Şüuraltı bütün məlumatları saxlayır 📝. Bu məlumatlarla insan şəxsiyyəti və davranışları formalaşır. Şüuraltının məqsədi onu canlı və təhlükəsiz saxlamaqdır. Bunu refleks hərəkətləri və avtomatik davranışla təmin edir. Uşaqkən əlini sobada yandıran uşaq ömrü boyu sobadan uzaq durur 👶🏻. Uşaq vaxtı boğulmaq təhlükəsi ilə üzləşən biri, su qorxusundan üzməyi öyrənə bilmir 🏊. Necə ki, dişimizin bir neçə müddət ağramasına baxmayaraq, diş həkiminə getdiyimizdə ağrının anidən kəsilməsi kimi🦷. Çünki şüuraltımız həkimin bizə iynə vurub, o dişi çıxaracağını düşünüb, bizi o acıdan qorumaq üçün, diş ağrısını kəsir. Bütün bunlar ətraf mühitin stimulları və refleksləri vasitəsilə öyrənilir.
🔷 Şüur və Şüuraltı nədir❓🤔
İnsanın ümumi davranışı içərisində şüur 5️⃣%, şüuraltı isə 9⃣5⃣%dir. Əslində, bütün insanlar avtopilot kimidir ✈️. Düşünmədən etdiyimiz hər şey şüuraltı tərəfindən edilir. Yemək bişirmək 🍳, təyyarə idarə etmək ✈️, düşünmədən bir yerdən başqa yerə gəzərək getmək 🚶, maşın sürmək kimi 🚘. Düşünmədən etdiyiniz hər anın şüuraltının aktiv olduğunu bilin. Şüuraltı 7/24 aktivdir, yuxarıda çəkdiyim misal isə şüuraltının aktiv olduğunu dərk etmədiyiniz üçün idi. Düşünərək etdiyiniz hər şey şüurun əlamətidir. Şüurdan bir əmr olmadığı müddətcə şüuraltı bütün davranışlarımızı idarə edir. Şüuraltımız çox tez işləyir ⏩. Çünki sinir sistemi ilə işləyir. Ümumiyyətlə, bütün duyğularımız, vərdişlərimiz və yaşadığımız hər cür emosional təcrübə şüuraltı vasitəsilə yaddaşda saxlanılır 📃.
Dahilər daha çox şüuraltıdan istifadə edirlər. Şüuraltı ən yaxşı yuxuda işləyir 😴. Bütün dahilərin ən az 12 saat yatdığını desələr də bu doğru deyildir. Yuxunu istədiyimiz kimi idarə edərək də şüuraltını gücləndirə bilərik. Bu haqqda paylaşım kanalda mövcuddur. Yuxu zamanı şüuraltı nə qədər çox işləyirsə, təsəvvür və vizuallaşdırma qabiliyyəti bir o qədər artır ↗️. Şüuraltınızla şüurunuzu gücləndirə bilərsiniz. Bir yerdə çətinlik çəksəniz, şüuraltı sizin yardımınıza gələr və sizə müvəffəqiyyət belə qazandırar🥇.Xüsusilə idman yarışlarında və digər zamanlar məqsədə çatmaq üçün şüuraltını aktivləşdirərək böyük bir performans əldə edə bilərik.
©️ Sigmund Freud-un dediyi kimi: "Şüur okeanda üzən aysberqin görünən hissəsidir, şüuraltı isə görünməyən".
*MEMORİİEST✨*
Paylaşım haqqında rəylər