confessions

aysun asgarova

1. Nəsil Yazar - Səyifəyə üzv olan -

  1. Paylaşımların cəmi 14
  2. İzləyici 3
  3. Xal 315

nobel sülh mükafatçısı malal yousifzai kimdir

aysun asgarova
2008-ci ildə, Taliban Pakistanın ucqar hissələrindən biri olan Swat vadisini ələ keçirdi. Ələ keçirdikdən dərhal sonra radikal İslam birliklərini həmin bölgəyə göndərdi. Televizor, film, qadağan edildi, qadınların yanında kişi olmadan küçəyə çıxmasına qadağa qoyuldu, qız uşaqlarının məktəbə getməsinə qadağa qoyuldu. 2009-cu ildə 11 yaşındakı pakistanlı bir qız uşağı, Malala Yuosafzai məktəb qadağası aleyhinə danışmağa, adsız bloqlar yazmağa başladı. Həm özünün, həm də atasının həyatını riskə ataraq, məktəbə getməyə davam edirdi. Yaxın kəndlərdəki konfranslara qatılır, internetdə “Taliban mənim məktəb həyatımı necə əlimdən ala bilər” deyə araşdırma edirdi. 2012-ci ildə, 14 yaşında ikən məktəbdən evə qayıdanda üzündən vuruldu. Maskalı Taliban əsgəri əlində silahla avtobusa minib, “Malalanın kim olduğunu deməsəniz, hamınızı öldürəcəm!” dedi. Malala özünü təqdim etdi və adam qızı digər sərnişinlərin gözü önündə vurdu. Malala komaya girdi, az qalsın öləcəkdi… Əgər Malala, həyatda qalsa, Taliban həm qızı, həm də atanı öldürəcəyini açıqladı. Amma Malala hələ də həyatdadır. Müsəlman ölkələrindəki şiddət və təzyiqdən danışır. Kitabları ən çox satılanlar siyahısındadır və 2014-cü ildə çabaları sayəsində Nobel Sülh Mükafatına layiq görülüb. Üzündən vurulması, ona əvvəlkindən daha çox cəsarət verdi və təbii ki, izləyənlərinin sayını artırdı. Qeyd edək ki, 2015-ci ildə Məlalə suriyalı qaçqın qızlar üçün Livanda məktəb açdırıb. Bir bacısı və iki balaca qardaşı olan Məlalə yaratdığı fond (malalafund.org) vasitəsilə ehtiyacı olan qızlara təhsil almaları üçün yardım göstərir. Malala, “mənim əlimdən gələn bir şey yoxdur”, “başqa seçimim yoxdur” deyərək, edilən təzyiqlərə boyun əyib, təhsildən boyun qaçıra bilərdi, amma tam əksini seçdi.

şiddətlə savaşan rəng - baker-miller çəhrayısı nədir

aysun asgarova
Rənglərin insan psixologiyası üzərindəki təsirləri bir neçə dəfə sübut olunmuşdur. Mavi rəngin verdiyi güvən, yaşıl rəngin yaradıcılığın qaynağı olması kimi teoremlər bəllidir. İnsanları və əşyaları gördüyünüz anda onlar haqqındakı düşüncələriniz təxminən 90 saniyə ərzində formalaşır. Bu düşüncənin isə 60-90%-i tamamilə rənglərə bağlıdır. ABŞ, İngiltərə, İsveçrə, Almaniya, Polşa və Avstrada bəzi həbsxanalar, çəhrayının müəyyən tonunda boyanır. Bu çəhrayı tonunun adı isə Baker-Miller-dir. Alexander Schauss 1978-də rənglər və insanlar üzərində bir çalışma apararaq, rənglərin əzələ gücündən kardiovaksular sistemə qədər bir çox şey üzərində təsiri olduğunu müşahidə etdi. Bu testlərdə çəhrayı rəngin çox dərin bir təsirə sahib olduğunu ,idman etdikdən sonra sadəcə bu rəngdə olan 18×24 inçlik bir karta baxaraq, digər rənglərə nisbətən ürək atışlarını, nəbzini və təngənəfəsliyini azaltmaqda görünən bir təsir olduğunu bildirdi. 1979-cu ildə Vaşinqton-dakı həbsxananın kameralarından bəzilərini çəhrayı rəngə boyamağı qəbul etdirməyi bacardılar. Bu sayədə çəhrayı rəngin məhbuslar üzərindəki təsirlərini müşahidə edə biləcəkdilər. Aparılan təcrübədə, içərisi çəhrayı rəngdə olan kameralardakı məhbusların şiddətə olan meyillilikləri izləndi. Reporta görə, “1 mart 1979-da bu prosedurun başladılmasından bəri, nizamsız və ya şiddət davranışları yaşanmadı” Beləliklə, Schauss-un kəşf etdiyi bu çəhrayı tonu, müşahidəyə icazə verən müdirlərin Baker və Miller-in adını daşıdı. 
foto

