confessions

gulu1096

1. Nəsil Nəzarətçi - Elm Adamı -

  1. Paylaşımların cəmi 1762
  2. İzləyici 3
  3. Xal 33518

*🇦🇿Şəhid Səməndər İsgəndərov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Səməndər İsgəndərov🇦🇿*

*Həyatı*

Səməndər İsgəndərov 23 fevral 1996-cı ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. Şəhid Səfəralı Məmmədov adına Masallı rayon Sərçuvar kənd tam orta məktəbdə təhsil almışdır. Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır. Nişanlı idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Səməndər İsgəndərov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi ixtisası topçu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Səməndər İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səməndər İsgəndərov Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 12 noyabr 2020-ci ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Təbriz Əsgərov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Təbriz Əsgərov🇦🇿*

*Həyatı və hərbi xidməti💂🏻‍♀️*

Təbriz Əsgərov 18 iyul 1997-ci ildə Kəngərli rayonunun Xok kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Hadrutun, Qubadlının, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə fərqlənmişdir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 13 noyabr tarixində Naxçıvanda torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Əsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Əsgərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "İgidliyə görə" medalı (ölümündən sonra)
•🎖️— "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Ramiz Cəfərov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Ramiz Cəfərov🇦🇿*

*Həyatı*

Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Makeevka şəhərində anadan olub.

*Təhsili*

Ramiz Cəfərov Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində müdavim olan illərdə 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi.

*Ailəsi*

Ramiz Cəfərov ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda olmuşdur.

*2016-cı ilin Aprel döyüşləri*

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Ramiz Cəfərov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

*2020-ci ilin Vətən müharibəsi*

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Cəfərov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
•🎖️— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
•🎖️—"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
•🎖️—"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
•🎖️— "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
•🎖️—"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
•🎖️— "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
•🎖️— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
•🎖️— "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️—"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

*İrsi və xatirəsi*

2021-ci il fevralın 19-da İctimai TV-də Ramiz Cəfərova həsr olunan “Bir Şuşa qəhrəmanı” sənədli filmi təqdim olunub. 25 dəqiqədən ibarət olan sənədli filmin ssenari müəllifi Ramil Ələkbərov, rejissoru isə Elmar Orucovdur.

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Davud Abbasov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Davud Abbasov🇦🇿*

*Həyatı*
Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007-2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*
Davud Abasov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi.

*Təltifləri🎖️*

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
*Nur içində yat nur üzlü Şəhidim🖤🕊️*
_UNUTMAYAQ! UNUTDURMAYAQ!✊🏻🇦🇿_

*🇦🇿Şəhid Rahib Babayev🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Rahib Babayev🇦🇿*

*Həyatı*

Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da şəhid olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
•🎖️— II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
•🎖️— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
•🎖️— "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Elməddin Həsənov 🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Elməddin Həsənov 🇦🇿*

*Həyatı*

Elməddin Həsənov 1996-cı il fevralın 25-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elməddin Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Şuşanın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elməddin Həsənov oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️— "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
•🎖️—"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

Günlük xəbərlər

gulu1096
🇦🇿 *Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.*

*🌏*❗️```Üçtərəfli görüş olacaq```

⚡️Peskov bildirib ki, 9 noyabrda İlham Əliyev, Putin və Paşinyanın görüşü gözlənilir.

Azərbaycan və Ermənistan hökumətindən xəbərlə bağlı reaksiya yoxdur.

⚡️Rusiya hökuməti bildirib ki, görüş videoformatda olacaq.

*🌏*⚡️Cəbrayılda bir nəfər minaya düşüb

Cəbrayıl rayon prokurorluğundan “Operativ Media”ya daxil olan məlumata görə, noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib..

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

*Noyabr - Zəfər Günü ilə əlaqədar Bakı şəhərində yürüş təşkil olunub.
Zəfər yürüşü Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.

Azneft dairəsindən başlayan yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.
“Ağ şəhər” bulvarınadək davam edəcək yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılacaq.

