Fiziki qüsurlu insanların psixologiyası
Fiziki cəhətdən normal olan insanların belə cəmiyyətdə özlərinə yer tapa bilmədiyinin fərqindəyik. Bəs fiziki qüsurlu şəxslər? Sizcə özlərinə yer tapmama səbəbləri fiziki qüsurlarıdır? Əlbəttə ki, yox. Ətraf, ətrafdakı baxışlar, davranışlar onların özgüvənlərinin aşağı düşməsinin ən güclü səbəbidir. Bu baş verdikdə normal olaraq onların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə gətirib çıxarır.
Bəzən insanlar fiziki qüsurlu insanlara necə davranacaqların bilmirlər. Yaxşı niyyətlə edikləri şey onlar tərəfdən yaxşı olaraq qəbul edilmiyə bilir.
Fiziki qüsurlu insanlara kömək edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən, yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara kömək etmək çox çətindir.
Aşağıdakı sualları araşdıraq:
Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işlərini, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əkslik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir. İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin” , “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq?
İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq , onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.
Bacardığımız qədər empatiya etməyə çalışmalıyıq bunu sadəcə qüsurlu şəxslərə qarşı yox, bütün varlıqlara qarşı etməliyik.🙃

foto
İnsan bədəni haqqında
🧠BEYİN🧠
🔸Sinir impulsları saatda 270 km sürətlə hərəkət edir.
🔸Beynin fəaliyyət göstərməsi üçün ona 10 vatlıq lampanın çalışmasına lazım olan qədər enerji lazımdır.
🔸İnsan beyninin hüceyrəsi istənilən enlopediyanın tutduğu informasiyadan daha artıq informasiya tuta bilir.
🔸Qan dövranı sisteminə daxil olan oksigenin 20%-ni beyin istifadə edir.
🔸Gecələr beyin gündüzdən daha aktiv olur.
🔸İQ göstəricisi azaldıqca insan daha çox yuxu görür.
🔸Beyin özü ağrı hiss etmir.
🔸Beynin 80%- i sudan ibarətdir.
👤ORQANİZMİN FUNKSİYALARI👤
🔸Asqırmağın sürəti saatda 160 km təşkil edir.
🔸Öskürməyin sürəti bəzən saatda 900 km-ə çata bilər.
🔸Qadınlar kişilərdən 3 dəfə çox gözlərini qırpırlar.
🔸Ayaqlarda təxminən 500 min tər vəzisi yerləşir ki,onlar da gün ərzində bir litrə yaxın tər ifraz edə bilir.
🔸İnsan bütün ömrü boyu bir hovuzun yarısını doldura biləcək qədər tüpürcək istehsal edir.
DAXİLİ ORQANLAR
🔸Ən böyük daxili orqan nazik bağırsaqdır.
🔸Mədədə olan turşu bir ülgücü əridə bilər.
🔸İnsan bədənindəki damarların ümumi uzunluğu 96 min km-dir.
🔸Mədə bütünlüklə hər 3-4 gündən bir yenilənir.
🔸Qadınların ürəyi kişilərdən daha sürətlə döyünür.
🔸Qaraciyərin 500-dən artıq funksiyası var.
🔸Aortanın diametri su sulamaq üçün istifadə olunan şlanqın diametrinə bərabərdir.
🔸Ürəyə də yer olsun deyə sol ciyər sağ ciyərdən balacadır.
🔸Daxili orqanların bir neçəsini götürərək də yaşamağa davam etmək olar.
🔸Böyrəküstü vəzilər insanın bütün həyatı boyu ölçülərini dəyişir.

foto
Kitablar haqqında 5 maraqlı fakt:
1) Dünyanın ən kiçik kitabı:
Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslin çiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Yaponiyadakı “Toppan nəşriyyat” evi tərəfindən nəşr olunan kitab hazırda ölkəmizdə qorunmaqdadır. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.
2) Xarici dillərə ən çox tərcümə edilən kitab:
Antoine de Saint-Exupéry-in 1943-cü ildə nəşr etdirdiyi “Balaca şahzadə”ni yəqin ki, aramızda oxumayan yoxdur. Bütün zamanların ən çox oxunan və ən yaxşıları arasında özünə yer edən kitab, həmçinin Le Monde-un 1000 kitabı siyahısında da yer almaqdadır. 7-dən 70-ə hər kəsə xitab edən kitab indiyə qədər 253 dil və ləhcəyə çevrilmişdir. “Balaca Şahzadə”ni isə bu yolda başqa bir nağıl kitabı olan Pinokyo izləməkdədir.
3) İlk mətbəə:
Bir çox yenilik kimi ilk mətbəə də çinlilərin ixtirasıdır Çində yaranmış bu mətbəə ağac oyma və presləmə texnikasına əsaslanırdı. Yəni dünyanın ilk mətbəəsi hər hansı bir mexanikaya əsasən fəaliyyət göstərmirdi. Hərflərdən tək-tək istifadə olunması isə yenə də çinlilər tərəfindən 1040-cı illərdə yaranıb.
4) İndiyədək ən çox satılan kitab:
Bu günədək ən çox satılan kitab Charles Dickensin 1859-cu ildə nəşr etdiyi “İki şəhərin hekayəti” adlı romandır. Kitabın təxminən 200 milyon nüsxəsi satılıb və hələ satılmağa davam edir. Kitabın orijinal adı “A Tale of Two Cities”dir. İngilis dilində çap edilmiş bu kitab Fransız İnqilabı zamanı baş verən hadisələrdən bəhs edir.
5) Ən qısa vaxtda yazılan kitab:
Ən çox sevilən və oxunan uşaq kitablarından olan “Zolaqlı pijamalı oğlan”, sadəcə 2,5 gündə yazılıbdır. John Boyne tərəfindən qələmə alınan kitab 2,5 gündə tamamlan bu roman indiyədək ən qısa müddətə yazılan romanları siyahısında ilk pilləyə yiyələnib.

