Şəhid Zərbəli Qafarov

gulu1096
Şəhid Zərbəli Qafarov
foto

*🇦🇿Şəhid Zərbəli Qafarov🇦🇿*

Qafarov Zərbəli Vidadi oğlu 13 iyun 1990-cı ildə Gəncə şəhərində doğulmuşdur.

2006-cı ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.

2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008-2010-cu illərdə xidməti borcunu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi yerinə yetirmişdir.

2019-cu ildən Qafarov Zərbəli Vidadi oğlu MAHHX HQ kimi xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Zərbəli Qafarov “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Goranboy və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

8 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşdə şəhid olmuşdur.

9 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Qafarov Zərbəli Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif edilmişdir.

Ailəli idi. 2 övladı yadigar qalıb.

*Allah rəhmət eləsin 🥀*

*Tanıyaq, tanıdaq ✊🏻🇦🇿*