🇦🇿🇮🇷 *İran XİN Azərbaycanı Zəfər günü münasibətilə təbrik edib.*

*🌏*Türkiyənin vitse-prezidenti Fuat Oktay 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

F. Oktay “Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Can Azərbaycan 1 il əvvəl bu gün 44 gün ərzində ortaya qoyduğu mübarizəsini zəfərlə taclandırdı və Qarabağı azad etdi: “Qardaş Azərbaycanın Zəfər Günü qutlu olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”

#

*🇦🇿Şəhid İbrahim Məmmədov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid İbrahim Məmmədov🇦🇿*

*Həyatı*

İbrahim Məmmədov 1985-ci il aprelin 33-də Şəki şəhərində anadan olub. 1991-2002-ci illərdə Şəki şəhərində 20 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

İbrahim Məmmədov 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan İbrahim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevi məruzəni İbrahim Məmmədov edib. İbrahim Məmmədov oktyabrın 25-də Laçın döyüşləri zamanı şəhid olub. Şəki şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.😔🥀

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri🎖️*

🎖️ "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 
🎖️"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "İgidliyə görə" medalı (ölümündən sonra)
🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️"Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Xocavəndin azad olunmasına görə medalı(ölümündən sonra)
*Nur içində yat Cənnət mələyi🖤🕊️*
*_UNUTMAYAQ! UNUTDURMAYAQ!✊🏻🇦🇿_*

*🇦🇿Şəhid Vüsal Musayev🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Vüsal Musayev🇦🇿*

*Həyatı*

Əslən Masallı rayonunun Təzə Alvadı kəndindən olan Vüsal Musayev 12 iyun 1996-cı ildə Xırdalan şəhərində anadan olub. 2002-2013-cü illərdə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb.

*Hərbi xidməti💂🏻‍♀️*

2014-cü ilin ikinci yarsından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən "N" saylı hissədə davam etdirib. Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb.

*İkinci Qarabağ müharibəsində iştirakı*

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılmışdı. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Vüsal Musayev 13 oktyabrda Ərgünəş dağında şəhid olmuşdur. Xırdalan şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Həmid Qasımov 🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Həmid Qasımov 🇦🇿*

*Həyatı*

Həmid Qasımov 1994-cü il dekabrın 11-də Şərur rayonunun Qabıllı kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.Nisanli idi

*Hərbi xidməti💂🏻‍♀️*

Həmid Qasımov 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə Tağım Komandiri, 2017-ci ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2019-cu ildə Bölüyün Komandiri idi.

Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Qasımov oktyabrın 3-də Talış istiqamətində zamanı şəhid olub. Kəngərli rayonunun Qabıllı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "İgidliyə görə" medalı (ölümündən sonra)
•🎖️— "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid İslam Eyvazov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid İslam Eyvazov🇦🇿*

*Həyatı*
İslam Eyvazov 1999-cu il aprelin 7-də Naxçıvan şəhərində anadan olub. 2006-cı ildə Naxçıvan şəhər 15 saylı orta məktəbə daxil olmuşdur. 2015-ci ildə isə həmin məktəbin IX sinifini bitirmişdir. Təhsil müddətində həm də 7 il Ərtoğrul Cavid adına musiqi məktəbinin fortopiano ixtisası üzrə dərs almışdır. IX sinifi bitirdikdən sonra Naxçıvan şəhər hərbi liseyinə sənəd vermiş, lakin qəbul olunmamışdır.

*Hərbi xidməti💂🏻‍♀️*

2017-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Həqiqi hərbi xidməti bitirdikdən sonra 2020-ci ildə yenidən hərb sahəsinə qayıdır. N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət göstərməyə başlayan İslam Eyvazov 2 ay sonra vətənini qorumaq üçün ön cəbhyə yola salınır. Cəbrayıl, Füzuli, Xocavənd istiqaqmətində ön cəbhədə vuruşur. 09.11.2020-ci ildə Xocavənddə şəhid olur. Qaraxanbəyli kənd məzarlığında dəfn olunub.😔🥀

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri🎖️*
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
*Nur içində yat nur üzlü Şəhidim.🖤🕊️*
*_UNUTMAYAQ! UNUTDURMAYAQ✊🏻🇦🇿_*

*🇦🇿Şəhid Məmməd Zamanlı 🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Məmməd Zamanlı 🇦🇿*

*Həyatı*

Məmməd Zamanlı 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub.

*Hərbi xidməti💂🏻‍♀️*

Məmməd Zamanlı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmməd Zamanlı sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
•🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Nofəl Behbudov 🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Nofəl Behbudov 🇦🇿*

*Həyatı*

Nofəl Behbudov 7 iyun 2001-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Nofəl Behbudov 2019-cu ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Nofəl Behbudov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nofəl Behbudov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qarşı tərəfin açdığı atəş nəticəsində aldığı güllə yarasından şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️—"Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️—"Cəsur döyüşçü" medalı (ölümündən sonra)
•🎖️—"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️— "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

Günlük xəbərlər

gulu1096
🇦🇿Şəmkirdə həbs edilən sabiq rəisin istintaqı başa çatıb

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.
V. Vəliyev şübhəli şəxs qismində tutulub.

