İspaniyada xristian krallıqları:
fotoPriney yarımadasında Ərəblər tərəfindən işğal olunmuş vilayətlər bunlar idi: şimali Austriya, şimal-şərqdə Baskların məskunlaşdığı Navarra, İspan Markası (Barselona qraflığı). Rekonkistanı bu vilayətlər başladı.
Xristianlarla ərəblər arasında ilk qarşıdurma iki dinin tərəfdarları arasında amansız qarşıdurmaya çevrildi.
Müstəqil krallıq ilk dəfə Austriyada yaradıldı. Krallığın adı bir neçə dəfə dəyişdirildi. Sonra isə Leon və Kastiliya krallığı adlandırıldı.
Krallığa çevrilmiş Navarra ciddi ərazi dəyişikliyinə uğramadı.
IX əsrdə Araqonlular Saraqossa şəhərini marvların əlindən alaraq, onu Barselona qraflığı ilə birləşdirdilər.
XI əsrdə Portuqaliya qraflığı yaradıldı. Sonralar, XIII əsrdə qraflıq böyüyərək, krallığa çevrildi. Toledo Kastiliya krallığının paytaxtına, Saraqossa Araqon krallığının, Lissabon Portuqaliya krallığının paytaxtına çevrildi.
Beləliklə, XIII əsrdə Priney yarımadasında dörd krallıq (Kastiliya, Araqon, Navarra, Portuqaliya) mövcud idi.
XV əsrin ikinci yarısında (1479) dillərinə və mənşəyinə görə bir-birinə qohum olan Kastiliya və Araqon krallıqları nigah yolu ilə birləşdirildi.