confessions

huseynovaa

1. Nəsil Yazar - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 21
  2. İzləyici 0
  3. Xal 473

ağ rəngin həyatımıza təsiri

huseynovaa
Ağ rəng - bu rəng saflığı, təmizliyi, düzgünlüyü, mesumiyyəti təmsil edir. Və elə buna görə də gəlinlər, səhiyyə işçiləri - həkimlər, tibb bacıları, eyni zamanda laboratoriya işçiləri və texnikləri ağ rəngli geyimlərdə olurlar. Təsadüf etmisinizsə həmişə mələklər və müqəddəslərdə ağ rəngdə təsvir olunurlar. İnsanlar bəzən keçmişi xatırlamaq istəməyəndə həyatlarında yeni bir ağ səhifə açırlar. Buda öz növbəsində ağın yeniliyə qapı açmağın göstərir. Bəzən insanlar bir - birinə sizi ağ günə çıxasınız deyilər.
Bir çoxlarımız bilir ki, yayın qızmar çağlarında ağ rəngli geyim istifadə etmək daha əlverişlidir, çünki ağ rəng günəşin şüalarına və istiliyə əks təsir göstərir və bədəni daha sərin saxlayır. Hətta bu rəng bizi bir neçə yaş cavanlaşdıra bilir və həmçinin üzdə olan qırışları da gizlədir. Bu rəngi sevən insanlar ilk növbədə təmiz, səliqəli, düşünməyi seven, xəyal dünyası geniş və yaradıcılığa meyilli olan şəxslərdir. İnsanların çətin anlarında yanlarında olur ancaq bunu özlərinə dərd etmirlər. Həyatdan narazı qaldıqları zaman səs - küydən uzaqlaşıb tək qalmağa çalışırlar. Ağ rəng təmizlik, gigiyena, yaradıcılıq, düzgünlük, günahsızlıq, ədalət, inam, sülh, barış, ilahilik, yaradıcılıq, düzgünlük, aydınlıq, məsumluq rəmzidir.

qara rəngin həyatımıza təsiri

huseynovaa
Qara rəng - əslində deyilənə görə təbiətimizdə qara rəng deyilən anlayış yoxdur. Yəni bu bir rəng deyil rengsizlikdir. Gecənin və qaranlığın rəngi hesab olunan bu rəng, bəlkədə matəmin rəngi olduğuna görə əksərən insan da qara qüvvələr ölüm, kədər, acı, yas və həyacan hissini oyadır. Bu rəng həm də yalnızlıa əlaqələndirilir. Bəzilərimiz qaranlıqdan qorxduğumuz halda, eyni zamanda ciddi və güclü görünmək üçün bu rəngdə olan geyimlərdən istifadə edirik. Bu rəngli geyimlərə meyilli olan insanlar daxilən mənəvi problemlər yaşayan insanlardır. Bu rəng ağ rəngdən fərqli olaraq günəşin şüalarını və istiliyi daha çox özünə cəlb edir. Bütün rəngləri özündə udan bu rəngin psixoloji mənaları bir çox xalqlarda müxtəlifdir. Bu rəngi sevən insanlar özünə qapalı, özünəgüvənən, qəti qərarlı yəni, necə deyərlər öz qərarlarını özləri vermək istəyən, inadkar və həddindən artıq əsəbi şəxslərdir. Həmişə mübarizəyə hazır olan bu insanlar situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Sevməyi və sevilməyi çox xoşlayırlar. Məqsədlərindən asli olmayaraq həmişə dayanmadan irəliyə doğu gedirlər. Qara rəng bədbinlik, soyuqluq, təhlükə matəm, qaranlıq güclər, ölüm, yas, sirr, acı, kədər ağırlıq, yalnızlıq, həyacan, pislik və günah rəngidir.

yalan nədir

huseynovaa
Biz yalan danışırıq ve bu ən azı bir çox problemlərə yol açır. Yaxşı niyə bunu edirik. Mütəxəssislərə görə bunun səbəbi olduğumuz və olmaq isdediyimiz şəxsidir. Bütün bunlar insanın öz şəxsiyyətinə dair duyduğu hörmət hissindən qaynaqlanır. Əgər insan öz şəxsiyyətinə qarşı duyduğu hörmətin, təhdid və ya təhqir olduğunu hiss edirsə üst səviyyələrdə yalan danışmağa başlayır. Bütün yalanlar zərərli deyil. Bəzi araşdırmaçıların dediyinə görə, yalan bizim şəxsi məsələlərimizi və özümüzu başqalarının pusliklerindən qorumaq üçün ən yaxşı yoldur. Özünü öymək kimi məkirli, nəzakətlilik, iltifat üçün dediyimiz ifadələr ciddi yalanlar olaraq xarakterizə edilməyə bilər. Bəzi heyvanlar kələk edir və digər heyvanları yanıldırlar, ancaq insanlar həm özlərinə, həm də digərlərini aldadırlar. Fildmanın araşdırması göstərir ki, insanlar başqaları tərəfindən necə göründüklərini idarə etməyə o qədər meyillidirlər ki, öz beyinlərində belə reallıqdan qopub, real olana xəyali olanları fərqləndirə bilmirlər. Məsələn bir təcrübədə Fildman otağa iki yad insan qoydu, onların danışığı kamera vasitəsilə qeyd edildi. Daha sonra onların ayrılıqda videonu izləməsi və dedikləri şeylərdən hansıların doğru olmadığını müəyyən edilməsi istənildi. Təcrübə istifadəçiləri yalan sayılan ifadələri xarakterizə etmək və yalanın əxlaqi tondan qaçmaq yerinə dedikləri ifadələrin yalan deyil doğru olmayan olaraq xarakterizə edilməsini istəyiblər. İlk başda hər biri tamamilə düz danışmışam deyə bildirib. Videonu tamamilə izlədikdən sonra subyektlər danışıq zamanı necə yalan dedikləri qarşısında təəccübe düşüblər. Görünür ki, əslində yalanlar tanımadığımız birilərinin qarşısında "Rok ulduzu" olduğumuzu iddia etməkdən ibarətdir. Araşdırma göstərir ki, insanların 60 %-i 10 dəqiqəlik söhbət zamanı ən azı bir yalan danışır və 2,92 nisbəti ilə yanlış nisbəti ilə yalan söyləyirlər. Fildman deyir ki, biz başqalarına təsir etmək üçün deyil, olduğumuz şəxsin olması gərəkdiyi halda göstərmək üçün yalan deyirik. Xoşa gələn olmaq, sosial statumuzu yaxşılaşdırmaq və anlaşılmazlığa görə digərlərinin xətrinə dəymək istəmirik. Qadınlar kişilərdən çox yalan danışır, amma kişilər özlərini yaxşı hiss etmək üçün yalan deməyə, qadınlar isə digər şəxsin özünü yaxşı hiss etməsi üçün yalan deməyə meyillidirlər. Araşdırmaya görə qapalı insanlar daha az yalan danışır