azərbaycanlı ilk fotoqraf - mircavad axundzadə 1909 - 1996

aysun asgarova
Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları ,əsasən, ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı peşəkar fotoqraf kimi tarixə düşmüşdür. Məşhur Axundzadələr nəslindən olan atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Hətta O,Hacı Zeynalabdin Tağıyevin "Kaspi" mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda çap olunmuşdu. Lap kiçik yaşlarında fotoya həvəs göstərən Mircavad tez-tez atasının işlədiyi mətbəəyə gedir. Orada Lifşits adlı bir alman balaca Mircavadın bu marağını görmüş və ona fotoaparat hədiyyə etmişdi. Mircavad artıq 9 yaşında ikən fotoaparatla şəkillər çəkməyə başlamışdı. Onun haqqında Şamil Nəcəfzadənin rejissorluq etdiyi “Ağ-qara dünya” adlı qısametrajlı sənədli film çəkilib. Film Aşqabadda “Firuzə baharı” festivalında mükafat qazanıb. Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. "Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı." 
foto

bir uğurun tarixçəsi

aysun asgarova
Uzun illər Kanzas şəhərində bir gənc qəzetçi çəkdiyi karikaturaları satmaq istəyir. Ancaq bütün qəzetlər az qala bir ağızdan (bir az da kobud ifadə ilə) ona eyni şeyi deyirdilər: “Səndən karikaturaçı olmaz. Yaxşısı budur,bu sənəti unut!”Ancaq karikatura onun ən böyük xəyalını necə unuda bilərdi?Bir də o karikaturasını unutsa da ,karikatura onu unutmurdu...
Nəhayət,bir gün xeyriyyə cəmiyyətlərindən biri gənci işə qəbul etdi. Ancaq bunun üçün onun bir emaltxanaya ehtiyacı var idi. Beləliklə,gənc həm orda işləyə,həm də yaşaya bilərdi.
Çox keçmədi ki,cəmiyyət köhnə zirzəmilərindən birini ona verdi. Ancaq zirzəmi,sözün əsl mənasında,siçanların işğalı altında idi. Gənc burada həm işləməli,həm də yaşamalı oldu. Ancaq gün gələcək bu siçanlardan biri (elə o gənc kimi) bütün dünyada məşhur olacaqdı.
Dünyanın hər yerində məşhur olan bu siçan Mikki Maus,gənc isə Uolt Disney idi
foto

gənc yaşlarında dahi olan 7 şəxsiyyət

aysun asgarova
1.Motsart Klas musiqinin dahilərindən biridir. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur.
2.Albert Eynşteyn Düzdü, çox yaşayıb. 76 yaşında vəfat edib, ancaq dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarıb.
3.Mark Zukerberg 20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmaq ağlasığmazdır. 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir. 4.Şellinq Klas alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. 79 il ömür sürsə də, əsas əsərlərindən sayılan «Transsendental idealizm sistemi»ni 25 yaşında yazıb.
5.Otto Veyninger Avstiraya filosofudur. 23 yaşında vəfat edib. “Cins və xarakter” adlı məşhur kitabı 22 yaşında yazmışdır. 6.Mixail Lermontov “Zəmanəmizin qəhrəmanı” kimi mükəmməl bir romanın müəllifi. Böyük rus şairi. 26 yaşında dueldə öldürüldü. Geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qaldı.
7.Nikolay Dobrolyubov 25 yaşında gözlərini əbədiyyən yumub. Bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarıb. Tənqiddə, poeziyada qələmini sınayıb. İvan Qonçarovun “Oblamov” romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur. 
foto

