şiddətlə savaşan rəng - baker-miller çəhrayısı nədir

aysun asgarova
Rənglərin insan psixologiyası üzərindəki təsirləri bir neçə dəfə sübut olunmuşdur. Mavi rəngin verdiyi güvən, yaşıl rəngin yaradıcılığın qaynağı olması kimi teoremlər bəllidir. İnsanları və əşyaları gördüyünüz anda onlar haqqındakı düşüncələriniz təxminən 90 saniyə ərzində formalaşır. Bu düşüncənin isə 60-90%-i tamamilə rənglərə bağlıdır. ABŞ, İngiltərə, İsveçrə, Almaniya, Polşa və Avstrada bəzi həbsxanalar, çəhrayının müəyyən tonunda boyanır. Bu çəhrayı tonunun adı isə Baker-Miller-dir. Alexander Schauss 1978-də rənglər və insanlar üzərində bir çalışma apararaq, rənglərin əzələ gücündən kardiovaksular sistemə qədər bir çox şey üzərində təsiri olduğunu müşahidə etdi. Bu testlərdə çəhrayı rəngin çox dərin bir təsirə sahib olduğunu ,idman etdikdən sonra sadəcə bu rəngdə olan 18×24 inçlik bir karta baxaraq, digər rənglərə nisbətən ürək atışlarını, nəbzini və təngənəfəsliyini azaltmaqda görünən bir təsir olduğunu bildirdi. 1979-cu ildə Vaşinqton-dakı həbsxananın kameralarından bəzilərini çəhrayı rəngə boyamağı qəbul etdirməyi bacardılar. Bu sayədə çəhrayı rəngin məhbuslar üzərindəki təsirlərini müşahidə edə biləcəkdilər. Aparılan təcrübədə, içərisi çəhrayı rəngdə olan kameralardakı məhbusların şiddətə olan meyillilikləri izləndi. Reporta görə, “1 mart 1979-da bu prosedurun başladılmasından bəri, nizamsız və ya şiddət davranışları yaşanmadı” Beləliklə, Schauss-un kəşf etdiyi bu çəhrayı tonu, müşahidəyə icazə verən müdirlərin Baker və Miller-in adını daşıdı. şiddətlə savaşan rəng - baker-miller çəhrayısı nədir
foto