Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib

gulu1096
Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib
foto

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib.Bakuform.com xəbər verir ki, hadisə Yastıqoba kəndində qeydə alınıb. “Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha nəfər - 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.Faktla bağlı araşdırma gedir.

*Allah rəhmət eləsin 🥀*