confessions

besti18

2. Nəsil Yazar - Təbrübəli

  1. Paylaşımların cəmi 88
  2. İzləyici 0
  3. Xal 1614

yardımlıda yeznə qaynına atəş açıb

besti18

foto
Yardımlı rayonunda yeznə qayınına odlu silahdan atəş açıb.




Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.




Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.




Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.




Araşdırma aparılır.

arif quliyevin vəziyyəti ilə bağlı açıqlama

besti18

foto
Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.


Goldnevs.ml xəbər verir ki, bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.


Onun sözlərinə görə, koronavirus xəstəliyini ağır keçirən A. Quliyevin səhhətində hansısa bir müsbət irəliləyiş yoxdur:


“Ötən gün səhhəti barədə bizi məlumatlandırdılar. Hələ ki, heç bir irəliləyiş yoxdur. ECMO cihazına qoşulu vəziyyətdədir. Ölkə və xəstəxana rəhbərliyinə minnətdarıq. Dövlət tərəfindən xüsusi diqqət göstərilir”.


Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.

Bu məqamda bildirək ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

azad rəhimov vəfat etdi

besti18

foto
Azərbaycanın Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.







Bu haqda Milli Olimpiya Komitəsi məlumat yayıb.







Məlumatda mərhumun ailəsinə başsağlığı verilib.

may ayında hava necə olacaq

besti18

foto
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.










Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.










Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-21 mm) olacaq.










Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 16-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.










Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 68-122 mm) olacaq.










Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 22-27, bəzi günlərdə 30-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacaq.










Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-31 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 26-166 mm) olacaq.










Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacaq.










Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.

qorxmaz hüseynovun kürəkəni sərxoş vəziyyətdə qəza törətdi

besti18

foto
Qorxmaz Hüseynovun kürəkəni sərxoş vəziyyətdə qəza törətdi




"Azərsu" ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.










Goldnevs.ml xəbər verir ki, hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.










Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.










Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. o bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.










Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.

qırğızıstanla tacikistan arasında yenidən atışma başladı

besti18

foto
Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb.










Goldnevs.ml-n xəbərinə görə, bu barədə Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsindən bildirilib.










Qeyd edək ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində yaranmış qarşıdurmada 20 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdı. Qırğızıstan atışmada xüsusi təyinatlı 3 sərhədçisinin də həlak olduğunu açıqlamışdı.










Aprelin 29-da axşam saatlarında tərəflər atəşkəs barədə razılığa gəlmiş, atəş dayandırılmışdı.










Əlavə edək ki, bölgədə qarşıdurmalar müntəzəm baş verir. Buna səbəb Qırğızıstan-Tacikistan sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olmasıdır.










Tərəflər sərhəddə insidentlərlə görə bir-birini ittiham edir.

türkiyə yeni silah və texnikalarını nümayiş elətdirir

besti18

foto
Türkiyə müdafiə sənayesinin yeni məhsulu olan "BORAN" haubitsa-topu, "E-ZMA" elektron zirehli döyüş maşını, "MEMATT" mexaniki mina təmizləmə texnikası və MBS mərmilərinin təqdimatı keçirilib.










Goldnevs.ml xəbər verir ki, silah və texnikalar ölkənin Mexanika və Kimya Sənayesi Korparasiyasının Barutsan Raket və Partlayıcı Fabrikində istehsal olunub.










Bildirilib ki, "BORAN" dünyada öz seriyasından olan ən dəqiq və güclü xüsusiyyəti ilə fərqlənir. 105 mm çaplı haubitsanın çəkisi 1 750 kq-dır və helikopterlə daşımaq mümkündür və 17 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir. O bir dəqiqədən az vaxtda atəşə hazır vəziyyətə gətirilir. Bu haubitsadan dəqiqədə 6 dəfə atəş açmaq mümkündür.










Elektrikli hibrid sistemə malik zirehli döyüş texnikası "E-ZMA" uzaqdan idarə olunur. Bir səfərdə 720 kilometrlik məsafəni qət etməklə yanaşı, 10 saat müddətində fasiləsiz döyüş qabiliyyətinə malikdir.