foto
Kosmos haqqında maraqlı faktlar
* Günəş enerjisinin 19 faizi atmosferdə udulur, 47 faizi Yerə düşür, 34 faizi isə kosmosa qayıdır. Tam Günəş tutulması 7,5 dəqiqədən çox çəkmir; tam Ay tutulması isə 104 dəqiqə davam edir.
* Günəş sisteminin bütün planetləri Yupiter planetinin içərisinə yerləşə bilərdi. Günəş bir dəqiqə ərzində Yerin bir il ərzində sərf etdiyi bütün enerjidən çox enerji istehsal edir.
* Marsdakı Niks Olimpik vulkanının hündürlüyü 20 kilometrdən çoxdur. Marsdakı dağların hündürlüyü 20-25 kilometrə çatır.
* Biz ən uzaq görünən ulduza baxarkən, 4 milyard il keçmişə baxırıq. Ondan gələn və saniyədə demək olar 300 000 kilometr sürətlə hərəkət edən işıq bizə yalnız uzun illərdən sonra çatır.
* Bizə ən yaxın olan (Günəşdən sonra) Proksima Sentavr ulduzuna çatmaq üçün orta hesabla saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilə təxminən 48 milyon il vaxt lazım gələrdi. Proksima Sentavradək məsafə 4,24 işıq ilidir.
* İlk ulduz kataloqu e.ə. 150-ci ildə Gipparx tərəfindən tərtib edilib.
* Qalaktikamızda hər il qırxa yaxın yeni ulduz meydana çıxır. "Habll" kosmik teleskopu tərəfindən şəkli çəkilən ən qocaman qalaktikanın yaşı 12 milyard ildir.
* Pluton planetində bir ilin uzunluğu Yerdəki 247,7 il qədərdir.
* Kainatın ən qaynar ulduzu Veneradır.
*Uran planeti Yerdən adi gözlə görünür.
* Merkuri planetində gün bir ildən iki dəfə uzundur. O, öz oxu ətrafında çox yavaş fırlanır, Merkurinin Günəş ətrafında bir dəfə dövr etməsi isə 88 gün çəkir.
* Yerin çəkisi təxminən 600 trilyon tondur. Ay Yerdən 80 dəfə yüngüldür. Hər sutka Yerə təxminən 200 min meteorit düşür. Yerə hər gün 27 tona yaxın, il ərzində isə 10 min tondan artıq kosmik toz düşür. Son 500 il ərzində Yerin çəkisi kosmik maddələrin hesabına bir milyard ton artıb. Əgər Yer öz oxu ətrafında əksinə dövr etsəydi, o zaman ildə iki sutka az olardı.
* Ayın ilk xəritəsini 1609-cu ildə Tomas Harriton hazırlayıb. Ayda ən yüksək temperatur 117 dərəcə Selsidir. Aydakı ən yüksək dağın hündürlüyü 11 500 metr təşkil edir.
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir.Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;
ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. var;
insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər var;
Kəkələmənin çox növləri olur. Çox vaxt belə adam səsi ya uzadır, ya da eyni hecanı bir neçə dəfə təkrar edirlər. Bu zaman onların sifətində qrimaslar, sinir tikləri yaranır. Kəkələmə ağır həyəcan, gərginliklə təzahür edir. Belə adam adətən, ictimai yerlərdə, naməlum adamlarla ünsiyyətdə kəkələyirlər. Belə uşaqlar lövhə arxasında dərs danışdıqda kəkələyirlər. Təklikdə, öz yaxınları ilə olduqda onlarda problemlər olmur. Stress vəziyyətlərdə kəkələmə artır.
Bu problem uşaq vaxtı aradan çıxırsa, yeniyetmə dövründə yenidən geri qayıda bilər.
Kəkələməni uşaq vaxtlarında müalicə etmək lazımdır. Çox vaxt uşaq böyüdükdə bu problem keçib gedir. Əgər kimdəsə qalırsa bu şəxslər öz nitqlərinə nəzarət etməyi öyrənirlər.
Həkim nə edə bilər ?
Müxtəlif müalicə metodları vardır. Ancaq heç biri 100% zəmanət vermir. Əsas məsələ loqopedin müalicəsidir. Uşaq böyüdükcə kəkələmə itə bilər. Psixoloq və psixoterapevt məşqul olduqda insan psixoloji komplekslərdən azad olur. Fərdi,qrup şəklində, ailəvi psixoterapiya aparılır.
ƏQLİ GERİLİK
Əqli gerilik psixikanın ləngiməsi və ya qismən ləngiməsidir. Adətən üç yaşlı uşaqlarda rast gəlinir, bəzən erkən məktəb yaşlarında da əmələ gəlir.Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var.Onlardan ən geniş yayılmışları aşağıdakılardır:
Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s.
Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH);
Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər;
Əqli gerilik psixikanın ləngiməsi və ya qismən ləngiməsidir. Adətən üç yaşlı uşaqlarda rast gəlinir, bəzən erkən məktəb yaşlarında da əmələ gəlir.Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var.Onlardan ən geniş yayılmışları aşağıdakılardır:
Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s.
Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH);
Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər;

