməsi
İnzibati bölmə
Loqistika bölməsi
“Gill Med” şirkəti nəinki biznes, həmçinin, sosial yönümlü layihə olduğundan müəssisədə çalışan işçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir.
Şirkətin əsas məqsədi istehsal gücünü 2 million metrəyə çatdırmaq, keyfiyyətli tibbi məhsulların davamlı istehsalını təşkil edərək, bu sahədə güclü mövqe tutmaq, etimad qazanmaq, bununla ixrac potensialını artırmaq və xarici bazarda yerli məhsulları tanıtmaqdır.
Qarabağı işğal edən zaman ermənilər azərbaycanlılara məxsus çoxsaylı abidələri və mədəni dəyər olan tikililəri yerlə yeksan etmişlər. Ən çox dağıntıya məruz qalan yerlərdən biri də Ağdamda Xan ailəsinə məxsus qəbiristanlıq olan İmarət idi.
Ağdamda İmarəti görənlərin yadına düşər, qapıdan daxil olub sola düşürdün stadiona, sağa düşürdün məzarlıq idi. Bu məzarlıq yeri Qarabağ xanlığı qurulmazdan öncə də var idi. "Barlı bağ” adlanan həmin məkan Sədi ilə Miri adında iki seyid məxsus olub. Qarabağ xanı Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa rəhmətə gedəndə onun dəfni üçün məxsus olaraq bu yer seçilib. "Barlı bağ" olan bu gözəl yeri Pənahəli xan hər iki seyiddən satın alıb və deyib ki, “burda yaşayın və istədiyiniz vaxt köçə bilərsiniz.” İlk qəbirlər də, çox güman ki, o seyidlərin qəbri olub. Ermənilərin ilk olaraq dağıtdığı iki ornomentlərdə Sədi ilə Mirinin qəbirlərinin başdaşı idi.
Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə isə satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi.
Pənah Əli xan Şiraz şəhərində rəhmətə gedəndən sonra vəsiyyətinə uyğun olaraq İmarətdə, atasının yanında dəfn edilir. Onun oğlu İbrahim Xəlil xan vaxtında İmarət daş hasara alınır, burada günbəzlər tikilir, qəbr daşları və baş daşları yonulmuş daşlardan hazırlanır. Burada Pənah Əli xanın öz əli ilə əkdiyi çinar ağaclarına da xüsusi qulluq edilirdi. Qeyd edim ki, 1789-cu ildən əkilən bu Çinar ağacları işğala qədər qalmış idi və Ağdamlıların yadında qalar, onlardan biri ildə bir dəfə yanar, sonra yenidən öz özünü bərpa edərdi.
Ağa Məhəmməd Şah Qacar Şuşa qalasını ilk hücumda ala bilməyəndən sonra Ağdama gəlmiş, burada bir ay qalmış və İbrahimxəlil xandan heyfini almaq üçün onun dədə-baba qəbiristanlığını yerlə-yeksan eləyib, qəbirləri dağıtmışdır.
Qarabağın üçüncü xanı Mehdiqulu xan Cavanşir sonralar qəbiristanlığı abadlaşdırmış, ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat zamanı, aran yerlərdə yaşayanlar hər il yayda biçin vaxtı və xəstələri üçün buradan buz aparardılar.
Ailə qəbiristanlığında İbrahimxəlil xan, onun qardaşları Mehrəli ağa və Talıbxan bəy, Mehdiqulu xan, podpolkovnik Kərim xan Cavanşir, Xurşidbanu Natəvan, onun oğlanları Mehdiqulu xan Usmiyev, Mirabbas, Qəmər bəyim, Natavanın qızı Xanbikə xanım və onun əri Əmənulla xan Naxçıvanski, İbrahim Xəlil xanın qızı xeyriyyəçi Gövhər ağa, Cəfərqulu xan Nəva, Qəzənfər ağa Cavanşir və başqaları dəfn olunmuşdular.
Ağdam işğal olunan zaman ermənilər ilk iş kimi İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar.
Qeyd edim ki, 1983-cü ildə Rusiya Elmlər Akademiyasının Antropologiya institutunun ekspertləri İmarətdə qəbirlərdə DNK araşdırması aparmış və burda dəfn edilənlərin hamısının Xan ailəsindən olduqlarını təsdiq etmişdilər.
Dosent Zaur Əliyev

