Vaqif Səmədoğlu

samirasahib
Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...
Bu misraları şair Vaqif Səmədoğlu 24 yaşı olarkən qələmə alır. Maraqlıdır ki, şeir yazılandan 50 il sonra, yəni V.Səmədoğlu dünyadan köçdüyü zaman xanım oxucularından biri o misralardan təsirlənərək şairin məzarı üzərinə bir cüt ayaqqabı qoyur. Həmin hadisə V.Səmədoğlunun ömür gün yoldaşı Nüşabə xanıma ilham mənbəyi olur. Nəticədə şairin məzarı şeirin misralarına uyğun düzəltdirilir. Fəxri Xiyabanda öz fərqliliyi ilə seçilən, Vaqif Səmədoğlu orijinallığının sübutu olan məzara bir də şairin "Mən burdayam, İlahi" kəlamı həkk olunur. Vaqif Səmədoğlu
foto