confessions

gulu1096

1. Nəsil Nəzarətçi - Elm Adamı -

  1. Paylaşımların cəmi 1762
  2. İzləyici 3
  3. Xal 33573

insanlığın riyaziyyatı

gulu1096
_*✔ İnsanlığın riyaziyyatı*_

_Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinfə bir qaşqabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə lövhəyə " 1 " rəqəmini yazır._
_Yüksək səslə:_
_"Baxın" — deyir, "Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey"_

_Sonra 1-in yanına " 0 " rəqəmini yazır: " Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir. "_

_Bir " 0 " da artırır: " Bu təcrübədir. 10 olduğunuz vaxt 100ə qaldırar sizi "_

_Beləliklə " 0 " lar uzanıb gedir._
_✅ Bacarıq, Ciddiyyet, Sevgi…_

_Əlavə olunan hər 0-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir._

_Sonra əlinə silgini alır və ən başdakı 1- i silir. Demək istədiyi son fikri də uşaqlara çatdırır:_
_- İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏR HEÇ BİR MƏNA VERMƏZ..!_

tarixdə 13 mart.

gulu1096
*Tarixdə bu gün-13 mart*


🪐1781 — İngilis astronom Uilyam Herşel öz əli ilə düzəltdiyi teleskop vasitəsilə Günəş sisteminin yeddinci planetini - Uranı kəşf etmişdir.
🪐1869 — Rus kimyaçısı Dmitri Mendeleyev Dövrü sistemin tərtibini tamamlamışdır.
🪐1887 — Çester Qrinvud qulaqcıqları patentləşdirmişdir.
🪐1917 — Petroqradda indiki "Xəbərlər" qəzetinin ilk nömrəsi işıq üzü görmüşdür.
🪐1921 — Monqolustan Çindən öz müsətqilliyini elan etmişdir.
🪐1930 — SSRİ-də Moskva İş Birjası bağlanmış, bununla da Sovet İttifaqı işsizliyi tam aradan qaldırmış ilk ölkə olmuşdur.
🪐1930 — Amerikalı astronom Klod Tombo Günəş sisteminin doqquzuncu planetini - Plutonu kəşf etdiyini elan etmişdir.
🪐1938 — Avstriya sülh yolu ilə Nasist Almaniyasına qoşulmuşdur.
🪐1954 — SSRİ Dövlət Təklükəsizliyi Komitəsi yaradılmışdır.
🪐1954 — Hind-Çin müharibəsi Den Byen fu döyüşü ilə başlamışdır.
🪐1967 — Konqo Demokratik Respublikasında dövlətə xəyanətdə günahladırılan separatçıların əvvəlki lideri Moiz Çombe qiyabi olaraq ölümə məhkum edilmişdir.
🪐1979 — Avropada valyuta sistemi işə salınmışdır.
🪐 1995 — Azərbaycan Respublikası Syerra-Leone ilə diplomatik əlaqələr qurmuşdur.

*13 mart vəfat edənlər*
🪐1994 - Həsən Əbluc - Aktyor, rejissor
🪐1881- 2-ci Aleksandr-Rus çarı

Havasızlıqdan öldü!

gulu1096
1901-ci ildə Maud Willard, bir çəllək içində özünü Niagara Şəlaləsindən aşağıya atdı. Maud bu tullanışda ölmədi. Onu öldürən, zorla çəlləyə qoyduğu itiydi. İt burnunu çəlləyin tək hava deşiyinə soxduğu üçün hava yeri qalmadığından Maud havasızlıqdan öldü.

Tesla Qülləsi.

gulu1096
Tesla Qülləsi olaraq da bilinən Wardenclyffe Qülləsi 1901-1917 Nyu Yorkun Shoreham kəndində yerləşən 1901-1902-ci illərdə Nikola Tesla tərəfindən Long Island adasında dizayn edilmiş və inşa edilmiş erkən təcrübəli simsiz ötürücü stansiyadır. Tesla, siqnalları aparmaq üçün Yerdən istifadə etdiyi nəzəriyyələrinə əsaslanaraq mesajlar, telefoniya və hətta faks şəkillərini Atlantikdən İngiltərəyə ötürmək və dənizdəki gəmilər göndərmək niyyətində idi. Guglielmo Marconinin radio əsaslı teleqraf sistemi ilə daha yaxşı rəqabət aparmaq üçün müəssisəni genişləndirmək və simsiz enerji ötürmə fikirlərini əlavə etmək qərarı, layihənin əsas dəstəkçisi, maliyyəçi Morgan tərəfindən dəyişikliklərin maliyyələşdirilməsindən imtina ilə qarşılandı. Əlavə investisiya tapıla bilmədi və 1906-cı ildə layihə heç vaxt işə düşməyərək tərk edib

