Təyyarədə yük daşımaq artırıldı!

gulu1096
RƏSMİ: Təyyarədə əl yükü kimi daşınmasına icazə verilən şəxsi istifadə əşyalarının siyahısı genişləndirilib. Siyahıya ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera, portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir), üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir), gül dəstəsi, uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi, çətir, uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar daxil edilib.

Noutbuk yeni siyahıda yer almayıb. Ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına da icazə verilib.