*🇦🇿Şəhidimiz Elimdar Səfərov**🇦🇿

gulu1096
*🇦🇿Şəhidimiz Elimdar Səfərov**🇦🇿
foto

*🇦🇿Şəhidimiz Elimdar Səfərov* 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü.

Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid oldu.

Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, Şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda Şəhid olduğu torpağa tapşırıldı.
Allah rəhmət eləsin.

Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

*Unutmayaq! Unutdurmayaq!♥️🇦🇿*

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör