şəhidliklə ucalmaq

markalogiya
Şəhidliklə ucalmaq
Canımdan əzizdir yurdumun hər qarışı,
Qismətimə düşdü Şəhidliklə ucalmaq.
Görməyim anacan,gözündə qəm yağışı,
Qismətimə düşdü Şəhidliklə ucalmaq.

Düşmənin gülləsi hey deşsə də sinəmi,
Yandıra-yandıra hey eşse də sinemi
Dedim ki,bu yoldan ölüm ayırar məni
Qismətimə düşdü Şəhidliklə ucalmaq.

Bu qeder zülmlərə dözənmədi vicdanım,
Necə rahat olum,qan ağlayır torpağım?!
Namərd tapdağında inləyir torpağım,
Qismətimə düşdü Şəhidliklə ucalmaq.

Şəhid anasının gözündə yaş olmaz,
Mənim qisasım qiyamətə qalmaz!
Düşmənin önündə ağlamaq olmaz,
Qismətimə düşdü Şəhidliklə ucalmaq.
MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOVUN DİLİNDƏN
MÜƏLLİF:ŞAİR SEYMUR SULTAN