foto
Dünya ölkələrində batil inanclar və miflər:
Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, insanların fərqli batil, gülməli, mifik inancları olur. Bu inanclar onları bir qədər fərqli yönləndirir, nələrəsə inanır və buna müvafiq olaraq həyatlarını şəkilləndirirlər.
🔹Rusiyada çiçək vermək kimi geniş yayılmış bir ənənə var. Amma çiçək verməyin də bir qaydası var. Verəcəyiniz çiçək sayı mütləq tək olmalıdır, çünki cüt sayda çiçəklər sadəcə cənazələrə gedir.
Ruslara aid başqa bir batil inanc isə odur ki, küçədə yeriyərkən biri qabağınızdan boş vedrələr daşıyaraq keçərsə, pul itirəcəksiniz. Amma vedrələr xüsusən su ilə doludursa, qısa müddət ərzində varlı olacaqsınız kimi yozulur.
🔹Almanların dörddə biri soldan gələn bir qara pişiklə qarşılaşmaqdan qorxur, çünki bunun uğursuzluq gətirəcəyinə inanırlar. Amma bir çox ölkədə olduğu kimi düşən bir ulduz görəndə də arzu tutmaqdan özlərini saxlamırlar.
🔹Bolqarıstanda batil inanclar çox yayılıb. Çox populyar bir ənənəyə görə,subay bir qadın masanın küncündə oturmamalıdır. Əks halda bu qadının evlənmək üçün kişi tapmaq şansının olmayacağına inanılır.
Bundan başqa,bolqarlar spirtsiz içkiləri toqquşdurmazlar. Bardağında spirtli içki olmadan bunu edən biri varsa, onun çirkin uşaqları olacağına inanırlar.
🔹Dörd yarpaqlı yonca. Xristian aləmində müqəddəs bir yarpaq kimi xarakterizə edilir. Mifə görə onu qurudub dəftər arasında saxlamaq ömür boyu şans gətirir.
İrlandalılara görə isə, vətəni kəm gözlərdən qoruyur. 4 yarpaqlı yonca çətin tapıldığı üçün bütün cəmiyyətlərdə uğurlu sayılır.
🔹İspanlar ilin hər bir ayı üçün 12 üzüm yeyirlər. Saat tam 12:00-də, 12 üzümü də yesəniz, bütün yol boyunca şanslı olacağınıza inanılır. İşin əyləncəli tərəfi isə heç kimin bir dəqiqə içində 12 dənə üzüm yeməyə nail olmamasıdır.
🔹Rizedə (Türkiyə) cümə axşamı sarımsaq yemək yaxşı deyil. Gecələr dırnaq kəsilməz. Kəsilən dırnaqlar bir kağıza bükülməli və “Qiyamət günündə gəlib məni tapın” deyərək bir deşiyə soxulmalıdır. Ayağında yarası olan qadın öncə qonşu evinə gətirilir, yaxşılaşması üçün digər qadınlar dua oxuyub üfləyib, sonra da yaralı ayağı tikanla cızıq edərlər. Yeni alınan ayaqqabılar çərşənbə günü geyildiyində tez cırılacağı inancı da geniş yayılıb. Bundan başqa, ölü birini borclu olduğu halda basdırmaq da günahdır.
🔹13 rəqəminin uğursuz olması inancı isə Skandinaviya mifologiyasında bir əfsanəyə əsaslanır. Bu hekayəyə görə, kələkbaz “tanrı” Lokii o biri 12 tanrının qatıldığı bir mərasimə 13 olaraq gedib və əyləncəni pozub. Bu hadisənin yol açdığı dava skandinaviyalıların ən tanınan allahı Balderin ölümü ilə nəticələnib.
Bu inanc bənzər şəkildə yunan mifologiyasında, Truva müharibəsinin ortaya çıxma səbəbi olaraq da qəbul edilir.
13 rəqəminin uğursuzluğu inancı o qədər güclüdür ki, bəzi insanlar 13 insanı eyni masaya oturtmaqdan qaçır. Bəzi məşhur otellərdə,xüsusən Amerikada 13 rəqəmi daşıyan otaq və mərtəbə yoxdur. Bu mərtəbələr 12/A olaraq nömrələnib. Buna paralel olaraq, bəzi qadınlar da ayın 13-də alış-verişə çıxmırlar.
🔹İngilislər köpək balığı dişinin şans gətirdiyinə inanırlar. Əgər insan o dişi boynuna taxırsa, ən böyük şans o insanla olur. İngiltərəyə getdiyiniz zaman yolda boynunda da diş asılı olan birini görsəniz, bilin ki, bunun səbəbi dişin şans gətirəcəyinə inanılmasıdır.
🔹Azərbaycanlılar arasında da qəribə batil inanclar var. Hamıda olmasa da, bəzilərində aşağıdakı bəzi batil inanclar güclüdür:
•Evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq.
•Türbələrdə şam yandırmaq, parça bağlamaq.
•Göz muncuğu taxmaq.(Ps. bu muncuğu taxmağın heç bir faydası yoxdur. Göz muncuğu taxmaq günahdır. Onun nəzəri aradan qaldıracağına inanmaq isə günaha ortaq olmaqdır.)
•Bayquşun ulamağından pis mənalar çıxarmaq.
•Türbələrdə toyuq kəsmək.
•Yoldan dovşan keçdi deyə geri qayıtmaq.
•Pişik və itin yolda gəzən birinin önündən keçməsi uğursuzluq imiş.
•13 rəqəminin uğursuz sayılması.
•Çərşənbə axşamı günü yola çıxmaq və işə başlamaq uğursuzluq imiş.
•Çərşənbə axşamı günü təzə paltar geyinəndə yana bilər.
•Qonaq gedəndən sonra evi yığışdırmaq düzgün deyil.
•Bir evdən ölü çıxsa o evdəki su qabları boşaldılır. Boşaldılmasa,o evdən yenə ölü çıxa bilər kimi batil inanc var.
•Kimsə ölən kimi ayaqqabılarını qapının kandarına qoymaq.
•Arzu tutub hovuzlara pul atmaq.
•Ovucun içi qaşınanda pul gəlirmiş.
•Bıçağı kiməsə verərkən bıçağa tüpürmək.
•Gecə ev təmizləmək kasıblıq gətirirmiş.
•İtin hürməyindən məna çıxarmaq.
•Pilləkənin altından keçməmək.
•Kiminsə başına pis iş gələndə eyni şeyin onun da başına gəlməməsi üçün qulağını çəkib masaya və ya başqa bir yerə vurmaq.
•Qurban kəsilən heyvanın qanını alının ortasına sürtmək.
•Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq imiş.
•Suya daş atmaq olmaz, yeni evə köhnə evin süpürgəsi aparılmaz.
•Ayağına süpürgə dəyməyi bədbəxtlik gətirirmiş.
•Axşam ev süpürmək uğursuzluq sayılır.
•Kiminsə vedrə'sini qaytaranda içi su ilə qaytarılmalıdır.

foto
Kondisionerin İxtirasi
Beləki, 1950-ci ildən başlayaraq kondinsionerlər ABŞ-da məişət malları kimi satışa çıxarılır. Avtomobillərdə isə kondinsionerlərin tətbiqi 1938-ci ildən başlamışdır.
Keçmiş SSRi-də ilk kondinsioner zavodu 1970-ci illərdə Bakıda salınır. Bu zavod Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında məişət kondinsionerləri hazırlayır. 80-ci illərdə Bakı kondinsionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxırdı. Bunlardan hər 100-150 mini xaricə ixrac olunurdu. Bakı kondinsionerlərinin ən böyük alıcısı Kuba sayılırdı, onlar ildə 700 ədəd kondinsioner alırdılar. Başqa eksport ölkələri Çin, İran, Misir və Avstraliya idi. Bakı kondinsionerləri öz qabariti və səsi ilə başqa xarici kondinsionerlərdən geri qalsalar da, onların uzunömürlülüyü çox yüksək idi. Bu kriteriyaya görə onunla heç bir xarici ölkədə istehsal olunmuş məmul rəqabətə girə bilmirdi.
SSRi dağıldıqdan sonra Bakı kondinsionerləri zavodu da iqtisadi cəhtdən problemlərlə üzləşir. Alıcılarını itirən zavod tənəzzülə uğrayır. Beləki, onun 6000 işçisindən yalnız təxminən 500-ü qalaraq kondinsionerlərin təmiri ilə məşğul olurlar.

