confessions

Ələkbər Mansurlu

1. Nəsil Yazar - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 5
  2. İzləyici 0
  3. Xal 109

azərbaycan ordusu

Ələkbər Mansurlu
Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!

Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.



HEYDƏR ƏLİYEV
1

jurnalistika

Ələkbər Mansurlu
Hər kəsi salamlayıram.Bu zamanki yaşadığımız dövr informasiya dövrüdür.İnformasiya dövrü isə dedik də xəbərləri,gündəlik məlumatlar,radio , televiziya yada düşür. Şəksiz ,informasiya olmadan yaşamaq təsəvvür etmək olmaz.Bir nümayəndə olaraq ,bir insan olaraq gündəlik həyatda baş verənləri öyrənmək istəyirik və o haqda analizlər apararaq dövrümüzdə olan hadisələri bir anlıq xeyalimizda canlandirarmaq haqda düşünürük.Bəli , siz doğru düşünürsünüz. Məndə bir insan olaraq sizin kimi fikirləşirəm.Buna görə də ilk öncə biz düşünmə tərzində kreativlik ideyalarının təbliğini öndə tuturuq.Kreativlik insan düşüncə , psixologiyasinda mühüm bir rol oynayır.
Informasiya haqqında çox danışa bilərik ,amma biz informasiyanı bizə ötürən insanların necə çətinliklərlə üz-üzə gəldiklərini düşünmürük .Mən özüm haqda demək istəyərdim,mən özüm Jurnalistika ixtisası üzrə hazırlasiram və bu iş haqda maraqlandiqda bu işin necə çətin peşələrdən biri olduğun anladım . Bəzən isə bəzi şəxslər bildirir :"Jurnalistlik asan peşədir".Xeyr heç bir peşə asan deyil, hər bir peşənin öz çətinliyi var. Jurnalistika elə bir sahədir burada sən sənin xalqına gündəlik məlumatlari verirsən .Həmin anda sənin bir səhv danışıqin canlı efirdə yaxşı qarşılanmır və artıq insanlar sənə qarşı düşüncə tərzi dəyişir . Jurnalistlik mənim subyektiv yanaşmama görə ilk öncə kompleksli olmamaqi tələb edir.Kompleks ilə olduqda insan həyəcanlanaraq səhv məlumat verər və casa bilər.Fərq etmir,hansı sahə olur olsun , mütləq qaydada sən o peşəni sevməlisen və özünü orada təsəvvür edərək canlandirmalisan .Mən size özüm haqda məlumat versəm,mən hər zaman gündəlik olaraq düşünürəm və məqsəd qoyuram ki ,mən gələcəkdə jurnalistika sahəsində bacardığım qədər uğur qazanmaliyam, dövlətimə ,xalqima dəstək olaraq , işimi doğru bilen bir mütəxəssis olmalıyam və bu məqsədlər bizi uğurlu yola aparır ,aparacaq da . Heçnə üçün gec deyil ,məqsədli ,inamlı olaraq sonda yaşıl işıq görünən yola addımlayaq çünki biz ordayiq ve ora çatacağıq. Hər kəsə öz iş fəaliyyətində uğurlar arzu edirəm .

Müəllif: Ələkbər Mansurlu

düşdüyümüz çətin yollardan çıxmaq

Ələkbər Mansurlu
Hər kəsi salamlayıram.Bundan öncəki məqalədə mən insanın düşüncəsi haqqında mövzuya toxunmuşdum.Həmin mövzuda bildirmişdim ki, düşdüyümüz hər yoldan çıxmağı bacarmalıyıq. Bu sizi düşündürür və sizdə sual yaranır ki , bəs bəlkə düşdüyümüz yolun sonu o qədər də yaxşı deyil və sonunda hər an pis bir şey ola bilər? Elə isə sizi çox gözlətməyəcəm və sizə bir təklif bildirəcəm.Bəlkə həmin o sonunda yaxşı olmayan nəticələnən hadisə sizə uğur gətirəcək ?
Çox zaman rastlaşdığımız hadisələr bizi yaxşıya doğru aparmaqda kömək edir və bir sözlə desək bizə yol göstərir.Cox insan isə çətinliklə rastlaşdıqda artıq özünü məğlub hiss edir.Siz özünüzü heç zaman məğlub hiss etməyin.İnsanda yaranan mənfi enerji onun sonda nəticəsiz məğlubiyyətinə gətirib çıxara bilər.Bir sözlə, her şeyə pozitiv yanaşmaqi bacaraq.Bəs bu pozitiv olmaq üçün nə edək sualına cavab isə demək istərdim ki,hər bir insanın şəxsi subyektiv düşüncə metodu vardır.Bəzisi bir şey edərək pozitivliyə nail olur,birisi isə həyatda pis şey ilə qarşılaşsa belə yenə üzülmür hər şeyə müsbət yanaşır.Bu düşüncələrdən hansının sizə məxsus olduğunu mən yox sadəcə vl sadəcə siz özünüz və içinizdə olan hislər ayırd edə bilər.
Danışdığımız bu mövzular ,həqiqətən, həyatımızın bir parçası rolunu oynayır.Hər saniyə ,hər dəqiqə baş verəcək hadisə bizə gələcəyə necə addımlamagimiza kömək edir.Elə isə dostlar,gəlin çalışdığımiz qədər üzülməyək,həyata pozitiv yöndən baxaq.Hərəmizin bir xoş düşüncəsi pozitiv yolda olmaq üçün bir açar rolunu oynayır.
Mən sizi çox yormaq istəmirəm ve bununla da bu mövzuda məqaləmi bitirirəm.
Oxuyan hər kəsə minnətdaram!!