Bundan başqa, mexaniki mina təmizləmə texnikası "MEMATT"ın da təqdimatı olub. Bu texnika uzaqdan idarə edilir. 60 dərəcə meyilli nöqtələrə qədər irəliləyə bilir və ballistik silahlardan qorunma xüsusiyyətinə malikdir.










Tədbirdə həmçinin 42 km məsafəlik atış qabiliyyətli MBS mərmiləri də nümayiş olunub.










Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni silah və texnikanın təqdimatında iştirak edib.

diqqət mayın 26-da... - müddət açıqlandı

besti18

foto
Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2021-ci il mayın 26-da keçiriləcək.




Bu barədə Pravda.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.




Respublikada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər. Bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

partlamamış hərbi sursatlar problem yaradır

besti18

Partlamamış hərbi sursatlar əlavə problem yaradır




“Son 30 ildə Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 44 günlük müharibə nəticəsində Ermənistan qoşunları bu ərazilərdən sıxışdırılaraq çıxarılıb”.



Goldnevs.ml-ın məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda çıxışında deyib.










Samir Poladov bildirib ki, müdafiə xəttinin qarşı tərəfində minalarla qarşılaşırlar: “200-dən çox insan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün təhkim olunub. Onlar bazar günü, bayram günü demədən işləyirlər. Məqsəd işğaldan azad olunmuş ərazilərin bərpasına, infrastrukturun, elektrik xətlərinin yenidən tikilməsi kimi layihələrə dəstək verməkdir. Minalardan təmizləmə üzrə komandalar, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin heyətləri də bu işlərə cəlb olunub. Bununla bağlı mexanizmlər işlənib hazırlanıb. Yaxın gələcəkdə bunun nəticələrini biləcəyik. Müntəzəm olaraq müxtəlif təşkilatlarla, aidiyyəti qurumlarla əlaqədəyik. Çünki bizim məhdud minalardan təmizləmə resurslarımız məhz prioritetləşdirilmiş qaydada vəzifələrini icra edir”.










Samir Poladov bildirib ki, partlamamış hərbi sursat (PHS) isə əlavə bir problemdir: “Yerin səthində və yerin altında PHS-lər var. Bu da təbii ki, minaların təmizlənməsinə əlavə yanaşma tələb edir. Gələcək sakinlər üçün əlavə bir problemdir”.

xudayarın anasıonun barmaqları kəsilməli idi...

besti18

foto
“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm”.










Bunu şəhid Xuydayar Yusifzadənin anası Radə Yusifzadə deyib. O bildirib ki, bu barədə efirlərdə də çıəxıb danışmağa hazırdır:










“Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?










Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi burdadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.










Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəiqə çıxıram, Bakıya, düz DTX-ya gəlirəm.










Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”.










"Mən Bakıya müraciət eləmişəm. Dedilər, gəlib ərizə yazmalısınız. Baxdım ki, mənasız yerdədir. Onu çağıracaqlar, deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun o barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin", - o bildirib.


bu şəxslərə birdəfəlik maddi yardım ediləcək

besti18

foto
Aprelin 29-da Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.










Goldnevs.ml xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.










Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılacaq. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın isə bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir.

abşeronda fəhlə yük maşınının altında qalaraq öldü

besti18

foto
Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.




Abşeron rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.




Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

döyüblər yaxşı ediblər əlləri dərd görməsin

besti18

foto
"Döyüblər yaxşı ediblər, əlləri dərd görməsin" - Xudayarın qardaş




Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə şəhid Xudayar Yusifzadə haqqında status payılaşan Fuad Rəsulzadə adlı şəxs ötən gün küçədə döyülüb.










Məsələ ilə bağlı açıqlama verən şəhid Xudayarın qardaşı Məhəmməd Yusifzadə deyib ki, o adamı haqlı olaraq döyüblər:










"Şəhid haqqında bu cür status yazanda bilmirdi ki, onu nələr gözləyir? Döyüblər, yaxşı ediblər, əlləri dərd görməsin. Onu döyənlər də elə Xudayarı sevənlər, Xudayarın qardaşları olub. Onun haqqı idi bu cür vəziyyətə düşmək. Şəhidlərimiz haqqında bu cür fikirlər bildirmək olmaz. Onlar vətən uğrunda canlarından keçiblər”.










Məhəmməd Yusifzadə qeyd edib ki, cəzalandırılması lazım olan şəxs elə Xudayar haqqında bu cür sözlər yazan adamdır:










"Onu döyənləri cəzalandırmaq lazım deyil. Hər gün küçələrdə mənasız davalar olur, bəs onlar niyə cəzalandırılmır?










Cəzalandırılması lazım olan adam elə o statusu yazandır. Həmin statusu yazdığı vaxt o, qanunla cəzalandırılmalı idi. Bütün şəhidlər bizim qardaşlarımızdır. Onlara qarşı belə hərəkətlər etmək olmaz”.

rus sülhməramlıları daşıyan yük maşını minaya düşüb

besti18

foto
Rus sülhməramlıları daşıyan yük maşını Qarabağda minaya düşdü: Ağır yaralılar var




Rus sülhməramlıları daşıyan yük maşını Qarabağda tank əleyhinə minaya düşüb.




Goldnevs.ml xəbər verir ki, bu barədə Rusiyanın "Avia.pro" saytı yazıb.




Partlayış nəticəsində ən azı iki rus hərbi qulluqçu ağır yaralanıb. Mina artıq minatəmizləmə işlərinin həyata keçirildiyi bölgədə partlayıb.




Saytın məlumatlarına görə, bu, son həftə ərzində sülhməramlı missiya ilə Qarabağda olan rus hərbi qulluqçularla bağlı baş vermiş ən azı ikinci hadisədir.




Sayt onu da yazıb ki, yük maşınında neçə hərbi qulluqçunun olması, yaralıların vəziyyətinin necə olması barədə məlumat yoxdur, çünki baş verənlərlə bağlı rəsmi şərh yoxdur.

ailə ağardıcını koronavirus dərmanı adıyla satdı və tutuldu

besti18

foto
ABŞ-ın Florida ştatında ağardıcı vasitəni "möcüzəli koronavirus dərmanı" adıyla satan ailə məhkəməyə verilib.




Goldnevs.ml xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan press-relizdə bildirilir.




Belə ki, 62 yaşlı Mark Qrenon oğulları 34 yaşlı Conatan, 26 yaşlı Cordan və 32 yaşlı Cozef ilə birlikdə bu cinayəti törədiblər.




Onlar sənaye ağardıcısını koronavirus və digər xəstəliklərin dərmanı kimi gizli şəkildə sataraq milyon dollar qazanıblar. Bu vasitə daxilə qəbul olunduqda insanda kəskin böyrək çatışmazlığına səbəb ola bilər.




Qrenonlar ailəsi zəhərli kimyəvi maddəni kilsə adından satıb və onun xərçəng, diabet, autizm, herpes, HİV və digər ciddi xəstəliklərdən sağaldan yeni dərman kimi təqdim ediblər.




Məhkəmə qərarı ilə 2020-ci ildə ailəyə kimyəvi maddələrin satışı qadağan edilib, lakin onlar "dərmanı" gizli şəkildə satmağa davam ediblər.




Ailə üzvləri saxtakarlıqda və məhkəmə qərarını pozmaqda ittiham olunurlar. Günahı sübut olunarsa, Mark Qrenonu ömürlük həbs cəzası gözləyir.




Məhkəmə prosesi aprelin 26-dan davam edir.

rusiyada xəritə olsaydı sülhməramlılar minaya düşməzdi

besti18

foto
“Rusiya sülhməramlıları da minalardan əziyyət çəkdiyinə görə, görünür, onlarda da xəritə ilə bağlı tam məlumat yoxdur. İstənilən halda Ermənistandan minalanmış ərazilərin xəritəsini almaq üçün onları məcbur etmək borcumuzdur”.





