confessions

eldostt

1. nəsil Yazar - Təzə Yazar

  1. toplam entry 9
  2. takipçi 0
  3. xal 209

iyul xatirəsi

eldostt
Yenə hemişeki kimi sıradan karantinde bir gun kecirdik. Geceninin bir yarısı yatdıq. Səhəri yenə evvelki kimi ayıldıq amma bu seher dunyanı her yanına yayılan korona virus xeberiyle deyil. Azərbaycan ordusunun verdiyi 3 şəhid xeberiyle açdı Azərbaycan. Bütün sosyal medya her kes şəhidini paylaşmağa başladı. Tekce paylaşmağla bitirmidi hər şey. Bitecekmi şəhid anasının üreyindeki od,bitecekmi sehid yolu gozleyen sevgilinin qelbindeki yanğın,bitecekmidi ata gozleyen evladları qelbindeki yara. Bitneyecek daha neçe atalar evladlarini çiyinlerine alacaqdı. Daha nece genc ata hesreti çekecekdi. Bilmirem,ne edeceyimi onlara nece komek olacağimi bilmirem. Veten onun üçün canlarindan kecen şehidleri olduğunda var olur deyirler:
Nece mükemmel bir o qederde can yandiricidi bu söz. Canimizi yandiran nedi deseniz. Genc,igid,cesus bir esgerin,bir oğulun,bir atanın ölmesidi. Biz bu gunumuzu,rahat yasamaqimizi sengerde canlarini tehlukeye atan o qehramanlar sayesindedi. 3şəhid ardi gelecekmi,4yaralimiz da şəhidlik mertebesine qalxacaqmi. Sadece zaman gosterecek bunu. Butun gunu geceni yatmadan sadece bunu fikirlesirdim. Gecenin bir yarisina kimi oyaq qalmisdim bu sefer ise eylence ucun yox doyusden xeber almaq ucundu. Sehere az qalmis gozlerim menden biixtiyari yuxuya getmis ayildiğimda saat 00:09idi. Bu seheri ise daha boyuk bir sok xeberle acdiq. Bu gun ise 7esgerimiz şəhid olmusdu. 1i general-mayor rutbeli,1i palkovnik,4gizir ve 1maxeden ibaret 7i sehid. Dilde demek bele çetindi 7sehid. Azərbaycan xalqı 75ilden sonra ilk defe bir generalı sehid verdi. 1ci sehid general,Hezi Aslanov idi o 2defe Sovet İttifaqı Qehramı adına layiq gorulub. Bu Sovetler İtifaqında ilk idi. 2ci general şehidimiz Polad Heşimov idi. Polad Hesimov 4eded post tikdirem. Hele sağiken adına post olan,aprel doyuslerinde gosterdiyi şücayete gore Azərbaycan Respublikasının Prezdenti Cenab İlham Əliyev terefinden ev verilmiş amma Polad Heşimov hemin evi kimsesiz bir aileye vermişdi. Biz bele bir generalımızı sehid verdik. Polad Hesimov kimi bir generalın sehid duşmesi Azərbaycan xalqına bu döyusun ele-bele olmayacağını gosterirdi. Xalq generalının sehid duşmesini xeberini hezm ede bilmirdi. Azərbaycan xalqı 14iyul axsamindan baslayaraq Bakının merkez kucelerinde Ordumuza destek yuruşu başlatdilar,bu yurüş tekce bakida deyeil Azərbaycanın demek olarkı butun bolgelerinde edildi. Amma en izdihamli yurüş merkez Bakida kecdi Azərbaycan Polisidə xalqına qoşularaq yuruşde iştirak edirdiler. Xalqimiz birlik içerisinde toplasirdilar. Bu toplanis men gormesemde sekilerine baxdiqimiz 1994ci ilde Azadliq Meydanına toplanişı xatirladirdi. Zaman deyişə bilər amma bizim irademiz,duşüncemiz,xalqimiz deyişilmezdi. Meydanlara yiğişan insanlar “Şəhidler Ölmez Veten Bölünmez” “Azərbaycan Esgeri” “Qarabağ Azərbaycandır!” “Qarabağ Bizimdir” kimi şüarlar seslendirdiler. Bunlada bir daha her kese sübut etdik. Bu formali yuruşler tekce Azərbaycanda olmadi dunyanın bir cox ölkesinde heyata kecdi. ABŞ-da Ermenistan sefirliyinin qarşisinda azərbaycanlıların mitinqi heyata kecdi,İngilterenin paytaxti Londonda,İranın paytaxti Tebrizde Azərbaycana destek yurusleri edildi. Şehid deyilde R.T.Erdoğandan eşitdiyim amma bir turk şəhidinin yazdığı 4luk yadıma dusur.
Yine hangi duayı okudun anne,
Vurulduğum yerde güneş açdi.
Yinemi ağlıyorsun anne,
Cennetime yağmur yağdı.
Bir ana övladını itirdiyinde nece ağlamaz, amma o şəhid anasıdıkı oğlunun ucaldığı mertebeye yaraşan şəkilde bayrağını sinesine basıb “Vətən Sağ Olsun”deyer. Bunu etmek asand olmaz amma o,eder. İnsan olmayanda otağina çekilib göz yaşlarını sel eder. Bir nefer geldiyində göz yaşlarını silib merd dayanar şəhid anası. Bes ana bundan sonra oğlu seven yemeyi nece bişirecek,oğlu seven rengli bir şeye baxacaq,oglu seven etri bir daha kimdese gorende nece olacaq,oğluyla böyüdüyü,her terefinde oğlundan bir xatirə daşıyan evine nece sığacaqdı.
12 iyul 2020ci ilde Tovuzda Ermeni Silahli Qüvelerinin Atəşkesi pozmasiyla 13sehidimiz 10milyon yaralımız oldu. Azərbayacan Silahlı Qüvelleri Ermenistanın neçe postunu mehv etdi. Azərbaycan xalqının mohkem birliyi,şucayeti bir daha bizi yixa bilmeyeceklerini sübut etdi. Biz şehidimizle bu gun variq. 3rengli bayragimizin al rengi sehidlerimizin timsalıdır. Amma bu döyüş zamanı Ermeni texribatını dunyaya çatdirmaq üçün sosyal medyada butun dünyaya çatdirmaq üçün aksiyalar başladıldı. Amma bezi insanlar varki evində otura-otura bele telefonla xalqina,ordusuna,şehidene destek etmedi. Bele insanların sayi azda olsa bu bizim ucun cox üzücu bir hadisedi. Hemin insanlara sözle demeyimiz olmadi,bes etmedi. Onlara qarşı olan ifademi bir bendkik seirler demek isteyirem:
Şəhidini tanımayan,
Vətənim var demə.
Sən yaşayasan deyə,
Şəhidim ölmüş menim.
Bu doyüş yaddaşlarımıza mubariz xalqimizin ezemetiyle,qehramaliğiyla,iradesiyle iyul xatiresi kimi , hekk olundu.
12 iyul 2020 Tovuz Döyüşü
Eldost Mehdiyev.
(yazar:[yazar])[/yazar]