aprel şəhidimiz, pilot urfan vəlizadə

huseynovaa

foto
Urfan Vəlizadə 1978-ci il noyabrın 1-de Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Türk Hava Hərbi Məktəbinə daxil olan Urfan Vəlizadə burada 5 il təhsil alır. 2001-ci ildə Azərbaycanda xidmətə başladı. 2006-cı ildə Könül xanım ilə ailə həyatı qurub və iki qız övladı dünyaya gəlib. Mayor Urfan Vəlizadə döyüş yoldaşları polkovnik-leytenant Təbriz Musazadə ve leytenant Əbubəkir İsmayılovla birlikdə idarə etdiyi Mİ-24 helikopteri ilə birlikdə 2016-cı ilin aprel ayında Azərbaycan - Ermənistan sərhəddində baş verən döyüşlərə qatılır. Mİ-24 helikopteri heyət üzvləri ilə birlikdə Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatılır. Aprel ayının 2-i helikopter ermənilər tərfindən vurulur və həyət üzvləri qəhrəmanlıqa şəhid olub. Onların nəşi aprelin 10- neytral ərazidən götürülür.
Aprel ayının 11-i şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə, leytenant Əbubəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəzadə dəfn olunur və onlara vida mərasimi baş tutur. Hər üç şəhidimiz ıı Fəxri Xiyabanda dəfn olunur.
Urfan Vəlizadə ölümdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
ALLAH RƏHMƏT ELƏSİN.

göz yaşı yaranması və faydası

huseynovaa
İnsan doğulan zaman ağlamağı bacarmır. Yəni doğulmuş uşaqlar sadəcə qışqırırlar və bir neçə həftədən sonra onların gözündən əsl göz yaşları ifraz olunur.
Göz yaşı sadəcə su deyil, göz yaşı vezilerinin xüsusi ifrazatıdır. Alveolial boru göz yaşı vəziləri, göz yuvasının yuxarı bayır kənarında alın sümüyündən olan xüsusi çökəklikdə yerləşir. Göz yaşının axdığı yol, göz yaşı vəzisindən göz yaşı aşağı göz qapağının altına düşür. Gözləri qirpdiqda göz yaşı gözün səthinə yayılır. O bütün göz səthini yuyur və gözün içəri bucağına doğru axır,göz yaşı gölündə toplanır. Buradan göz yaşı göz yaşı - burun kanalı ilə göz yaşı kilsəsinə düşür və göz yaşı burun açacağı ilə burun boşluğuna tökülür. Burada göz yaşı burunun selikli qişasini nəmləndirir ve təmizləyir.

Göz yaşının əsəs funksiyaları.
1. Gözün və burnun selikli qişasini nəmləndirir. Sakit halda bir günde 1 millilitrə qədər göz yaşı ifraz olunur. Reflektor qıcıqlanma zamanı ifrazat 10 millilitrə qədər arta bilir. Göz yaşı ilə qanın kimyəvi tərkib oxşar olduğundan qan kimi ondan da bir çox informasiyaları almaq olar. Hər ikisinin tərkibi orqanizmin vəziyyətindən aslı olaraq dəyişir. Göz yaşı zəif qələvi mühitə malikdir və əsasən sudan ibarətdir. Tərkibində 1,5% natrixlor, 0,5%albumin, selik, zülal, karbohidratlar və s. var. Amerikan alimləri müəyyən etmişlər ki, göz yaşının tərkibində olan oriliamit lipiti ona sürüşkənlik qabiliyyəti verir və bu xüsusiyyətinə görə göz yaşı dəri üzərində qalmır.
2. Antibakterial funksiyası gözümüzün xaricdən mikroorqanizmlərdən qoruyur. Mikrobları və virusları məhf edən lizosimdən ibarətdir. Lizosim gözləri yaxşı dezinfeksiya edir. Lizosim 5-10 dəqiqə polimelit kimi ağır bir xəstəliyi törədən virusu məhf edir. Ona görə də mikroblar üçün giriş qapısı olan gözün selikli qişası lizosim vasitəsilə bu mikroblardan qoruyur.
3.Stress hormonlarını ifraz edir. Göz yaşı müxtəlif olur və biz küləyin vasitəsilə mexaniki qıcıqların təsirdən anlamırıq. İnsanın göz yaşları müxtəlif səbəblərdən axa bilər. Göz yaşları adətən emosional olur. Acı göz yaşları ilə stress hormonları prolaktin, leysininkefolin ifraz olunur. Göz yaşları oyanıqliq vəziyətdə kəskin olan adrenalini azaldır.
Göz yaşı ifrazını nə azaldır. Tərkibində atropin olan dərman vasitələri azaldır.

planetin ən sürətli heyvanları

huseynovaa
Vəhşi heyvanların yaşamaq üçün ən çox ehtiyaclari olduğu şey qaçmaqdır. Bu bəzən onlara ovçulardan xilas olmaq, bəzən də ovlarını əldə etmək üçün lazımdır. Ancaq hər iki halda məqsəd eynidir - yaşamaq. Elə isə dünyanın ən sürətli heyvanları hansılardır.
1. Hepart. Bir sürət timsalı olaraq göstərilən hepart, iki saniyə kimi qısa bir müddətdə saatda 70 km /sürətə çıxa bilir. 4,5 saniyədə isə saatda 100 km /sürətə çatırlar. Həmdə heç bir çətinlik çəkmədən. Qaça biləcəyi son sürət isə saatda 140 km-dir. 4,5 saniyədə çatdığı 100 km/saat sürət dəyəri isə bir Ferrari 360 modenanın 100 saat sürətləndirmə dəyərinə bərabərdir. Ayrıca saatda 140km/sürətdə ikən belə heç bir avtomobilin və motoletin edə bilməyəcəyini edər və inanılmaz bir qucaq ilə çox sərt döngələr edə bilərlər. Onun bu surətdə etdiyi sərt dönüşləri heç bir avtomobil edə bilməz. Airodinamika möcüzəsi olan "Formula - 1" avtomobilləri belə.
2. Qartal. Bəzi qartallar havada inanılmaz bir sürət edərək aşağıya doğru enişə keçərlər. Bu eniş əsnasında nə az, nə çox saatda təxminən 322 km /sürət yığarlar. Beləcə böyük qartallar ovlarına çox sürətli çarparlar. Aqulia adlı qartallar saatda 340km /sürət yığmaq qabiliyyətinə malikdirlər. Bu qartallar planetimizin ən sürətli canlarından biridir. Bu qartalların başqa bir xüsusiyyəti isə iri heyvanları da yeyə bilmələridir. Ayrıca qartalların ovu nə qədər sürətli olsa da, qartallar qaçmağa icazə verməzlər.
3. Şahin. Bir şahin ovunu tutmaq üçün enişə keçdiyində saatda 320 km/sürətə çıxa bilirlər. Yəni bu sürət dövrümüzün ən sürətli idman avtomobillərindən ve"Formula - 1" in avtomobillərinin sürətinə bərabərdir. Biz bu sürətlə gedərkən ölmə riski çox yüksəkdir. Amma şahin bu sürətlə gedərkən öldürmə riski çox yüksək olur.
4. Tazı - saatda 80 - 90 km/sürət yığa bilər və bu surətini 1,5 km məsafə uzunluğunda mühafizə edə bilər. Tazı kiçik, uzun və iti baş quruluşu ilə, uzun boyu və gül təbir edilən qulaqları ilə inanılmaz bir airodinamik quruluşa malikdir. Yetkin bir erkək tazı 60-65 sm yüksəkliyində və 35-40 kq ağırlığında olur.

