vitaminlər haqda

markalogiya
*VİTAMİN A*🐟
Retinol, yaxud antikseroftalmik vitamin. Yağda həll olur. Sutkalıq tələbat 1-2,5 mq-a bərabərdir. Bu vitaminin əsas təbii mənbələri balıq yağı, kərə yağı, qaraciyər, ispanaq və süddür. Hipovitaminozu nəticəsində "toyuq korluğu" xəstəliyi, dərinin və gözün zədələnməsi, böyümənin zəifləməsi baş verir.

*VİTAMİN B1* 🙃
Tiamin, aneyrin, antinevrit vitamini. Suda həll olur. Sutkalıq tələbat 3-4 mq-dır. Yalnız bitkilər və mikroorqanizmlər onu sintez edir, noxudda, meyvələrdə, kökümeyvəlilərdə, mayalarda, fındıq, yer fındığı, kartof, ət, qaraciyər, yumurta ağı, həmçinin böyrəkdə və əzələdə də təsadüf olunur. *B1* vitamininin avitaminozu nəticəsində "beri-beri" xəstəliyi törəyir. Su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur. Ətraflarda atrofiyalar yaranır. Tərkibində həm kükürd, həm də amin qrupu olduğu üçün tiamin də adlanır.

*VİTAMİN B2*🙂
Riboflavin, laktoflavin- suda həll olan vitamin. Gündəlik tələbat 2-4 mq-dır. Tərəvəzlərdə, kahıda, kəpəkdə, yumurtada, süddə, qaraciyərdə, kəsmikdə, balıqda, böyrəkdə olur. *B2* Vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sistemin fəaliyyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. *B2* Avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir, zəiflik, ürəkbulanma, qanazlığı və s. hallar baş verir.

*#Kitabsevərlər*📚