Ən ağıllı quş

gulu1096
*Ən ağıllı heyvanlar silsiləsindən 8-ci yerin sahibi – GÖYƏRÇİN🕊️*

Göyərçinlərə bir çox şəhərlərdə kütləvi toplaşmış şəkildə rast gəlmək olar. Bir çoxlarımız onları “axmaq”, ayaqaltında dolaşan quşlar hesab edirik. Lakin bir çox elmi sınaqlar göstərir ki, onlar çox ağıllı quşlardır. Məsələn göyərçin gördüyü yüzlərlə görüntüləri illərlə yadında saxlaya bilər. Ən çox yayılmış və tanınan növ çöl göyərçinidir. Çöl göyərçinlərinin vətəni Avropa hesab edilir. Yaponiyanın Keio University universitetinin keçirdiyi sınaqlardan məlum olub ki, çöl göyərçinləri özlərini güzgüdə tanıya bilirlər. İndiyə qədər hesab edilirdi ki, bu bacarıq yalnız insanlara, primatlara, delfinlərə və fillərə xasdır. Sınaq olaraq göyərçinlərə 3 video göstərilir. İlk videoda onlar özlərinə güzgüdə baxırlar. İkinci videoda isə onlar bir neçə saniyə bundan əvvəl etdikləri hərəkətləri görürlər. 3-cü videoda isə onlar bir neçə saat bundan əvvəl etdiklərin görürlər. Onlar öz dimdikləri ilə seçimlərini edirdilər. Sınaqlar onu göstərir ki, göyərçinlər etdikləri hərəkətləri 5-7 saniyə civarında xatırlayırlar. Göyərçinlər müəyyən hərəkət ardıcıllığın öyrənmək qabiliyyətinə malikdilər. Qədim dövrdən bəri bu quşlar yaddaşlarının gücünə görə məktub daşıyan quş kimi istifadə olunurdular. Onlar olduqları ərazini unudmurlar və evə yolu tapa bilirlər.


rusiya nota verdi

gulu1096

foto

Rusiya höküməti Türkmənistana NOTA verdi!
SƏBƏB; Aşqabbad məktəblərində rusdilli siniflərin bağlanmasıdı.

Rusiya-XİN; Ümid edir ki, Türkmənistan tərəfi iki ölkə arasında dostluq münasibətləri ənənələri ruhunda ölkədə rus dilində təhsil sferasının ixtisarına imkan verməyəcək.
1

ASLANOV BƏXTİYAR İLQAR OĞLU

gulu1096

🇦🇿💪 İgidimiz şəhid *ASLANOV BƏXTİYAR İLQAR OĞLU*


🗓️Doğum tarixi: *28.12.1998*


🌠Doğulduğu yer: *NAFTALAN* şəhəri

🏣Orta təhsil: *Səməd Vurğun adına 2 saylı tam orta məktəb*

🇦🇿🥷Şəhidlik tarixçəsi: Şəhidimiz oxuduğu məktəbi bitirdikdən sonra 2016 ci il Gürcüstan şəhərinin Açıq Tədris Unversitetinə daxil olur.Lakin 2018 ci il ailesinin xəbəri olmadan təhsilini donduraraq vətənə qayıdıb hərbi xidmətə getmək qərarına gəlir. 22.01.2019 cu il hərbi xidmətə yollanır və 23.07.2020 ci il hərbi xidmətdən geri qayıtdiqdan sona müharibənin başlayacağını eşidir,hərbiyə işə düzəlmək qərarını evde bildirir.Hərbi təlimlər alaraq Daşkəsən rayonu hərbi hissəsində hərbiçi kimi işə düzəlir.İşə təzəcə başladığı zaman döyüşlər başlayır.