depressiya nədir

huseynovaa
Depressiya sıxılma, boğulma deməkdir.Geriyə inkişaf deməkdir. Depressiya ona görə sıxılmadır ki, 2 həftədən çox insan özünü, həyata bağlılığını qırılmış hiss edir. 2 həftədən çox davam edən həyatdan küskünlük, həyat eşqinin ölməsi, əvvəllər həvəslə yanaşıldığınız işə həvəssiz yanaşma və bağlılığın olmaması, anqidoniya- yeni sevinc hissinin olmamasi, əhval-ruhiyyənin 2 həftə hər gün davamlı olaraq aşağı enməsi böyük depressiv pozuntulardan xəbər verir. Depressiv pozuntu ilə bipalyar pozuntu deyilən ağır psixi pozuntunun depressiya hissəsini ayırmaq lazımdır.
Depressiyani duyğu - "durum pozuntusu da adlandırırlar. Depressiya üzüntü halı deyil və depressiyani üzüntü, kədər ilə qarışdırmaq olmaz. Depressiyanın əlamətləri nələrdir :
1. İştah rejimdə dəyişiklik varsa, yeni iştah arta və azala bilər.
2.Yuxu rejimində dəyişiklik varsa. Yuxudan doymamaq və yaxud yuxuya getməkdə çətinlik çəkmək.
3.Özünü günahlandırmaq, özünü dəyərsiz hiss etmək, özünü gücsüz hiss etmək
4.Fokuslanmaqda çətinlik çəkmək, konsentrasiya problemləri
4.İntahara meyillilik, intiharla bağlı düşüncələr
Depresiya dioqnozunda dəqiq ananmez almaq lazımdır. Depressiyanı ölçmək üçün anketlər mövcuddur, Dünyada ən çox "bek" anketini istifadə etməklə biz depressiyanin orta dərəcəli, şiddətli və yaxud ağır olduğunu biler və müalicəyə başlamaq olar.
Depressiyanın nə zaman və hansı hadisədən sonra tam olmağı elmdə də hələ mövcud deyil. Səbəblər kimi: erkən yaşda valıdeyn itirmək, çox sevdiyin bir insanın ölümü, ayrılmaq, işini itirmək, ailə fərdlərinindən birini itirmək, sosial ve məişət vəziyyəti, avtomobil qəzası və s.
Depressiyanın müalicəsi. Ağır olsa belə müalicə etmək mümkündür. Dərmanlarla yanaşı, psixotropiyadan da istifadə olunur. Psixotropiyada spetik, koqnotiv terepiyadan istifadə edilir. Müalicə zamanı ailə dəstəyi çox önəmlidir.

beyni yaşamaya qoymayan qidalar

huseynovaa
İnsan 30 yaşına keçdikdən sonra beyini yaşanmağa başlayır. Buda yaddaş problemləri alzayma xəstəliyi kimi büruzə verir. Ancaq sağlam qidalanaraq beynin yaşamasının qarşısını almaq mümkündür. Doğru qidalanmaq beyni inkişaf etdirir, zehni və yaddaşı gücləndirməyin əsas qaydasıdır. Türkiyəli professor, doktor Ilhan Elmaci beyinə təsir edən qidalar haqqında məlumat verir.
Fol turşusu bədəndəki bütün hüceyrələr kimi beyin hüceyrələridə qidaya ehtiyac duyur. Doğru qidalanmamaq sinir sisteminə mənfi təsir göstərir. Vitaminlərlə, minerallarla zəngin qidalar yemedikdə beynindəki hüceyrələrin sayı azala bilər. Beyini qidalandıran, onun inkişafını dəstəkləyən ən önəmli qidalardan biri fol turşusudur. İnsan beynində inkişaf hələ ana bətnində olarkən başladığından, hamilələr zəngin qidalanmalıdırlar. Fol turşusu yetkin insanlar üçündə əvəzedilməzdir.Ayzeymer və yaddaş itkisinə qarşı fol turşusu ilə zəngin paxla, göy noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalar çox önəmlidir.
Korbohidrat, enerji qaynağı, qlükoza yeni şəkərdir. Bəyində şəkər səviyyəsinin azalmasından ya da artmasından asli olaraq müəyyən problemlər baş verə bilər. Şəkər və karbohidrat beyin üçün faydalı olsa da onları sağlamlıq üçün yararlı qidalar siyahısına daxil etmək lazım deyil. Çünki həddən artıq şəkər, korbohidrat və yag əsəb sistemini poza və beyinə qalıcı zərer verə bilər.
Paxla, kartov, banan, alma karbohidratla zəngin qidalardır. Yağlı balıqlar beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki doymuş yağlar beyinə faydalıdır. Həftədə 3 dəfə banan, yağsız süd və qatıq yeyin.
"B" vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beyinin əmrlərini icra edən sinir siteminə zərər deyir. Yaddaş və zəka üçün "B" vitamini əhəmiyyəti böyükdür. "B" vitamini ehtiva edən qidalar beyini yaşanmaqdan qoruyur və sinir sisteminə yaxşı təsir edir. Ət, balıq, yağsız süd, qatıq, noxud banan, mərci, lobayada bol miqdarda "B" vitamini var.
Yumurta. Beyin üçün faydalı maddələrdən biri də kolindir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yunurtadır. Yumurta ilə yanaşı yerfındığı, balıq göyərtilər, soya, kətan toxumu da kolinlə zəngindir.

