tarixdə 14 fevral günü baş vermiş hadisələr

markalogiya
🗓 Tarixdə 14 Fevral günü baş vermiş hadisələr

📺 Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də ilk dəfə yayımlanıb.

Aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.

💌 14 Fevral Sevgililər Günü bir çox ölkədə qeyd olunan xüsusi bir gündür. Tarixi Roma Katolik Kilsəsi dövrünə aiddir.

Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir və bununla qızları da gizlicə ərə vermiş sayılır. Buna görə 496-cı ilin 14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir.

Digər tərəfdən, 1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə, Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı. Bu gün sevgililər bir-birilərinə xoş sözlər deyir, yazır və məktublarını “Valentin” xitabı ilə ünvanlayırdılar.

Tarixi və səbəbi nə olursa olsun, 14 fevral dünyanın bir çox yerində Sevgililər Günü olaraq qeyd edilir.

🇦🇿 Azərbaycan Azərbaycan, Hərbi Hava Qüvvələri Günüdür

📔 Beynəlxalq Kitab Bağışlama Günü — 14 fevral 2012-ci ildə ABŞ-da məşhur Delightful Children's Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb.