*🇦🇿Şəhid Zaur Kərimov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Zaur Kərimov🇦🇿*
foto

*🇦🇿Şəhid Zaur Kərimov🇦🇿*

*Həyatı*

Zaur Kərimov 2 fevral 1996-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.

*Hərbi xidməti💂🏻‍♀️*

Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçmişdir. Hərbi kursu bitirən Zaur yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edir.

27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində MAHHXHQ əsgər Zaur Kərimov kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 27 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 28 oktyabrda Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Şuşa şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Kərimov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️ "İgidliyə görə" medalı (ölümündən sonra)

•🎖️"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️ "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_


*Unutmayaq! Unutdurmayaq!*