azərbaycanın ölüm mələkləri

huseynovaa
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 30 aprel 1999 cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində yaradılıb. XTQ-də xidmət etmək 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olmaq elədə asan başa gəlmir. Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı Beret" sertikfatını ala bilir. Bu kurslarda kursnatlar xüsusi əməliyyat keçirmək üçün ekstrminal şəraitə öyrədilir. Hətta onlar günlərlə ac və susuz qalırlar. Onlara müxtəlif heyvanların ətini yeməyi öyrədirlər. Bu kurslarda müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözməyi öyrədirlər. Bu qurumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qurumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır. Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tərkibində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olan "Yarasa", "Kobra" və "Turan" adlı Xüsusi Təyinatlı Qüvvələri mövcuddur. Onların şüarı "Görünmədən görmək, ölmədən dönmək" dir. Rəngləri isə qırmızı və mavidir. XTQ elə bir yerdir ki, orada bilik, bacarıq, istedad, fərasət tələb olunur. Xüsusi seçimlərdən keçdikdən sonra ora qəbul olmaq mümkündür. İlk növbədə insanın tərcümeyi-halına baxırlar. Yəni kimdir, hardandır, ailəsi necədir. Bundan sonra fiziki hazırlıq, idman göstəriciləri yoxlanılır. XTQ-ə yalnız könüllüləri götürürlər. Sonradan onları sorğudan keçirirlər. Ora kimini boyuna görə, kimini isə başqa bir xüsusiyyətinə görə seçirlər. Hamı hündürboy olmalıdır deyə, bir qayda yoxdur. Təcrübələr göstərir ki, boy həmişə önəmli rol oynamır. Əsas tələblərdən biri də xarici dil biliyidir. XTQ-in xüsusi kursu var. 6 aylıq kursu keçə bilirsənsə səni qəbul edirlər. Kurs ərzində havada, quruda, suda, səhrada, meşədə döyüş hazırlığı və digər təlimlər keçirilir. Bundan əlavə dənizdə, quruda desoxlaşma, vertolyotda desoxlaşma, paraşüt atlayışları sınaqdan keçirilir. İstənilən hava şəraitində, istənilən ərazidə döyüş qabiliyyətini yüksək saxlamaq əsas şərtlərdəndir. Ümumi götürsək XT-lılar universal əsgərlər olur. Onların da içində döyüş istiqamətində xüsusi hazırlanmış birliklər olur ki, onlar həmin istiqamətdə daha aktiv fəaliyyət göstərirlər,daha peşəkar olurlar. XTQ müxtəlif ölkələrdə fərqli təlimlər keçirlər. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılırlar. Xüsusi Təyinatlı Dəstələrin tək məqsədi var Azərbaycan naminə var olmaq və Azərbaycan naminə yaşatmaq.
1

atom bombası

huseynovaa
Nüve silahlıları bütün ölkələr tərfindən 1945-ci ildən günümüzə qədər onlardan necə qurtulmaq olar düşüncəsi üzərində çox düşünülən dağıdıcı və məhv edici silahlardır. Hər şey 1939-cu ildə Alman əsilli Albert Enşteynin ABŞ prezidenti Ruzveltə almaların atoma parçalara ayırmaqla yeni bir bomba hazırlamağa çalışdıqlarını bildirməsi ilə başladı. Həmin tarixdən etibarən Amerikada minlərlə elm adamı atom bombası hazırlamaq üçün gizli çalışmağa başladı. "Menhıddin" adı verilən layihəyə ümumilikdə 125000 nəfər cəlb olundu. Bomba ilk dəfə 16 iyun 1945 ci ildə sınaqdan keçirildi. Atom bombasından Yaponiyanın müharibədə təslim olmağı üçün istifadə edilməsi qərarı alındı. İlk hədəf olaraq Yaponiyanın Truqda yerləşən dəniz limanı seçilmişdi. Lakin Amerikanın prezidenti H. Truman hakimiyyətə gəldikdən sonra bombanın Yaponiyanın sərhədləri daxilində atılmasına qərar verdi. 13 iyun 1945 ci ildə Xroşirma və Noqasoki şəhərləri hədəf seçildi. 6 avqust 1945 ci ildə Enola Qey adlanan təyyarənin daşıdığı bomba Xroşirmaya atıldı. Təxminən 15000 ton dimanit gücünə bərabər olan 140000 nəfərin ölümünə səbəb oldu. 2 ci bomba 9 avqust tarixində Noqasoki şəhərinə atıldı. Burada da təxminən 60000 nəfər bombanın qurbanı oldu. Hər iki halda bomba şəhərin mərkəzində partladildi və 1 kilometr radiusunda olan hər şeyi elə partlayış anında elə yox etdi. 1-1,5 kilometr radiusunda sağ qalanların 50% daha sonra öldü. Atomun təsirindən illər keçsədə radioaktiv təsirlərindən xeyli insan xərçəng və buna bənzər xəstəliklərə tutuldu. Uzun illər uşaqların əksəriyyəti ya ölü, ya da şikəst doğuldu. Atom bombası partlayan zaman partlayışın episentrində temperaturun 1 neçə milyon selsi dərəcə olduğu təxmin edildi. Normal bir bombanın partlayış episentrində temperaturun 1 neçə min selsi dərəcə olduğunu fikirləşəndə belə mənzərə bütün qorxuncluğu ilə başa düşülür. Birdə bir neçə milyon olduğunu düşünün.
Nüvə silahları qarşı tərəfin düyməni sıxdığı an dərhal burda partlayan bir şey deyildir, bu savaş başlıqlarını sizə çatdıracaq bir növ vasitə olacaqdır. Ya bir raketin ucuna yerləşdiriləcək, ya da bir təyyarədən atılacaq.
Qitələrarası bir nüvə silahının atəşləndiyi andan hədəfə çatma müddəti orta hesabla 12 dəqiqədir. Əgər düşmən tərfindən hər hansı bir nüvə silahı hədəfə keçirildisə dərhal media, televiziya tərfindən xalqa xəbərdarlıq ediləcəkdir. 12 dəqiqə ərzində mal varlıqlarını qoruya bilməyəcəksiniz amma, sevdiklərinizi və özünüzü qorumaq üçün kifayət qədər vaxtdır.
İndi isə fərz edək ki yaşadığınız şəhərə nüvə hücumu reallaşdı. Artıq həyat ilə aranızda 3 əngəl var partlayışdan sağ qurtulmaq, yüksək temperaturdan sağ qurtulmaq, yüksək radiasiyadan sağ qurtulmaq. Əgər bir sığınacağınız varsa açarlarınızı elə yerə qoymaq lazımdır ki dərhal açarlarınızı götürüb qapını açasınız. Bir sığınacaqda su və qida varsa həftələrlə burada qala bilərsiniz. Ən əsası sudur. Nota məlumatlarına görə, nüvə sığınacaqlarına ən əsası snıckersdir. Çünki az yer tutur və çox enerjilidir.