✉️Anasına son mektubu: *Ana mən şəhid olmağa gedirəm.Mənimlə fəxr edərsiniz.Allaha əmanət olun* 🥺


🩸Şəhidlik məqamı: 7 hərbiçi yoldaşı ilə qəhrəmancasına döyüşərək Ağbaba yüksəkliyini alıb.Kəlbəcər uğrunda döyüşlərdə son gülləsinə qədər vuruşaraq sonda qəhrəmancasına şəhid olub.🥺

_#İsrail_*

gulu1096
*_#İsrail_*

_İsrail qədim görməli yerləri və müasir şəhərləri birləşdirir. Xoş iqlim, çoxlu sayda günəşli günlər və il boyu üzgüçülük mövsümü onu səyahətçilər üçün çox cəlbedici edir. Ölkədə özünüzü batırmaq və təkcə xatirələr deyil, siyahımız kömək edəcəkdir._

_✏️Ölü dəniz mineralları olan kosmetika sağlamlıq verən, dəridə metabolik prosesləri yaxşılaşdıran müalicəvi mənbədir._
_✏️İpək süfrələr və şallar ucuzdur və demək olar ki, hər mağazada satılır. Parça kiri çəkmir, qırışmır, uzun müddət öz görünüşünü saxlayır._
_✏️Şirniyyatlar və içkilər. Hələ heç kim İsraili bir qutu kral xurması olmadan tərk etməyib._
_✏️ Xəmsə amulet - xurma formasında talisman kulon, brelok, maqnit şəklində satılır. Yaxşı arzuları simvollaşdırır, şərdən qoruyur, müsbət enerji toplayır._
_✏️Zərgərlik. İsraildə qızıl məmulatları, almazlı zinət əşyaları və yarı qiymətli daşlar aşağı qiymətə malikdir._

*_Sevgi ilə dünyanın hər tərəfindəsiz❤️_*

✍🏻 Cəfər Cabbarlı💜şeirləri

gulu1096
✍🏻 Cəfər Cabbarlı

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor. 🇦🇿🇹🇷
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU
Əsarətin gecəsindən flirsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Boyard qalası

gulu1096

foto


foto

Boyard qalası Fransa sahillərinin yaxınlığında, iki adanın arasında hərbi məqsədlərdən ötrü – Roşfor şəhərinin tərsanələrini Britaniya donanmasının mümkün hücumundan müdafiə etmək üçün tikilib. O zaman iki ada arasındakı məsafə artilleriya tərəfindən "örtülmürdü", buna görə də ortada qala tikmək qərara alındı.
İlk cəhdi Britaniya ilə permanent müharibə vəziyyətində olan Napoleon etdi. Amma 1801-ci ildə başlanan tikinti 1809-cu ildə dayandırıldı. Qalanın özülünün tikintisində istifadə olunan daş bloklar quma batır, kənara sürüşürdülər. Həmin vaxt bu problemi həll edə bilmədilər.
Tikinti 1837-ci ildə bərpa edildi və 20 il davam etdi. Hazır olanda isə artıq gərəksiz idi. 20 il ərzində artilleriyanın atəş məsafəsi xeyli artmışdı və iki ada arasındakı məsafəni tam örtürdü. Buna görə də o hərbi məqsədlər üçün deyil, həbsxana kimi istifadə edildi. 1962-ci ildə hərracda özəl mülkiyyətə satıldı. 1990-cı ildən isə qalada dünyaca məşhur teleoyun "Ford Boyard" çəkilməyə başlandı.

*Tudor memarlığı 1485-1558-ci illər arasında olan xüsusi memarlıq növünə aiddir.

gulu1096

foto

_*Tudor memarlığı 1485-1558-ci illər arasında olan xüsusi memarlıq növünə aiddir. Bu, Tudor monarxlarının hakimiyyəti dövründə baş verir və İngiltərə və Uelsdə Orta əsrlər memarlığının son inkişafına çevrilir. Bir çox digər üslublar kimi, Tudor memarlığı da onu Orta əsrlər dövründən və sonrakı dizaynlardan ayıran bir sıra fərqli xüsusiyyətlərə malik idi. Yarım taxta işlərin və hörgülərin həddindən artıq istifadəsi, geniş bacalar, çəngəlli kaminlər, dörd mərkəzli tağlar, üst mərtəbələr, ağır qapılar, böyük pəncərələr, evin ətrafında abadlıq və kiçik bağlar və s.*_

*🇦🇿Şəhid Həmdəm Ağayev🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Həmdəm Ağayev🇦🇿*

*Həyatı*

Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Həmdəm Ağayev 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.

Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı.

Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini - Qərargah rəisi vəzifəsində xidmət elədi.

Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️ "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

•🎖️ "İgidliyə görə" medalı

•🎖️ "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

•🎖️ "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

•🎖️"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

•🎖️ "Hərbi xidmətlərə görə" medalı

•🎖️ "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

•🎖️ "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

•🎖️ "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

•🎖️ "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

•🎖️ "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı

•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️ "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)

•🎖️ "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Cənnətdəki doğum günün mübarək Şəhidim_🥀😔

*Unutmayaq! Unutdurmayaq!*

NƏSİHƏTNAMƏ ƏSƏRİNDƏN. (parça)

gulu1096
NƏSİHƏTNAMƏ ƏSƏRİNDƏN.
(parça)
Ellərdə bir belə heykayət varmış,
İki Şah mehriban,qonşu yaşarmış.
Hər iki padşahın bilikli vəzri,
Ağılla görərmiş bütün tədbiri.
Qıfılbənd yollarmış padşah-padşaha,
Ağıl-bilik lazım onu açmğa.
Vəzirlər açarmış bu qıfıbəndi,
Görsünlər kim-kimə üstün gələrdi.
Araya qan salır bir ara qatan,
Ağılsız Şah verir,belə bir fərman:
Vəzirin başını göndərsən mənə,
Torpaqla on kəndi verərəm sənə
Vəzirin biliyi olmasa əgər,
Onda bilərsən ki,kim üstün gələr.
Yalvarıb-yaxardı Vəzir Padşaha,
Gəl bizi batırma haqsız günaha.
Qəzəblə şah dedi:-etməsən əməl,
Ey vəzir,özünü tutacaq əngəl.
Dost-dostun dar gündə arxası gərək,
Haqsız bu fərmana lənət dilərək,
Məktubun küncünə yazdı "ƏLİF-NUN",
Məktubu açmamış fərmanı duysun.
Bəlkə fəlakətdən qurtara canı,
Haqsız tökülməsin dostunun qanı.
Məkirli bu məktub yetişdi Şaha,
Qalmışdı bir güman o bir Allaha.
Şah verdi məktubu vəzirə,açsın,
Yazıb cavabını,Şaha yollasın.
Məktubu çevirdi o üz-bu üzə,
Baxmırdı vəzirin əli də sözə.
Vəzirin biliyi yetişdi dada,
"Qurandan"bir ayə o saldı yada.
Mənası belədi "Ən-Yukəttəlu"
Ölüm haqlamamış qaç üzü sulu.
"Əlif-Nun" məktubun tap harasında,
Bil.ölüm qaşla-göz arasında.
Hər şeyi bir anlıq vəzir unutdu,
Məktubu tullayıb,burnunu tutdu.
İzin ver,ey Şahım, kənarda durum,
Vallahi sevincdən qanadı burnum
Dar gündə köməyə gəldi savadı,
Ölüm pəncəsindən qaçıb qurtardı.
İki hərf vəziri qurtardı dardan.
Allahın hökmüdü ayeyi "Quran".

İlk baxışda nə gördün?

gulu1096

foto

Bu test enerjinizin nə qədər güclü olduğunu sizə xəbər verəcəkdir.

✅ Təlimat: təsvirə baxın. İlk olaraq nə gördün? Gözünüzə nə gəldi? .diqqətiniz harada dayandı?

1. mənzərə
2. relslər
3. divar üzərində rəsm
4. İti olan qadın
5. dəmir yolu ilə oynayan adam
⠀⠀
Seçiminizi təhlil etməyin - bilinçaltınıza güvənin! Bu vacibdir ☝
1️⃣ İlk baxışınız mənzərəyə düşsə

Bu o deməkdir ki, mükəmməllikçi bir şəxsiyyətə sahibsiniz, buna görə də işinizi qüsursuz edirsiniz.

.məqsədinizə doğru inamla irəliləyirsiniz, gec -tez buna nail olacaqsınız. Peşəkarlıq sizin üçün çox şey deməkdir, həqiqətən özünüzə güvənirsiniz.

Hər şeyin bir vaxtı olduğunu düşünürsən: iş işdə, evdə istirahət və ailənlə vaxt keçirmək üçün vaxt.

.enerji tərəfində, yavaş -yavaş gücünüzü artırırsınız və sonra səmərəli istifadə edirsiniz. Fiziki fəaliyyət (səhər gimnastikası və ya axşam yoga kimi) daha sürətli sağalmanıza kömək edəcək.