foto
Dismorfofobiya - Özünü bəyənməmək xəstəliyi.
İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir.
İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs bir pozuntusu olduğunu və ya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Bəzi vəziyyətlərdə şəxsin həqiqətən də fiziki bir problemi ola bilər və şəxs bu pozunutunu o qədər böyüdür, o qədər dərd edir ki, bir müddət sonra bu narahatçılıqdan əlavə bədəninin başqa yerlərində də problemlər olduğunu düşünməyə başlayır. Dismorfofobiyanın Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir. Şəxs sadəcə özü və bədəni haqqında danışmaq istəyərək ətrafındakı insanların düşüncələrini öyrənməyə çalışır və eşitdiyi heç bir müsbət rəylərə inanmaz.
Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir. Getdikcə daha çox insanın estetik uzmanlarına müraciət etdiyini və əsasən də sinə, ümumi üz əməliyyatları etdirdiyini görürük. Ayrıca texnologiya sahələrindəki inkişaf da estetik əməliyyatların daha çox populyarlaşmasında və qəbul olunmasında önəmli faktorlar arasındadır. Sosial paylaşım platformalarında insanların bir biriylə olan ünsiyyət və əlaqələri artdıqca, insanların özlərinə yönəlik estetik təşvişlərində də ciddi mənada artmalar olmuşdur. Daha yaxşı və gözəl görünmək, daha yaxşı geyinmək, daha parıltılı həyat yaşamaq kimi istəklərin artması Dismorfofobiya narahatçılığına birbaşa səbəb olmasa belə təsir edən faktorlar arasındadır.

foto
🕰SAATIN İXTİRASI🕰
İlk dəfə qədim Misirlilər, Çinlilər və Yunanıstanlılar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma “saat istiqamətinə dönmə” kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.

foto
📜KAĞIZIN İXTİRASI📜
Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lun yazırdı ki, o, e. 105 - ci ildə tut ağacından kağız kəşf istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir.
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir. Avropada ilk dəfə 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başlamışdır.

foto
🧭KOMPASIN İXTİRASI🧭
Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən III - II əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi. "Qayığın" bir ucu kürəyə, bir ucu isə oxa bənzəyirdi. 11-ci əsrdə isə Çində balıqvari kompas icad edildi. "Balıq" sərbəst şəkildə üzür və başı ilə istiqaməti göstərirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi. XII əsrin əvvəllərində Çin kompası Ərəbistana, XIII əsrin əvvəllərində isə Avropaya keçdi. Avropada isə Çin kompasından ilk istifadə edənlər italyanlar oldular. İtalyanlardan sonra Avropadakı başqa xalqlar da kompasdan istifadə etməyə başladılar. XVI əsrin əvvəllərində italiyalı Flavio Coyya kompası təkmilləşdirdi. Sonrakı illərdə rumbların sayı 16-dan 32-yə çatdırıldı. Bu sadə ixtira dənizçiliyin inkişafında çox böyük rol oynadı. Sonralar kompas müxtəlif alimlər tərəfindən daha da təkmilləşdirildi. Bu gün istifadə etdiyimiz kompası isə ilk dəfə 1483-cü ildə portuqaliyalı Pyer Qarsia Ferdinand icad etdi. Maqnit kompaslarından başqa, ən çox istifadə edilən kompaslar isə hiroskopik və elektron kompaslardır.

