confessions

huseynsoy

1. Nəsil Təzə Üzv - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 12
  2. İzləyici 1
  3. Xal 255

bir fotonun tarixi

huseynsoy
​​"Bu, Mərziyədir. Tanıdığım ən güclü qadınlardan biri. Bu fotonu bir müddət əvvəl çəkmişəm və icazəsini aldıqdan sonra bu gün paylaşıram.

Mərziyə altı il qabaq İsfahanda maşın sürərkən motoletdə olan iki nəfər onun maşınına yaxınlaşır və onlardan biri Mərziyənin üzünə turşu ("kislota") atır və uzaqlaşırlar.

Küçə kameralarla təchiz olunmuş olsa da, polis onları heç vaxt tapa bilmir. Həmin ildə İsfahanda bir neçə oxşar hadisələr də baş verib və cinayətkarlar heç vaxt tapılmayıb. Bütün bu hadisələrdə zərərçəkən qadınlar örtülü geyim (hicab) geyinməyən qadınlar idi.

Əksər İranlılar düşünür ki, bu cür hadisələr daha sərbəst geyim geyinmək istəyən qadınları qorxutmaq, cəsarətdən salmaq üçün dövlət tərəfindən edilir. Dövlət isə bu iddiaları təkzib edir.

Bu gün Mərziyə bu hadisələrdən hamının xəbərdar olmasını və turşu satışlarının qadağan olunmasını istəyir. Həmin hadisəni xatırlayanda, o ağlamağa başladı və bütün məsələni mənə danışmaq istədi. Sonra yenidən gülümsədi. Bu, özündə bütün bunlarla vuruşmaq üçün güc və cəsarət tapan güclü bir qadının bir də bu kimi şeylər baş verməyəcək deyə yaranan gülüşü idi.

Əziz Mərziyə, mənim bu layihəni hazırlamaq səbəbim sənsən. Mənə gözəlliyin ən saf halını göstərdiyin üçün çox sağol."

Mənbə: The Atlas of Beauty
Tərcümə: Yadigar Səfərov

💎Daha çox məlumat üçün izlə:
https://t.me/azpedia
foto

google maps müharibəsi

huseynsoy
​​"Google Maps" müharibəsi

Artıq əksəriyyətimizə məlumdur ki, tarixdə çox qəribə səbəblərdən irəli gələn müharibələr olub. Bu müharibələrdən biri də "Google Map" müharibəsidir.

"Google Map" üzərində Nikaraqua və Kosta-Rika arasındakı dövlət sərhəddinin səhv göstərilməsi və nəticədə Nikaraqua silahlı qüvvələrinin "Google Map"-da olan sərhəd xəttini əsas götürərək Nikaraqua və Kosta-Rika sərhəd zolağını keçib orada düşərgə salması, hər iki dövlət arasında münaqişənin artmasına səbəb olmuşdur.
Nikaraqua silahlı qüvvələri Kosta-Rika ərazisində yerləşdikdən sonra ərazidəki Kosta-Rika bayrağını edirmişlər və ərazidə müəyyən təsərüffat işləri aparmışlar.

Bu hadisə Kosta-Rikada kifayət qədər böyük əks-sədaya səbəb olub. Ölkə prezidenti Laura Çinçilya dövlət televiziyası ilə çıxış edərək, ölkə ərazisnə müdaxiləni pisləyib.

"Google" rəsmisi şirkətin xəritəçəkənlərinin 2,7 kilometrlik ərazini səhvən belə göstərdiklərini bildirmişdir və üzr istəmişdir.
Nikaraqualılar üzrü qəbul etsələr belə, öz silahlı qüvvələrini geri çəkməmişlər. Nəticədə isə Nikaraqua gücləri həmin problemli əraziyə nəzarət etməyə başlamışlar.

✅Daha çox məlumat üçün qoşul:
https://t.me/azpedia
foto

tarixdə bu gün

huseynsoy
5 Mayda nələr baş verib? :
1260 — Xubilay xan Monqol İmperiyasının idarəçisi olur.
1762 — Rusiya və Prussiya Sankt-Peterburq müqaviləsini imzalayırlar.
1764 — Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı.
1920 — Azərbaycan İnqilab Komitəsi bəy-xan torpaqlarının kəndlilərə verilməsi barədə qərar qəbul etdi.
1921 — Fransada "Şanel" ətrinin ilk təqdimetmə mərasimi keçirildi.
1936 — İtaliya qüvvələri Efiopyanın paytaxtı Əddis-Əbəbə şəhərini ələ keçirir.
1964 — Avropa şurası 5 mayı Avropa günü elan edir.

