confessions

maleka

1. nəsil Yazar - Staj Görən -

  1. toplam entry 56
  2. takipçi 2
  3. xal 1216

insan resurslarının seçilməsi

maleka
İnsan resurslarının seçilməsi formalaşdırılan namizədlər bazasından işi tələb olunan səviyyədə yerinə yetirə bilmək üçün lazımi biliyə, bacarığa, qabiliyyətə, iş təcrübəsinə sahib olan namizədlərin müəyyənləşdirilməsi prosesidir.
İnsan resurslarının seçilməsi prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- Müraciətlərin qəbulu və ilk görüş;
- Müraciət formasının doldurulması;
- İmtahan/test keçirilməsi;
- İşə qəbul görüşü;
- Namizədin keçmişinin və zəmanətlərin araşdırılması;
- Tibbi müayinə və digər işlər;
- İşə qəbul haqqında qərarın qəbul edilməsi;
- İşə yerləşdirmə.
İnsan Resurslarının seçilməsi prosesinə təsir göstərən amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Ehtiyac olan işçlərin sayı, keyfiyyəti, təcililiyi
- Seçim üsulunun uyğunluğu, maya dəyəri
- Seçim prosesində istifadə olunacaq mütəxəssislərin varlığı və keyfiyyəti
- Namizədlərin seçim üsuluna qarşı münasibəti
Müəssisələr adətən qeyd olunan amilləri nəzərə alaraq İR seçilməsi prosesində iki üsuldan istifadə edirlər:
- Ələmə üsulu;
- Tamamilə görmə üsulu.
İR seçilməsi prosesində istifadə olunan test formaları:
- Fərdi xüsusiyyətləri ölçən testlər (ağıl, bilik, bacarıq, şəxsiyyət, maraq, yorğunluq və monotonluq, güc və sürət, sağlamlıq və münasibət və s.)
- Tətbiq olunma əhatəsinə görə (fərdi testlər, qrup testləri);
- Kağız-qələm və alətli testlər (Məs., yalan maşını);
- Şifahi və yazılı testlər;
- Mədəniyyətlə bağlı olan və olmayan testlər;
- Psixometrik (müəyyən tərəfləri ölçən və rəqəmlə nəticə verən testlərdir) və proektiv testlər (rəqəmli nəticə verməyən və izahat əsaslı testlərdir);
- Xüsusi testlər, ümumi testlər və test batareyaları.

1. Peşə (vəzifə) standartları hazırlanmalı və müsahibə zamanı soruşulan suallar, müzakirə ediləcək məsələlər bu məlumatlara görə müəyyənləşdirilməlidir. Bu, görüşlərin işlə bağlı olmasına şərait yaradacaq.
2. Görüşdə iştirak edəcək insanlar təlimləndirilməlidirlər;
3. Görüşə hazırlaşmaq lazımdır;
4. İş görüşləri uyğun şəkildə keçirilməlidir.

motivasiya anlayışı və idarəetmədə rolu

maleka
İşləmək və faydalı olmaq istəyi fərdlərin öz vəzifələrini , öhdəliklərini yerinə yetirmələrinə yol açır. Bəs bu işləmək istəyi necə yaranır? Bu istəyi artırmaq mümkündürmü? İnsanlar nəyə görə işləyir? Bu bir ehtiyacdır yoxsa başqa ehtiyacları qarşılamaq yoludur? Bu və buna bənzər sualların cavabları özünü motivasiya anlayışında əks etdirir. Motivasiya son dərəcə mürəkkəb mövzudur. Bir tərəfdən insanın öz təməl fizioloji ehtiyacları, inkişaf etmə və özünü reallaşdırma ehtiyacları, faydalı olmaq istəyi, digər tərəfdən qurumun məqsədlərinə çatma istəyi , hədəfləri və varlığını davam etdirmə mübarizəsi. Bu iki məqsəd qrupu arasında uzlaşmanın təmin olunması həm fərdlər üçün, həm də qurum üçün faydalıdır.
Müəssisələrdə insanların işləmək arzuları və işdən məmnun qalmalarını artıran və azaldan ən əhəmiyyətli faktorlardan biri də mükafatlandırma-cəzalandırma yanaşmasıdır. Hər qurumun bir mükafat-cəza sistemi var, lakin təəssüf ki, işçilər səhv iş gördükləri zaman cəzalandırılır və bu adi hal hesab olunur, amma işin öhdəsindən yaxşı gələn işçi çox nadir hallarda mükafatlandırılır. Halbuki, çağdaş insan resurları idarəetməsi bunun tamamilə əleyhinədir.
Motivasiya latın sözü ( “movere” )olub, hərəkət etmək, hərəkət gətirmək, təşviq etmək mənasını verir. Motivasiya insanı hərəkətə gətirən, bu hərəkətin enerji səviyyəsini təyin edən, onun istiqamətini müəyyənləşdirən, davamını təmin edən müxtəlif daxili və xarici səbəbləri və bunların işləmə mexanizmlərini əhatə edir. Başqa sözlə, motivə edilmiş davranış, məqsədə yönəlmiş davranışdır. Motivə edilmiş davranışdakı hərəkətlər daha canlı, enerjili, dəyişikliklərə qarşı daha dözümlü olur.Motivasiya işçinin performansını müəyyənləşdirən ünsürlərdən biridir. Motivasiya baxımından performans aşağıdakı kimi ifadə oluna bilər:
Performans = Bacarıq x Motivasiya
Bərabərlikdən göründüyü kimi işçinin yüksək səviyyədə performans göstərməsində bacarıqla yanaşı motivasiya da çox böyük rol oynayır. Motivə edilmədikdə, yaxşı təhsil almış və kifayət qədər bilik və bacarığa sahib olan işçidən kifayət qədər səmərə əldə etmək mümkün deyil. Bərabərliyin hasil şəklində olmasından yola çıxaraq deyə bilərik ki, motivasiya sıfır olarsa onda performans da sıfır olacaqdır.Yüksək motivasiyaya sahib olan işçilər işlərini görərkən ən yaxşı yolu tapma, yüksək keyfiyyətdə məhsul istehsal etmə və yüksək səviyyədə xidmət göstərmədə həvəsli olurlar.Özlərinə güvənən bu işçilər komandanın bir üzvü olaraq iş yoldaşlarına kömək olur, onları dəstəkləyərək cəsarətləndirir.Lakin əgər işçini işlə bağlı motivə edən heç bir şey yoxdursa onda davamiyyətsizlik, işə gecikmə, işdən çıxma kimi neqativ hallar baş verir və bu da həm müəssisənin performans və səmərəliliyinə mənfi təsir göstərir, həm də maddi itkilərə səbəb olur.