foto

foto
✈️TƏYYARƏNİN İXTİRASI✈️
Təyyarə havadan ağır, atmosferdə mühərrik ve qanadların yardımı ilə uçuş edebilən nəhəng aparatdır. 1870 - ci ildə fransız mühəndis Peno kiçik təyyarə modelleri düzəldir. 1890 - cı ildə isə alman mühəndisi Otto Liliental təyyarə düzəldir. Onun planeri öz bədəni ilə uçuşu tənzimləyirdi. Bu üsulla mühəndis 30 saniyə ərzində 100 metr məsafə qət edə bilmişdi. Sonralar 1894 cü ildə rus ixtiraçısı Maksim qanadlarının açılışı 32 m, çəkisi 3.5 ton olan bir təyyarə düzəldir. Lakin bu təyyarə sınaq zamanı sınmışdır.
Daha sonra təyyarə düzəltməklə amerikalı Rayt qardaşları məşğul olmağa başladı. Onların planerleri stabil idarə olunaraq havada 1 dəqiqə qalırdı.
1903 - cü ildə onlar ixtiralarını mükəmməlləşdirərək planerə benzinlə işləyən mühərrik qoşurlar. 1903 - cü il martın 14-də U.Rayt ilk motorlu uçuş həyata keçirir ve 32 metr məsafə qət edir. Həmin il 17 dekabırda U.Rayt 260 metr məsafəni uçaraq ilk dəfə təyyarə uçuşunu həyata keçirir.
Yağış haqqında🌧️
1. Portuqaliyada yağışın yağması işə getməmək üçün üzrlü səbəb hesab olunur.
2. Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.
3. Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.
4. Əslində yağışın qoxusu yoxdur. Yağışın ətri dediyimiz qoxunu əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa qoxu verən maddə geosmin adlanır.
5. Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış yağır.
6. Radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.
7. Quraqlıq Bostvanada insanlar yağış mənasına gələn “pula” sözü ilə salamlaşır, həmçinin ölkənin valyutası da “yağış” adlanır.
8. Kubada yalnız siesta vaxtı, Taylandda isə yalnız gecə yağış yağır.
9. XVII əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında səhv məlumat verən sinoptiki edam edirdilər.
10. Əgər insan səhradadırsa yağışın altında tamamilə quru qala bilər. Əslində səhrada yağış olsa da onu hiss etmək mümkün deyil. Belə ki, damlalar yerə çata bilmədən isti havada buxarlanırlar.
11. Hidrometeorologiya mərkəzinin bütün ifadələrinin konkret mənası var. Məsələn, “qısamüddətli yağış” dedikdə yağış 3 saatdan çox davam etməyəcək, “yağış gözlənilir” dedikdə yarım gündən az davam etməyəcək mənasına gəlir. “Əhəmiyyətli yağıntı olmayacaq” yağışın yağmaması mənasına deyil, hər kvadrat metrə 0,3 litrdən çox yağıntı düşməyəcəyi mənasına gəlir.
12. Cherapundzhi şəhəri (Hindistan) dünyanın ən yağıntılı ərazisidir. Ora il ərzində 25 460 mm yağıntı düşür.
13. Normal yağışın turşululuğu pH 5,6-dır. Əgər turşululuq səviyyəsi daha aşağı olarsa yağışı turşulu yağış adlandırırlar. pH 5,5 olanda bakteriyalar ölür, 4,5 olanda isə həşəratlar, suda-quruda yaşayanlar və balıqlar ölür.
14. Ohio ştatının Uaynsberg şəhərində hər il 29 iyulda yağış yağır. Bu artıq 100 ildir ki davam edir.
15. Bu gün artıq süni yağış yaratmaq mümkündür. Təyyarədən quru buz parçalarını bulud toplularının üstünə atırlar. Buludda carbon dioxid suyla qarışır və qar dənəsi kimi düşür, yerə düşərkən istilik nəticəsində qızır və yağış damlasına çevrilir. Bu yolla quraqlıqla mübarizə aparmaq mümkündür.
16. Hər il yerə 519 000 km3 yağıntı düşür (hər km3 miyard ton sudur).
17. Təxminən 100 milyonda bir insanın yağışa qarşı allergiyası var. Suyun bədəninə istənilən təması qızartı, şişkinlik ilə nəticələnir, yağışa düşəndə isə belə insanlar ölə bilərlər.
18. San-Fransiskoda metereoloji stansiya 4/6 ehtimalı ilə yağış haqda proqnoz verir. Sadəcə yerli meteoroloqlardan 10-u yağışın yağıb yağmayacağı haqda səsvermə keçirir və nəticəni dinləyicilərə nisbi halda təqdim edirlər.
19. Ən ağır dolu 1986-cı ildə Gopalganja yağmışdır. Bir dolunun ağırlığı 1 kq-dan çox olmuşdur. Bu “yağışdan” 92 nəfər həyatını itirmişdir.
20. Planetin ən yağıntılı yerləri qışda su çatızmazlığından əziyyət çəkirlər. Yağış sezonundan sonra o qədər quraqlıq qış gəlir ki, sakinlər digər şəhərlərə su almağa getməli olurlar.

foto
Su haqqında 10 maraqlı məlumat💧
1. Su yeganə nemətdir ki, üç – bərk, maye və qaz formasına malikdir. Bundan başqa onun özündə bir sıra digər komponentləri, o cümlədən atom molekullarını da birləşdirmək xüsusiyyəti var.
2. Planetin 75 faizi su ilə örtülüdür. Yer kürəsindəki suyun 97,5 faizini okean suları təşkil edir. Yalnız 2,5 faiz su təmizdir. Təmiz suyun 70 faizi buzlaqlarda cəmləşib. İnsanın əldə edə biləcəyi 30 faiz suyun yalnız 1 faizi içmək üçün yararlıdır ki, bu da dünya suyunun yalnız 0,007 faizidir. Təmiz su belə istifadə olunur: 70 faiz irriqasiyaya, 22 faiz sənaye müəssisələrinə, yalnız 0,08 faiz məişət ehtiyaclarının ödənməsinə.
3. İnsan ömrü boyu orta hesabla 35 ton su içir. Ondan 105 litri, yəni təxminən 420 stəkanı duzlu və təmiz deyil.
4. İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də o təşkil edir. Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası olanda bədbin əhval-ruhiyyə, 10 faizə çatanda qallusinasiya halı yaşanır, 12 faizdə isə ölüm baş verir. Yeməksiz 6 həftə yaşaya bildiyimiz təqdirdə, susuz bu, cəmi bir neçə gün mümkündür.
5. Təmizlənməmiş su insanda baş verən xəstəliklərin 80 faizi üçün səbəb ola bilər. Qarın boşluğu xəstəliklərindən yaranan ölüm hallarının səbəbinin 88 faizini keyfiyyətsiz sudan istifadə təşkil edir.
6. Suyun istilik tutumu xüsusiyyəti onun sənayedə istifadəsinə imkan verir. Məsələn, dəmirin 1 dərəcə qızdırılmasına eyni çəkidə olan suyun qızdırılmasına lazım olan enerjidən daha az enerji lazımdır.
7. Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki, orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.
8. Hər 4 şəhər sakinindən biri təmiz suya çıxış imkanına malik deyil. Yer kürəsi əhalisinin təqribən yarıdan çoxu təmiz su baxımından çatışmazlıq hiss edir.
9. İçməli suyun üçdə biri yalnız su borularındakı sızmalar səbəbindən insanlara çatmır. İnkişaf etməkdə olan ölkələrdə lazım olan suyun 40-50 faizi itkiyə gedir.
10. Keniyanın paytaxtı Nayrobidə şəhər kasıbları içməli su üçün Nyu-York sakinlərindən 10 dəfə az pul xərcləyirlər. Təbii ki, suyu tapsalar.

