victory işarəsi

ilkane musayeva
victory işarəsi
foto
"Victory" işarəsi✌️

Bu işarə haqqında nə bilirik?
Gəlin , bu işarənin tarixindən sizə bəhs edim. Gedək, 1337-1453- cü illərə. Yəni, İngilis- Fransız müharibəsi. ( Yüzillik müharibə).

Müharibənin ilk dövrlərində fransızlar əsaslı qalibiyyətlər əldə edirdi və götürdüyü ingilis əsirlərin şəhadət və orta barmağını kəsib buraxırdılar. Çünki həmin dövrün silahı olan ox bu barmaqlarla vurulurdu.

Bildiyiniz kimi müharibənin qalibləri sonda ingilislər olur. Onlarda türklərin dili ilə "Son gülen iyi gülür" deyiminə dayanaraq qalibiyyətlərini bildirmək üçün şəhadət və orta barmaqlarını qaldırırlar. "Barmaqlarımızı kəsdiniz , amma biz qazandıq" deyirlər.

✌️" Victory" işarəsi əsasən şəkildə gördüyünüz kimi Çörçil tərəfindən məşhurlaşdırılır. O, II Dünya Müharibəsində qələbəni göstərmək üçün bu işarəni göstərmişdi. Sonradan müxtəlif dünya liderləri bu işarədən istifadə etdi.
victory işarəsi
foto
08.11.2020 tarixində cənab prezident İlham Əliyevin bu işarədən istifadə etməsi qələbəmizin göstəricisidir. 🇦🇿🇦🇿🇦🇿🇦🇿