qaranlıqdayam

eldostt
Mən sənsiz gecələr qaranlıqdayam
Heç bilmirsən qəlbimi, gor nə haldayam
Ürəyim paramparça qəm-qusə,dardayam
Gəl qurtar məni ey nazlı nigar bilki qaranlıqdayam.

Eşqindən olmuşam xəstə,
Bilmirsən halımı ey boyu bəstə.
Qəlbim olmuş sənin əsirin,
Burax onu bilki qaranlıqdayam.


Sənsiz keçməyir gunum,
Sən olmasan zülmətdəyəm.
Qəlbini ver olsun mənə çıraq,
Bilki ey zalim qaranlıqdayam.


Sənli gunlər necədə mənə xoşuydu,
Sən olanda mənə dünyada xoşuydu.
Yoxsan indi yanimda dünyam boşdu,
Burax qəlbimi ey yar onsuzda qaranlıqdayam.
(yazar:Eldost Mehdiyev)

sənsizlik

eldostt
Sənsizlik
Sənsizlik cıxdı yollarıma,
Sənlə qaçdığımız məhlələrdə.
Sənsizlik kəsdi yollarımı,
Sənlə gəzdiyim o dar kucələrdə

Gecələr sanki mənim əzabım
Əlimdəki şərabdaki sən
Mahni səslənir"Ftb-Gecələ"
Qaranliq gecədə bir mən varam birdə sənsizlik

Səkilərdə gəzirəm səni
Bir hirslə sildiyim o səkileri
İndi dörd gözle axtarıram mən
Bu səsiz günde bir mən varam birdəki sənsizlik

Həsrətin bu mavi Xəzərə bənzər,
Gedişlərin dalğalı.
Gəlişlərin sükut doludu,
İndi bu sahilde bir mən varam bir de sənsizlik.
(yazar:Eldost Mehdiyev)

hüseyin özer

eldostt

foto
Yoxsulluqdan milyonçuluğa yüksələn Azərbaycam əsilli Hüseyn Özer. Uşaqlıqda Türkiyədəki ümumi tualetlərdə yatan Özer indi qolf oynayır,Ferari sürür. Londonda restoranlar şəbəkəsi sahibidir. Uşaq yaşlarında atası ilə anası ayrılır. Atası onu rədd edir və Hüseyin onu vurmaq üçun silah axtarır. Silah almaq üçün Tokatdan Ankaraya gedir. Hüseyin anasından qalan tarlalara şərik olmasın deyə hələ uşaq ikən qardaşı onu zəhərləməyə cəhd edir. 1975-ci ildə Londona gedir. Dost olduğu bir nəfərin köməyi ilə kiçik bir restoran açır. Hüseyin Özər aztəminatlı gənclərin təhsil alması üçün fond açıb. [yazar][/yazar]

iqor aşurbəyli

eldostt

foto
S-300"və"S-400" raketlərinin yaradıcısı əslən azərbaycanlı məşhur Aşurbəyovlar nəslinin numayəndəsi İqor Aşurbəyli. 1963-cü il sentiyabrın 9-da Bakıda doğulub.27nömrəli orta məktəbi sonra isə Neft və Kimya İnistutunu bitirib. 1983-cü ildə Viktoriya adlı xanımla ailə həyatı qurub. Bir sonra onların oğlu,Ruslan dünyaya gəlib. Ailə 1990-cı ildə Moskvaya köçüb. İqor Moskvada "Sosium" Ümumitifaq Elmi-İstehsalat Birliyini yaradır. 2001-2011-ci illərdə Rusiyanın ən gizli şirkətlərindən biri olan "Almaz-Antey"Korparasiyasına rəhbərlik edib. Burada onun rəhbərliyi ilə Rusiyanın havadan mudafiə sisteminin əsas gücü olan "S-300 Favorit" və "S-400 Triumf" raketləri istehsal edilir. "S-300" raketləri Rusiyadan başqa 18ölkədə eləcədə Azərbaycandada mövcuddur. İqor bir müddət Hava KosmikMüdafiə üzrə Ekspert Şurasına sədrlik edir. Rusiyada bir çox orden və medalla təltif olunub. 2009-cu ildə "İlin Adamı" mükafatının laureatı olub. İqor Aşurbəyli 2018-ci ildə dünyada ilk dəfə olaraq Yer planetində "Asqardiya"adlı kosmik dövləti yaratdığını açıqlayır. Vyananın "Hofburq" sarayında baş tutan təqdimatda Asqardiyanın konustutitası,himni,bayrağı,valyutası elan edilir. Bu kosmik dövlətin internetlə qeydiyyatdan keçən 200minə yaxın vətəndaşı var. Onların aşağı Yer ətrafı orbitdə yaşayış məskənlərinin istifadəyə verilməsi və Ayda qəsəbənin salınmasına dair fantastik planları var. 2015-ci ildən etibarən İsraildə yaşayan İqor Aşurbəyli Monotexnologiya sahəsində xidmətlərinə gorə 2016-cı ildə UNESCO tərəfindən mükafatlandırılıb. [yazar][/yazar]