maraqlı faktlar

huseynsoy
Salam dəyərli dostlarım mənim. Sizlərə çox maraqlı faktlar təqdim edirəm, ümid varam ki, bir çoxu sizə faydalı olacaq!

fotoAyın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865–ci ilin fevralıdır

Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1 000 hüceyrə ölür

Bir qarışqa yuvasına gündə təxminən 2 500 böcək daşıyır

Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir

Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar

Bir kiloqram limonda bir kiloqram çiyələkdəkindən daha çox şəkər var

Bilyard topu sıxılmış kağızdan düzəldilir

İlanlar eşitmirlə, siçanlar qusmurlar, kenqurilər arxaya yeriyə bilmirlər, kəpənəklər ayaqlarıyla dadırlar

Qurbağanın 2 600 növü var

Bayquş mavi rəngi görə bilən yeganə quşdur

Qarışqalar yatmırlar

Dünyadakı heyvanların 80%-i altı ayaqlıdır

Bu günə qədər qeydə alınmış ən böyük aysberq 200 mil uzunluqda və 60 mil enliyində olaraq, Belçikadan daha böyük sahəyə malik olub

Qeydə alınmış ən böyük dalğa Yaponiyanın İshagaki adasında 1971-ci ildə 85 metr hündürlüyündə olub

Havay əlifbasında yalnız 12 hərf var

Cənubi Koreyanın paytaxtı Seul koreya dilində elə paytaxt deməkdir

Sadəcə dişi ağcaqanadlar dişləyirlər

Ernest Vincent Wrightın yazdığı “Gadsby” adlı içərisində 50 000-dən çox söz olan romanında heç bir sözdə E hərfi yoxdur

Qədim misirlilər daşdan düzəldilmiş yastıqlarda yatırdılar

Öküzlər rəngi görmürlər (rəngləri ayır edə bilmirlər) buna görə də matadorun əlindəki bezə hücum edirlər, nə rəngdə olursa olsun

Hindistanda küçədən tualet kimi istifadə edənlərə reaksiya verməyin, qanunidir

Baham adalarında güllü paltar geymək ər axtarıram mənasına gəlir

Pablo Pikasso kasıblıqdan əziyyət çəkdiyi gənclik illərində çəkdiyi şəkilləri yandıraraq isinirdi

Indoneziyada bazarlıq edərkən satıcı pulu yerə atsa son qiymət mənasına gəlir, yəni artıq razılaşıb

Heç bir kağız parçasını yeddi dəfədən artıq ikiyə qatlamaq mümkün deyil

İllərdir tarix dərslərində keçilən 100 illik müharibə əslində 116 il sürmüşdür

1998 – ci ilə qədər Everest zirvəsinə çıxmağa çalışan 918 adamdan 146-sı ölmüşdür

Liberiya adı “azad olanların ölkəsi” mənasını verir

Keniyanın paytaxtı Nairobi adı Masasıların Enkare Nairobi dedikləri bir su hövzəsindən götürür və soyuq su mənasını verir

Kasablanka adı ispanca “Ağ Ev” mənasını verir

Küveyit ərəbcə “qorunmuş kənd (qala)” mənasını verir

Kosta-Rika ispan dilində zəngin sahil mənasını verir

Madaqasqarda 150 000 endemik biyki və heyvan var

Moldoviyanın adı Ruminiyadakı Moldova çayından gəlir

Haiti sözü yerli dildə “dağda yaşayanlar” mənasını verir

Polşa yerli dildə “düzənliklər ölkəsi” mənasını verir

maraqlı faktlar

huseynsoy
1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.

2. Helikoprin adlı köpək balığının 270 milyon öncə yaşadığı düşünülür. Onu qəribə edən özəlliyi isə mişar dişli dairəvi çənəsi olub.

3. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.

5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.

7. Qarışqalar məcbur qaldıqlarında 2 həftə ərzində suyun altında yaşaya bilirlər.

8. Vakuumda (havasız və cazibə qüvvəsinin olmadığı məkanda) ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.

9. İnsanların omba sümüyü betondan daha möhkəmdir.
foto

qarışıq xəbərlər

huseynsoy
+Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

+Facebook şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır. Yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

+Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili baş nazirin islahatlar üzrə müavini olmaq barədə Ukrayna prezidenti Vladimir Zelenskinin təklifini qəbul edib.

+2020-ci ilin ilk üç ayı ərzində Netflix 16 milyonadək yeni abunəçi qazanıb və təcrid, böhran dönəmində dünyanın ən vacib xidməti kimi statusunu möhkəmləndirib.

+Kanadanın Yeni Şotlandiya əyalətinin Portalik şəhərində və 50 km radiusunda baş vermiş atışmalar nəticəsində ən azı 23 nəfər həlak olub.

nadirin yürüşləri

huseynsoy
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi.
foto