yaşayış yeri olmayanların nəzərinə

besti18
Yaşayış yeri olmayanların nəzərinə




“Yaşayış yeri olmayan şəxslərin sığınacağa yerləşdirilməsi üçün xüsusi qaynar xətt yaradılacaq”.










Goldnevs.ml xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.










O qeyd edib ki, yaxın vaxtlarda həmin qaynar xətt istifadəyə veriləcək: “Buna xüsusən qış dövründə ehtiyac yaranır. İstənilən şəxs bu qaynar xəttə hansısa vətəndaş barədə müraciət edə bilər. Biz dərhal həmin şəxsi müəssisəyə yerləşdirə bilərik”.