#❗Masallıda dönərxana yanıb

Masallı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#SONDƏQİQƏ

Vidadi Muradov vəfat edib

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.

Məlumata görə, onkoloji xəstəlikdən əziyyət çəkən sabiq sədr bu gün dünyasını dəyişib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilən V.Muradovun bir neçə gün əvvəl barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı.

Qeyd edək ki, V. Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovun atasıdır.

#❗2022-ci ilin büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub

Büdcə zərfi noyabrın 10-da parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

İclasda müvafiq nazirliklər və dövlət qurumlarının rəhbər şəxsləri, deputatlarla bərabər, iclasda bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak edəcək.

#❗Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən bu gün hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında təşkil olunur.

#Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

Bu gələn ilin büdcə layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı sosial yardımın tətin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.

#ABŞ səfirliyi Dövlət katibinin köməkçisinin müavininin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb

Məlumatda deyilir ki, ABŞ-ın Bakıdakı Səfirliyi Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət katibinin müavin köməkçisi Erika Olsonu Bakıda salamlamaqdan məmnundur. Xanım Olson Bakıda olarkən Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri, səfir Litzenberger və səfirliyin əməkdaşları ilə görüşəcək, həmçinin Bakı şəhəri ilə bir az tanış olmaq şansı əldə edəcək.

#

Günlük xəbərlər

gulu1096
🚨Naftalanda ər və arvad dəm qazından zəhərlənib

Hadisə Qaşaltı kəndində baş verib.
1984-cü il təvəllüdlü Mustafayev Xəyyam Yunis oğlu və həyat yoldaşı 1989-cu il təvəllüdlü Heydərova Sevil İman qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#SONDƏQİQƏ

Azərbaycan Prezidenti “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunda çıxış edir - CANLI

👉🇦🇿🇹🇷Binəli Yıldırım: "44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var"

“Azərbaycanda, qardaş ölkədəyik. Bu gün 8-ci Bakı Beynəlxalq Forumunda pandemiyadan sonrakı durum, regional və qlobal məsələlər müzakirə olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.

O, bu Forumun çox faydalı olacağını düşündüyünü deyib: “4 gün sonra Qarabağ zəfərinin ildönümünü qeyd edəcəyik. Azərbaycan 44 günlük savaşda Qarabağı azad edib. Bu mübarizəyə liderlik edən Prezident İlham Əliyevə təşəkkür edirik. 44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var. Artıq əsas məsələ bölgənin rifahı, inkişafıdır”.

#Prezident İlham Əliyev: “Qlobal Bakı Forumu qlobal siyasətə uyğun məsələlərin həlli baxımından aparıcı platformalardan birinə çevrilir”

#Prezident İlham Əliyev: “Yaşı 18-dən yuxarı olan əhalinin təxminən 60%-ni iki doza peyvənddən keçirmişik”

#Prezident İlham Əliyev: “Məhdudiyyətlər səbəbindən iş yerini itirənlər üçün sosial paketlərə dövlət büdcəsindən 2,9 milyard dollar vəsait ayrılmışdı. Biz məhdudiyyətlərin yaratdığı çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük”.

#🇦🇿Prezident İlham Əliyev: “Qoşulmama Hərəkatının sədri kimi 30-dan çox ölkəyə maliyyə və humanitar yardım etdik”

#Prezidenti İlham Əliyev: “7000 əsgərin ölümü və 44 günün keçməsi tələb etdi ki, Ermənistan rəhbərliyi bunu başa düşsün”

#🌏ÜST-ün Baş direktoru: “COVID-19-dan sonra daha böyük həmrəyliyə nail olacağımıza inanırıq

“Dünya ölkələrinin yalnız 2/3 hissəsi əhalinin əksəriyyətinə vaksin vurub”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus videomüraciətində bildirib.

#"Qarabağın işğaldan azad edilməsi tək ərazi bütövlüyümüzün , tarixi ədalətin bərpası deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatına əlavə gücün qatılması, ölkənin daha sürətli inkişafının təmin etməsinə yönəlmiş prosesdir". Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, açıq dənizə çıxışı olmamasına baxmayaraq Azərbaycan dövlət başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində logistika mərkəzi və ticarət əlaqələrində önəmli yer tutan ölkə kimi özünü təsdiq edib: “Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək. Proses Azərbaycanın bundan sonra daha sürətli inkişafına, regionda, ümumiyyətlə dünyada olan mövqeyinin daha da möhkəmlənməsinə və xalqın rifahına xidmət edəcək".

