uğurun sirri

markalogiya
*_Uğurun Sirri_*✨
*Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşur. Sokrat ona sabah çayın sahilində görüşək deyir. Onlar görüşürlər.*
*Sonra Sokrat ona arxası ilə çaya doğru gəlməyi deyir. Su getdikcə boğazlarına qədər çatır və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutur və onun başını suya salmağa başlayır. Oğlan suda çırpınır, ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxlayır.*

~~~
*Sokrat qəfildən oğlanın başını sudan çıxartır.* *Oğlanın birinci edəcəyi şey başını qaldıran kimi havanı dərindən udub ağciyərlərinə çəkmək olur.*
*Sokrat soruşur: ”Sən suda olanda ən çox istədiyin şey nə idi?”*
*Oğlan: ”Hava.”-deyir.*
*Sokrat: ”Bax bu uğurun sirridir.Nə vaxt ki sən uğur qazanmağı hava istədiyin qədər dərindən istəsən onda onu əldə edəcəksən. Burda başqa sirr yoxdur.”-deyə cavab verir.*

***
```Nəticə:``` _*Uğurun sirri məqsədə nail olmaq üçün güclü arzudan keçir. İnsanın ağlı bir şeyi təsəvvür edə və onun varlığına inana bilirsə ağıl ona nail olacaq. Güclü arzu bütün hər şeyin tamamlama nöqtəsidir. Necə ki bir balaca yanan ocaq istilik vermirsə, zəif arzu da böyük nəticələr verə bilməz.*_