vikinqlər

sehranin guli
⚔️🛡️Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət sosial təbəqə idi. 300 il Skandinaviyada hökm sürüblər.

🗿Vikinqlər bütpərəst hesab edilirdi. Aesir sülaləsindən olan, tanrıların tanrısı Odin və onun övladlarından ibarət olan tanrılara inanırdılar. Bunlardan Thor, Loki, Tyr, Heimdall və Baldur daha çox məşhur olanlardır.

📜Vikinqlər Avropada bir çox ərazilərə hücum edərək zəbt etmiş və son olaraq Franklar və Anglo-Sakslar tərəfindən məğlub edilmişdilər.


🎥📔Vikinq xalqı ilə maraqlananlar üçün Travis Fimmel'in baş rol olan "Ragnar Lodbrok" obrazını canlandırdığı "Vikings" serialını, onların inancları (norsk mifologiyası) ilə maraqlananlar üçün R.İ.Page'in "Skandinav mifologiyası" əsərini tövsiyə edirəm.
shabi

Skandinaviya ölkələrində, xüsusi ilə dənizlərdə fəaliyyət göstərən və talançılıqla məşğul olan gəmilərlə sürətlə hərəkət edən "Vikinqlər" qorxunc görüntüləri və mərhəmətsizlikləri ilə tarixə qorxu dolu səhifələrlə keçən bir ordu olub. "Vikinqlər" Avropada terror küləyi əsdirib, Fransaya qədər irəliləyiblər. Ən güclü olduqları dövrdə 30 min nəfərlə Parisi belə mühasirəyə alan Vikinqlər Fransa kralının fidyə və xərac vermək şərti ilə Paris mühasirəsindən çəkilmişdilər. Daha sonra Fransa kralının onlara verdikləri məhsuldar torpaqlarda yerləşən "Vikinqlər" əkinçiliklə məşğul olduqları üçün tarix səhnəsindən siliniblər. Vikinqlər getdikləri yerlərə, fəth etdikləri ölkələrə qan və vəhşilik götürmüşdülər. "Dəlilər" adı verilən xüsusi vikinq qrupunun narkotikdən istifadə etdiyi və getdikləri yerdə qətliam törətdikləri bildirilir. Dəniz səfərləri həyata keçirən "Vikinqlər" İslandiyanı talan etmiş və həmçinin Amerikanı ilk kəşf edənlərin də onlar olduğu bir çox tarixçi tərəfindən yazılır.