#🚨Bakıda narkokuryerlik və oğurluq edən şəxslər tutulub

#Ermənistan “altılıq platforması”nda iştirakla bağlı konkret qərar qəbul etməyib

Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar aparılmır.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə bildirib.

Onun sözlərinə görə, adıçəkilən məsələ ilə bağlı danışıqlar aparılmadığından konkret xəritələr və sənədlər barəsində danışmaq hələ tezdir.

Nazir müavini vurğulayıb ki, İrəvan müxtəlif platformalarda, o cümlədən “altılıq platforması”nda ("3+3") regional məsələlərin müzakirəsində iştirakla bağlı təkliflər alıb.

#🚨İranda avtobus yük maşını ilə toqquşub, 3 nəfər ölüb, 19 nəfər yaralanıb

Qəza Kürdüstan əyalətində, Saqqız-Divandərə magistral yolunda qeydə alınıb.

Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

#Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Çinarlı kəndinə səfər edib.

# ☁️Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

#🇦🇿🇹🇷Türkiyə Böyük Millət Məclisində “Azərbaycanın Vətən Müharibəsində Zəfər Bayramı” adlı foto-sərgi

TBMM sədri Mustafa Şentop bildirib ki, Türkiyə parlamentində Azərbaycanla bağlı çox sərgi keçirilib.

📌Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirə görə təşəkkürünü ifadə edib.

#❗ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib

Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.

Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.

#Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı genişləndirilib

#⚡Bakıda qısqanclıq zəminində qadını öldürdürməkdə təqsirləndirilən Telman Mövsümzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

✅Hökmə əsasən, T.Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum edilib.

#Ukraynada yeni müdafiə naziri təyin olunub

Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdimatı əsasında Aleksey Reznikovu müdafiə naziri vəzifəsinə təyin edib.

Qeyd edək ki, A. Reznikov daha əvvəl Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri olub.

#Kamran İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

#❗QMİ sədri: “Vətən müharibəsi dövründə din xadimləri orduya dəstəklərini əsirgəməyiblər”

#🇦🇿Ceyhun Bayramov: “Danışıqlar nəticə vermədiyi üçün münaqişəni hərbi yolla həll etdik”

“Azərbaycan müstəqilliyinin ilk illərində işğala məruz qalmışdı”.

Bunu bu gün VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COVID-19-dan sonra yeni dünya nizami” panelində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

#Ceyhun Bayramov: Dünya hələ COVID-19-dan sonrakı dövrə keçməyib: “Pandemiyanın təsirləri həyatımızda hələ müəyyən müddət də olacaq. Azərbaycan Prezidenti peyvəndlərə bərabər çıxışın təmin edilməsi və onların bərabər şəkildə paylanılması üçün BMT qarşısında təşəbbüslə çıxış edib”

#Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib.

Müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub.

Roma Papası Forumun keçirilməsinin həm də Nizami Gəncəvinin 880 illiyi ilə eyni vaxta düşdüyünü bildirib: “Nizami Gəncəvi yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunub.

#🇦🇿Ceyhun Bayramov: “Azərbaycanın qazandığı Zəfər regionda əməkdaşlığın genişlənməsi üçün imkanlar açıb”

# 🌫Bakı və Abşeronda toz dumanı müşahidə olunur

❗Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

📌Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

#Qlobal Bakı Forumu çərçivəsində "COVID-19-dan sonra yeni dünya nizami" mövzusunda panel keçirilib

#❗Kambocanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Kamboca Xalq Partiyasının sədri Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

#🇦🇿Ceyhun Bayramov İran maşınlarının Qarabağa qanunsuz səfəri ilə bağlı Tehranla aparılan danışıqlara aydınlıq gətirib

“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi: “Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu.

İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”.

# Aİ Şəki, Xırdalan və Lənkərana 30 min avro ayırıb

Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.

# ❗11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib

Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da müəssisəyə yerləşdirilib.

Bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

Qeyd edək ki, Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.

#🇦🇿Nazir Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib

“Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib

Nazir müharibədən sonra Moskvada Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşdüyünü xatırladıb.

XİN rəhbəri gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib

#Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

#❗Direktor: “Xəyyam Abdinovun həbsinin Müasir İncəsənət Muzeyi ilə əlaqəsi yoxdur”

Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov uzun müddətdir, Muzeydə çalışmır, o, direktor vəzifəsindən azad olunub

“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı əlaqəsi yoxdur”, - deyə Rövlan Əliyev bildirib.

Qeyd edək ki, X. Abdinovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulduğu barədə məlumat yayılıb.

#Azərbaycan Prezidentinin köməkçisi: “Biz hələ pandemiyanın ortasındayıq”

#📸Azərbaycanda 500 manat nominalında yeni əsginaz tədavülə buraxılıb

#❗ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib

ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Degnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Dövlət katibinin müavini Erika Olson, amerikalı həmsədr Andryu Şofer və USAİD təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski, ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər.

#🇹🇷Türkiyənin sabiq xarici işlər naziri: “Paşinyanın ümumi olaraq dediyi sözləri daha irəli aparması lazımdır”

“Hazırda əsas məsələ Cənubi Qafqazda sülhün, barışın, sabitliyin bərpa edilməsidir”.

Bunu Türkiyənin sabiq xarici işlər naziri, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin deyib.

#🇵🇰🇦🇿Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb

#🇦🇿Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manata qaldırılır

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

# 🇦🇿Şahmar Mövsümov: “Azərbaycan hökuməti növbəti 5 il üçün inkişaf strategiyası üzərində işi tamamlayır”

👉🇦🇿Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

# Vüqar Səfərli: "Sənəddə əvvəl laminat yazılmışdı, sonradan bildim ki, parket vurulmalı imiş"

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bünyamin İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokurorun suallarını cavablandıran B.İsmayılov bildirib ki, ittihamda göstərilər qiymətlərin şişirdilməsi ilə bağlı məsələnin ona aidiyyəti olmayıb: "Mən başa düşmürəm ki, nəyi şişirtmişəm? Layihəyə uyğun olaraq hər şeyin qiyməti var idi. Layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edirdik. Mən kiməm ki?"
Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərliyə sual verərək ondan binaların tikintisi zamanı parket əvəzinə laminatdan istifadə edilməsinin necə baş verdiyini soruşub.
V. Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: "Sənəddə əvvəl laminat yazılmışdı. Mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə, orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma edilməli idi".
Daha prosesdə təqsirləndirilən şəxs Telman Tahirov ifadə verib.
T.Tahirov bildirib ki, jurnalistlər üçün ikinci və üçüncü binanın tikintisi zamanı layihə rəhbəri və baş memar olub. O, verilən ittihamla özünü təqsirli bilməyib: "Verilən ittihamla razı deyiləm. Orada layihəçiyə aid olmayan şeylər var. Sifariş verilib, biz də icra etmişik. Biz layihəni hazırlayıb ekspertiza idarəsinə təqdim edirdik. Mən arxayın hər şey yaza bilərəm, amma dövlətin ekspertizası var. Baş Ekspertiza İdarəsindən rəy alandan sonra bizim layihə qanuni hesab olunurdu".
Təqsirləndirilən şəxs ifadəsində KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlini şəxsən tanımadığını, yalnız televiziyada gördüyünü deyib: "Mənə ittiham verilib ki, Vüqar Səfərli və digərləri ilə mənimsəmə aparmışam. Belə şey olmayıb. Mənə fond sifarişi verirdi, mən də layihəni hazırlayıb ekspertiza idarəsinə göndərirdim. İdarədən layihə ilə bağlı rəy gələndən sonra mənim işim başa çatırdı".
Proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

❗Amnistiya Aktı pandemiya ilə əlaqədar məsuliyyətə cəlb olunmuş şəxslərə şamil edilməyəcək

“Hazırkı Amnistiya Aktı cinayət törətmiş şəxslərin cəzadan azad edilməsi, şəxslərə təyin olunmuş cəzanın müddətinin azaldılması, məhkumluğun götürülməsi və cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

#Şahmar Mövsümov:“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”.

#🦠💉Şahmar Mövsümov 5 yaşa qədər uşaqlara COVID vaksini vurulub-vurulmayacağı barədə məsələyə aydınlıq gətirib

O, bildirib ki, bununla bağlı tövsiyə yoxdur: “Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara vaksin vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə vaksin vurulması nəzərdə tutulmayıb”.

#Şahmar Mövsümov: “Restoranların fəaliyyətinə gecə saat 12-dən sonra qoyulan məhdudiyyətin götürülməsi nəzərdə tutulmur”

#🇦🇿Prezidentin köməkçisi koronavirusun yayılması ilə əlaqədar məktəblərdə tətil elan olunub-olunmayacağına münasibət bildirib

O, bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi protokoldan istifadə edilir: “Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir. Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.