beyinlə sevirik yoxsa ürəklə

aysun asgarova
Bütün azadlıqlar beyində  başlayar  beyində bitər”. Həyatıboyu iki insan arasında bir-birinə tərbiyəvi təsir göstərən təkmilləşdirməyə, nəcibləşdirməyə xeyirxah və səmimi etməyə sövq edən ən ülvi və pak hiss sevgidir. Bəs böyük sevgilər harada başlayar ürəkdə, yoxsa beyində? Bu günə qədər hər bir insanın ifadə etdiyi bir fikir hələ də öz qüvvəsində qalır “sevginin mənbəyi qəlbdir”. Sevgi qəlbdən başlamır. Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbimizin ətrafında hiss ediyimiz üçün sevgimizin də qəlbdən qaynaqlandığını zənn edirik. Hisslər beyində yaranır. Qadın və kişi arasında münasibətləri  başladan beyindir. Xarakter və davranışlarımızın kodları şüuraltı zehnimizdədir. Şüuraltı şifrələrin  mərkəzi beyin olduğundan qadın və kişilərin istəkləri orada formalaşır. Avtomatik olaraq,  qadın və kişi arasında gözləntiləri yaradan onların davranış formalarını tənzimləyən beyindir. Mənfi və müsbət fikirlər beyində yarandığından kişi və qadın arasındakı qısqanclığa istiqamət verən də beyindir. Bu günə qədər “gözlər qəlbin aynasıdır “onlar yalan söyləməz misalını beləcə də qəbul etmişik. Əsl həqiqət isə belədir “gözlər beynimizin aynasıdır” yalan və doğrunu bizə onlar söylər. “Əslində görən gözlərimiz deyil, beynimizdir”
foto

darius forouxdan incilər

aysun asgarova
Yazar Darius Foroux öz təcrübələrindən yola çıxaraq, “10 il əvvəl kaş ki, bildəydim” dediyi şeyləri bir araya gətirib.
1. Mübarizə yaxşıdır.
Heç vaxt “dözə bilmirəm” deməyin. Onun yerinə “gəl, görək!” deyin.

2. Şikayət etmə.
Şikayət ən böyük vaxt itkisidir. Ya bir şey et, ya da sus.

3. Sevdiyiniz insanlarla vaxt keçirin.
Bu sənin ailən və ən yaxşı dostların ola bilər. Əgər bir ailən yoxdursa, bir ailə yarat. Çox insan gəlib, gedir. Ailə isə qalıcıdır.

4. Aşiq deyilsinizsə, bir münasibətə başlamayın.
Bunu bir dəfədən daha çox etdim. Əgər birindən xoşunuz gəlirsə və belə düşünürsünüzsə; “Bir şans verə bilərəm” Əslində bu çox da yaxşı fikir olmur. Özünü aldatma.

5. Gündəlik məşq edin.
Sağlam bir bədən hər şeyə başlamalı olduğunuz yerdir. Sağlam və güclü bədən inşa edin!

6. Gündəlik tutun.
Gündəlik tutmaq uşaqlara görə bir şey deyil. Daha yaxşı düşüncə sahibi və yazar olmağınıza kömək edər. Yazar olmaq istəmirəm deyə bilərsiniz. Amma bəs gündə neçə ədəd mail və mətn göndərirsiniz? Əslində hamı yazardır.

7. Minnətdar olun.
Hər kəsə və hər şeyə təşəkkür edin. “Bu gözəl gün üçün təşəkkür edirəm”, “E-poçtun üçün təşəkkür edirəm”, “Orada olduğun üçün təşəkkürlər” və s.

8. İnsanların nə düşündüyünü vecinə alma.
Hamımız ən sonda öləcəyik, elə deyil? Həqiqətən insanların sənin haqqında nə düşündüyü önəmlidir?

9. Daha çox risk al.
Qorxaq olma.

10. Bir sektor seçin, bir iş deyil.
Bir işdə yaxşı olmaq istəyirsinizsə, bunu etmək üçün illərinizi xərcləmək məcburiyyətindəsiniz. İş sektorlarını dəyişmək əvəzinə, sevdiyiniz bir sektor seçin və ən alt vəzifədən başlayın. Sonunda sizin üçün ən mükəmməl işi tapacaqsınız.

11. Yol göstər.
Özünüzü hamının bir-birinə baxdığı bir situasiyada görürsünüzsə, liderlik etməyin vaxtı gəlib deməkdir. Lider olmağa qərar verdiyin anda, lider olmağa başlayarsan. Bunun üçün bir başlama anı və ya pozisyası yoxdur. Bu sadəcə qərardır.