Müəllif: Ələkbər Mansurlu

insanın düşüncəsi

Ələkbər Mansurlu
Öncəliklə hər kəsi salamlayıram. Bu mövzu haqda düşüncələrinizi bilmək mənim üçün həqiqətən maraqa səbəb olardı. Beləliklə, cox uzatmağa ehtiyac yoxdur,mövzumuza keçək.
Mən hər zaman düşünürəm ki, hər bir insan həyatda yaşadıqca çətinliklə qarşılaşa bilər. Bu çətinliklə qarşılasan insanlar bəzisi artıq davam etməz həyatdan küsər bəzisi isə həyatına yenidən davam edər və özünə deyər ki, mən yenidən mübarizə aparacam və məğlub olmayacam. Biz belə insanlara əhsən deyirik. Mən də bir insan kimi sizə demək istərdim ki, çətinliklə rastlaşdıqda həyata baxışınızı dəyişməyin, çünki siz həyata baxışınızı dəyişəndə yolunuzu necə getməyi itirə bilərsiz. Dostlar, bəs siz heç düşünmüsüzmü ki, çətinlik sizə necə bir şərait və xeyir gətirə bilər? Bu sualın cavabını mən deməyəcəm sizi sadəcə olaraq düşünməyə çağıracağam.
Biz bir insan kimi yaşadıqca yaşama səbəblərimizi önə çıxararaq yaşayırıq.Yaşama səbəbinə çatmaq üçünsə bir az da mübarizə aparmaq önəmlidir. Belə dedikdə sizdə bir sual yarana bilər : "Bəs yaşama səbəblərimiz, bizim istədiyimiz kimi alınmırsa?". Mənim sizə cavabım bu olacaq :" Həyatımızda hər şey istəmədiyimiz bir cığırla gedə bilər, amma yenə də sən yalnızlığa qapılma və mübarizə əzmini irəli apar".
Biz bu mövzudan çox danışa bilərik, çox danışsaq isə siz yorula bilərsiz ona görə də hər şeydən az - az edərək bacardığımız qədər məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edək və sonda xoşbəxt sonluqla bitəcəyinə inananaq...

Müəllif :Ələkbər Mansurlu

dövlətimizin uğuru

Ələkbər Mansurlu
Azərbaycan hər zaman tarix boyu müstəqilliyə qovuşmaq üçün əlindən gələni etmişdir. Buna sübut olaraq tarixi keçmişi varaqlamağımız bəs edər. Hal-hazırki Azərbaycan, müstəqil və firavan olmasını Azərbaycan yaradıcılarına və prezidentimizə borcludur. Dövrümüzdə aparılan uğurlu siyasət Azərbaycanın xarici siyasi arenada, iqtisadi arenada inkişafının əsasıdır. Bizim dövlətimizin prioritet məqsədi hər zaman müstəqil, firavan olmaqdır.
Əlbət ki, müstəqil dövlətin çətin zamanları olur və biz bunu görə bilərik. Hal hazırda dünyanı əlinə almış pandemiya tək Azərbaycana deyil, bütöv dünyaya təsirin göstərmişdir. Bu virusun yayıldığı zamandan bizim prezidentimiz cənab İlham Əliyev qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təsdiqlədi. İlham Əliyevin hər zamanki çıxışlarında özü tərəfindən deyilir: "Bizim məqsədimiz dövlətimizi, xalqımızı bu bəladan az itkilərlə çıxarmaqdır". Aparılan islahatların nəticəsində artıq Azərbaycan bu virusa qalib gəlir və biz buna əminik və olacıq da.
Dövlətimizin apardığı bütün işlər haqda nə qədər danışsam da o qədər az olar. Biz fəxr etməliyik ki, Azərbaycan kimi müstəqil, firavan ölkənin vətəndaşlarıyıq.
Oxuyan hər kəsə minnətdarlığımı bildirirəm.
Müəllif :Ələkbər Mansurlu http://www.google.com/