xəmsə

shabi
Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.Nizami Gəncəvi nin “Xəmsə”si Avstriya Milli Kitabxanasının “Azərbaycan əlyazmaları” sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun ən dəyərli sənət incilərindən biri də adətən Nizami adlandırılan 12-ci əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şeirlər toplusu olan “Xəmsə”nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazma ilə öz işini qurtardıqdan sonra əldə etmək mümkün olan ən qədim “Xəmsə”ni aldı və özünün üzünü köçürdüyü əlyazmada qeydlər etdi. Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb.Əlyazmada hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada İsfahan miniatür məktəbinə aid miniatürlər var.Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi. 16-cı əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydu. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək Mirzə Qiyas, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.

Entry hakkında yorumlar

Bu başlıqdakı paylaşımları gör