tənbəllik

alisoy
Bəzən tənbəlliyi "bədbəxtliyin yarısı" adlandırırlar. İşi-gücü olmayan,bütün günü divanda yatan,evdə oturan, əlini ağdan-qaraya vurmayan adamı kim sevir? Tənbəlin əlinə qızılbalıq düşməsi nağıllarda olur. Həyatda hər şey belə asan olsaydı nə vardı ki...                                          
Həyat hərəkətdədir, dinamikadadır. Hansı tənbəli dindirsən,"məndə istəyirəm uğurlu olum,tənbəlliyin daşını atım. Amma bu zəhrimar tənbəllik yaxamdan düşmür ki düşmür"deyəcək. İslamda tənbəllik 7 ən böyük günahdan biridir:onu şər qidalandırır. Tənbəl adamları İblis özünə dost bilir.
Tənbəllik-aktiv olmağa qarşı işə könülsüz yanaşmaqdır. Tənbəllik- edilməsi lazım olan bir işdən geri durmaq, həmin işi etməyə səy göstərməmək, sonraya saxlamaqdır. Daima irəliləmək, möhtəşəm işlər görmək və uğur qazanmaq istəyiriksə, tənbəlliyin daşınl atmalı, "sonraya saxlamaq" vərdişimizi tərgitməliyik.