insanın xəlq edilməsi

maleka
Insanın xəlq edilməsi, onun kainatda rolu
İinsan Allahın xəlq etdikləri arasında ən axırıncısıdır. O, həyat maddəsindən, müxtəlif yer ünsürlərindən- torpaqdan, palçıqdan, sudan və havadan xəlq edilmişdir. Bu maddi ünsrlərdən xəlq edilmiş insana Allah ruh üfləmişdir. O, bədəni və ruhu ilə insandır. Onun bədəni kainatın bir parçasıdır və onun bəzi xüsusiyyətlərini özündə daşıyır. O, torpaqdan yaradılmışdır, torpağı təşkil edən ünsürlər onda da vardır. O, torpaqdan əmələ gəlmiş, torpağa da gedəcəkdir. Onun ruhu isə Allahdan gəlmiş və yenə də Ona dönəcəkdir: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” (əl-Bəqərə, 156).
Qurana görə insanın yaradılışı iki mərhələdə olmuşdur.
Birinci mərhələdə ilk insan olan həzrət Adəm torpaqdan yaradılmışdır. Allah Adəmi torpaqdan yaratdı (Ali-İmran, 59), bunun üçün əvvəlcə torpağa su verdi (əl-Fürqan, 54), onu lil halına gətirdi (əl-Ənam, 2), sonra palçıq halına saldı (əl-Hicr, 26-28), ona surət verdi və surətini gözəl yaratdı (ət-Təğabun, 3), çünki O, yaratdığı hər şeyi gözəl yaradır (əs-Səcdə, 7), sonra ona Öz ruhundan üfürdü (əs-Səcdə, 9), ona ağıl verdi, onu bilikləndirdi (əl-Bəqərə, 31), onu mələklərdən üstün tutdu (əl-Bəqərə, 34), sonra onun özündən həmtayını yaratdı (əz-Zümər, 6). Insanın xəlq edilməsinin ən gözəl təsviri Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində verilmişdir. O yazır: Allah Özünə oxşatmaq istədiyi insanın mayasını qırx üsul ilə təkmilləşdirə-təkmilləşdirə qırx dəfə bir şəkildən başqa şəklə, bir haldan başqa hala saldı: “İnsanın palçığını qırx gün Öz əlimlə yoğurdum”- dedi; son mərhələ çatdıqda, onda bəyənməyə layiq əlamətlər meydana çıxdıqda, heçdən yaradılmışların ən yaraşıqlısı olan insan surətini ona bəxş etdi və Öz əmri ilə ona bir dəfə “Ol”-deməklə ruh verdi: “Bizim əmrimiz bir dəfə verilir”, “Ol” əmri verilcək, bir göz qırpımında, bəlkə ondan da tez hər şey hazır olur; elə ki onun ilk xəyali vücudu tamamlandı, maddi vücudunu yaratmaq növbəsi çatdı, yenə də o Səbirli Sənətkarın istədiyi kimi hazırlandı; “Sonra Biz onu yeni şəkildə yaratdıq”, zatından zahirinədək “onu yenidən yoğurduq”- dedi və onun ilk əsasını təşkil edən insan nəfsini (ruhunu) bir an içərisində orada, yəni ilk vücudun yaradılmış olduğu yerdə ona verdi; sonra təlim sarayında “insana bilmədiklərini öyrətdi” və “xeyirli işlər” emalatxanasında onun zatını cilalamağa başladı, əxlaqını saflaşdırmağa, ağlını kamilləşdirməyə, ona xeyirli işlər vərdişi aşılamağa başladı; ilbəil, günbəgün, bəlkə də anbaan bir dərəcədən başqa dərəcəyə, bir mərtəbədən başqa mərtəbəyə yüksəltdi; nəhayət “öz Yaradanının yanına qayıt!” hökmü veriləndə ilk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan günə qədər yaşaya biləcək bir şəklə saldı”.

neft-qaz tarixi

maleka
Neft insanlara hələ çox qədimlər zamanlardan məlum olmuşdur. Həmin dövrlərdə nefti axtarmağa ehtiyac yox idi. O Yer təkindən üzə çıxırdı. Krım arxeoloqları tədqiqatlar zamanı gildən hazırlanmış və neftlə doldurulmuş küp aşkar etmişlər. Mütəxəssislərə görə, həmin neftin çıxarıldığı vaxt 15 əsr dövrümüzdən əvvələ təsadüf edir.
Hələ XIX əsrin 2-ci yarısında, daha dəqiq 1859-cu ildə bütün dünyada istehsal edilən neftin miqdarı 5 min ton idi. 20 ildən sonra bu rəqəm 3,8 milyon tona, 1900-cu ildə isə 20 milyon tona çatmışdır. XIX əsrin əvvəllərində dünyada neft çıxarılmasının 53 faizi (10,6 mln.ton) Rusiyanın (Azərbaycanın), 43 faizi (8,6 mln.ton) ABŞ-ın, digər hissəsi isə (0,8 mln.ton) digər ölkələrin payına düşürdü. Lakin çox keçmir ki, neft çıxarılması böyük miqyas alır. Bütün dünyada istehsal edilən neftin miqdarı 1950-ci ildə 520 milyon ton olmaqla -1900-cu illə müqayisədə 26 dəfə çox idi.
Qaz istehsalı isə sənaye üsulu ilə 1920-ci ildən çıxarılır. Həmin ildə dünyada istehsal olunan təbii qazın miqdarı 3,5 milyard m3 və 1950-ci ildə bu rəqəm 192-yə qədər yüksəlmişdir. 1975-ci ildə dünyada istehsal edilən neftin miqdarı 2878 milyon ton, qaz istehsalı isə 1359 milyard m3 olmuşdur. İkinci dünya müharibəsindən sonra neft və qaz istehsal edən ölkələrin sayı sürətlə artmışdır. Əgər 1940-cı ildə bunların sayı 39 idisə1950-ci ildə 43, 1975-ci ildə 70, 1994-cü ildə isə 100-dən artıq ölkədə neft və 60-dan artıq ölkədə qaz istehsal edilməkdə idi.
Dünya ölkələri arasında neft və qazdan ən çox istifadə edən ABŞ olmuş və indidə belədir. Əlbətdə ətraf mühiti korlayanlar arasında da ABŞ birinci yerdədir. ABŞ həmdə neft idxal edən ölkədir və ildə 430 milyon ton neft çıxardığı halda xarici ölkələrdən hər il 110 milyon ton neft məhsulları və 265 milyon tondan çox xam neft alır.
Laylarda olan neftin hamısını mənimsəmək mümkün olmasa da, o tükənəndir. Dünya neft ehtiyatı haqqında birmənalı rəqəm yoxdur. Bununla belə müəyyən olunmuş neftin ehtiyatı dünya üzrə 200-250 milyard ton hesab olunur və əlbətdə bu son rəqəm deyildir.
Mütəxəssisələrə görə neft ehtiyatının 66 %-dən çoxu Orta Şərqdə, 6% isə keçmiş SSRİ ərazilərindəndir. Qaz ehtiyatları isə əksinə 40%-dən çoxu keçmiş SSRİ-də, 32 % isə Orta Şərq dövlətlərindədir.
Dünyada məlum olan neft-qaz ehtiyatlarının təqribən
72%-i, hasilatı isə 42 % Orta Şərq və keçmiş SSRİ ərazilərinin payına düşdüyü halda, neft istehlakının 28%-i Şimali Amerikanın, 31%-i Avropanın, 24%-i Asiya və Avstraliyanın, təbii qaz istehlakının isə 33%-i Şimali Amerikanın, 45%-i Avropanın, 9%-i Asiya və Avstraliyanın payına düşür.
Son dövrlər okean və dənizlərdə neft-qaz yataqlarının axtarışına və kəşfıyyatına xüsusi diqqət yetirilir. Dünyada neft hasil edən 100-dən çox ölkələr - 45-i dəniz və okeanlarda yerləşən neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi ilə məşğuldular. ABŞ-da dəniz, dəniz neft yataqları Luizana və Texas ştatlarının kontinental şelf sahəsində, qərb sahil zonasında, Alyaska ştanın Kuk körfəzində və həmin ştatın şimal hissəsindədir.
Böyük ehtiyata malik olan neft-qaz yataqları Mekanın dəniz akvatoriyasında da kəşf edilmişdir. Venesuelanın ümumi neft ehtiyatının üçdə iki hissəsi də Marakaib gölündə aşkarlanmışdır. Böyük neft-qaz ehtiyatlarına malik olan laylar Şimal dənizində Britaniyada, Niderlandda və Norveçdə də aşkarlanmışdır. Hind, Atlantik okeanlarında, Fars körfəzində, İndoneziyaının Yavna dənizində, Aralıq dənizində, Atlantik okeanının şərq sahillərində, Latın Amerikasının qərb bölgələrində, Benqal körfəzində, Avstraliya qitəsi sahillərində və s. ərazilərdə neftqaz yataqları aşkar edilmişdir. Bununla yanaşı, Xəzər dənizində, Şimal Buzlu okeanında, Qara dənizdə, Azov dənizində, Baltik dənizində, Sakit okeanda kəşf olunan yataqlardan istismara verilənləridə vardır. Xəzər nisbətən daha çox araşdırılan dənizdir və ətraf dövlətlərdən Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan, Dağıstan neft-qaz yataqlarının istismarı ilə məşğuldular və bu işlər sürətlə inkişaf etdirilir.