2️⃣ İlk baxışınız relslərə düşsə

.bu o deməkdir ki, iş sizin üçün zəruri bir zərurətdir.
Ancaq həmişə rəsmi vəzifələrinizi yüksək keyfiyyətlə və tam şəkildə yerinə yetirirsiniz. Hətta müəyyən dərəcədə işbaz da ola bilərsiniz. Zərurətdən.

.həmkarlarınızla dostluq münasibətləri saxlasanız da, maraqlarınız iş məsuliyyətləriniz və işçi qrupunuzun hüdudlarından kənarda yerləşir.

Problem ondadır ki, işiniz sizi məmnun etmir.
Bu səbəbdən enerjiniz əziyyət çəkir, səviyyəsi tez -tez dəyişir.

.Tez -tez zehni və emosional olaraq yorğun hiss edirsinizsə və yuxusuzluqdan əziyyət çəkirsinizsə, vəziyyəti daha da pisləşdirməməlisiniz, yalnız özünüzə diqqət yetirməlisiniz.

3️⃣ İlk baxışınız divardakı rəsmə düşsə

.bu, çox iş gördüyünüz və çox güman ki, komandada lider olduğunuz deməkdir. Tez, amma səmərəli işləyirsiniz. Köməkinizi harada təqdim edəcəyinizi bilirsiniz.

.həmişə irəliyə getmək istəməyəcəksiniz, amma iş bacarıqlarınız və fədakarlığınız mütləq təqdir ediləcəkdir.

Şübhəsiz ki, özünüzü öz sahənizdə peşəkar hesab edirsiniz və həqiqətən də varsınız. Mütəmadi olaraq ixtisaslarınızı artırırsınız, oxumağı sevirsiniz.

.güclü bir enerjiyə sahib olduğunu söyləyə bilməzsən, amma həmişə sabitdir.
Daxili harmoniyanı qorumaq üçün aktiv istirahətə, sonra yaxşı yuxuya ehtiyacınız var.

İlk baxışınız düşsə

iti olan bir qadının üzərinə

Bu o deməkdir ki, özünüzü yaxşı hiss edirsiniz və niyyətləriniz irəliləmək üçün kifayətdir.

Qüsurunuz, gözlərinizi tez -tez həqiqətə bağlamağınızdır. Sizin üçün rahat və xoş olana inanmağa üstünlük verirsiniz.

.təbii impulsivliyiniz fikirlər yaratmağa və başqalarından daha sürətli işləməyə imkan verir. Təkrarlanan işlərdən çəkinməyə və ya təxirə salmağa çalışırsınız. Detallara fikir verməyi qətiyyən xoşlamırsınız. Fikir sizin üçün daha önəmlidir.

.sizin kimi insanlar yarışmalar da daxil olmaqla müxtəlif tədbirlərin təşkilatçısı ola bilərlər. Enerjiniz tamamilə sabit deyil və çox vaxt enerjinizi boş yerə xərcləyirsiniz

[5] İlk baxışınız dəmir yolu ilə oynayan bir adama düşsə

Bu o deməkdir ki, təsəvvürünüz tez -tez sizi reallıqdan uzaqlaşdırır. Havada qalalar və ya uşaq dəmir yolu tikirsiniz.

Çox vaxt eyni anda bir çox işi yerinə yetirirsiniz. .həqiqətən zövq aldığınız şeyi etməyə və marağını itirdiyiniz və soyuduğunuz şeyi etməməyə imkan verir.

Çox güman ki, monoton işi sevmirsiniz, ondan qaçırsınız. Güclü enerjiniz var, amma diqqətiniz yoxdur.

.Təşkilat qurmağın ən təsirli yolu gündəlik plan qurmaqdır. Meditasiya etmək də faydalıdır, çünki düşüncələrin bərpasına və konsentrasiyasına kömək edir ..

Ramiz Rövşən 💜 şeirləri

gulu1096
,Bir yiyəsiz qəmin varsa,
Ver çəkim, ovutma məni..
Məndən əziz kimin varsa,
Sev, amma unutma məni...

Gecəyəm, çırağım sənsən,
Çiçəyəm budağım sənsən,
Ən əziz qonağım sənsən,
Qapımdan qayıtma mənim...

Yuxumda könlünü alsam,
Qolumu boynuna salsam,
Lap ölum yuxusu olsa
Qoy yatım, oyatma məni...

