tarixdə 18 mart

gulu1096
*Tarixdə bu gün-18 mart*

💥1901-ci ildə - Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə - Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib.

💥1918-ci ildə - Erməni quldur dəstələri Şamaxıda əhaliyə qarşı kütləvi soyqırımlar həyata keçiriblər.

💥1927-ci ildə - V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyası qəbul edilib.

💥1931-ci ildə - Şair Əli Kərim Göyçayda dünyaya gəlib.

💥1943-cü ildə - Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində anadan olub.

💥1992-ci ildə - BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib.

💥1994-cü ildə - Erməni silahlı dəstələri Xankəndi səmasında İranın "Herkules" təyyarəsini raketlə vurublar. Təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olublar.
💥1915-ci il- 19 fevral başlayan Çanaqqala savaşı 18 mart Osmanlıların zəfəri ilə nəticələnmişdir.

*18 mart vəfat edənlər*
💥1584 — İvan Qroznı, Rusiya çarı.
💥1982 – Vasili Çuykov, Sovet İttifaqı Marşalı