Azərbaycanın Milli Qəhrəmanı Aprel Şəhidi Samid iİmanov

huseynovaa

foto
Samid İmanov Gülağa oğlu 1981-ci ilin 14 oktyabrında Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.
Samid İmanov 1988 - ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbə gedib. 1998 - ildə məktəbi bitirib. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur, 2003-cü ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib və Heydər Əliyev tərfindən mükafata layiq görülüb. 2013- cü ildə Badam xanımla ailə həyatı qurur. Fidan və Turan adlı iki övladı olur.
Samid İmanov 2004-cu ilin iyun ayından Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. Samid İmanov Türkiyə Respublikasında, "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komada təlimi və paraşütdən sərbəst atlanma" kurslarına qatıldı. 2007 - ci ildə "Anadolu - 2007" və "Anadolu Qartalı -2007" birgə taktiki təlimlərə, Pakistanda "Ləpirçi və antiterrorist", İsveçdə "Dağ Təlimi", Ruminyada isə "Dağa Dırmanma üzrə təlimatçı" kurslarında iştirak edib.
Samid İmanov bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtdı, hissənin qərargah rəisi və Xüsusilə Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi.
2014- cü ilin avqust ayının 1-3 ü baş vermiş atışma zamanı Samid İmanovun rəhbərliyində olan dəstə qarşı tərəfə keçib əməliyyat keçirdve döyüş nəticəsində düşmənin 20 canlı qüvvəsi məhv olur.
Samid İmanov 2015 - ci il mayın 9-da Rusiya Federasiyanın Moskva şəhərində "Qırmızı Meydan" - da faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı hərbi parada qatılır. Bununla bağlı medala layiq görülüb.
Mayor Samid İmanovun sonuncu döyüşü aprel döyüşlərində baş tutur. Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə atışdı. Aprelin 3 - den 4-ə keçən gecə neytral ərazidə ayağından və çiynindən qəlpə yarsi alır. Əsgərlər onu döyüş meydanından aparmaq istəsədə O buna razı olmur, onun əmri ilə yaralı zabit döyüş meydanından çıxarılır. Yenidən onu aparmağa gələn əsgərlər Samid İmanovu yerində tapmırlar. O, əsgərləri ərazidən uzaqlaşdırandan sonra düşmənə əsir olmamaq üçün oradan uzaqlaşır. Bütün mərmiləri qurtaran mayor düşmənə əsir düşməmək üçün əlində qumbara saxlayır. Lakin gecədən səhərə qədər qanaxma nəticəsində dünyasını dəyişir. Aprelin 8-i nəşi neytral ərazidən götürülür və doğulduğu Neftçala rayonununa aparılır. 9-u Neftçala rayon Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunur. Mayorun dəfninə tanıdığı, tanımadığı adamlar, əsgərləri ve döyüş yoldaşları qatılır. Tabutuna bükülü bayrağı qardaşına təhvil verilir. 2016 - cı ilin aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 1996 - cı il sərəncamı ilə "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülür ve Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı "adını mayorun atasına təhvil verir.
2016 - cı ilin 3 noyabrında" Samid mektub"sənədli filmi nümayiş edilir. Elə həmin ilin oktyabrında 35 illik yubileyi münasibətilə tədbir qeyd edilir.

etika anlayışı

huseynovaa
Etika - praktiki fəlsəfədir, əxlaq (ədəb qaydaları) haqqında elmdir. Həm termin, həm də xüsusi, sistemləşdirilmiş elm kimi etika Aristotel tərfindən yaradılıbdır. "Etika" sözünün əsasını təşkil edən "etos" (yun. "ethos") əvvəlcə adət edilmiş yaşayış yeri, sonralar isə sadəcə olaraq adət, davranış, xarakter, temperament, qayda kimi qəbul edilir. "İndiki vaxtda yaranmış elmi-akademik ənənəyə görə etika daha çox bilik sahəsi, əxlaq (və yaxud ədəbi qaydaları)isə onun predmeti kimi başa düşülür. İctimai təcrübədə və canlı dildə bu vaxta qədər bu ayrılma hələ başa çatmayıb".
Amerikalıların fəlsəfə dərsliklərinin birində etikaya belə tərif verilir :"Etika fəlsəfədə həm başqalarına, həm də özümüzə münasibətdə necə hərəkət etməyimizi sistemli şəkildə tədqiq etmək, həmçinin hansı şeylər, insanların hansı xarakter xüsusiyyətləri və ya tipləri - yaxşı, müsbət qiymətə və fəxr edilməyə layiq olmasını tədqiq etməkdir. Etika həm ümumi qayda və prinsiplər, həm də xüsusi hadisələr ilə məşğuldur ".
Aristotelin fikrincə yaxşılığı (əxlaqı) elm ilə eyniləşdirmək səhvdir. Etikanın məqsədi bilik deyil, davranışdır, o ümumiyyətlə rifah deyil, həyata keçirilmiş rifah haqqında bəhs edir. Bununla da etika praktiki fəlsəfə kimi nəzəri fəlsəfədən (metafizikdən) ayrılır. Etikanı yaxşılığın (əxlaqın) nə olduğunu bilmək üçün deyil, yaxşı (əxlaqlı) olmaq üçün öyrənirlər.
Bir çox müəlliflər əxlaq problemini şəxsi həyatla məhdudlaşdırmağın əleyhinə çıxır, onu ümumdünya kontekstində şərh edirlər. Məsələn, T. V. Adorno yazır :"Əgər bu gün nəyi isə hələ əxlaq adlandırmaq olarsa, onu mütləq dünyanın inkişaf yollarını müəyyənləşirdirmək ilə əlaqələndirmək lazımdır. Başqa cür də demək olar :düzgün həyat haqqında məsələ - indi düzgün siyasət haqqında məsələdir ;əlbəttə, əgər müasir insanlar nəhayət ki, düzgün siyasəti həyata keçirilirməsi lazım olan sahəyə daxil edirlərsə ".
YUSİF RÜSTƏMOV

natiqlik sənəti və tarixi

huseynovaa
Qədim dövrlərdə natiqlik sənəti "ritorika" adlanırdı. Ritorika yunanca "rhetorikos" adlanır, mənası isə "rhetor" - "natiq", "ero" - "danışmaq" adlanır. Ritorika xitabət sənəti kimi başa düşülürdü. Bu sənət dili cilalamaq, gözəl danışıq sənətinə yiyələnmək kimi başa düşülürdü.
Qədim Yunanıstanda e. ə V əsrdə Sokrat tərəfindən istifadə edilən bu sözü yazılı şəkildə ilk dəfə Platonun "Qorgiy" adını verdiyi dioloqunda istifadə olunmuşdu.
Qədim dövrlərdə ritorikanın 3 növü var idi :
Logos
Patos
Etos.
Laqos - Dinləyici və danışan öz qaydalarına bağlıdır. Dinləyən müzakirəsi gedən məsələyə etiraz etmək, öz mühakiməsini yürütmək istəyir. Danışan çox güclü dəlillərlə dinləyəni razı salmağa müvəffəq olur, öz üslubu onun rəğbətini qazanır. Sualların cavablarını öz fərqliliyini qoruyaraq açıqlayır. Dinləyən daha öncə öz mövqeyindən bu qədər asanlıqla dönməmişdi. O, bu cavabdan artıq razıdır.
Patos - Ritorikanın bu növü danışanı aldatmaq, razı salmaq, həyəcanlandırmaq, ya da ovsunlamaq məqsədi daşıyırdı. Etos təsir edəndir, patos isə sualların qaynağıdır. Yəni dinleyici danışanın təsiri altında qalandır,ona inanandır.
"Etos" - ifadəsi latınca "mores" sözündən götürülüb, mənası əxlaq deməkdir. Yəni, gözəl danışan adam əxlaqi bacarığa sahib olmalıdır. Burada "Mən " məsələsi ön sırada durur. Etos natiqin silahıdır. Danışanın peşəsi, ya da ictimai mənşəyi nə olursa olsun, onun əxlaqi cəhətdən hər kəsə nümunə olmağı şərtdir.

Natiqlik sənətinin ilk rüşyemleri Misirdə, Çində daha sonra Ərəbistanda təşəkkül tapmışdır. Qədim zamanlarda xalqın böyük hörmətini qazanmış nüfuzlu və istedadlı natiqlər Şərq bəlağətini ve fəsahətini yüksək səviyyəyə qaldırmışdılar. Natiqlik sənəti Avropada, xüsusilə də Yunanıstanın paytaxtı Afinada geniş şəkildə yayılmağa və inkişaf etməyə başlamışdı. Xüsusilə, Salonun hakimiyyətə gəlməsi (B. e. ə 594-cü il ) apardığı islahatlar, borcların ləğv edilməsi, qulların azad olunması natiqlik sənətinin inkişafına güclü təkan verdi.
Natiqlik sənətinin atası sayılan Demosfen bu dövrdə yetişib fəaliyyətə başladı. Demosfen bu şan - şöhrətə birdən birə gəlib çıxmamışdı. Bu, uzun illər gərgin zəhmətin, mübarizənin ve mətin irdənin hesabına əmələ gəlmişdi. Həyata fiziki cəhətdən qüsurlu gələn Demosfen (çox əsəbi imiş, "r" hərfini düzgün tələffüz edə bilmirdi, danışan zaman çiynini çəkirdi)ilk növbədə qüsurları aradan qaldırır. O, dəniz qırağına gedir, ağzına xırda daş atıb yüksək səslə nitq söyləyir. Çox çəkmir ki, onun yekə dili normal hala düşür və pəltəkliyi aradan qalxır. Sonra özündən hündür olan yerdə qılınc asır və çiyni üzərində saxlayır. Çiynini atdığı zaman qılınca toxunur. Qılıncın verdiyi ağrı hesabına bu qüsurunu da aradan qaldırır. Nəhayət, dosdu Satirin məsləhəti ilə səs tembrindən, intonasiyadan düzgün istifadə Demosfenə müvəffəqiyyət gətirir. Əvvəllər qışqıra - qışqıra danışıb özünü yoran, hətta nitqi yarımçıq qalan, istehzalara, gülüşlərə, lağlağılara məruz qalan Demosfen inadkarlığı nəticəsində istəyinə nail olur və gözəl bir natiqə çevrilir. İlk qələbəsini qohumları üzərində qazanan Demosfen 5 dəfə nitq söyləyir. Bu zaman ona məşhur loqoqraf İsey yaxından kömək edir. Atasının var - dövlətinə sahib çıxmış bu adamlarla mübarizə aparan Demosfen ədalətli bərpa edir. Var - dövləti qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. Elə həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa başlayır. Ömrünün 42 ilini bu sənətə həsr edir. Hələ gənc yaşlarında loqoqraf kimi fəaliyyət göstərən Demosfen "Malikanəyə ziyan vuran Kallik əleyhinə" və "Cehiz haqqında Spudi əleyhinə" məşhur nitqlərini yazır.
Elə bu dövrde natiqlik sənətindən müəllimlik edir. Elm aləminə 61 nitqi və 6 məktubu məlumdur. Onların 9-u rus dilinə tərcümə edilmişdir.

çiy suyun faydaları

huseynovaa
Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynamiş su içir. Mütəxəssislərin fikrincə bu çox pis vərdişdir.
Təmiz çiy suyun tərkibində insan orqanizmi üçün faydalı olan bir çox mineralların ionlari var. Bu minerallar arasında kalsium, maqnezium,natrium, kalium və s. var. Həmçinin suyun tərkibində azot, oksigen intert qazları da daxildir. Bu "diri" sudur. Bu su həm orqanizmə lazım olan minerallar bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində tənzimlənməsinə, yenilənməsinə kömək edir.
Qaynanmış suyu isə bir çox mütəxəssislər "ölü" su adlandırırlar. Məsələ burasındadır ki, qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də "ölür". Belə ki minerallar həll olunmayan çöküntüyə çevrilir və orqanizm üçün faydasız olur,oksigenin miqdarı isə xeyli azalır.
Lakin "çiy" su deyəndə mütəxəssislər kranlardan gələn suyu yox, xüsusi təmizlənmiş və dükanlarda butulkalarda satılan suyu və ya bulaq suyu nəzərdə tutulur. Bulaq suyu insan orqanizmi üçün çox faydalıdır. Dükanlarda butulkalarda satılan su tanınmış, etibarlı istehsalçılar tərəfindən istehsal olunmalıdır. Lakin bu halda da suyu əlavə olaraq yoxlamadan keçirmək olar. İstehsalçını yoxlamaq üçün suyu xüsusi laboratoriyalarda yoxlada bilərsiniz. Bütün tələblərə cavab verdikdə əminliklə içə bilərsiniz.
Əgər sizdə bulaq suyu və təmizlənmiş suyu içmək imkanı yoxdursa suyu 2 saat saxladıb, duruldub, daha sonra isə qaynadıb içmək lazımdır. Lakin suyun uzun müddət qaynama imkanı verməyin. Qaynama başlayan kimi suyu oddan götürün. Bu halda həm dezinfeksiya olunacaq, həm də tərkibindəki mineral maddələrin əksər hissəsi saxlanacaq. Bu suyu uzun müddət saxlamayın, təzə su için.

Aprel Şəhidi Pəncəli Teymurov

huseynovaa

foto
PƏNCƏLİ TEYMUROV. Bəlkədə bu ad çoxlarına tanış deyil. Ermənilərin başına 1 milyard dram pul qoyduğu bu kölgə adam mümkün qədər gizli fəaliyyət göstərməli idi. Özü hər nə qədər gizli olsa da, qəhrəmanlıqlarından düşmən ordusunda da danışılır.
Pəncəli Teymurov 1918-ci ilin martın 24 də Astara rayonunun Əzərüt kəndinə anadan olub. 1998 - ci ildə Astara rayon Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbini bitirib. 1999-cu il Astara rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov hələ 1992-ci il Xocalı soyqırımı hadisələrinin kadrlarını izləyərkən hərbiçi olacağına və intiqam alacağına söz vermişdi və o, sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbiçi general rütbəsi alamağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır. Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015 - ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitinin və 20 erməni əsgərinin olduğu "ural" markalı maşınını partladaraq onların hamsını məhv edir. Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına 1 milyard dram pul qoyurlar. Lakin nə qədər cəhd etsələr də, onu tuta bilmirlər. Hətta bir dəfə erməni hərbiçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o, isə 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır. 2016 - cı il aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almaq üçün yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sona ŞƏHİD olur.
Pəncəli Teymurovun qardaşı Elbrus Teymurov deyirki, "Pəncəlinin döyüş yoldaşları deyirdi ki, Pəncəli sağ ikən öz qisasını alıb"
Pəncəli Teymurov öz toyunda "Dostlar həqiqətən bəzi şeylər var ki həqiqətən bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. .Hər zaman, hər an xalqım üçün, torpağım üçün, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum ,tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"deyib. Və ölümündən sonra bir iz qoyub, həmin iz ki, Pəncəlinin dayısı oğlu da onun yolunu davam etdirir.
Pəncəli Teymurov" Kəlbəcər "əməliyyatı zamanı" İgidliyə görə "medalı ilə təltif edilib.
Ölümündən sonra isə" Vətən uğrunda "medalı ilə təltif edilib.
ALLAH RƏHMƏT ELƏSİN