12. Pul ən önəmli şey deyil.
Pulu önəmsəməməyə və bunun yerinə dəyər yaratmağa və fokuslanmağa üçün özünzü öyrətməlisiniz. Eyni zamanda sahib olduğunuz əşyalara da bağlı hala gəlməyin, əks halda əşyalarınız sizə sahib
foto

sokrat metodu

aysun asgarova
Məşhur filosof Sokrat mübahisə və dialoq zamanı söhbəti öz məcrasına doğru aparmağı yaxşı bacaran bir dahi kimi məşhurdur. Onun bu məharəti bir çoxlarını heyran qoyurdu. Bəs Sokratın sirri nədən ibarət idi? Mübahisə zamanı necə qalib gəlməyi bacarırdı?

Hər şey çox sadə idi. O müsahibinin fikrini təkzib etmir, tərslik göstərmir, incimirdi. O sakit şəkildə suallarını verirdi.

Beləliklə, mübahisədən qalib olaraq ayrılmaq üçün Sokrat hansı üsuldan istifadə etdiyi ilə tanış olaq: Emosiyalarınızı nəzarət altında saxlayın. Səs tonunuzu yüksəltməyin. Sakitlik – sizin ən yaxşı köməkçinizdir.

Monoloqa keçməyin. Bu zərərli variantdır. Bu halda müsahibiniz onun fikrinə hörmət etmədiyiniz kimi təəssüratlar yaşayacaq.

Dialoq aparın. Bu mübahisə zamanı ən yaxşı üsuldur. Bununla rəqibinizin fikrinə hörmət etdiyinizi nümayiş etdirmiş olursunuz.

Müsahibinizin fikrini təkzib etməyin. Bu yersiz tərslik yaradacaq.

İndi isə əsas olanı edin – sual verin! İlk sualın qısa və aydın olması qəbulediləndir. Bu rəqibi polemikaya cəlb etməklə, gərginliyi azaldacaq.

Öz fikrinizi şərti olaraq bir neçə hissələrə bölün. Onların hər birindən qəti cavab hazır edin. O rəqibinizi sizə sərf edən cavabı verməyə doğru “sürükləyəcək”. Cavablar sizin doğruluğunuzu və fikirlərinizi təsdiq etməlidir. Məntiqi şəkildə qurulmuş sual zənciri tez bir zamanda rəqibinizin öz ilkin fikrini təkzib etməsinə gətirib çıxaracaq.

Rəqibiniz artıq sizin fikrinizi öz dili ilə səsləndirmiş olacaq. O suallara cavab verərək sizin sahib olduğunuz son nəticəyə gələcək. Rəqib tərəfindən səsləndirilən fikir isə artıq onundur.
Mübahisə zamanı qarşı tərəfi səmimi olaraq anlamağa çalışın. Onun tutduğu tərəfə hörmət edin.

Onunla razı olmasanız belə onun fikirləri ilə maraqlanın. Nə qədər qəribə görünsə də, bu inandırmaq üçün ən yaxşı metodlardan biridir!
foto

zəncəfilin bilmədiyimiz 7 faydası

aysun asgarova
1. Miqreni müalicə edir

Miqren ən güclü və müalicəyə tabe olunmayan baş ağrısıdır. "Journal of Phytotherapy Research" jurnalında dərc olunmuş yeni araşdırmanın nəticələrinə görə zəncəfil miqren ağrılarını və bu xəstəliklə bağlı olan digər xoşagəlməz simptomları (ürəkbulanması, qusma) xeyli azaldır.

2. Sellülitlə mübarizə edir

Bu məqsədlə zəncəfili blenderdə xırdalayıb, dəniz duzu ilə qarışdırın. Bu skrabı problemli yerlərə çəkin, yüngül massaj edin.

3. Oynaq və əzələ ağrılarını azaldır
Zəncəfil tanınmış təbii iltihabəleyhinə və agrıkəsici vasitədir.

Zəncəfili sürtgəcdən keçirin, alınmış kütləni pambıq əskiyə çəkin və ağrıyan yerə kompres çəkilində qoyun.

4. Beyini cavanlaşdırır , yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır, Alsheymer və Parkinson xəstəliklərinin riskini azaldır.

5. Depressiya ilə mübarizə edir

Zəncəfil serotonin hormonunun ifrazını artırır. Məhz serotoninin ifrazının azalması depressiyanın inkişafının əsas səbəblərindən biridir.