xəzərin ekologiyası

maleka
Xəzərin özündə və onun sahillərində aparılan neft kəşfiyyatı, neft yataqlarının istismarı, neft məhsullarının Xəzər sularında daşınması, sahil boyu neftayırma, neft-kimya, kimya sənayesi müəssisələri və s. çirklənmənin ən böyük mənbələrindəndir. Təkcə Bakı və Sumqayıt şəhərlərində dənizə tökülən çirkab suların orta illik miqdarı 200 mln tondan artıqdır.
Çirkablarla Xəzərə gələn neft tullantısının miqdarı 3 mln ton, fenol 50 ton, detergentlər 500 ton, mis isə 200 tondan artıqdır. Əgər bütün Volqa çayı boyunca Həştərxanda Rusiya Federasiyasının Xəzərə tökdüyü kimyəvi maddələri, Mahaçqala, Dərbənd, Krasnovodsk, Şevçenko və s. şəhərlərdən Xəzərə gələn tullantıların lap elementar hesabatını aparsaq, onların miqdarı Azərbaycan Respublikası ərazisindən atılan tullantılara nisbətən 100 dəfə çoxdur.
Mütəxəssislər hesablamışlar ki, ancaq Volqa, Kür, Terek, Sulak, Samur çaylarının su axımı ilə Xəzərə 100 min ton neft məhsulları, 1000 ton fenol, 3000 ton detergentlər, 1500 ton miss, 7000 ton sink və s. zərərli maddələr tökülür.
Azərbaycan Respublikası sahələrində Xəzər suyunun tərkibində neft məhsullarının maksimum miqdarı 2-11 dəfə, fenolların maksimumu 6-20 dəfə qəbul edilmiş normadan artıqdır.
Nabran, Sumqayıt, Bilgəh, Neft daşları, Şıx-Səngəçal, Bulla adası, Kür sahilləri, Lənkəran rayonlarının dəniz suları hidrokimyəvi və hidrobioloji göstəricilərinə görə yüksək dərəcəli çirklənməyə məruz qalmışlar.
Xəzərin açıq hissəsində çirklənmə dərəcəsi bütövlükdə dəyişilməz qalıb və suyun keyfiyyəti əvvəlki kimi çirklidir. Bu isə onun sularındakı neft məhsullarının, fenolların və s. zəhərləyicilərin normadan 2-10 dəfə artıq olması ilə bağlıdır.
Ümumilikdə Sumqayıt şəhəri sahil sularında kimyəvi zavodların hesabına ekoloji vəziyyət böhranlı, Bakı buxtasında ondan da fəlakətli, Sanqaçaldan cənub sərhədlərimizə kimi sahil sularında isə nisbətən sabitdir.
Xəzər gölündə yaranmış gərgin ekoloji vəziyyət ilk növbədə gölün bizə məxsus sularında balıq ehtiyatlarına kəskin zərbə vurur. Bu səbəbdən də Xəzərdə tutduğumuz balığın miqdarı son illərdə 50%-ə qədər azalmışdır. Bununla yanaşı, çirkli suyu, xüsusən neftli suyu dəniz dalğaları quru sahillərə atır ki, bu da sahil boyu torpaqlarımızda ölü zona yaradır.
1978-ci ildən başlayaraq Xəzərin səviyyəsi tədricən qalxır, göldə suyun həcmi artır. Beləliklə, təbii təmizlənmə gedir. Əlbəttə, bu, Xəzərin tam təmizlənməsi üçün kifayət eləmir.
Azərbaycan akvatoriyasında Xəzərin ekoloji gərginliyini aşağı salmaq bizim özümüzdən daha çox asılıdır. Bunun üçün neftin çıxarılması, daşınması və emalında olan texniki qüsurların aradan qaldırılması, çirkab suların, texniki suların təmizlənməsinə tam əməl olunmalıdır.

saf su

maleka
Saf su-bu gün dünyanın ən böyük problemlərindən biridir. İnsan sağlamlığı ilə bağlı olan saf su problemi Respublikamız üçün də çox önəmlidir. Çünki Azərbaycanda təmiz su ehtiyatı çox azdır. Ən yaxşı və saf sularımız Kiçik Qafqazdadır ki, o da erməni "əsirliyi"ndədir.
Eramızdan əvvəl VI əsrdə yaşamış Fales söyləyirdi ki, dünya "ilk başlanğıc olan sudan" yaranmışdır. Hippokrat isə deyirdi: "su-bütün başlanğıcların başlanğıcıdır". Romalı alim Pliniy yazırdı: "Su torpağı udur, odu söndürür, yüksəkliyə qalxır, göyü özünə mənzil edir, Göydə çovlan edən sudan qəribə nə ola bilər".
Qədim xalqlar suyu bütün Allahların Gimkəsi (yığıncaq yeri) hesab edir, ona sitayiş edirdilər. Suyun həyat və ölümün anası hesab edirdilər.
Ağır sinir pozuntularında, ürəkgetmədə, mədə xəstəliklərində və s. su ən yaxşı dərmandır. Bəlkə də ona görədir ki, qədim xalqlar su haqqında bir sıra əfsanə və nağıllar -su pəriləri, su adamı və s. yaratmışlar.
Qədim Asiya xalqlarında su müharibə və mübarizələrə səbəb olurdu.
Əgər, 50 sm yüksəklikdən başa 60 damcı soyuq su düşsə adamı öldürər. Bu səbəbdən də qədimdə "su damcıları ilə ölüm" cəzası kəsirdilər.
Yer kürəsinin temperaturu 30000 C olan dövrdə su sərbəst hidrogen və oksigen qazları şəklində olmuşdur. Alimlərin fıkrincə, qədim geoloji dövrlərdə Yer kürəsində temperatur 1000C olan vaxtlarda su buxar halında olmuşdur. Ona görə də o zaman çay, göl, dəniz və okean olmamışdır.
Dənizin əmələ gəlməsi Yer kürəsinin tarixində ilk səhifə və Yer qabığının fəaliyyətinin başlanğıcı hesab olunur.
Yerdə bir çox maddələr qum, gil, gips, qazıntıların yataqları suyun fəaliyyəti nəticəsində əmələ gəlmişdir.
Bütün su bir damcı halına salınsa, o damcının diametri 1500 km olar. Dərələr, qobular, yarğanlar, dağlar, qumlu, səhralar - suyun uzun müddətdə gördüyü işin nəticəsidir.
Bütün su Yer kürəsinə bərabər təbəqə şəklində yayılsa dünya okeanının ümumi dərinliyi 4 km olar.
Bütövlükdə meteoroloji xidmət su ilə sıx əlaqədardır. Yağış, qar, dolu yağması, havanın aydın və ya buludlu isti və ya soyuq, sakit və ya küləkli olması təbiətdə olan sudan əmələ gəlir.
Az və çox temperatur anlayışı üçün suyun donma nöqtəsi (00C) əsas vasitədir. Su buxara çevriləndə onun həcmi 1700 dəfə artır və buna görə də buxar qazanlarında onun gücündən istifadə edilir.
Su bir atmosfer -760 mm civə sütunu təzyiq altında olanda 1000C-də, 10 mm təzyiq altında isə 11,20C -də qaynayır.
Suyun qaynama temperaturu olan 1000C canlı orqanizmlərin yaşaya bildiyi son həddir. Bu səbəbdən də suda olan xəstəlik törədici bakteriyaların çoxunu qaynatmaqla məhv edirlər.
Susuz yaşıl yarpaqda şəkər, nişasta, yağ, turşu və başqa maddələr əmələ gələ bilməz.
Yer üzərində 23 milyon kvadrat kilometr buz səhraları vardır.
Təkcə çaylardakı və torpaqdakı su 250 min kub kilometr həcmindədir.
Hər il atmosferə 380 min kub kilometr su buxarlanır.
Keçmiş SSRİ-də hesaba alınan suyun ümumi enerjisinin gücü gündə 200 miliyon kilovatdan çox idi.
4000C-də hidrogenlə oksigen 80 gündən sonra, 5000-də isə 2 saatdan sonra birləşib su verir. Proses 6000C-də gedərsə böyük partlayış olar. 30000C-də su hidrogen və oksigenə parçalaşır.
40000C-də isə bu proses böyük partlayışa gedir.
Dəniz suyunda 50-yə yaxın müxtəlif duz var, o cümlədən qızıl, gümüş, radium, sezium kimi metalların duzları da çoxdur.
Təkcə Volqa çayı hər il Xəzər dənizinə təxminən 70 milyon ton duz gətirir.
Adi suda hər 6500 molekula 1 molekul "ağır su" düşür. Buna görə də böyük şəhərlərin əhalisi, özləridə bilmədən, on tonlarla "ağır su" sərf edirlər.
"Ağır su" canlı orqanizimlər üçün çox zərərlidir.
Süni yağış yağdırmaq üçün havanın üst qatına təyyarə ilə xırdalanmış "quru buz"- bərk halda karbon qazı səpilir və eyni vaxtda havanı xırdalanmış gümüş 0-0 yodid dənəcikləri ilə "güllələyirlər".
Kimyaçı alimlər suyu mürəkkəb maddələrin 4 sinifə aid edirlər.
Yəni su oksiddir - hidrogenin oksigenin birləşməsidir, su turşudur -hidrogen birinci yerdə durur və metalla əvəz edilir, su əsasdır - hidrogen metal kimi hidroksil qrup ilə birləşmişdir, su duzdur - hidrogenin bir atomu metal kimi 1-ci yerdə, 2-ci atom isə qeyri-metal kimi 2-ci yerdə durur.
BirSaf su-bu gün dünyanın ən böyük problemlərindən biridir. İnsan sağlamlığı ilə bağlı olan saf su problemi Respublikamız üçün də çox önəmlidir. Çünki Azərbaycanda təmiz su ehtiyatı çox azdır. Ən yaxşı və saf sularımız Kiçik Qafqazdadır ki, o da erməni "əsirliyi"ndədir.
Bu yazıda əsas məqsədimiz söylənilənlər olmasa da, saf su nəyə qadirdir, məsələsinin həm mütəxəssisləri və həm də bütün oxucularımız üçün maraq doğuracağını nəzərə alaraq bu sətirləri yazmaq qərarına gəldik.
Eramızdan əvvəl VI əsrdə yaşamış Fales söyləyirdi ki, dünya "ilk başlanğıc olan sudan" yaranmışdır. Hippokrat isə deyirdi: "su-bütün başlanğıcların başlanğıcıdır". Romalı alim Pliniy yazırdı: "Su torpağı udur, odu söndürür, yüksəkliyə qalxır, göyü özünə mənzil edir, Göydə çovlan edən sudan qəribə nə ola bilər".
Qədim xalqlar suyu bütün Allahların Gimkəsi (yığıncaq yeri) hesab edir, ona sitayiş edirdilər. Suyun həyat və ölümün anası hesab edirdilər.
Ağır sinir pozuntularında, ürəkgetmədə, mədə xəstəliklərində və s. su ən yaxşı dərmandır. Bəlkə də ona görədir ki, qədim xalqlar su haqqında bir sıra əfsanə və nağıllar -su pəriləri, su adamı və s. yaratmışlar.
Qədim Asiya xalqlarında su müharibə və mübarizələrə səbəb olurdu.
Əgər, 50 sm yüksəklikdən başa 60 damcı soyuq su düşsə adamı öldürər. Bu səbəbdən də qədimdə "su damcıları ilə ölüm" cəzası kəsirdilər.
Yer kürəsinin temperaturu 30000C olan dövrdə su sərbəst hidrogen və oksigen qazları şəklində olmuşdur. Alimlərin fıkrincə, qədim geoloji dövrlərdə Yer kürəsində temperatur 1000C olan vaxtlarda su buxar halında olmuşdur. Ona görə də o zaman çay, göl, dəniz və okean olmamışdır.
Dənizin əmələ gəlməsi Yer kürəsinin tarixində ilk səhifə və Yer qabığının fəaliyyətinin başlanğıcı hesab olunur.
Yerdə bir çox maddələr qum, gil, gips, qazıntıların yataqları suyun fəaliyyəti nəticəsində əmələ gəlmişdir.
Bütün su bir damcı halına salınsa, o damcının diametri 1500 km olar. Dərələr, qobular, yarğanlar, dağlar, qumlu, səhralar - suyun uzun müddətdə gördüyü işin nəticəsidir.
Bütün su Yer kürəsinə bərabər təbəqə şəklində yayılsa dünya okeanının ümumi dərinliyi 4 km olar.
Bütövlükdə meteoroloji xidmət su ilə sıx əlaqədardır. Yağış, qar, dolu yağması, havanın aydın və ya buludlu isti və ya soyuq, sakit və ya küləkli olması təbiətdə olan sudan əmələ gəlir.
Az və çox temperatur anlayışı üçün suyun donma nöqtəsi (00C) əsas vasitədir. Su buxara çevriləndə onun həcmi 1700 dəfə artır və buna görə də buxar qazanlarında onun gücündən istifadə edilir.
Su bir atmosfer -760 mm civə sütunu təzyiq altında olanda 1000C-də, 10 mm təzyiq altında isə 11,20C -də qaynayır.
Suyun qaynama temperaturu olan 1000C canlı orqanizmlərin yaşaya bildiyi son həddir. Bu səbəbdən də suda olan xəstəlik törədici bakteriyaların çoxunu qaynatmaqla məhv edirlər.
Susuz yaşıl yarpaqda şəkər, nişasta, yağ, turşu və başqa maddələr əmələ gələ bilməz.
Yer üzərində 23 milyon kvadrat kilometr buz səhraları vardır.
Təkcə çaylardakı və torpaqdakı su 250 min kub kilometr həcmindədir.
Hər il atmosferə 380 min kub kilometr su buxarlanır.
Keçmiş SSRİ-də hesaba alınan suyun ümumi enerjisinin gücü gündə 200 miliyon kilovatdan çox idi.
4000C-də hidrogenlə oksigen 80 gündən sonra, 5000-də isə 2 saatdan sonra birləşib su verir. Proses 6000C-də gedərsə böyük partlayış olar. 30000C-də su hidrogen və oksigenə parçalaşır.
40000C-də isə bu proses böyük partlayışa gedir.
Dəniz suyunda 50-yə yaxın müxtəlif duz var, o cümlədən qızıl, gümüş, radium, sezium kimi metalların duzları da çoxdur.
Təkcə Volqa çayı hər il Xəzər dənizinə təxminən 70 milyon ton duz gətirir.
Adi suda hər 6500 molekula 1 molekul "ağır su" düşür. Buna görə də böyük şəhərlərin əhalisi, özləridə bilmədən, on tonlarla "ağır su" sərf edirlər.
"Ağır su" canlı orqanizimlər üçün çox zərərlidir.
Süni yağış yağdırmaq üçün havanın üst qatına təyyarə ilə xırdalanmış "quru buz"- bərk halda karbon qazı səpilir və eyni vaxtda havanı xırdalanmış gümüş 0-0 yodid dənəcikləri ilə "güllələyirlər".
Kimyaçı alimlər suyu mürəkkəb maddələrin 4 sinifə aid edirlər.
Yəni su oksiddir - hidrogenin oksigenin birləşməsidir, su turşudur -hidrogen birinci yerdə durur və metalla əvəz edilir, su əsasdır - hidrogen metal kimi hidroksil qrup ilə birləşmişdir, su duzdur - hidrogenin bir atomu metal kimi 1-ci yerdə, 2-ci atom isə qeyri-metal kimi 2-ci yerdə durur.

beynəlxalq dəniz hüququ

maleka
Yer səthinin üçdə ikisini əhatə edən okean və dənizlər həmişə insanların diqqətini cəlb etmişdir. Hazırki dövrün bir çox siyasi, iqtisadi məsələləri dənizlərin, okeanların tədqiqi və istifadəsi ilə bağlıdır. Okean və dənizlər hamı üçün geniş su yolu olmaqla yanaşı, çox zəngin heyvanat və bitki aləmi, mineral və kimyəvi sərvətlər, tükənməz enerji ehtiyatları deməkdir. Əgər dünya dənizlərindən səmərəli istifadə edilsə ərzaq istehsalını 45 dəfə artırmaq olar. Elmi-texniki tərəqqi dənizin dibindən neft, qaz, manqan, qızıl, mis və digər sərvətlər çıxarmağa imkan verir. Yetmişinci illərə nisbətən dənizin dibindən neft çıxarılması 4 dəfə artmışdır. ABŞ, İngiltərə, Yaponiya, Azərbaycan dənizin böyük dərinliklərindən neft çıxarır və bu proses getdikcə təkmilləşir. Xəzər dənizindəki məşhur "Neft daşları" dünyada ilk böyük dəniz tikintisidir. Uzun müddətdir ki, Xəzər nefti Azərbaycanın neft istehsalının əksəriyyətini təşkil edir.
Dünya okeanı və onun bütün tərkib hissələrinin (daxili dəniz suları, məhəlli sular və bitişik zolaqlar, dəniz akvatoriyası, dənizin dibi və təki daxil olmaqla) qitə dəniz dibinin, beynəlxalq boğazların və kanalların hüquqi vəziyyətini, beynəlxalq gəmiçilik, dəniz peşəkarlığı və s. sahələrdə subyektlərin hüquq və vəzifələrini tənzim edən qaydaların məcmusuna beynəlxalq dəniz hüququ deyilir.
Beynəlxalq dəniz hüququ ümumi beynəlxalq hüququn sahələrindən biridir. BMT-nin dəniz hüququ üzrə qərarlarında məhəlli suların eninin 12 milə qədər olması, bu suların sahil dövlətlərin ərazisinin tərkib hissəsi kimi qəbul edilməsi qanuniləşdirilmişdir. BMT Nizamnaməsinə görə dənizdə üzgüçülüyün təhlükəsizliyini təmin etmək, çirklənmənin qarşısını almaq, balıqçılıq, gömrük, maliyyə, sanitariya qaydalarını gözləmək sazişə uyğun olaraq sahil dövləti tərəfındən müəyyən edilmiş qanun və qaydaları da gözləmək əsas şərtlərdəndir.
Beynəlxalq hüquqda eni 200 milə qədər olan iqtisadi zolaqlar haqqında məsələlərin nizama salınması da vardır. Bu problemi həll edərək, həmin zolaqlarda canlı və mineral sərvətlərin kəşfi, çıxarılması həm də bu sərvətlərin idarə etmək üçün sahil dövlətin suveren hüquqlarının tanınması ilə yanaşı, digər dövlətlərin sazişdə müəyyən edilmiş qanuni hüquqları və mənafeləri, xüsusilə də gəmiçilik, balıqçılıq sahəsində mənafeləri nəzərdə tutulmalıdır. Belə qayda həmin iqtisadi zolaqda həmin sahil dövlətin, başqa dövlətin hüquq və vəzifələrini müvafiq sürətdə uyğunlaşdırılmış xarakterini nəzərdə tutur. Açıq dənizlərin hər hansı hissəsinin heç bir dövlətin suverenliyinə tabe edilməsini əsaslandıran, geniş dəniz sularının hüquqi rejiminin əsası olan açıq dənizlərin azadlığı prinsipinin saxlanılması və təsdiqi gəmiçilik azadlığı, süni ada və digər qurğular yaratmaq azadlığını, beynəlxalq hüquqa uyğun olaraq sualtı xətlərin, boru kəmərlərinin çəkilməsi azadlığını əhatə edir. İqtisadi zolaqlarda müvafıq beynəlxalq sazişlə və ya səlahiyyətli beynəlxalq təşkilatın qərarı ilə müəyyən olunmuş norma və qaydalara riayət edilməlidir. Bu sahələrdə xarici ölkəyə məxsus gəmi dəniz mühitini çirkləndirərsə, sahil dövləti sazişin göstərişlərinə uyğun olaraq tədbirlər görə bilər, gəmi təftişi əməliyyatı apara bilər. Mübahisələr tərəflərin rəsmi ərizəsi əsasında beynəlxalq məhkəmə və ya arbitraj tərəfındən həll edilə bilər.
Sahilləri bir dövlətə məxsus olub, eni isə həmin dövlətin məhəlli sularının enindən ikiqat artıq olmayan və ya artıq olsa da həmin dövlət üçün mühüm iqtisadi, hərbi əhəmiyyəti olan körfəz və buxtaların suları da dövlətin daxili dəniz suları hesab olunur. Dövlət ərazisinin tərkib hissəsi olan bütün bu suların hüquqi vəziyyəti də həmin dövlətin qanunları ilə müəyyən edilir. Sahilləri iki və ya daha artıq dövlətə aid olan dəniz, körfəz və buxtaların hüquqi vəziyyəti həmin sahil dövlətlərinin xüsusi sazişi ilə nizama salınır.
Məhəlli sular sahil dövlətinin ərazisinin tərkib hissəsi olmaqla onun suveren hakimiyyətinə tabedir. Məhəlli suların dərinlikləri və təki, habelə onların üzərindəki hava sahilləri həmin dövlətin suverenliyinə tabedir. Məhəlli suların eni ayrı-ayrı ölkələrdə fərqlidir. Rusiya Federasiyasında bu məsafə 12 mil müəyyən edilib (5 avqust 1960-cı il tarixli SSRİ dövlət sərhədinin qurulması barədə Əsasnamənin 3-cü maddəsi).
BMT-nin dəniz hüquqlarına aid Əsasnaməsində dövlətlərin ərazi sularında xarici hərbi gəmiləri də hidroqrafık tədqiqat aparmaq, xəritə çəkmək, manevr etmək, atəş açmaq, mina düzmək, təyyarə ilə bu sular üzərində uçuş etmək və s. qadağan edilir. Sualtı qayıqlar suüstü vəziyyətdə hərəkət etməlidirlər.
İki və ya bir neçə dövlətin ərazisi ilə, ya da məhdud miqdarda dövlətlərin sahilləri ilə əhatə olunaraq, bu sahil dövlətləri üçün dəniz yolları əhəmiyyətinə malik olan dənizlərə qapalı dənizlər deyilir. Qapalı dəniz olmaq etibarı ilə Xəzər dənizinin sahilləri 5 dövlətə məxsusdur.
Rusiya Xəzər dənizinin statusuna yenidən baxılması məsələsini ortaya atıb. Həm də, Rusiya BMT-nin üzvi olan bir dövlət kimi Azərbaycan Respublikasını mövcud sərhədləri daxilində (su sərhədləri ilə birlikdə) tanımışdır. Hazırda Rusiyanın Xəzərin statusuna yenidən baxılması məsələsini qaldırması əslində Azərbaycana ərazi iddiası deməkdir. Azərbaycan isə Dərbəndin heç adını da çəkmir. Xəzərə göl statusu SSRİ təşkil edilməmişdən əvvəl verilib. Elə bu səbəbdən də İranın Xəzər dənizində donanma saxlaması və ondan digər məqsədlərlə istifadə edilməsi qadağan olunmuşdur. Xəzərin status məsələsi müzakirə edilərsə, onda Azərbaycan bunun dəniz olduğunu sübut edən başqa hüquqları da tələb etməlidir. Xəzər dəniz statusu almalıdırsa onun bir başa okean sularına çıxma imkanları olmalıdır. Onda Volqa çayının, Volqa-Don kanalının, Qara dənizin, Azov dənizinin də statusuna yenidən baxılmalıdır. Azərbaycan isə Xəzər dənizi vasitəsi ilə dünya okeanına çıxmaq üçün yeni səlahiyyətlər almalıdır.
Beynəlxalq hüquq və qanunlara görə özgə ərazisini zorla işğal etmək, digər dövlətlərin sərhədlərini pozmaq, hər hansı dövlətin razılığı olmadan onun ərazisindən, ərazi, məhəlli sularından istifadə etmək qadağandır. Azərbaycanın nə quru, nə də su sərhədlərini pozmağa Rusiya dövlətinin heç bir hüququ yoxdur. Xəzər coğrafi təsnifata görə göldür, göl olaraq da qalacaqdır. Bu nə Rusiyadan, nə də Xəzərin əhatəsində olan digər dövlətlərdən asılı deyil. Digər bir məsələ də yaddan çıxmamalıdır. İki dövlət arasındakı sərhəd xətti qarşılıqlı razılaşmaya və beynəlxalq dəniz hüququna görə sərhəd boyu axan çaylarda çayın, göllərdə və dənizlərdə isə onların tən ortasından keçməlidir. Burada da beynəlxalq qanun Azərbaycanın tərəfındədir. Yəni Azərbaycanın Xəzər dənizindəki sərhədi dənizin tən ortasından keçən xətlə hüdudlanmalıdır. Bu sərhəd daxilində Xəzərin bütün sərvətləri Azərbaycanındır.

külək enerjisi

maleka
Külək enerjisi – küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.
Küləyin gücündən çox köhnə illərdən bəri faydalanılar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir.
Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir.
Azərbaycan ərazisində əsasən Bakı, Sumqayıt , Abşeron , Binə , Maştağa külək enerjisindən istifadə etmək məqsədə uyğun sayılır.
Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. Dağların Respublikanın iqliminə və külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal- şərqdə soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından Respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san. Abşeronda isə 8,6m/san.-dir.
Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutu Respublikanın Meteroloji stansiyalarında toplanmış bütün flüger müşahidələri materiallarını qruplara ayırıb, rayonların landışaftlarına görə külək sürətlərinin paylanması rejimlərinin aşağidaki tiplərini müəyyən etmişdir:
A tipli rejim-Abşeronda və Respublikanın şimal sərhədlərində Kür dilinə qədər Xəzərkənarı zonada olan yerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən böyük olur.
B tipli rejim-Kürkənarı düzənliyində olanyerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən 3m/san-dək olur.
V tipli rejim-Respublikanın dağ rayonları üçün səciyyəvidir. V zonasında küləyin orta illik sürəti 3m/san- dən kiçik olur.
Ona görə də bu zona külək enerjisindən istifadə üçün yararsız hesab edilir. Nəzərə almaq lazımdır ki, əsasən V zonasını təşkil edən yüksək dağlıq ərazilərin iqlim xüsusiyyətləri hələ yaxşı öyrənilməmişdir.
Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
2002 -ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir. Uzun müddətli küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-nin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.

iqlimi formalaşdıran əsas amillər

maleka
İqlim sisteminin bir-neçə onilliklər müddətində keçdiyi vəziyyətlərinin statistik ansamblı başa düşülür. İqlim sistemini təşkil edən komponentlər atmosfer, hidrosfer, litosfer, kriosfer və biosferdir.
İqlim sisteminin bu komponentləri müxtəlif fiziki xüsusiyyətlərə malikdir. Məsələn, kütləsinin 99,8% -ni təşkil edən və 60 km hündürlüklə məhdudlaşan atmosferin həcmi km3 –dir. Bu həcmdə havanın kütləsi kq –a bərabərdir. 97,2% -i Dünya okeanı sularının payına düşən hidrosfer km3 həcmə və kq kütləyə malikdir. Beləliklə, hidrosferin kütləsi, atmosferin kütləsindən 275 dəfə çox, həcmi isə atmosferin həcmindən təqribən 279 dəfə azdır. Su havaya nisbətən 4 dəfə böyuk xüsusi istilik tutumuna və təxminən 20 dəfə çox isə istilik keçiriciliyinə malikdir. Bu səbəbdən, Dünya okeanının suları Günəş enerjisi üçün akkumlyator rolunu oynayır ki, bu enerjinin də müəyyən hissəsi gizli və aşkar istilik seli şəklində atmosferə ötürülür.
Atmosfer və hidrosferin fiziki xüsusiyyətlərinin müxtəlifliyi nəticəsində, atmosferin bir çox parametrlərinin fəza və zaman dəyişmələri, hidrosferinkindən olduqca çoxdur. Bu onu göstərir ki, atmosfer hidrosferə nəzərən daha mütəhərrik mühitdir. Yer səthi yaxınlığında küləyin sürəti adətən bir-neçə m/s, sərbəst atmosferdə isə bir-neçə onlarla m/s olduğu halda, okean axınlarının orta sürəti 3,5 m/s-dir. Beləliklə, maddənin hidrosferdə yerdəyişmə sürəti, atmosferdə olduğundan iki tərtib azdır. Buna baxmayaraq, iqlim sisteminin digər komponentləri ilə müqayisədə hidrosferi də mütəhərrik mühit kimi qəbul etmək olar. Atmosfer kimi hidrosfer də mürəkkəb sirkulyasiya xüsusiyyətlərinə malikdir. Səth okean axınlarından əlavə, okeanda atmosferin barik törəmələri (lon və antilon) kimi qasırğalar əmələ gəlir.
İqlim sisteminin digər komponenti kimi kriosfer dəniz buzlarından, buzlaq buzlarından və qar örtüyündən ibarətdir. Müasir zamanda Yer kriosferində buzun həcmi km3 -ə yaxındır. YSP-nin məlumatlarına əsasən buzlaqlar, dəniz buzları və qar örtüyü Yer səthinin orta hesabla 10 % -ni, yəni km2-i təşkil edir. Buzlaqlar Yer kürəsi üzrə qeyri-bərabər paylanmışdır. Buzlaqların tutduğu səthin ümumi sahəsi km2-a yaxındır. Onların əsas kütləsi Antarktidanın payına düşür. Antarktida buzunun sahəsi yer səthindəki bütün buzlaqların sahəsinin 90 %-ni təşkil edir. Buzlaqların sahəsinin 8 %-i Arktikaya, qalan 2 %-i isə kontinentin dağ rayonlarına aiddir.
Yer kürəsində dəniz buzları böyük məkanı əhatə edir. Orta hesabla onların sahəsi km2-dir. Fəsildən asılı olaraq, dəniz buzunun sahəsi müəyyən dəyişikliklərə məruz qalır. Əgər yayda Şimal Buzlu okeanın akvatoriyasında dəniz buzunun sahəsi orta hesabla km2 –dirsə, qışda isə dəniz buzlarının sahəsi artaraq km2 olur. Cənub yarımkürəsində Antarktida ətrafında dəniz buzlarının sahəsi yayda -km2 dir. Qışda onların sahəsi demək olar ki, 10 dəfə artır.
Qar örtüyü də həmçinin böyük sahəni əhatə edir. Onun ən böyük sahəsi şimal yarımkürəsində fevral ayında müşahidə edilir. İlin bu fəslində o, Şimali Amerikanın, Avrasiyanın böyük ərazisinə yayılır. Qar örtüyünün sərhəddi fasiləsiz olaraq vəziyyətini dəyişərək, gah cənubə, gah da şimala doğru hərəkət edir. Xüsusilə o, əhəmiyyətli dəyişikliklərə şimal yarımkürəsinin nəmli mülayim iqlim ərazilərində məruz qalır.
İqlim sisteminin baxılan komponentləri ilə müqayisədə litosfer daha konservativ komponentdir. Onun fəaliyyətli təbəqə adlanan səth təbəqəsinin əsas fiziki xassələri torpaqəmələgəlmə, torpağın külək və su eroziyası, səhralaşma və s. proseslərin təsiri nəticəsində nisbətən yavaş dəyişir. Lakin quru səthinin bəzi xüsusiyyətlər olduqca sürətlə dəyişə bilər. Məsələn, istilikkeçirmə xassəsi, əks etmə qabiliyyəti və s. torpağın nəmliyinin dəyişməsi və həmçinin kənd təsərrüfatı istehsalı nəticəsində olduqca dəyişir.
İqlim sisteminin tərkib hissəsi olan biosferin xüsusiyyətləri əhəmiyyətli dərəcədə bitki aləmindən asılıdır. Bitki örtüyünün əhatə etdiyi ərazilərin ölçüləri, bitkilərin növləri, bitkilərin veqetasiya dövrü, günəş radiasiyasının udulması, atmosferlə istilik - və rütubət mübadiləsi, axma şəraitilə və deməli komponentin okeanla rütubət mübadiləsilə əlaqədardır. Kənd təsərrüfatı istehsalı şəraitində, həmçinin iyirminci əsrin ikinci yarısında daha intensiv baş verən meşələrin qırılması nəticəsində bitki örtüyünün sərhədləri fasiləsiz olaraq dəyişir. Bu, bir çox hallarda Afrika və Asiyanın bir çox ərazilərində müşahidə edildiyi kimi, yer səthinin böyük sahələrinin səhralaşmasına səbəb olur.
İqlim sisteminin komponentləri öz aralarında mürəkkəb qeyri-xətti qarşılıqlı təsirdə olmaqla, bir başa və əks əlaqələrlə bir-birinə bağlıdır. Belə qarşılıqlı təsirlərə misal gətirmək heç də çətin deyil. Atmosfer kütləsinin nisbətən kiçik olmasına baxmayaraq, onun okeanla hərəkət miqdarı mübadiləsi Dünya okeanı sularının çox hissəsinin hərəkətinə səbəb olur. Okean axınları vasitəsilə okeanda en dairələr arası istilik mübadiləsi həyata keçirilir. Bu mübadilə prosesində tropik en dairələrindən yuxarı en dairələrinə isti su kütlələri ötürülür. İlin soyuq fəslində fiziki mexanizmlər vasitəsilə istilik su səthindən atmosferə verilir. Beləliklə, okean atmosferdə temperatur sahəsinin xüsusiyyətlərinin, buna görə də oradakı sirkulyasiya xüsusiyyətlərinin formalaşmasında böyük rol oynayır. Havanın sirkulyasiyası öz növbəsində elə bir mexanizmdir ki, onun vasitəsilə okean səthindən kontinentlərə istilik və rütubət ötürülür. Quru səthinin fiziki vəziyyətindən, atmosfer sirkulyasiyasının intensivliyindən, hava kütlələrinin xüsusiyyətlərindən asılı olaraq, atmosfer ilə kontinent arasında müəyyən istilik, rütubət və hərəkət miqdarının mübadiləsi baş verir.