foto
Alim və yazıçıların Fyodor Mixayloviç Dostoyevski haqqında düşüncələri:
Nietzsche: Özündən bir şeylər öyrəndiyim tək psixoloq Dostoyevski olmuşdur.
Freud: Dostoyevski olmasaydı əgər, psixoanaliz ək qalacaqdı.
Eynşteyn: Dostoyevski mənə bütün alimlərdən daha çoxunu verdi. Gauss'dan belə.
Albert Kamü: Cinayət və Cəzanı oxuduqdan sonra ilk dəfə öz qabiliyyətim haqqında şübhəyə düşdüm.Ciddi olaraq bu işdən imtina etmək fikrini ölçüməyə başladım.
Cemal Süreya: Dostoyevskini oxuduqdan bəri hüzurum yoxdur.
Borges: İlk dəfə eşq yaşamaq kimi, İlk dəfə dənizi görmək kimi Dostoyevskini kəşf etmək də insan həyatında önəmli bir tarixdir.
Cioran: Bəzən Dostoyevski və Shakespearedən söz açılanda hansının daha böyük olduğu soruşurlar, amma bunun heç bir mənası yoxdur.Fəqət Shakespearenin aça bilmədiyi sirləri Dostoyevskinin açdığını demək olar. Shakespeare daha çox şairdir, Dostoyevski isə elə deyil.Dostoyevski ağlın sərhədlərinə qədər getmişdir, həddən artıq başgicəllənməyə qədər.Mənim üçün Dostoyevski ən böyük yazardır; ən dərini və bütün sahələrdə, siyasətdə belə demək olar hər şeyi anlamış olandır.

foto
"Victory" işarəsi✌️
Bu işarə haqqında nə bilirik?
Gəlin , bu işarənin tarixindən sizə bəhs edim. Gedək, 1337-1453- cü illərə. Yəni, İngilis- Fransız müharibəsi. ( Yüzillik müharibə).
Müharibənin ilk dövrlərində fransızlar əsaslı qalibiyyətlər əldə edirdi və götürdüyü ingilis əsirlərin şəhadət və orta barmağını kəsib buraxırdılar. Çünki həmin dövrün silahı olan ox bu barmaqlarla vurulurdu.
Bildiyiniz kimi müharibənin qalibləri sonda ingilislər olur. Onlarda türklərin dili ilə "Son gülen iyi gülür" deyiminə dayanaraq qalibiyyətlərini bildirmək üçün şəhadət və orta barmaqlarını qaldırırlar. "Barmaqlarımızı kəsdiniz , amma biz qazandıq" deyirlər.
✌️" Victory" işarəsi əsasən şəkildə gördüyünüz kimi Çörçil tərəfindən məşhurlaşdırılır. O, II Dünya Müharibəsində qələbəni göstərmək üçün bu işarəni göstərmişdi. Sonradan müxtəlif dünya liderləri bu işarədən istifadə etdi.

foto
08.11.2020 tarixində cənab prezident İlham Əliyevin bu işarədən istifadə etməsi qələbəmizin göstəricisidir. 🇦🇿🇦🇿🇦🇿🇦🇿
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Amma bu gün tam olmasa belə etdikləri vəhşiliklərin cavabını ordumuz tərəfindən alırlar. Və nəhayət Şuşa 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
#KarabakhIsAzerbaijan🇦🇿