#🇦🇿Prezidentin köməkçisi: “Yeni il bayramında restoranların saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət götürülə bilər”

👉🚨 *SON DƏQİQƏ*

🇦🇿DSX-nin hərbi qulluqçusu təlim zamanı aldığı qəlpə yarasından vəfat edib.

ℹ️Noyabr ayının 4-də saat 17:20 radələrində DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.

*🌏*

Yanan kömür yatağında gəzməyin ilahə Draupadinin sizə bir dilək verə biləcəyini desəydik nə düşünərdiniz?

gulu1096

foto

Yanan kömür yatağında gəzməyin ilahə Draupadinin sizə bir dilək verə biləcəyini desəydik nə düşünərdiniz? Bu qəribə açıqlama, Theemithi dövründə, Tamil Nadu qəsəbəsində yaranan və Asiya və Afrikanın bir neçə ölkəsinə yayılmış bir tətbiq olaraq axtarılan bir şeydir.
Theemithi, ümumiyyətlə təxminən iki ay yarım davam edən nəhəng bir mərasimin bir hissəsi olan bir mərasimdir; və Mahabharata kitabının ən vacib hissələrini yenidən yaratmağa çalışdığını. Bu mətndə tanrıça Draupadi bir alov meydanının üstündən keçib qarşı tərəfə tamamilə yarasız çıxdı.
Həm Hindistanda, həm də digər yerlərdə (Sinqapur və Şri Lanka daxil olmaqla) milyonlarla insan hər il bu bacarığı təkrar etməyə çalışır. Ümumiyyətlə, düzgün bir şəkildə edildiyi təqdirdə, yanan kömürlər üzərində gəzmək təhlükəli olmamalıdır; lakin normalda festival ila

Hindistan mədəniyyətində ilanların çox əhəmiyyətli bir rolu var

gulu1096

foto

Hindistan mədəniyyətində ilanların çox əhəmiyyətli bir rolu var. Əslində, dünyanın bir çox mədəniyyətində bu Asiya ölkəsi "ilanlar diyarı" kimi tanınır. Ancaq hindlilərin bu sürünənlərlə xüsusi əlaqəsi, xüsusilə təəccüblü bir şəkildə müşahidə olunur.
Qəməri ayının beşinci günü reallaşan bu festivaldaŞravan, ölkənin bütün guşələrinin sakinləri həm məbədlərdə, həm də küçələrdə canlı kobralara ibadət etmək üçün toplaşırlar.

Dişləri götürülməmiş və bu səbəbdən hələ də ölümcül olan bu təhlükəli heyvanlar, vətəndaşlar hədiyyələr gətirərkən və onlara gül ləçəkləri atarkən ictimai yerlərdə boş qalırlar.
Qərblilərin nəzərində bu tətbiq son dərəcə riskli görünə bilər; lakin hindlilər inanırlar ki, ilanlar dişləmir, çünki müqəddəs bir gündür. Ancaq tövsiyəmiz budur ki, bu vaxta qədər ölkəyə səfər etsəniz, bu inamı sınağa çəkməyə çalışmayın.

_🛎 Filippində belə bir adət var: içərisində cəsəd olan tabutlar qayalardan asılırlar._

gulu1096

foto

_🛎 Filippində belə bir adət var: içərisində cəsəd olan tabutlar qayalardan asılırlar._

_Filippinin şimalındakı İqorot qəbiləsindən belə bir qeyri-adi inancı-adəti var. Tabutları qayalardan asırlar. Onlar inanırlar ki, tabutları hündür yerdən asdıqları üçün “canavar”lar cəsətləri apara bilməyəcəklər. Bundan əlavə bu qayda ilə ruhlarının təmizləndiyini düşünürlər.🪦_

_Bu inancın ən az 2000 illik tarixi olduğu deyilir._

*🇦🇿Şəhid Əli Mehdizadə🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Əli Mehdizadə🇦🇿*

*Həyatı*

Əli Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açmışdır.

*Hərbi xidməti💂🏻‍♀️*

Əli Mehdizadə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə axşam saatlarında Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur.😔🥀

*Təltifləri🎖️*

🎖️ "Şücaətə görə" medalı (ölümündən sonra)
🎖️"Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
*Ruhun şad olsun nur üzıü Şəhidim🖤🕊️*
*_UNUTMAYAQ! UNUTDURMAYAQ! TANIDAQ! YAŞADAQ!✊🏻🇦🇿_*
2 /