tar haqqında

admin
tar haqqında
foto

tar haqqında
foto
Azərbaycanda geniş istifadə edilən simli musiqi alətidir. Farsca "tar " sim deməkdir. Tarı ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd düzəltmişdir. XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır. Tar, əsasən, üç hissədən - çanaq, qol və aşıxlar yerləşən kəllədən ibarətdir. Tarın təkmilləşdirilərək müasir şəklə salınmasının muğamların inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir alət kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı alətinə çevrilmişdir.