foto
✅Azərbaycan haqqında 10 maraqlı fakt:
1. Azərbaycan dünyanın ilk müsəlman dünyəvi dövlətdir - 1918 ildə.
2. ABŞ və İsveçrədən əvvəl qadınlara seçmə və seçilmə haqqı verən dünyadaki ilk müsəlman ölkəyik.
3. Dünyada ilk müasir tipli neft quyusu Azərbaycanda qazılmışdır – 1846 ildə Bibi-Heybət qəsəbəsində.
4. Azərbaycanın rəmzi olan Qarabağ atları dünyanın ən qədim at cinslərindən biridir. Sürəti, dözümlülüyü və inanılmaz gözəlliyi ilə seçilən yarış atıdır.
5. Sovet İttifaqında ilk dəfə Bakıda qatar işə salınmışdı.
6. Müsəlman şərqində ilk musiqili opera məhz Bakıda tamaşaya qoyulmuşdu. Bu “Leyli və Məcnun” operası idi.
7. Dünyaca məşhur Nobel mükafatı Nobelin Bakı neftinin satışından əldə etdiyi qazancdan təsis olunmuşdu.
8. Neft Daşları qədim dəniz neft platforması kimi Ginnesin rekordlar kitabına daxildir.
9. Bütün SSRİ-də ilk və yeganə kondisioner zavodu məhz Azərbaycanda fəaliyyət göstərirdi.
10. Dünyanın ən qədim duz yatağı Araz çayı vadisində yerləşir. Duz çıxarılması 5 min il əvvəl başlamışdır.
📌Sadalananlardan əlavə olaraq millətimiz dürüst və cəsur insanlardır, ən çətin anlarda köməyə gəlməyə hazırdırlar.
🇦🇿Biz qürurlu və sarsılmaz bir xalqıq!

foto
☏︎ Mors əlifbası ☏︎
Mors əlifbası ya da Mors kodu; əlifbanın hərflərini, sayları və duyğu işarələrini nöqtə, xətt və boşluqlarla təmsil edən bir sistemdir. Kodlar müxtəlif uzunluqlu elektrik impulsları və ya yanıb sönən işıqlar kimi mexanik və ya vizual siqanallar vasitəsilə ötürülür. Mors əlifbası latın əlifbasının hər bir hərfi ilə əlaqələndirilmiş və məlumat ötürmək üçün istifadə edilən bir əlaqə vasitəsi olmuşdur. Mors (ing: Morse), adını ixtiraçısından, telegrafı icad edən Samuel Finley Breese Morse'dən (27 aprel 1791- 2 aprel 1872) almışdır.
Morse, 24 may 1844'də Vail'ə tarixi ilk mesajını göndərdi: "What hath God wrought!" ("Tanrı nə etdi!" Mənasında İncil'dən bir cümlədir). Bu sistem sonralar Amerika və dünyaya yayıldı. 1861-ci ildə Western Union ilk qitələrarası telegraf xəttini qurdu və bu ilk teleqraf şirkəti oldu. XlX əsrin sonlarına doğru Avropada geniş yayılmış sistemlər meydana gəldi və 1866-cı ildə ilk qalıcı telegraf xətti müvəffəqiyyətlə Atlantik okeanına göndərildi. 1940'ə qədər Atlantikdə 40 telegraf xətti meydana gəldi.
Mors kodunun əhəmiyyəti nədir?
Mors kodunun icadı ilə əlaqə qurma yolu bir anda dövr keçdi. Mors kodu, uzun məsafələrdə ən sürətli şəkildə əlaqə qurulmasını təmin etdi. Dənizlərdəki gəmilər işıqlarını istifadə edərək uzun məsafələrə əlaqə qurmağı bacardılar. Morse kodu II Dünya Müharibəsi dövründə xüsusi əhəmiyyət qazandı.
Mors kodu həmçinin, təcili siqnal və ya problem çağırışı olaraq bilinən SOS'u kodlaşdırmaq üçün də istifadə olunur; SOS üç nöqtə, üç xətt və üç nöqtə (... −−− ...... --- ...... −−− ...) kimi kodlanır.
*⚠︎* SOS-un bəzi sözlərin bir qısaltması olduğunu düşünərək bir çox genişləndirmə qurulmuşdur, lakin SOS-un genişlənməsi yoxdur (etimoloji cəhətdən köhnə ingilis dilində istifadə olunan "save our souls" "ruhlarımızı xilas edin" ifadəsindən irəli gəldiyi düşünülür). Ancaq böyük ehtimalla, sadəcə üç nöqtə, üç xətt və ardından 3 nöqtəni yadda saxlamaq və kodlaşdırmaq rahat olduğu üçün SOS hərfləri seçilmişdir. SOS kodlaşdırma, ilk dəfə Almanya hökuməti tərəfindən 1 aprel 1905-ci ildə tətbiq edildi. 3 noyabr 1906-cı ildə Uluslararası Radio-Telegraf Sözləşməsi tərəfindən qəbul edilmiş və 1 iyul 1908-ci ildə dünyada tətbiq edilməyə başlamışdır.
Not: Nokia'nın məhşur mesaj səsi sürətli oxunduğunda "dı dı dıt dııı dıııı dı dı dıt" şəklində idi. Mors kodunda: "Dıt-dıt-dıt daa-daa dıt-dıt-dıt" olur. Mors əlifbasında isə: "...--......--.....--..." şəklində olur. Hərflərlə çevirdikdə, SMS hərflərinin Mors kodunda olduğunu görürük. SMS də, qısa mesaj servisi anlamına gələr "Short Message Service" sözlərinin baş hərfləridir.