tütək

admin
tütək
foto

Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Tütək bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Onun səs düzümü kiçik oktavanın "si" səsindən üçüncü oktavanın "do" səsinə qədərdir. Mahir ifaçılar bir neçə səs də əlavə edə bilirlər. Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində, əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir. Xəqaninin, Füzulinin, Nizaminin əsərlərində bu zərif musiqi aləti haqqında məlumat var.