Bunu Pravda.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.





Politoloq bildirib ki, minalanmış ərazilərin xəritəsi məsələsi ilə bağlı daha aktiv olmalı və məsələnin həlli istiqamətində Rusiya ilə birgə addımlar atmalıdır: “Ermənistan Rusiyanın müttəfiqi olduğu üçün onlar sülhməramlılarının Qarabağda minaya düşməsindən dərs çıxarmalıdırlar. Çünki belə halların təkrarlanacağı istisna edilmir. Gördüyünüz kimi, ermənilərin bizim ərazilərimizə basdırdığı minalar təkcə azərbaycanlılara deyil, həmçinin Rusiya sülhməramlılarına da mənfi təsir edən amildir. Ermənistan isə hər zaman olduğu kimi özbaşınalıqla məşğuldur. Bütün reallıqları inkar edir, heç bir qayda-qanunla hesablaşmır və nəticədə onların, hətta öz müttəfiqləri də minaya düşürlər. Hesab edirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə Rusiya ilə birgə işlər aparsa, belə demək mümkünsə, hücumedici addımlar atsa, Ermənistan minalanmış ərazilərin xəritəsini verməyə məcbur olacaq. Odur ki, biz daha aktiv olmalı və Rusiyanı məsələyə cəlb etməliyik. Ermənistana təzyiq göstərmədən onlar heç vaxt xəritəni bizə təqdim etməzlər. Ümumiyyətlə, Ermənistan elə bir ölkədir ki, əgər biz onlara təzyiq göstərməsək, sağlam addım atmayacaqlar”.





F.Sadıxov güman edir ki, Rusiyanın hansısa hərbi dairələrində minalanmış ərazilərin xəritəsi ola bilər: “Lakin reallıq budur ki, işğal olunmuş Azərbaycan torpaqlarında artıq uzun illərdir ki, erməni hərbi dəstələri fəaliyyət göstərirdi. Orada belə mənfur işlərlə məşğul olub Azərbaycana qarşı yanlış addımlar atılırdı. Beləliklə, ikinci bir tərəfdən, əgər Rusiyada xəritə olsaydı, sülhməramlılar minaya düşməzdi. Özləri də bu minalardan əziyyət çəkdiyinə görə, görünür ki, Rusiyada da xəritə ilə bağlı tam məlumat yoxdur”.





Qeyd: Aprelin 25-də Rusiyanın iki sülhməramlısı onları daşıyan “Ural” markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Bu, Rusiya hərbçilərinin ermənilərin basdırdığı minaya düşərək xəsarət almaları ilə bağlı ilk hadisə deyil. Aprelin 26-da isə Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər. Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

sahildə tapılan nəhəng skelet görənləri qorxutdu

besti18

foto
Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU.

Şotlandiyanın şimlında yerləşən Saut-Uist adasının sakini Hanna Börns sahildə iti Bonni ilə gəzərkən "sirli məxluq"un skeletinə rast gəlib.




Goldnevs.ml xəbər verir ki, bu barədə "Daily Star" yazır.

Skeletin fotolarını Hannanın bacısı Polli Börns özünün "Twitter" hesabında dərc edərək bunun nə olduğu ilə maraqlanıb.




Həmin tvit tez bir zamanda 17 mindən çox "like" toplayıb.




Bir çoxları bunun əfsanəvi "Lox Ness əjdahası" (ing. Loch Ness Monster), dinozavr, hətta mifik "Kraken"in qalıqları olduğunu ehtimal ediblər.




Fantastikadan uzaq olan izləyicilər isə bunun, çox güman ki, balinanın skeleti olduğunu bildiriblər.




Polli özünün də okeonoloq olduğunu etiraf edərək, bacısının balina skeleti tapdığını düşündüyünü bildirib.




