ümmü süleymanova-susaram

markalogiya
Susaram!...

Hər gecə yuxuna gələrəm sənin
Gələrəm ruzigar kimi...
Üzünə çiçəklər səpərəm sənin.
Səpərəm ruzigar kimi...
Könül budağında ötərəm sənin,
Ötərəm bülbül kimi....
Yoluna şəfəq çilərəm sənin,
Çilərəm günəş kimi....
Üzündən elə hey öpərəm sənin,
Dalğa sahili öpən kimi...
Adını qəlbimin başına yazaram sənin...
Qırmızı karandaş kimi...
Hər gecə yuxuna gələrəm sənin,
Məcnuna həsrət Leyli kimi...
Canıma ətrini çəkərəm sənin,
Suya həsrət səhra kimi...
Düzərəm vüsal öpüşlərini sənin,
Boynuma mirvarı kimi...
"Sevirəm "sözünü eşitsəm sənin,
Susaram ruzigar kimi...