Ramiz Rövşən💜

Maraqlı faktlar

gulu1096
MADAQASKAR HAQQINDA MARAQLI FAKTLAR. MADAQASKAR HAQQINDA ELMİ FAKTLAR - BAOBAB ADASI İLƏ BAĞLI MARAQLI OLAN ŞEY

Lemurların inanılmaz diyarı - Madaqaskar, yalnız yerli xalqların özünəməxsus mədəniyyəti ilə deyil, həm də təəccüblü təbii ziddiyyəti ilə də diqqəti cəlb edir. Adadakı canlıların 90% -dən çoxu yalnız burada yaşayır, başqa bir qitədə tapıla bilməz

Ölülərlə rəqs etmək

Əlbəttə ki, yerli əhalinin mədəniyyəti də bizə yad olan özünəməxsus ənənələri ilə zəngindir. Ölən qohumları ilə rəqs etmək kimi. Bu ayinə ənənə deyilir " Famadixany"(ölülərin sümüklərini çevirərək). Buradakı insanlar inanırlar ki, qohumlarının ruhu yalnız tam parçalanma və bənzər rituallardan sonra atalarının dünyasına qovuşacaq. -7 il


Gürcüstan Etnik qrupları

86,8% gürcülər, 6,2% azərbaycanlılar, 4,5% ermənilər, 2,8% digər

Günlük xəbərlər

gulu1096
🔥Zelenski Putinin qarşısına ŞƏRT QOYDU
Ukrayna prezidenti Vladimir Zelenski “Ukrayna ərazisinin bir hissəsinin işğalı” dayandırılacağı halda Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.
APA Ukraynanın “UNIAN” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu V.Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.
“Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalı və ya Ukrayna vətəndaşlarının girov götürülməsi kimi fundamental məsələlər Ukrayna-Rusiya münasibətlərindən yox olan kimi Ukrayna prezidenti Moskvanın təklif etdiyi gündəmi müzakirə etməyə hazır olacaq. Zelenskinin mövqeyi budur ki, Putinlə birbaşa dialoq həm Ukrayna, həm də Rusiya xalqlarının əsas istəyi əsasında qurulmalıdır, bu da sülhə aparan yoldur”, - S.Nikiforov belə deyib.

#⚡Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü keçirilə bilər

#💉Milli Məclisin Səhiyyə komitəsi: "Üçüncü dozanın vurulmasından başqa seçimimiz yoxdur".

#❄️Şimal bölgəsinə dünən yağan qar nəticəsində Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub.

#🇦🇿🇷🇺Prezident İlham Əliyev Vladimir Putinlə telefonla zəng edib. Onlar telefon danışığı zamanı bölgədəki vəziyyəti müzakirə ediblər.

# 🌧Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 8-dək davam edəcək.

#İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib: “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, - Abdullahiyan belə deyib.

Norveçdə ağac mədəniyyəti

gulu1096
_Norveç mədəniyyəti bir xüsusiyyət ağac strukturu hesab edilə bilər. memarlar bir neçə ailə üçün real həlli kimi baxmaq outbuildings çox qeyri-adi ev yaratmaq bilmişlər. Bu qruplar hər qədər iyirmi binaların ibarət ola bilər "qürur" adlanır. Bu gün ölkədə qüruru bir az qalıb edir, belə ki, onlar diqqətlə dövlət tərəfindən qorunur._

Tənhalıq nazirliyi❗

gulu1096
_👍İngiltərə və Yaponiyada tənhalıq nazirliyi adlı bir qurum fəaliyyət göstərir. Özünü tənha hiss edən vətəndaşlara yardım üçün yaradılan bu nazirliklər, insanların depressiyaya düşərək intihar etməsinin qarşısını almağı hədəfləyir._

Səudiyyə Ərəbistan

gulu1096
Səudiyyə Ərəbistanı Krallığı ( KCA.) - Cənub-Qərbi Asiyadakı ərəb dövləti Ərəbistan yarımadasının ərazisinin 80% -dən çoxunu tutur. Şimal və şimal-şərqdə İordaniya, İraq və Küveytlə, Qətər, Bəhreyn və BƏƏ-də - Şərqdə, Oman və Yəməndə - cənub-şərqdə və cənubda İfa, İraq və Küveytlə həmsərhəddir.
ümumi sahə, ərazi 2,149,690 milyon kvadratmetrdir. km. Torpaq sərhədlərinin uzunluğu 4,431 km, dəniz sahilidir - 2640 km.