6. Cavanlaşdırır

Antioksidantlarla zəngin olan zəncəfil orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırırr, dərinin vəziyyətini yaxşılaşdırır.

7. Saçların uzanmasını stimullaşdırır, saçları gözəl və sağlam edir

Bu məqsədlə zəncəfili sürtgəcdən keçirib gənəgərçək yağı ilə qarışdırın, saçların köklərinə çəkin, 1 saat saxlayın, sonra yuyun. Bu maskadan həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.

İstifadə etdikdən əvvəl allergiya testini edin - zəncəfili dərinin kiçik hissəsinə sürtün və 10 dəqiqə saxlayın. Dəri qızarıbsa, sizdə zəncəfilə qarşı allergiya var.
foto

qarşınızdakı insanı tanımağımıza kömək edəcək 9 psixolojik suallar

aysun asgarova
1. İçində öldüyünüz tarixin yazılı olduğu bir zərf alsaydız, açıb baxardınız?
Bu klas sual ilə qarşınızdakı insanın qismətə, inanclara və həyata baxış bucağını asanlıqla dəyərləndirə bilərsiniz.

2. Özünüzlə dost olardınız?
Bu suala verilən cavab insanın özünə olan güvəni və sayğısını, özü ilə əlaqəli dəyərləndirdiklərini, öz xarakterindən məmnun olub olmadığını göstərir.

3. Əgər insanların sahib olduğu bir xüsusiyyətini (sosial status, pul, xoşbəxtlik kimi) şeyləri ölçən bir cihaz olsaydı bu cihazın nəyi ölçməsini istəyərdiniz?
Bu sual ilə qarşınızdakı insanın həyatda önəm verdiyi xüsusiyyətləri öyrənə bilərsiniz.

4. Digər insanlardan fərqli olaraq nələr edirsiniz?
Bu sual ilə insanın gündəlik həyatda necə yaşadığını, hansı sərhədləri olduğunu, hobbilərini və ya zövqlərinizin uyğunluğunu təxmin edə bilərsiniz.

5. Partnyorunuzu aldatsanız, amma o bunu heç vaxt bilməsə, bunu ona yenə də deyərdiniz?
Bu sualın cavabında qarşınızdakı insanın davranışlarını, doğru və yanlış dəyərləndirmələrini görə bilərsiniz.

6. Günlərin bir-birini təkrar etdiyini düşünürsünüz?
Bu sual insanların nə qədər moton yaşadığını ortaya çıxara bilər.

7. Qadınlar və kişilər fərqli planetlərdə yaşasaydı bu planetlərin nə kimi xüsusiyyətləri olardı?
Qadın və kişi münasibətlərində cinsiyyət rollarına baxış bucağını öyrənmək üçün insana soruşa biləcəyiniz bir sualdır.

8. Uşağınızı doyurmaq üçün oğurluq etmək sizi əxlaqlı bir insanmı edər, yoxsa cinayətkarmı?
Bu sual da insanın məsuliyyətlərinə qarşı baxış bucağını və ərdəmlərini ortaya çıxara bilər.

9. Pul dərdiniz olmasaydı hansı işi görmək istəyərdiniz?
Bu sual qarşınızdakı insanın içində qalan istəklərini, ən dərin həyat arzularını və həqiqətə çevrilməyən xəyallarını göstərə bilər.

foto

sardonik gülüş

aysun asgarova
İlk dəfə Homerin "Odisseya"sında rast gəlinən bu gülüşün adı Sardiniya adasında bitən bir otu yedikdən sonra zəhərlənib ölən insanların simalarında gülüşəbənzər acı ifadələrin yaranması ilə bağlıdır.
Yunan deyiminə görə , sardonik gülüş ölən anda gülən insanlar barədə işlənirdi.
Sardiniyada bitən bitkidən başqa , belə bir izah da var ki , Sardiniyada qocaların qurban gətirilməsi mərasimi gülüşlə müşayiət olunurdu , bu zaman qurban özü də gülürdü. Buna görə də sardonik gülüş - acı gülüş olaraq anlaşılır.
Tetanus xəstəliyi nəticəsində mimiki əzələlərin qıcolmaları nəticəsində üz nahiyəsində məcburi gülüş yaranır. Buna da tibbdə sardonik gülüş deyilir.

