Xudu Məmmədov

siwenqi
14 dekabr 1927-ci ildə, Ağdamın Mərzili kəndində Azərbaycanın gələcəkdə ən böyük alimlərindən biri olacaq Xudu Surxay oğlu Məmmədov dünyaya gözlərini açdı.
İlkin təhsilini Ağdam orta məktəbində alan Xudu Məmmədov daha sonra Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Coğrafiya şöbəsinə daxil olur. 1951-ci ildə buranı da fərqlənmə diplomu ilə başa vurduqdan sonra müəllimi olan Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya Institutuna təyinat alır.
Bir neçə dəfə John Bernalın(Irlandiyalı fizik) qonağı olmuş 1966-cı ildə isə təqribi bir il onun laboratoriyasında çalışmışdır.Xudu Məmmədov
foto
Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil.
Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.
Xudu Məmmədov
Xudu Məmmədov Sovet hakimiyyətinə qarşı danışan dövrünün tək-tək ziyalılarından idi.
Sadəcə elmi fəaliyyətləri ilə deyil həm ictimai-siyasi həyatında həmdə bəzi təşkilatların qurulması ilə yaxından maraqlanır və onlara müəyyən qədər təsir edirdi.
1988-ci il oktyabrın 15-də yenicə formalaşmaqda olan Azərbaycan Xalq Cəbhəsinin Üzeyir Hacıbəyovun ev muzeyində təşkil edilmiş toplantı keçirilirdi.Həmin görüşdə yaranmış vəziyyəti müzakirə edərkən Xudu Məmmədovun ürəyi qəfildən dayanır. Bu hadisə ordakiları son derece sarsıdır. Bunun ardı ilə çoxsaylı mitinqlər keçirilir.
Xudu Məmmədov yaxşı oxuyan şagirdlərinə həmişə deyərdi : "Pis oxuyan yoldaşlarınıza da bir şey öyrədin, sabah sizlərə başçılıq edəcəklər."
Xudu Məmmədov həm o dövr üçün həm də bu dövr üçün son dərəcə əhəmiyyətli bir elm adamı olmuşdur. Bu yazımda az da olsa onun haqqında məlumat vermək istədim, ümidvaram oxuduqlarınız sizin yararınıza olacaqdır.


(yazar: Məhəmməd Allahverdi)