Əhali- 28 686 633 nəfər. (2009-cu ilin iyul ayından), o cümlədən 5576,076 daimi miqrant. İllik əhalinin artımı təxminən 1,5% (Sost görə. 2009-cu il üçün). 2009-cu ildə işsizlik nisbəti 8,9% (2004-cü ildə 13,2%) təşkil etmişdir.
Kapital - Er-Riyadh (2009-cu ilin sonunda 5.9 milyon sakin). Əsas şəhərlər: Ciddə (2009-cu ilin sonunadək Sankt 3,4 milyon sakin), Məkkə, Mədinə, Taif, Böyük Xanımların Aglomerasiyası (Dəmma şəhəri, Dakhran və Hobar şəhəri).
Rəsmi dil - Ərəb, ümumi İngilis dili.

Dövlət din - İslam sünni hissi. İslamın əsas müqəddəs məkanları - Məkkə və Mədinənin şəhəri Padşahlıq ərazisində - Həcc zamanı Həcc zamanı Məkkə və Mədinənin ərazisində yerləşir.
Milli tətillər . "CSA elektrik sisteminin əsasları" ailə uyğun olaraq ictimai tətillər "id əl-fitr" dir, Ramazan ayının sonunda qeyd olunur) və "ID əl-Adha" (Bayram) Qurban Hadja dövründə qeyd olunur). Səudiyyə Ərəbistanı Krallığının elan edilməsi günü də qeyd olunur - 23 sentyabr. İctimai təşkilatlardakı həftə sonları - Cümə axşamı, Cümə günü.

Valyuta vahidi - Səudiyyə rialı, 1 rial \u003d 0.27 dollar.
Vaxt- UTC (dünya səviyyəsində razılaşdırılmış vaxt) +3 saat, I.E. Qışda Moskva ilə üst-üstə düşür və 1 saat geridə qalır.

Maraqlı məlumatlar

gulu1096
*_✍🏻Dünyada ən qədim hərf, “O” hərfi hesab olunur. Bu hərf bizim eradan əvvəl təxminən 1300 il bundan qabaq fin əlifbasında meydana gəlib. Hazırda “O” hərfi dünyada olan əlifbaların 65-nin içərisində mövcudur._*


``*_Qədim Roma qadınlarının heç birinin şəxsi adı yox idi. Onlar yalnız qəbilələrinin adını daşıyırdılar. Məsələn, Yuliya nəslində dünyaya göz açan qızın adı Yuliya qoyulurdu. Əgər bir ailədə ikinci və ya üçüncü dəfə qız uşağı dünyaya gəlirdisə, o zaman onlara Yuliya 1 və ya Yuliya 2 adları qoyulurdu._*


` *_🥩Norveçdə əksər restoranlarda yediyiniz yemək sizə dadsız gəlirsə onun pulunu ödəmədən çıxıb gedə bilərsiniz. Bu barədə heç kim sizinlə mübahisə etməyəcək._*


*_⚰Nepalın Açam bölgəsindəki meşələrdə yaşayan Raute qəbiləsi bu günə kimi yaşamını sürdürə bilən dünyanın ilk qəbilələrindəndir. Son məlumatlara görə, qəbilənin hazırda 156 üzvü qalıb. “Raute” qəbiləsi meşələrə güclü bağlıdırlar. Onlar toxum əkməyin günah olduğuna inandıqları üçün kənd təsərrüfatı ilə məşğul olmurlar. Qəbilə daha çox ovçuluq fəaliyyəti ilə məşğuldur. Ən məşhur qidaları isə meymun ətidir. “Route” qəbiləsinin ən qeyri-adi adəti isə ölülərini dik basdırmasıdır. Onlar beləcə ölən qəbilə üzvünün ruhunun cənnətdə azadlığa qovuşacağına inanırlar._*

Günlük xəbərlər

gulu1096
❗Gəncədə bayrağı dəyişərkən hündürlükdən yıxılan şəhid qardaşı xəstəxanada vəfat etdi. Allah rəhmət eləsin!
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25-də yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

#ℹ️Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti noyabrın 1-dək uzadılıb.


#🇦🇿❗️🇹🇷 Türkiyə XİN başçısı: "Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kim poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər. Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri başqalarının əleyhinə deyil!"