fərhad xudiyev

eldostt

Bu azərbaycanlını "Podyumdakı Sehirbaz" adlandırırdılar. Hətta onun ifasını "Görünməyən Dünya ilə Əlaqə"kimi şərh edirlər. Amerikanın ən yaxşı 5 drijorundan biri seçilən Fərhad Xudiyev.
1985-ci ildə Türkmənistanda anadan olub. Ulu babası Tebrizdən Bakıya,ordan da Türkənistana köçüb. Fərhad və 2qardaşı uşaqlıqdan musiqiyə həvəsli olublar. Fərhad Aşqabadda skripka,fortepiano ve digər musiqi alətlərinin dərsini alıb.10yaşında artıq Türkmənistanın milli skripkaçılar ansambılı ilə qastrollara cıxır. 12yaşında Rusiyada keçirilən "Yeni Adlar" festivalında ilk azəribaycanlı kimi üç il ardıcıl təmsil olunur. 2001-ci ildə Fərhad və qardaşları ABŞ-a gedərək təhsillərini davam etdirillər.Fərhad Miçiqan ştatında "Interlochen Arts Academy" yə daxil olur. Skripka və bəstəkarlıq üzrə təhsil alır. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında təhsil alır. Sonra isə Yel universtetində ikinci ali təhsil kimi dirijorluq ixtisasına yiyələnir. Qardaşıda Eldar da Boston konservatoriyasında skripka tehsili alır. Digər qardaşı Emil isə Yel universtetində klarnet tehsili aldıqdan sonra məşhur Sietl orkestrində ilk azərbaycanlı klarnet ifaçısı olur. Fərhad Konnektikut sonra isə Nyu-Cersi orkestirlərində drijorluq edir. ABŞ-da Kamera musiqi festivalında qızıl medala layiq görülür. 2015-ci ildə Tayvanda keçirilən "Drijorların Beynəlxalq Musabiqəsi"ndə mükafat alır. 2il sonra Almanyada drijorların Beynəlxalq müsabiqəsində üçüncü yerə çıxır. Amerikanın ən yaxşı 5 drijorundan biri seçilir. Kaliforniya Gənclər Orkestrində baş drijor və musiqi direktoru kimi işləyir. 2019-cu ildən Texas universtetinin sinfoniya orkestrinə dəvət edilir. Azərbaycan musiqisinidə unutmayan Fərhad Xudiyev 2013-cu ildə İmamyar Həsənov və Monterey Gənclər Orkestrinin iştirakı ilə,ABŞ-da ilk dəfə Azərbaycan Simfonik Musiqisindən ibarət konsert verib. Fərhad tez-tez vətəni Azərbaycana ziyarət edir. Fərhad Xudiyev bu vaxta kimi 5kamera və 3simfonik musiqi vəstələyib. O,Macarıstandan olan Marcila adlı xanımla ailə qurub,2övladı var.
foto

fərəh pəhləvi

eldostt
Sonuncu İran şahı Mehemmed Rza Pəhləvinin əslən azərbaycanlı olan xanımı Fərəh Pəhləvi. 1938-ci ilin oktyabrın 14de anadan olan Fərəh Tehranda ve Parisdə təhsil alıb. 1959-cu ildə İran səfirliyində keçirilən tədbirdə şahla tanış olur,həmin il 24yaşlı Fərəhlə 40yaşlı Rza şahın toyu olur. Bu şahın 3-cü evliliyi idi. Varisi olmadığı üçün hər iki xanımından ayrılmışdır. 1960-cı ildə Fərəhin oğlu dünyaya gəldi,daha sonra iki qızı ve bir oğluda dünyaya geldi. 1967-ci ildə Fərəh Banuya tac qoyma mərasimi keçirildi,ona Şahbanu titulu verildi. O,dövürdə qadınlara bele hüquqlar verilmirdi ve bu hadisə səs-küyə səbəb oldu. 1970-ci illərdə Fərəh və şah İranı müasirləşdirməyə başladılar. Şah və Şahbanu şərqin ən gözəl cütlüyü sayılırdı. 1972-ci ildə Fərəh Pəhləvi Azərbaycana dəvət olundu,Bakıda onun üçün debdəbəli mərasim keçirildi. 1979-cu ildə İran inqilabına görə Rza və Fərəh Pəhləvi ölkəni tərk etməli oldular. Şahın ölümündən sonra Fərəh və uşaqları Misirdə və ABŞ-da yaşayır. Fərəh bütün həyatını "Xatirələr"adlı kitabına toplayır. 2001-ci ildə Fərəhin 31 yaşlı qızı Leyla London otellərinin birində çoxlu yuxu dermanı ilə intihar edir,2011-ci ildə isə Fərəhin ikinci oğlu Əli Rza Bosnada intihar edir. 81yaşlı Fərəh hal-hazırda böyük oğluyla birlikdə Vaşinqtonda yaşayır. (yazar:
foto">
foto)
3