səhralaşma

maleka
Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlimin dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün yararlığı azalır və ya çevrilir. Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (dezertifikasiya) və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır.
Antropogen səhralar planetimizin 6,7%-ni, yəni Avstraliyanın ¼ - dən artıq sahə tutur.
Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaşması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır.
- Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi ilə ifadə olunur.
- Orta dərəcədə səhralaşma - mal- qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.
- Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olunur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.
- Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil.
Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir. (Vinokurova, 1998) və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).
Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır və onların böyük hissəsi (50 mln-a qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir.
Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (ək) ümumi məhsulun illik məbləği 16 mlrd. dollara yaxın təşkil edir. Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcədə olmasını ayırd etmək çətindir.
Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərdə suyun dövriyyəsinin 70-75% -ni təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%- i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpirasiyaya sərf olunur.
Səhralaşma prosesinə hədsiz mal-qara otarılması da böyük təsir göstərir. Bu zaman əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə səhralaşma prosesinə zəmin yaranır.
Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-rı şorlaşaraq sıradan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13% təşkil edir.

karyera

maleka
Tarixi baxımdan nəzər salınsa karyera müasir sənaye təşkilatlarının nəticəsi kimi qəbul edilə bilər. Karyera termini Fransız və Latın sözlərindən meydana gəlmişdir ki, keçid mənasını daşıyır. Karyera II. Dünya Müharibəsindən sonrakı sərvət dövründə formalaşmışdır. Müharibədən sonra Amerika və digər sənaye ölkələri iqtisadi inkişaf başlamışdır. Bu inkişaf nəticəsində bir çox yeni şirkət açılmışdır. insan kapitalına olan tələbat xeyli artmışdır. İşçilərin tək bir təşkilatdakı karyeraları təşkilati karyera konsepsiyası ortaya çıxmasına səbəb olmuşdur.
Karyera - fərdin iş həyatında fəaliyyətinin, məsuliyyətinin, münasibətinin və davranışının inkişafı kimi müəyyən olunan bir konsepsiyadır. İnsan iş həyatına başladığı gündən etibarən müəyyən bəzi ehtiyaclarını qarşılamaq üçün işində irəliləmək və iyerarxik quruluşda yüksəlmək istəyir. Fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, ictimai baxımdan doyum, cəmiyyət içində hörmət qazanmaq ehtiyacı və son olaraq fərdin öz istəklərini reallaşdırmaq istəməsi kariyeranın ən təməl səbəbləridir.
Karyera - fərdin iş həyatı boyunca əldə etdiyi işə bağlı təcrübə və fəaliyyəti ilə əlaqədar olaraq qəbul etdiyi tutum və davranışların toplusudur, bir insanın çalışdığı illər ərzində hər hansı bir iş sahəsində davamlı olaraq irəliləməsi, təcrübə və qabiliyyət qazanmasıdır.
Günümüzdə müasir idarəetmə anlayışı müəssisələrin insan resurslarının
fəaliyyətindən faydalanmaq üçün karyera inkişaf proqramlarına yer verilməsi, lazımi təşkilati fəaliyyət, istərsə də işçinin motivasiya edilməsi baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Karyera işçilərin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi
mülahizələrdir və əməklə özünü ifadəetmənin yollarıdır. Karyera dedikdə yalnız xidmət üzrə irəliləyiş başa düşülməməlidir. İşçinin işdənkənar həyatı da karyeranın tərkib hissəsi olmaqla, onun karyerasına əhəmiyyətli dərəcədə təsir göstərir. Amma karyera heç də təşkilatın iyerarxiyası çərçivəsində mütləq və ya müntəzəm olaraq daim irəliyə doğru hərəkət deyildir. Karyera dedikdə - şəxsin həyatında işgüzar təcrübə və fəaliyyətlə bağlı olan fərdi düşünülmüş mövqe və davranış başa düşülür.

karyera mərhələləri

maleka
Karyeranın ilkin mərhələsinə orta və ali təhsil almaq aid edilir və bu şəxsin 25 yaşınadək davam edir. Bu dövr ərzində insan onun tələblərini ödəyə bilən fəaliyyət növünün seçilməsində bir neçə iş dəyişdirə bilər.
Növbəti olaraq təşəkkül mərhələsi gəlir. Bu mərhələ təxminən 25 - 30 yaş arası dövrü əhatə edir. Bu mərhələdə işçi seçdiyi peşəni mənimsəməyə eyni zamanda zəruri vərdişlər qazanmağa, peşəkarlığa, özünütəsdiq etməyə başlayır. İrəliləyiş mərhələsi 30 - 45 yaş arası dövrü əhatə edir. Bu mərhələyə işçinin ixtisasının yüksəlməsi baş verir, xidmət nərdivanın pillələrini ilə yüksəlir. Yeni- yeni vərdişlər, praktiki təcrübələr vasitəsilə yüksək səviyyəyə çatır ki, bu da işçidə özünü ifadəetmə tələbatını inkişaf etdirir, işçinin bir şəxsiyyət kimi özünü təsdiqləməsinə imkan verir.
Saxlama mərhələsində əldə olunmuş nailiyyətlər möhkəmləndirilir və 45-dən 60 yaşa qədərki dövrü əhatə edir. İşçinin öz ixtisasını təkmilləşdirməsi, aktiv fəaliyyəti və əldə etdiyi xüsusi təhsili vəzifə yüksəlişinə səbəb olur. Bu mərhələ özünüifadə ilə xarakterizə olunur ki, insan müstəqilliyin və özünüifadənin son zirvəsinə çatır.
Tamamlama mərhələsi 60 - 65 yaş arası dövrü əhatə edir. Bu mərhələdə işçi
təqaüdə çıxmağa hazırlaşır ki, ona layiqli əvəzedicinin axtarılması və vakant olacaq vəzifəyə yeni namizədin hazırlanması başlanılır. Tamamlanma mərhələsi karyeranın böhranı kimi xarakterizə olunsa da bütün karyerası müddətində böyük hörmətə malik olur. İşçi öz əmək haqqı məbləğinin saxlanılmasına çalışır, hətta gəlirinin mənbələrini belə artırmağa çalışır.
Sonuncu mərəhlə pensiya mərhələsidir ki, işçinin təşkilatda karyerasının başa çatdığı dövrdür. Amma işçiyə başqa fəaliyyət sahələrində özünümüdafiə üçün imkanlar yaranır. Məsələn, əlyazmalar, bağçılıq, özəl təşkilatlarda işləmək şansı göstərmək olar.

fiziki peşəkarlaşma

maleka
Əmək potensialı və texniki funksiyaların icrasına
istiqamətlənmiş olan köməkçi vəzifələr üçün xarakterikdir. Fiziki peşəkarlaşmanın əsas mahiyyəti fərdin icra etdiyi vəzifənin xüsusiyyətlərinə uyğun olan fiziki davranışı cəmləyən əmək nəticələri ilə bağlı formalaşmış peşə vərdişlərindən ibarətdir.

intellektual peşəkarlaşma

maleka
Fərdin fəaliyyətində qarşıya qoyduğu məqsədlərinə nail olması üçün onun hadisələrə olan münasibətində şüuraltı formalaşmış meylləriylə çıxış etməsidir. Bu zaman fərdin mövcud hadisələrə qarşı münasibəti və davranışı hər hansı ehtimal olunan və qəbul edilən həmin vəzifənin birbaşa tələb etdiyi korporativ istiqamətdə həyata keçirilir. İntellektual peşəkarlaşma əsasən əmək fəaliyyəti əqli potensial üzərində qurulmuş olan rəhbər və mütəxəssis vəzifələr üçün nəzərdə tutulur.

insan resurslarının idarə edilməsi

maleka
İnsan resurslarının idarə edilməsi – müəssisədə işçilərə yönəlmiş bütün işləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaması, lazımlı iş analizlərinin və öhdəliklərin müəyyən edilməsi, iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin təşkil olunması, işə uyğunlaşma, təhsil və inkişaf, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifə yüksəlişi, iş dəyişdirmə, işdən azadetmə, görülən işin qiymətləndirməsi, əmək haqqı sistemi, nizam-intizam qaydaları, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və digər oxşar işləri korrektə edir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insana önəm verməsidir. Amma bu, müəssisənin məqsədlərinin əsas olmadığı mənasını vermir.
Bu yanaşma, insanın öz iş yerinin dəyərləndirməsi, motivasiya olunmuş bir
həyat sürməsinin işində məhsuldarlığa da təsir edəcəyini göstərir.
İnsan resurslarının idarə edilməsi tələbatın ödənilməsi ilə əldə edilən elmi
nəticənin tətbiqini təmin edən nəzəri və praktik əsaslara malik münasibətlərin toplusunu təşkil edir. Yaranmış olan tələbatın ödənilməsi və sonda əldə edilmiş elmi nəticə və nailiyyəti real həyat münasibətlərinə tətbiq edən insan resurslarının idarə edilməsi tələbatın ödənilməsi üçbucağının müstəqil mərhələsidir və bilik, bacarıq və vərdişdən ibarət vahid sistemə malikdir.