foto

rəssam bruno armadio

aysun asgarova
İtalyan rəssam Bruno Armadio (Giovanni Bragolin)keçən əsrdə yaşasa da haqqında çox az şey var. Və bu rəssamı məşhur edən rəsmləri isə "Ağlayan uşaqlar"-dır.
Hekayəyə görə gördüyünüz bu əsərdə (Ağlayan uşaq) rəssamın öz doğma uşağı təsvir olunub. Oğlu çox qorxaq və əsəbi uşaq imiş. Amma bu həyatda ən qorxduğu şey atəş imiş. Sırf real emosiyalar , real üzüntü obrazı yaratmaq üçün Bruno kibrit atəşini öz oğlunun üzünə tutaraq dəfələrlə ağladırmış . Məqsədinə çatmışdı , lakin oğluna çox böyük travma yaşatmışdı.
Çox az müddət sonra oğlu pnevmoniyadan ölür. Ölümündən isə biraz sonra rəssamın evi , içərisində bütün rəsmləri yanaraq kül olur. Və sadəcə adı gedən bu rəsmə evdə olan atəş biraz belə toxunmur.
foto

dünyanın ən qəribə 7 muzeyi

aysun asgarova
1. Pis İncəsənət Muzeyi

Amerika

1994-cü ildə antik əşyalar həvəskarı Scott Wilson zibillikdən “xilas edilmiş” bir neçə rəsm nümunəsini sərgiləməklə məşhur muzeyin əsasını qoydu. Sadəcə bir il ərzində inanılmaz məşhurluq qazanan bu muzey ardından Dedham teartrına köçürülür. Amerikanların dili ilə desək-“Muzey gəlmiş-keçmiş ən pisləri özündə birləşdirir. ”  Əgər muzeyə nə vaxtsa bir tablo hədiyyə etmək istəsəniz, nəzərə alın ki, hazırlanmış nümunələr tam ciddiyətlə hazırlanmalı, orijinal olmalı və ən əsası darıxdırıcı olmamalıdır. Amerikanın Masaçusets, Bruklayn və digər şəhərlərindəki muzey filialları çılğın həvəskarlarının yolunu gözləyir.
2. Bitmiş Münasibətlər Muzeyi

Zaqreb, Xarvatiya
Bu muzey yarıda qalmış eşq hekayələrinə ithaf olunmuş muzeydir. Bəli, düz eşitdiniz. Muzeyin eksponatları keçmiş sevgililərin şəxsi əşyalarından toplanmışdır və hər eksponat öz hekayəsilə muzeydə sərgilənir. Muzeyin yaranma tarixinə gəldikdə isə 4 illik sevgi tarixçəsindən sonra ayrılmağa qərar vermiş film produseri Olinka Vistika və heykəltəraş Drazen Qrubi “əşyalarını muzeyə yerləşdirmək” zarafatından doğan ideanı reallaşdırmağa 2000-ci ildə başlayırlar.

 3. İşgəncə Muzeyi

Amsterdam, Niderland
Adından göründüyü kimi muzey, orta əsrlərdən bu günə ən kəskin və dözülməz işgəncə qurğularını sərgiləyir. İşgəncə muzeyi 100-dən çox eksponatı özündə birləşdirir. Avropada bu tipli muzeylərin çox olduğunu da qeyd edə bilərik.

 4. Mequro Parazitoloji Muzeyi

Tokio, Yaponiya

Əgər parazitlər haqqında hər şeyi öyrənmək istəyirsinizsə gedəcəyiniz ünvan dəqiqdir. 1953-cü ildə əsası qoyulmuş bu muzey 1993-cü ildə yenidən inşa olunmuşdur. Kolleksiyasına 300 müxtəlif növ daxil olan muzeyə mədəsi zəif olan şəxslərin gəlməsi qətiyyən tövsiyə olunmur.

 5. Kanzas Tikanlı Məftillər Muzeyi

Kanzas, ABŞ

2000-dən çox tikanlı məftili və hər məftilin tarixini nümayiş etdirən muzey, Kanzas yaxınlığında 1970-ci ildə qurulmuşdur. Muzeyin qurulmasının əsas məqsədi Amerikanın tikanlı məftil tarixinin araşdırılmasıdır.