ibtidai siniflərin kompüter arxasında fasiləsi zamanı edilən hərəkətlər

huseynovaa
Pedoqoq və psixoloqlarin fikrincə, ibtidai siniflərdə şagirdlərin kompüter arxasında işin müddəti 15 dəqiqədən çox olmamalıdır. Dərs zamanı şagirdlərə fasilə vermək ve bunu oyun formasında aparmaq məqsədəuyğundur. Uşaqlarla belə bir oyun keçirmək olar :
1.Gözlərinizi bağlayın, göz qapaqlarinzi bərk sıxın, 1-dən 4- ə qədər sayın və sonra gözlərinizi açın. Bunu 4-5 dəqiqə təkrar edin.
2. Çiyninizə baxaraq 1-dən 4 - ə qədər sayın. Sonra isə uzağa baxaraq 1-dən 6-ya qədər sayın. Bunu 4-5 dəfə təkrar edin.
3.Başınızı tərpətmədən sağa baxın və 4-ə qədər sayın. Sonra uzağa baxıb 6-ya kimi sayın. Bunu sol tərəf, yuxarı və aşağı tərəflər üçün də edin. 3-4 dəfə təkrarlayın.
4. Gözlərinizi sürətlə diaqonal boyunca hərəkət etdirin - sağdan yuxarıya, soldan aşağıya, sonra uzağa baxıb 6-ya kimi sayın. Bunu 4-5 dəfə təkrarlayın.
Kiçik yaşlı məktəblilərin uzun müddət kompüter arxasında oturması onların əsəb sisteminin zəifləməsinə, gözlərinin yorulmasına, yuxuların pozulmasına və s. səbəb ola bilər. Ona görə də informatika dərslərində təhlükəsizlik qaydalarına və normalarına ciddi əməl etmək lazımdır.

ibtidai siniflərdə estetik tərbiyənin rolu

huseynovaa
Məlumdur ki, insan ətraf mühiti duyğular vasitəsilə qavrayır. I. M. Seçenovun dediyi kimi, uşağın fikrinin kökü hiss etməsi üzərindədir, başqa sözlə desək, uşaq fikirləşməzdən qabaq ətraf mühiti hiss orqanları (görmə, eşitmə, duyğu, qavrayış, idrak və s. ) vasitəsilə dərk edir. Uşaqların estetik tərbiyəsinin əsasını onların hiss etmə, duyma üzvləri təşkil edir. Uşaqlar uşaqlıqdan evin, mənzillərin həyətdə, bağçada, küçədə təbiətin füsunkar gözəlliyini, rəsm əsərlərini,memarlıq abidələrini görür, təhsil aldığı məktəbin xarici görünüşü nəzərdən keçirir,müqayisə edir. Onlar küçədə dostları ilə oyunlar oynayır və musiqi dinləyir. Bu anların bədii təsiri nəticəsində onların həssaslığı üzə çıxır. Əvvəla onu qeyd edək ki, ibtidai sinif şagirdlərinin əxlaqı - mənəvi və estetik tərbiyəsi ailə - məktəb - cəmiyyət üçlüyünün qüvvəsi ilə həyata keçrilir. Yalnız bu üçlük sayəsində uğurlarını, anlayışlarını genişləndirmək mümkündür. Tərbiyəçinin daxili gözəlliyi uşaqlarda ədalətli münasibəti, həssaslığı, pedaqoji məharəti, hər işdə ölçü hissinin gözlənilməsi, düzlüyü, doğruluğu, mədəniliyyə münasibət və davranış estetikasının tətbiqi çox təsirli vasitələrdir. Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də baza kimi təlim prosesi götürülür. Məktəblərdə tədris edilən dərslərin, demək olar ki hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə bilavasitə estetik tərbiyə ve təliminə (rəsm, nəğmə, əmək, fiziki tərbiyə və s.) xidmət edir. Məktəbdə tədris edilən fənlərin hamsı estetik tərbiyənin vəzifələrini həll etmək baxımından müəyyən əhəmiyyətə malikdir. Burada müəllim pedaqoji ustalıq və yaradıcılıq göstərərək şagirdin hisslərinə təsir göstərməli, onun qavrama qabiliyyətini, dərk etmə bacarığını və digər müsbət və mənfi xüsusiyyətlərini göz önünə alaraq dərsi obrazlı şəkildə, bir aktyor məharəti ilə aktyorcasına zərurəti duymalıdır. Buna baxmayaraq bütün fənlərin tədrisində estetik tərbiyə imkanları vardır və onları lazımi şəkildə istifadə etmək müəllimlərin üzərinə düşür və beləki məktəblilərin estetik tərbiyəsini lazımi səviyyədə aparmaq üçün tərbiyənin məlum ümumi prinsiplərini rəhbər tutmaqla yanaşı, bir sıra vacib şərtlərə də əməl edilməlidir. Estetik tərbiyə insanın mənəvi tərbiyəsi, elmi və əxlaqi dünya görüşünün formalaşdırılması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır. Estetik tərbiyədə yüksək ideallıq təmin olunmalıdır. Estetik tərbiyə məqsədi ilə istifadə olunan material diqqətlə seçilməli, onların ideyaca, yüksək bədii cəhətcə dəyərli və zəngin olunması xüsusi fikir verilməlidir. Estetik tərbiyə işində uşaqların xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağı gözəllik aləminə daxil edən ayrı - ayrı tədbirlərdə tədriciliyə ciddi əməl olunmalıdır. Məsələn uşaqları böyük ədəbi əsərləri düzgün qavramağa hazırlamaqdan ötrü onlara sadə nağıllardan danışmağa başlamaq lazımdır. Estetik tərbiyə işində ardıcıllıq gözlənilməlidir. Estetik bacarıq və vərdişləri yavaş - yavaş, həm de bir - biri ilə sıx əlaqədar olduğu çalışmalar nəticəsində aşılamaq olar. Estetik tərbiyə hərtərəfli aparılmalıdır. Estetik tərbiyə işi elə qurulmalıdır ki, uşaq həm də incəsənətin müxtəlif növləri ilə məşğul ola bilsin. Estetik tərbiyənin hərtərəfli aparılması uşaqların xüsusi maraq və meyillərinin, qabiliyyət və isdedadlarını inkişaf etdirməyə imkan verir. Uşaqların estetik tərbiyəsi sahəsində aparılan müvəffəqiyyətin bir şərtidə məktəb və ailənin məktəbdənkənar tərbiyə müəssisələrinin, ziyalılarının , ittifaqlarının və s. vahid xətt üzrə əlbir işləmişdir. Məktəblilərin estetik tərbiyəsində müvəffəqiyyəti təmin edən bir şərt də onları xalq incəsənətinin bir növləri ilə, həmçinin xalqın gözəlliyə dair hikmətamiz kəlamları ilə yaxından tanış etməkdir. Uşaqlara estetik tərbiyə vermək üçün müəllimlər, valıdeynlər və uşaqların tərbiyəsi ilə məşğul olan digər şəxslər də öz estetik tərbiyəlerini yüksəltməlidirlər. Əgər doğrudan da insan düzgün tərbiyə olunarsa,nəticədə bu tərbiyə insanın gələcəyi üçün işıqlı bir yol açır və qarşındakı maneələri dəf etməyə imkan verir. Estetik tərbiyə vasitəsilə insan həm həyatı gözəllik qanunları üzrə öyrənir, həm də onu əqli əxlaqi, fiziki cəhətdən inkişafı və kamilləşməsi təmin olunur.