naxçivanda yaşayan çex leylisi

eldostt
https://images.app.goo.gl/C74y5YMxkpFweBQV6
Ailesini azərbaycanlı heyat yoldaşina gorə tərk eden çex qizi Erika Hanpel Emil Əliyeva. 1939-cu ildə faşistlər Çexovslovakiyanı işgal edirler. 15yaşlı Erika da yaralilara könək edirmiş. Bir gun minaya düşərək gözlərini itirmiş bir əsgər gətirirlər. Erikanin ona yaziği gəlir ve qulluq etmeye başlayir. Erika ile Əhəd Əliyevin sevgi hekayesi bele başlayir. Əhədin gözləri görməsədə Erikaya bağlanirdı. Mübahire sona çatirdi,Erika ilə Əhəd evlənmək isteyirlər. Lakin Erikanin anası qızını gözləri görməyən birinə ərə gedib uzaq ölkəyə getməsinə razı deyildi. Lakin Erika Əhədi tek buraxmir onunla Naxçivana gəlir. Bir müddət sonra Azərbaycan dilini öyrenir. Erika ve Əhmedin 3 oğlu dünyaya gelir. 1970-ci ildə Əhmedin vefatindan sonra,Erika övladlarini tek böyudur bir daha aile heyati qurmur. Erika 1975-ci ildə SSRİ hakimiyyetine mektub yazaraq artiq Almanyada yasayan yaxinlari ilə göruşmek uçün icazə alır. SSRİ-den tek qatarla Almanyaya yola duşur. Sonda anasi,qardasi ve digər qohumları ilə görüşür. Bir ay Almanyada qalib Naxçivana qayidir. Atası Erika ilə görüşəndən 3ay sonra vefat edir. Almanyada yaşamaq imkanı olsada o Naxçivanı seçir. Erika həmdə şəhid anasıdır 1992-ci ildə oğlu Seyyad torpaqlarımız uğrunda şəhid olub. O tez-tez Naxçivandakı Şəhidlər Xiyabanında oğlunu ziyaret edir. 2016-cı ildə isə Erika dünyasını deyişib. (yazar:Mehdiyev Eldost)


azərbaycanlı meshsurlarin adini dasiyan göy cisimleri

eldostt
Azerbaycanlı meshurlarin adını daşıyan astroidler,metroidler ve kiçik planetler.Beynelxalq Astronomiya Birliyi müxtelif ölkələrin alimlərinin məhşurlarının adını göy cisimlerine verir.
1974-ci ildə Kırın rəsədxanasının kəşf etdiyi asteroidə 1994-ci ildə Nizami Gəncəvinin adını veribləe,onun adı həmçinin Merkuri planetindeki bir kratere verilib. Buna səbəb "Xəmsə"də göy cisimlərindən yazılmasıdır.
1974-ci ildə kəşf edilmiş bir asteroid isə Müslüm Maqomayev daşıyır. Bu ad onun SSRİ-deki məşhurluğuna görə verilib.
1978-ci ilde kesf edilmiş digər asteroid 1997-ci ildə Hüseyin Cavidin adını alıb. Mars planetində də onun adına krater var. Bu adlar arasında Nəsrədin Tusi də var. Onun adına bir asteroid ve Ayın sethində bir krater var.
1982-ci ildə Mars planetindeki kraterlərdən birinə astrofizik Nadir İbrahimovun adı verilib. O Şamaxı rəsədxanasının aparıcı mütəxəsisi olub. Mars,Uran,Neptun planetlərini tedqiq edib,Marsda heçkesin görə bilmədiyi yerin xəritəsini çəkib.
1999-cu ildə ise ABŞ-ın Lovell rəsədxanasının tapdığı kiçik planetə isə professor Eyub Quliyevin adı verilib.
1971-ci ildə tapılmış asteroid isə "Azərbaycan" adlanır.
foto[yazar][/yazar]