 6. Sirirac Tibbi Muzeyi (Ölüm Muzeyi)

Bankok, Tailand

Ürəyi zəif olanlara tövsiyə olunmayan növbəti muzey Bankok şəhərinin məşhur tibbi muzeyi, Ölüm muzeyidir. Əgər bir gün bu muzeyə yolunuz düşsə, görəcəkləriniz arasında dərin kəsilmiş yaralar, güllələrdən zədələnmiş kəllə sümükləri, skeletlər və bədənin müxtəlif hissələri olacaq, heç təəcüblənməyin. Hətta muzeydə 1950-ci illərdə kütləvi şəkildə öldürülmüş uşaqların eksponatlarına da rast gələcəksiniz. Muzeyin girişində muzeyin təsisçisinin skeleti sizi salamlayacaq.

 7. Dondurma Muzeyi

Nyu-York, Amerika

2016-cı ildə əsası qoyulmuş bu muzey, parlaq rəngli, şipşirin dondurma və konfet şəkilli nümunələri ilə sosial mediada ən çox sevilən muzeylərdən sayılır. Muzeyin təsisçisi Maryellis Bunn muzey haqqında fikirlərini belə ifadə edir- “Hər kəs dondurmanı sevir, muzeyin qurulmasında əsas məqsəd isə hər kəsin birləşməsidir.”


foto

şərqin dəmir ledisi

aysun asgarova
Pakistanın "Qara Qızılgülü" Bənazir Bhutto 1953-cü il iyun ayının 23-də Pakistanın Karaçi şəhərində anadan olmuşdur. Atası Pakistan hökumətinə başçılıq edən Zülfüqar Əli Bhutto , anası İran kürdlərindən Begüm Nusret Bhutto olan Bənazir ailədə ən böyük uşaq idi .

Bənazirin ilk təhsil ocağı Cenninqs xanımının uşaq bağçası olmuşdur. Sonra Karaçi və Marri şəhərlərində bir neçə İsa və Məryəm adına katolik qadın məktəbində oxuyan Bənazir on beş yaşında orta məktəb kursu üzrə imtahan vermişdi. Bhutto 1969-ci ilin aprel ayında ABŞ-dakı Harvard universitetinin Redkliff Kollecinə daxil olmuşdu . Onun sözlərinə görə orada o, "demokratiyanın dadını ilk dəfə hiss etdi". 1973-ci ildə fərqlənmə diplomu ilə Harvardı bitirib və dövlət idarəçiliyinin bakalavr diplomunu aldıqdan sonra o təhsilini Britaniyanın Oksford universitetinin "Lady Margaret Hall" kollecində davam etdirmiş və burda oxuduğu müddətdən etibarən 1975-ci ilə qədər fəlsəfə, politologiya, iqtisadiyyat, beynəlxalq hüquq və əlaqələri öyrənmişdir . Oksfordda təhsil aldığı vaxt Bhutto "Oksford ittifaqı" nüfuzlu diskussiya cəmiyyətinin əvvəlcə daimi komitəsinin üzvü, sonra isə prezidenti seçilmişdi.

18 dekabr 1987-ci ildə Pakistanın Sind əyalətinin zəngin ailələrindən birinin nümayəndəsi olan və eyni ilə Bənazir kimi şiə məzhəbinə mənsub Asif Əli Zardari ilə Karaçidə evlənmiş və bu nikahdan üç övladı dünyaya gəlmişdir. Nikah bağlandıqdan sonra Bənazir soyadını dəyişmək istəməmişdi.
Onun ilk siyasi fəaliyyəti 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələndikdən sonra başladı. O, 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı . Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.

1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Benazir Bhuttonun qayıdışı səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana dönməsi ilə oldu. Bənazir Bhutto “Forb” jurnalının tərtib etdiyi “siyasətdə 100 ən güclü qadın”ın siyahısına düşə bilməsə də jurnalın qadın siyasətçilərə aid bölməsində yer alan məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Hindistan subkontinentində başqa bir qadın tezliklə iqtidara geri qayıda bilər: Pakistanın keçmiş baş naziri Bənazir Bhutto”.

Xanım siyasətçinin faciəli ölümü

27 dekabr 2007-ci ildə, 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitingindəki çıxışında sui-qəsdlə öldürülüb. Faciə 2008-ci ilin yanvar ayında planlaşdırılan Pakistan parlamenti seçkiləri ərəfəsində baş verdi. Buttonun ölümündən sonra baş nazir Pərviz Müşərrəf, ölkədə üç günlük yas elan etdi.

foto