foto

İlk yerli tibbi istehsal müəssisəsi!
Susaram!...
Hər gecə yuxuna gələrəm sənin
Gələrəm ruzigar kimi...
Üzünə çiçəklər səpərəm sənin.
Səpərəm ruzigar kimi...
Könül budağında ötərəm sənin,
Ötərəm bülbül kimi....
Yoluna şəfəq çilərəm sənin,
Çilərəm günəş kimi....
Üzündən elə hey öpərəm sənin,
Dalğa sahili öpən kimi...
Adını qəlbimin başına yazaram sənin...
Qırmızı karandaş kimi...
Hər gecə yuxuna gələrəm sənin,
Məcnuna həsrət Leyli kimi...
Canıma ətrini çəkərəm sənin,
Suya həsrət səhra kimi...
Düzərəm vüsal öpüşlərini sənin,
Boynuma mirvarı kimi...
"Sevirəm "sözünü eşitsəm sənin,
Susaram ruzigar kimi...
Hər gecə yuxuna gələrəm sənin
Gələrəm ruzigar kimi...
Üzünə çiçəklər səpərəm sənin.
Səpərəm ruzigar kimi...
Könül budağında ötərəm sənin,
Ötərəm bülbül kimi....
Yoluna şəfəq çilərəm sənin,
Çilərəm günəş kimi....
Üzündən elə hey öpərəm sənin,
Dalğa sahili öpən kimi...
Adını qəlbimin başına yazaram sənin...
Qırmızı karandaş kimi...
Hər gecə yuxuna gələrəm sənin,
Məcnuna həsrət Leyli kimi...
Canıma ətrini çəkərəm sənin,
Suya həsrət səhra kimi...
Düzərəm vüsal öpüşlərini sənin,
Boynuma mirvarı kimi...
"Sevirəm "sözünü eşitsəm sənin,
Susaram ruzigar kimi...
ℹ️ xəbərlər:
🇦🇲Ermənistanda COVID-19-dan ölənlərin sayı 3200 nəfərə çatıb
📈Azərbaycan ötən il hava nəqliyyatından gəlirlərini 37% artırıb
🔪Arvadını 14 bıçaq zərbəsi ilə öldürən şəxsə 14 il həbs cəzası verildi
🇮🇷İranda dövlətə qarşı qiyam qaldırmaqda ittiham olunan 4 nəfər edam edilib
💰Bakıda 5 min manatlıq oğurluq edən şəxs tutuldu
🚨Bakıda ödəmə terminalından 3500 manat oğurlanıb

ℹ️Martda 14 gün iş olmayacaq.
💐Ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.
✅Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən 2021 –ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26- sı da bayram günü hesab olunur. Martın 27-si və 28- i isə həftəsonuna təsadüf edir.

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.🔥
*📌Nizami Gəncəvi-Yeddi gözəl*
Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir.Poema həm də “Yeddi Gümbəz”, Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə) adı ilə tanınır.
Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir.Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.
🕸️ *GNG* *LIBRARY *

ℹ️Bu saata olan xəbərlər:
🚑Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib
⚠️Qobustanda zəlzələ olub
🚨Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
🇷🇺Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib
🇦🇿🇧🇾Azərbaycan və Belarus hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
💉Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb

*Tarixdə bu gün*
💥1498-ci il martın 1-də Vasko de Qama Mozambikə yetişmişdir.
💥 1780-ci il 1 mart tarixində Amerikanın Pensilvaniya ştatı köləliyi qadağan edən ilk ştat olmuşdur.
💥1803-cü ildə Ohayo Amerikanın 17-ci ştatı olmuşdur.
💥1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin onların atom çəkisinə və kimyəvi uyğunluqlarına görə dövri cədvəlini tərtib etmişdir.
💥1931-ci ilin 1 mart tarixində Fransanın tibb xidməti generalı Jorj Sen-Pol bir neçə dövlətin təşəbbüsü ilə Parisdə Cenevrə Bölgələri Assosiasiyasının bünövrəsini qoydu. Məqsəd ikitərəfli və çoxtərəfli razılaşmalarla bütün ölkələrdə təhlükəsizlik zonaları yaradılmasına xidmət etmək idi. Cenevrə Bölgələri Assosiasiyası sonralar Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi, 1972-ci ildə isə hökumətlərarası status aldı. Hazırda həmin təşkilatın 50-dən çox üzvü var, 8 dövlət isə müşahidəçi statusuna malikdir.
💥 1 mart 1951-ci ildə Amerika Bişləmiş Ştatlarının Nyu-York şəhərində “Sovet İttifaqı xalqlarının bolşevizmdən azad edilməsi üzrə Amerika komitəsi” yaradıldı. Bu təşkilatın əsas vəzifələrindən biri SSRİ-yə yayımlanan radiostansiya açmaq idi. Bir il sonra - 1952-ci ilin ikinci yarısında gələcək radionun əməkdaşları Almaniyanın Münhen şəhərində toplaşdı. 1953-cü il martın 1-də artıq “Azadlıq” radiosu işə başladı.
💥 1974-cü ilin 1 mart tarixində Amerika Birləşmiş Ştatlarını sarsıdan "Uoterqeyt (Watergate) qalmaqalı" ilk olaraq 7 adama qarşı cinayət işi ilə başladı. Qalmaqal paytaxt Vaşinqtonda Demokrat Partiyanın Mərkəzinə qədər girib ofisin telefonlarına gizli mikrofon qoyan 5 nəfərin prezident Nikson hökumətinin əmri ilə tutulması və bu yolla ört-basdır edilməyə çalışılması ilə böyüdü. Gizlətmə səylərilə ABŞ prezidenti ictimaiyyətin etibarını və siyasi dəstəyini tamamilə itirdi və həmin ilin 9 avqustunda vəzifəsindən istefasına gətirib çıxardı. Qalmaqal 69 nəfərin cinayətə cəlb olunması ilə nəticələndi. Məhkəmə zamanı əksəriyyəti Nikson hökumətində olan yüksək vəzifəli 48 nəfər tutuldu.
💥1 mart 2003-cü ildə ABŞ-ın İraqda keçirəcəyi hərbi əməliyyatla əlaqədar xarici ölkə əsgərlərinin Türkiyədə yerləşdirilməsi və Türkiyə əsgərinin başqa yerə köçürülməsi ilə bağlı Hökumət Təzkərəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmədi. Bu qərar Türkiyə-ABŞ münasibətlərində "Təzkərə böhranı"na səbəb oldu. Təşkil edilən müsabiqələr yolu ilə 2012-ci ilin 1 martında Türkiyənin milli valyutası lirənin yeni şəkli təyin edildi.
*🕸️GNG LIBRARY*

*Piza qülləsi*— 1360–cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir.Nə qədər yaxşı bərkidilsə belə,İtaliya hökümətinin onu düz saxlamaq üçün xərclədiyi pul onu düzəltmək üçün xərcləyəcəyi puldan çoxdur.Qüllənin təməli 1174 cü ildə qoyulub.Binanın müəllifi Bonnano Pizano olubdur.Qüllənin əyildiyini görən memar,onu yarımçıq buraxmır.Və onu hissə-hissə tikirlər.Nəhayət, 200 il sonra Pisa qülləsini onun nəvəsi Tomazo Pizano bitirir.Nəvəyə qədər bu işi Memarın iki oğlu Adrano və Françesko Pizono davam etdirir. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmi
*Mikayıl Müşfiq*
*Həyat sevgisi*
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun kimi könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
*Həyat sevgisi*
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun kimi könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
*28 Fevral baş vermiş hadisələr*
✅ 1986-ci il Isveçin baş naziri Olof Palme Stokolmda öldürülüb
✅ 1991-ci ildə l körfəz müharibəsi başa çatdı
✅ 1992-ci ildə Azərbaycan respublikası hindistanla diplomatik əlaqələr qurmuşdur
✅ 1992-ci ildə Azərbaycan respublikası ABŞ ilə diplomatik əlaqələr qurmuşdur
✅ 1995-ci ildə Azərbaycan respublikası Nepal ilə diplomatik əlaqələr qurmuşdur
✅ 1995-ci ildə koloradoda steplton beynəlxalq hava limanının əvəzinə rəsmi olaraq Denver beynəlxalq hava limanı açıldı
✅ 1997-ci ildə Şimal Hollivud atışması baş verdi

📌*Fevral ayının sonu* Fevral — Qriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (uzun illərdə 29) ibarətdir. İlin ən qısa ayıdır.
Yuli təqvimində - 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür.
Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır.
🕸 *GNG* *Library*