Daha sonra yerli sakinlər 2020-ci ilin mart ayında bu çimərlikdə həqiqətən də balinanın göründüyünü təsdiqləyiblər.




Qeyd edək ki, daha öncə də sirli nəhəng varlıqların kameraya düşdüyü hallar qeydə alınıb.

bill qeyts dünyanı xilas edəcək 3 şərti açıqladı..

besti18

foto
"Microsoft"un qurucusu, ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi olan Bill Qeyts təkcə texnologiya sahəsi ilə maraqlanmaqla kifayətlənmir, eyni zamanda koronavirus və iqlim dəyişikliyi səbəbilə yarana biləcək böhranlar haqqında çıxışlar edir.




Goldnevs.ml Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi İqlim Zirvəsində çıxış edən Bill Qeyts dünyanı gözləyən böyük təhlükədən söz açıb:




"İqlim dəyişikliyi çox qarışıq mövzudur və bu günün texnologiyasından faydalanaraq hədəfimizə çatmaq çətindir. Səbəbi isə istifadə etdiyimiz fosil yanacaqların iqlimin dostu olan, karbon buraxmayan yanacaqlardan daha ucuz olmasıdır. Dünyada hər kəsə komfortlu həyat tərzi yaşatmaq üçün mütləq sıfır karbon buraxan məhsulların qiyməti ucuzlaşdırılmalıdır. Mən buna "Premium Yaşıl Sıfır" adını verirəm".




Bill Qeyts dünyanı xilas edəcək üç formulu açıqlayıb: "İlk olaraq iqtisadi qaynaqlı karbon emissiyalarını aradan qaldırmaq üçün fərqli texnologiyaları inkişaf etdirməliyik. İkincisi, bazarda yeni fikirləri, layihələri həyata keçirmək üçün mütləq təzyiq olmalıdır. Bunun üçün də yeni texnologiyanı dəstəkləyəcək yaradıcı üsullar tapmaq və rəqabət mühitini fosil yanacaqlarla rəqabətə girəcək həddə gətirmək lazımdır. Üçüncüsü isə, dövlətlər və böyük şirkətlər bu sınaq müddətini daha ucuz və sürətli başa vurmaq üçün yeni siyasətə keçid etməlidirlər. Dünya liderləri bu müddətdə onlara həvəsləndirici mükafatlar verməlidir.




Bu üçün hədəfi reallaşdırmaq üçün beynəlxalq iş birliyi vacibdir".

ərdoğandan erməni patriarxa çağırış

besti18

foto
Artıq türklər və ermənilər olaraq bütün maneələri birlikdə aşmaq üçün inkişaf etdiyimizi nümayiş etdirməliyik.







Goldnevs.ml xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin erməni patriarxı Sahak Maşalyana məktubunda bildirib.







"Hamınızın da bildiyi kimi, bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışıq. Ermənistanla münasibətlərimizi mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğumuzu həmişə müxtəlif vaxtlarda bildirmişik. Qarabağ böhranının həllindən sonra bu çağırışımızı yüksək səslə bir daha yenilədik. Eyni çağırışı təkrar edirəm", - Ərdoğan qeyd edib.

fəxrəddin ismayılov vəfat etdi

besti18

foto
Fəxrəddin İsmayılov vəfat etdi




Azərbaycanın əməkdar kənd təsərrüfatı işçisi Fəxrəddin İsmayılov vəfat edib.

O, 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fəxrəddin Baxış oğlu İsmayılov 1956-cı ilin yanvarın 4-də Yardımlı rayonunda anadan olub.

O, rayonun M.F.Axundov adına orta məktəbində 8-ci sinifə qədər oxuyub, sonra isə yeni açılmış 2 saylı orta məktəbdə təhsilini davam etdirib.




Bir sıra məsul vəzifələrdə çalışıb. Həmçinin Yardımlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib.

2021-ci ilin yanvar ayında təqaüdə çıxıb.
0 /