təhsil...

sehranin guli
təhsil...
foto


Əziz dostlar kiçikdə olsa sizlərə Təhsil bizlərə nə qazandırır bu haqda məlumat vermək istəyirəm, daha sonra təhsilimizin inkişafı və s. ümumilikdə bu mövzu çərçivəsində yazacam.Mən bilirəm və inanıram ki, çoxunuz məlumatlısınız yenə də mənim üzərimə yazmaq,məlumatlandırmaq düşür gələcək üçün.
İlk olaraq cənab İlham Əliyevin dəyərli sözləri ilə başlamaq istəyirəm.
"Təhsil hər bir ölkənin gələcəyini təmin edir. Hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir".
Bu sözlərin hər biri dərin mənaya malikdir, bu mənalarda dəyərlidir və daha ətraflı danışmaq olar. Bu gün istər dünyada, istərsə də ölkəmizdə təhsilin inkişafı üçün bir sıra önəmli, mühüm addımlar atılır. Lakin heyifki inkişafımıza doğru atılan bu mühüm addımlar çoxda fayda vermir. Nəyə, niyə görə...? Bir sıra problemlər ortaya çıxır. Amma bu problemlərində həlli var. Məsələn: Valideyn deyir mənim maddi vəziyyətim bir o qədər də yaxşı olmadıqı üçün övladım oxuda bilmirəm və s. Hörmətli vətəndaşlar el dili ilə desək ölümdən başqa hər bir problemin həlli var. Biz anlayırıq işləyib, maddi təminatı yüksətmək elə də asand deyil. Unutmayaq ki, biz istəsək bu problemi həll edə bilərik, istəmək kifayət etmir bunun üçün addım atmalısan.
Təhsil bizim inkişafımızı təmin edir. Cəmiyyətimizdə, ətrafımızda hər nə qədər təhsilli, dünya görüşlü insanlar olarsa bir o qədərdə inkaşımız olar hamılıqla. Buna görə də biz parlaq, işıqlı gələcək üçün təhsilə və təhsilimizə önəm verməliyik.
Unutmayaq biz istəsək edə bilərik, inamlı olaq...
Uğur daim bizimlə olsun...🌟

1
markalogiya markalogiya
əla👍👍