Xəzər Suleymanlı 💜 şeirləri

gulu1096
Yoxluğun çətindir mənə, əzizim,
Bəlkə qayıdasan? düşün dərindən..
Bir məktub yazıram sənə, əzizim,
Ayrılıq gününün ilk səhərindən...

Bu evdə hələ də var ayaq izin,
Otaqdan-otağa aparır məni..
Daraqda saçların, güzgüdə üzün,
Mən necə bir yerə toplayım səni?

Ümidim əriyir daha get-gedə,
Qəlbimin küncünə qısılıb qalıb..
Sənin ən sevdiyin köynəyimdə də,
Saçının bir teli asılıb qalıb...

Gözüm bir nöqtəyə baxır anba-an,
Diqqət et, gör hardan-hara gəlmisən?
Ən uzun cümləyə sığmayan adam,
Kiçik bir nöqtəyə sığa bilmisən...

Gedənə ağlamaq qəribə işdir,
Gülümsə gələndə, ağla gedəndə..
Səndən də heç gözüm su içməmişdi,
Bu qədər göz yaşı hardandı məndə!?

Xəzər Suleymanlı 💜