Milli Qəhrəmanımız Mehdi Abbasov

huseynovaa

foto
O 1961 ci il yanvarın 1 - də Qərbi Azərbaycanın Amasiya rayonunda Yeniyol kəndinə anadan olub. Ailəsi erminlərin təzyiqi ilə ata - baba yurdunu tərk edib Qazaxıstana yerləşəndə, Mehdinin 11 yaşı var idi. 1980 - ci illərin sonunda o Karakanda Pedaqoji İnstitutunda o tələbə idi. 1981-ci ildən etibarən baş leytenant rütbəsində, bölük komandiri kimi DIN-nin XTMD-də xidmətə başlayır. Tezliklə dostları arasında "Mixaylo" ləqəbini qazanır. Dörd dəfə DIN tərəfindən mükafatlandırılır. "Mixaylo" - nun son döyüşü isə 1992-ci ilin yanvar ayında baş tutur.Məlikcan postu ətrafında baş verən döyüşçülərdə Mehdi hər zaman olduğu kimi, yenə də ön sırada idi. Elə düşmənin snayper gülləsi də ona bu şücaəti bağışlamadı. Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Hazırda İsmayıllı rayonunda onun adına küçə ve kənd var. Azərbaycan Respublikasının 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümdən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb

milli qəhrəman ilham əliyev

huseynovaa

foto
İlham Müzəffər oğlu Əliyev 5 may 1961- ci ildə Gədəbəy şəhərində anadan olub. Orta məktəbi 1978 - ci ildə bitirmiş, 1980 - ci ildə hərbi xidmətə çağırılmışdır. 1983 - ci ildə onu DIN - nin təyinatı ilə İsmayıllı rayon Daxili İşlər Şöbəsinə işə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy şəhər Daxili İşlər Şöbəsinin mühafizə bölməsinə dəyişirlər. İlham Əliyev 1985- ci ildə Brianski Xüsusi orta Milis Məktəbinə daxil olur. 1987 - ci ildə Gədəbəy şəhərində sahə müvəkkili, Gəncə şəhər Daxili İşlər Şöbəsində sahə müfəttişi, sonra cinayət axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Milli Qəhrəmanımızın anası Sona xanım deyirki :
" Ermənilər bizim üstümüzə faşistcəsinə qalxanda İlham Qazağa getdi necə şücaət gösdərdi, məktəbi mühasirəyə aldı və necə yaralandı. Yaralananda onun yoldaşları isdeyiblərki onu Qazaxğa xəstəxanaya gətirsinlər. Çox çətinlik çəkiblər, maşınla gələ bilməyiblər, atəşə tutublar ve zornan xəstəxanaya gətiriblər.
İlhamı Qazağa gətirən döyüşçülər yol boyu erməni quldurları ilə atışmali oldular. Yol boyu xeyli qan itirməsinə baxmayraq İlham özünü itirmədi. Amma buna baxmayaraq bir neçə saat sonra cərrahiyyə müdaxilələrindən sonra özünə gəlmir və xəstəxanada dünyasını dəyişdi.
1990 - cı il 19 avqust leytenant Qazağin Əskipara kəndində dünyasını dəyişir.
Ailəli idi bir övladı var
Gədəbəy şəhər 1 saylı məktəb şehidimizin adını daşıyır.

azərbaycanın milli qəhrəmanı əlif haciyev

huseynovaa

foto
Əlif Haciyev 1953- cü il iyunun 24 də Xocalı şəhərində doğulmuşdur. O, ailənin 3-cü övladı idi. 1970- ci ildə məktəbi bitirərək Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973 - cü ildə ordudan təxris olunaraq Xankəndi avtonəqliyyat müəssisəsində sürücü işləmişdir. 1974-1984 - cü illərdə Belarusya Daxili İşlər Nazirliyində ve Azərbaycan SSR- nin Daxili İşlər Orqanlarinda müxtəlif vəzifələrinde işləmişdir. 1976 - cı ildə SSR DIN - in Füruzya adında Xüsusi orta Milis Məktəbine daxil olmuşdur. 1979- cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSR - nin DIN - in akademiyasında davam etdirmişdir. Əlif Haciyev müxtəlif vəzifələrde işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi erməni mərkəzini ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq 10 il həbs cəzasına məhkum etmişdilər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni - Tajel şəhərinə göndərilmişdir. 1987 -ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdir. O 1989 - cu il fevral ayının 20 də azadlığa çıxdı. Əlif Haciyev 1990 - cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990 - cı ilin dekabr ayında Daxili İşlər Orqanlarına yenidən bərpa olunur ve Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanın komendantı olur. Gördüyü işlərinə görə 1991 - ci ilin dekabr ayında ona mayor rütbəsi verilir. Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100 yaxın erməni döyüşçüsünün olduğu 2 avtobus gəlir. Quldurlar aeroportu mühasirəyə alır və axşam saat 10 - a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxd verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30 a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Haciyev zirək üsul işlədir. Əlif Haciyev hava limanın binasındakı otaqların birində səs gücləndiricinin qarşısına keçir və əmir verir ki filan batalyon filan cəbhəyə və s. Ermənilər elə başa düşür ki burada azərbaycanlılardan ibarət böyük bir polk var ve buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar. 1992-ci ilin fevralın 25 də Əlif Haciyev və onun dəsdəsi səhər saat 5 ə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri - bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda balaca bir oğlan uşağına papağını hədiyyə edib ona demişdir ki, qayıdsam papağımı qaytararsan, yox əgər qayıtmasam papağımı yadigar saxlayarsan. Əlif Haciyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd gösdərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələdə təhlükədə xeyli adam var idi ve bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Əlif Haciyev bir an belə dinclik tapmırdı. Qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən Əlif Haciyevin qəlbinə sancıldı. Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdır. Onun Nazim adında işçisi Haciyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısınıda üstünə örtmüşdür. Nazim oradan Əlif Haciyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki, " əgər bilsələr bu Əlifin meyididir ermənilər onu sizə verməyəcəklər". Ona görə də Haciyevin cəsədini maşında o biri meyitlərin altında gizlədib gətirmişdi.
ALLAH RƏHMƏT ELƏSİN.
0 /