victory

nurlan mamiyev
"𝕍𝕚𝕔𝕥𝕠𝕣𝕪" (Zəfər) işarəsi✌🏻

Bu işarə haqqında nə bilirik❓

Fərqli ölkələrdə fərqli anlamlarda işlədilən Viktoriya işarəsinin ən məşhur iki mənası var. Ovuc işarəni edən şəxsə deyil, əks tərəfə olarsa qalibiyyət, şəxsə tərəf olarsa sülh mənasını daşıyır.

🏹 Əfsanəyə görə V işarəsi İngiltərə ilə Fransa arasında gedən Yüzillik müharibə (1337-1453) zamanı “Agincourt” (1415) döyüşündə ortaya çıxmışdır. Fransızlar ingilis yaycılarını əsir götürəndə oxu atmaq üçün istifadə etdikləri iki barmaqlarını kəsəcəklərini elan etmişlər. Döyüşdə ingilislər qalib gəldikdə isə fransızlara kəsilməmiş barmaqlarını göstərmiş və bu şəkildə qalibiyyətin rəmzi olan “V” hərfinə bənzər işarə ortaya çıxdığı güman edilir.

Bu işarə II Dünya Müharibəsindən sonra isə İngiltərə baş naziri Uinston Çörçill tərəfindən məşhurlaşdırılmışdır.

Ölkəmizdə də son zamanlar çox istifadə olunması düşmən üzərində qələbəmizin göstəricisidir!✌🏻