#Bu gün Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilib.

# 🦠 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Bu gün Hadrutun düşmən işğalından azad olunmasından 1 il ötür.

#Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb
Bu gün binanın dağıntılarının altından ağır vəziyyətdə çıxarılan qadın yerləşdirildiyi xəstəxanada vəfat edib

#❗Göyçayda saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri, şəhər sakini H. Eyvazova, İ. Məmmədova və L. Vəliyeva saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

#Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib

#Əfqanıstanın Qunduz əyalətindəki Səid-Abad şiə məscidində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 150-yə çatıb

#❗Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb
Siyəzən rayonunda məktəbli itkin düşüb.

9-cu sinif şagirdi, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu 2 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

#‼️ “Son günlər təkcə ayrı-ayrı şəxslər, hansısa din xadimləri deyil, İran rəsmiləri də Azərbaycanı təhdid edən nitqlər söyləməyə başlayıblar. Məsələ yalnız təhdidlə də bitmir. İran Ermənistana hərtərəfli yardımlarını da davam etdirir. Əslində, rəsmi Tehranın müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanı açıq və ya gizli şəkildə müdafiə etməsi 30 illik tarixə malikdir”.

❗Goranboyda minik maşını ağaca çırpılıb, ölən və yaralananlar var
Goranboyda ölümlə nəticələnən yol qzəası baş verib.
Hadisə Xanqərvənd kəndi istiqamətindən keçən yolda baş verib.

İdarəetmədən çıxan minik maşını yol kənarındakı ağaca çırpılıb Qəza nəticəsində 35 yaşlı Pərvin Abbasov hadisə yerində keçinib. Maşında olan ailənin digər üzvləri - qadın və uşaqlar yaralı vəziyyətdə Gəncədə yerləşən klinikalardan birinə çatdırılıb.

#Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətli xidmətdən kənar vaxtı elektirik cərəyanı vurması nəticəsində vəfat edib. Elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.

#Prezident İlham Əliyev: “Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar”

#🇦🇿İlham Əliyev: "Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır".

#🇷🇺🇦🇲Rusiya mətbuatı xəbər verir ki, oktyabrın 12-si Paşinyan və Putin arasında ikitərəfli görüş keçiriləcək.

#Bayıl ərazisində “Hyundai” Bayraq meydani kənarındakı dəmir yolayrıcına çırpılıb. Polisdən verilən məlumata görə, xəsarət alan yoxdur.

#Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.
“3 sport” telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş Taliban Hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.
O bildirib ki, son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər.
Taliban Hərəkatının hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

*🇦🇿Şəhid İsmayıl Qasımov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid İsmayıl Qasımov🇦🇿*

*Həyatı*

İsmayıl Qasımov 17 dekabr 1989-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirmişdir. Ailəli idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Qasımov İsmayıl 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 2009-cu ildə xidmətini başa vurmuşdur.

*İkinci Qarabağ müharibəsində iştirakı*

Azərbaycan Ordusunun giziri İsmayıl Qasımov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. İsmayıl Qasımov 9 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdur. 10 dekabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
•🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

Müharibənin 14-cü günü

gulu1096
Müharibənin 14-cü günü

• Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib.

• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.

• Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.

• Azərbaycan Ordusu Qubadlıda düşmənin “S-300” idarəetmə sistemini məhv edib.

• Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.

• Atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.

• Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

• Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 10 oktyabr saat 12:00-a olan məlumata görə, mülki şəxslərdən 31 nəfər həlak olub, 171 nəfər isə xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

*🇦🇿Şəhid Xaqani Əsgərov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Xaqani Əsgərov🇦🇿*

*Həyatı*

Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

*🇦🇿Şəhid Əmrah Rəcəbov🇦🇿*

gulu1096

foto

*🇦🇿Şəhid Əmrah Rəcəbov🇦🇿*

*Həyatı*

Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir.

Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.

Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.

Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Rəcəbov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️—"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

9 oktyabr Hadrutun işğaldan azad olunduğu gündür

gulu1096

foto

Bu gün Hadrutun işğaldan azad olunduğu gündür


Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.

Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çöx böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdilər.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıblar. Bununla da qəsəbə və yuxarıda qeyd olunan kəndlər düşmən tapdağından azad olunub.

Bundan sonra Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.

Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.

Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.

Bu gün Hadrutda və ümumilikdə işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri aparılır.