Vətən müharibəsi şəhidi Əlizamin İsgəndərov

gulu1096
*Həyatı*
Əlizamin İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəində anadan olub.1984-1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbdə təhsil alıb. Güləş idman növü ilə məşğul olub. Ailəli idi, 4 övladı yadigar qalıb.

*Hərbi xidməti*
Əlizamin İsgəndərov 1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1996-1999-cu illərdə müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətində xidmət edib.
2006-cı ildə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Təyinata əsasən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitəçi olaraq xidmət elədi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat manqasının Komandiri olub.
Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibə ərzində üç dəfə yaralansa da, hospitala yollanmaqdan imtina edib. Əlizamin İsgəndərov noyabrın 5-də  Daşaltı  istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

*Təltifləri*
1) "Milli Ordunun yaranmasının 90 illiyi"medalı.
2) II Fəxri fərman.
3) Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra 
"Vətən uğrunda"
4) "Füzulinin azad olunmasına görə"
5) "Şuşanın azad olunmasına görə"
6) "Qubadlının azad olunmasına görə".