insan kapitalı

maleka
İnsan kapitalı hər bir şəxsdə olan bilik, vərdişlər, motivasiya ehtiyatıdır. Ona qoyulan investisiyalar təhsil, professional təcrübənin toplanması,sağlamlığın qorunması, coğrafi hərəkət qabiliyyəti, informasiya axtarışı şəklində ola bilər. İqtisadi inkişaf mütəxəssisi olan Prof.Dr Michael Todaro insanın inkişafında təhsilin əhəmiyyətini xüsusilə ön planda qeyd edərək əksər millətlərin sosial və iqtisadi inkişaf dərəcəsini və keyfiyyətini müəyyən edən faktorların fiziki və təbii resursların deyil, insan resurslarının olduğunu müdafiə etdiklərini öz əsərində qələmə almışdır. Todaro “İqtisadi inkişaf” adlı əsərində Princeton Universitetinin Professoru Fredirick Harbisonun insan kapitalının iqtisadi inkişafdakı rolu haqqındakı fikrini nümunə olaraq göstərmişdir.
“ İnsan kapitalı millətlərin rifahında çox əhəmiyyətli yerə sahibdir. Fiziki və
təbii qaynaqlar istehsalda passiv yer alan faktorlardır. İnsan isə kapital toplayan, təbii qaynaqların bölüşdürülməsini həyata keçirən, sosial, iqtisadi və siyasi təşkilatlar quran və milli inkişafı irəli aparan faktordur. Öz insanlarının bilik və qabiliyyətlərinin inkişafını təmin etməyən ölkənin heç bir şeyin inkişafını təmin edə bilməyəcəyi aydınca bildirmişdir.”

texniki reqlament

maleka
Texniki reqlament – məhsulun xarakteristikalarını və ya onun istehsal proseslərini və metodlarını müəyyənləşdirən sənəddir. Bu sənəd həmçinin terminologiyaya, simvollara, məhsulun qablaşdırılmasına, nişanlanmasına və ya etiketləndirilməsinə tələbləri özündə birləşdirə bilər, yaxud bütövlükdə bu məsələlərə həsr edilə bilər. Ümumdünya ticarət təşkilatı (ÜTT) çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə Sazişə uyğun olaraq texniki reqlamentə məcburi surətdə riayət edilməlidir.Texniki reqlamentlər kimi aşağdakı sənədlər qəbul edilir: ölkənin texniki qanunvericiliyi; ölkə Prezidentinin texniki xarakterli tələbləri özündə əks etdirən fərmanları və Hökumət qərarları; məcburi standartlar, həmçinin hökumətin xüsusi nəzarət orqanlarının texniki normaları və qaydaları (inşaat norma və qaydaları, sanitar qaydaları, normaları və s.).

standartlaşdırma

maleka
Standartlaşdırma – məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağdakıları təmin edir:
-məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlıq, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;
-məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəzolunmasını;
-məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına
uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
-ölçmələrin dəqiqliyini və vahidliyini;
-bütün növ resursların qənaətini;
-təbii və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;
-ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığın;
-istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturu və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.
Standartlar məhsulun və xidmətin keyfiyyətinin yüksəldilməsini təmin edən normativ sənədlər sistemində əsas yerlərdən birini tutur. Standartlarda keyfiyyətin əsas göstəriciləri və bu göstəricilərin ölçülərinin xarakteristikası müəyyənləşdirilir. Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir. Ona görə də onlar ölkənin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Beləki, standartlar qabaqcıl təcrübənin, mütərəqqi üsulların geniş yayılması üçün imkan yaradır.
Elmin bütün sahələrində olduğu kimi, standartlaşdırmada da müvəffəqiyyətlə fəaliyyət göstərmək üçün dəqiq, elmi əsaslandırılmış terminologiyanın olması zəruridir. Elmi və texniki terminologiyanın standartlaşdırılması zərurəti onunla bağlıdır ki, terminlər, anlayışlar və işarələr bütün normativ-texniki, konstruktor və texnoloji sənədlərin ayrılmaz hissəsini təşkil edir.

materialların minimal xüsusi sərfi prinsipi

maleka
Maşınqayırmada materialların və yarımfabrikatların qiyməti buraxılan məmulatın ümumi maya dəyərinin 40-80 faizini təşkil edir. Odur ki, hər bir məmulata material sərfi xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Məmulatların standartlaşdırılması zamanı metala qənaət aşağıdakı yollarla ola bilər:
-maşınların layihələndirilməsi zamanı rasional konstruktiv sxemlərdən istifadə olunması, hissələrin və qovşaqların maşının üzərində rasional yerləşdirilməsi;
-detalların möhkəmliyə hesablanma metodlarının təkmilləşdirilməsi və möhkəmlik ehtiyatının buraxıla bilən dərəcədə aşağ salınması;
-iqtisadi cəhətdən sərfəli profillərin, prokatların, qaynaq konstruksiyaların, plastik kütlələrin və s. tətbiq olunması.
Materialın qənaət olunmasında ən böyük rezervlərdən biri maşın və onun hissələrinin iş ömrünün uzadılmasıdır, o cümlədən onların korroziyadan qorunmasıdır. Hissələrin hazırlanması zamanı mütərəqqi texnologiyanın tətbiqi də metalın qənaət olunmasına gətirib çıxarır. Belə ki, detalların mexaniki emalını ştamplama ilə əvəz etdikdə hər milyon ton prokatın emalı zamanı 250 min tona qədər metala qənaət edilir, 15 minə qədər dəzgah və 30 minə qədər fəhlə bu işdən azad olunur.

ölçülən kəmiyyətlər

maleka
Hər bir şey müəyyən ölçüyə malikdir. Hər hansı məsafə uzunluqla xarakterizə olunur. Fəzanı xarakterizə etmək üçün ancaq uzunluq kifayət deyildir. Onu tam xarakterizə etmək məqsədilə bucaq, sahə, həcm kimi ölçülərdən istifadə olunur. Beləliklə, fəza çoxölçülüdür. Real həyatda hər hansı hadisə bir anda yox, müəyyən müddət ərzində baş verir. Onu müxtəlif cür xarakterizə etmək olar. Lakin ümumdunyada bu müddəti ölçmək üçün zaman qəbul edilmişdir.
Cismin xarici təsir olmadıqda sükunət vəziyyətini saxlaması və yaxud bərabər düzxətli hərəkətini davam etdirməsi xassəsinə ətalətlilik deyilir. Ətalətliliyin ölçüsü kütlədir. Cism qızdırıldıqdan sonra onun xassəsi əvvəlkindən fərqlənir. Bu keyfiyyət göstəricisini molekulların orta istilik hərəkəti ilə xarakterizə etmək olardı. Lakin bu xassə termodinamik temperatur kimi bütün dünyada qəbul edilmişdir.
Fiziki obyektlərin və onlarda baş verən proseslərin çoxu üçün ümumi olan, lakin kəmiyyət etibarilə onların hər biri üçün ayrılıqda qanunvericilik yolu ilə qəbul edilmiş müxtəlif xassələrin xarakteristikaları fiziki kəmiyyətlər adlanır. Fiziki kəmiyyətlərə uzunluq, zaman, temperatur və kütlədən əlavə müstəvi və fəza bucağı, qüvvə, təzyiq, sürət, təcil, elektrik gərginliyi, elektrik cərəyanının şiddəti, induktivlik, işıqlılıq və digər kəmiyyətlər də aiddir. Bütün bunlar keyfiyyətjə ümumi xassələri təyin edir, lakin kəmiyyət etibarilə tamamilə başqa xarakteristikalara malik ola bilərlər. Bu kəmiyyət xarakteristikaları haqqında məlumat almaq ölçmələrin əsas vəzifəsidir.
Ölçmə obyektləri anjaq fiziki kəmiyyətlər deyildir. məsələn, iqtisadiyyatda dəyər və qiymət məvhumları istifadə olunur. Həm dəyər, həm də qiymət əmtəə məhsullarının müxtəlif xassələrinin ölçüləridir. Onlar fiziki yox, iqtisadi kəmiyyətə aiddir və onları iqtisadi göstəricilər adlandırırlar.
0 /