şəxsiyyət pozuqluğu

shabi
Bir insanda 24 şəxsiyyət:
Uilyam (Billi) Stenli Milliqan 1955-ci ildə Mayami-Biçdə anadan olub və bir müddət sonra bütün psixiatriya haqqındakı kitablara düşmüşdür. Onun 24 şəxsiyyətinin xüsusiyyətlərindən yalnız 10u üzdə olurdu.
1.Birinci və əsas şəxsiyyət- bu Billin özüdür, hansı ki daim özünə qəsd etməyə çalışır. Boyu-183sm, çəkisi-86kq, saçlarının rəngi-şabalıdı.
2. Artur 22 yaş. Təhsilli, düşüncəli ingilis adamı, ingilis aksenti ilə danışır. Eynək taxır.
3.Reycen 23 yaş. Daltonik olması səbəbilə ağ-qara rəsmlər çəkir.
4.Allen 18 yaş. Fırıldaqçı, manipulyator və əla danışıq qabiliyyəti vardı.
5. Tommi 16 yaş. Həbsdən qaçmaq üzrə ustaddır.
6. Denni 14 yaş. İnsanlardan qorxur.
7. Devid 8 yaş. Çox həssas və kövrəkdir, eyni zamanda səhlənkardır.
8. Kristin 3 yaş. Küncə qoyulası uşaq obrazındadır. Səbəb isə odur ki, məktəbdə və evdə küncə qoyulurdu. Danışıq qüsurunun olmasına baxmayaraq, çap hərfləri ile oxuyub-yaza bilən təfəkkürlü balaca ingilis qızıdır.
9. Kristofer 13 yaş. Kristinin qardaşıdır.
Və digərləri.
10.Hal-hazırda 58 yaşlı Billi Milliqan Uşaq Hüquqlarının Müdafiəsi birliyində çalışır.
Sizə bu mövzu ilə əlaqədar bir film tövsiyə edə bilərəm. “Split” filmi bu mövzu haqqındadır.